Məhkəmə qərarları › İş №2(102)-468/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-468/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-468/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: həyətyanı torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılma) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1691/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə predmeti Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 0,06974 hektar həyətyanı torpaq sahəsi və ümumi sahəsi 50,5 kv.metr olan yaşayış evidir. Həmin daşınmaz əşyalar xx.xx.2017-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır.

2. İddiaçı, qeyd olunan torpaq sahəsindən və evdən cavabdehlərin çıxarılması üçün aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında xüsusi mülkiyyətində olan Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 0,06974 hektar (yəni 7 sot) həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində 2000-ci ildə tikilmiş bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 50,5 kv.metr, yaşayış sahəsi 36,0 kv.metr, köməkçi sahəsi 14,5 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia belə əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 0,06974 hektar (yəni 7 sot) həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində 2000-ci ildə tikilmiş bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 50,5 kv.metr, yaşayış sahəsi 36,0 kv.metr, köməkçi sahəsi 14,5 kv.metr olan fərdi yaşayış evi vardır. O, bu daşınmaz əşyaları xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə almışdır. Göründüyü kimi sənədləşmə tam qanun çərçivəsində aparılmış və alqı-satqıdan sonra o, qanuna müvafiq qaydada adına daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış almış. O, həmin bu əmlakda 3 ay (mart-may 2017-ci il tarixdə) yaşamışam. xx xxx 2017-ci il tarixdə sözügedən evdən çıxıb işlə əlaqədar Buduq kəndinə getmişdir. 2017-ci ilin iyul ayında sözügedən evi boş görən Cavabdeh dərhal qanunları pozaraq, özbaşınalıq edərək mülkiyyətində olan sözügedən fərdi yaşayış evinə qanunsuz soxularaq orada yaşayır və qanunsuz həyətyanı torpaq sahəsindən istifadə edir. Cavabdeh onu hədələyərək mülkiyyətinə buraxmır. Cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, onun xüsusi mülkiyyətində olan torpaq sahəsini və fərdi yaşayış evini zəbt edərək istifadə etməkdə, yaşamaqda davam edir. Cavabdeh 2017-ci ilin iyul ayının axırlarından halhazıra kimi evə qanunsuz daxil olaraq yaşayır və çıxmaq istəmir.

5. Cavabdeh isə bildirmişdir ki, mübahisəli ev atası E.X.Şahmərdanovun mülkiyyətində olmuşdur. Atası və anası Məhbubə Şahmərdanova xx xxxxx 2010-cu il tarixdə borc müqaviləsi tərtib etməklə Aydın adlı şəxsdən 13.200 manat borc pul almışlar. Müqavilənin qarantı üçün Aydın Quliyevin tələbi ilə formal olaraq xx xxx 2010-cu il tarixdə atası ilə Aydın Quliyev arasında evin nisyə alqı-satqısına dair müqavilə bağlanmışdır. X5 pulunu ödəyə bilmədiklərindən Aydın Quliyev onun valideynlərini evdən çıxarmaq üçün məhkəməyə vermiş və 2012-ci il tarixdə həmin evdən valid eynlərinin məhkəmə qaydasında çıxarılmaları üçün qətnamə qəbul olunmuş və icraya yönəldilmişdir. Lakin, o, həmin evdə yaşamış və evlənən zaman ailəsini də mübahisəli evə gətirmişdir. O, işi ilə əlaqədar müvəqqəti Bakı şəhərinə getmiş, atasının evi satmasından xəbəri olmamış və evin alqı-satqısına dair müqavilənin bağlanması üçün razılıq ərizəsi verməmiş, həmçinin məhkəmə qaydasında evdən çıxarılanların arasında nə onun, nə də ailə üzvlərinin adları göstərilməmişdir. Atası və anası məcburi qaydada mənzildən çıxarılandan sonra Aydın Quliyev evi başqa adama satmışdır. Hazırda həmin evdə yaşayır.

6. Quba Rayon Məhkəməsinin (hakim İ.Məmmədov) xx xxxxxx 2020-ci il tarixli, 2(027)-67/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının tələb i mülkiyyətin müdafiəsinə dair normalar (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, Mülki Məcəllənin 152-ci və 157.2-ci maddələri) çərçivəsində əsaslıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və F.Zeynallı) xx xxxx 2020-ci il tarixli, 2(105)-1691/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh, qeyd edilən evdə 20 ildən artıqdır ki, yaşayır, hazırda 40 yaşı var, o, 2008-ci ilin yanvar ayının 8-də ailə həyatı qurmuş və 2 övladı vardır, qızı Ləman xx.xx.2010-cu il təvəllüdlü, oğlu Elman isə xx.xx.2011-ci il təvəllüdlüdür. Hər 2 övladı Quba rayon Zərdabi kənd məktəbinin 4-cü sinfində təhsil alırlar. Qeyd edilən evin yerləşdiyi torpaq sahəsi onun atam Eynulla Şəhmərdanovun adına olmuş və Cavabdeh əvvəlki mülkiyyətçinin ailə üzvü qismində bu evə köçürülmüş, onunla birlikdə bu evdə yaşamaqla birgə təsərrüfat idarə etmişdir və hazırda da evin bütün kommunal xərclərini o ödəyir. Quliyev Aydın 100 baş iribuynuzlu mal almaq üçün bankdan pul götürmək bəhanəsi ilə Cavabdeh atasını aldatmaqla bu evi öz adına rəsmiləşdirmiş, atasına evə görə 1 manat da olsun pul verməmiş və hətta onunla 13.200 manat pul borcu ilə bağlı müqavilə də bağlamışdır. C.Şahverdiyev həmin evdə yaşayan vaxt A.Quliyev qeyd edilən evi iddiaçıya satmış və o da C.Şahvmərdanova qarşı məhkəmədə həmin evdən çıxarma barədə iddia qaldırmışdır. Halbuki Cavabdeh istifadə hüququ ev atasının mülkiyyətində olan vaxtdan yaranmışdır, çünki o, mülkiyyətçinin ailə üzvü olmuş və AR MM-nin 228.2 və 228.5-ci maddələrinə əsasən həmin evə hüquq əldə etmişdir. Belə olan təqdirdə cavabdehin mübahisəli evdən çıxarılmağı qənaətinə gələn məhkəmə həmin maddi normanın tələblərini pozmuşdur. Məhkəmə tərəfindən cavabdehin ist ifadə hüquqların a təminat verilməmişdir və buna görə də qətnamə ləğv olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası:

15. Maddə

13. Hissə İ. Azərba ycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. Maddə

29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

18. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanara q mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

26. İddiaçı mübahisəli evi satıcı X2 xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Müqaviləyə əsasən alqı-satqı zamanı daşınmaz əmlakın dövlət reyestrində əşyalar yüklü olmamışdır.

27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ve rilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 0,06974 hektar (yəni 7 sot) həyətyanı torpaq sahəsi və ümumi sahəsi 50,5 kv.metr yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Qeydiyyat xx.xx.2017-ci ildə aparılmışdır.

28. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli 2(105)-1865/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X4 qarşı evə köçürülmə barədə iddia tələbi təmin edilməmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən qətnaməni də nəzərə alaraq cavabdehin həmin evdə 1998-ci il tarixdən yaşamasını, həmin evdə 2008-ci ildə evlənməyi və iki uşağının anadan olması, bununla da mübahisəli evə yaşamaq hüququn olması barədə gətirdiyi dəlili ilə razılaşmamışdır.

30. İddi açının qeydə alınmış mülkiyyət hüququ ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitu hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

31. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmiş dir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

33. Kollegiya nəzərə alır ki, iddiaçı mübahisəli daşınmaz əşyaların mülkiyyətçisidir, onları daşınmaz əmlakın dövlət reyestri məlumatları əsasında yüksüz əldə etmişdir. Bu baxımdan iddia tələbinin təmin olunması MM-in 140-cı, 148.2-ci və 157.4-cü maddələrinə uyğundur (§ 17-19). Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1691/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar