Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-468/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4569/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsində n iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı “Ovçular Ət və Ət Məhsulları" Məsuliyyətli Cəmiyyətində laboratoriya müdiri və baytar vəzifəsinə işə qəbul edilmişdir. 2. “Ovçular Ət və Ət Məhsulları" MMC-nin xx.xx.2022-ci il tarixli, 183 nömrəli əmri ilə tərəflər arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xit am verilmişdir.
3. Əmək kitabçası və əmrin surəti xx.xx.2022-ci il tarixdə iddiaçının oğlu tərəfindən poçt qəbzinə imza edilməklə təhvil alınmışdır.
4. İddiaçı xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərində X12 Xidmətinə müraciət etmişdir.
5. İddiaçı xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası üçün 50 manat məbləğində ödəniş etmiş, ona həmin tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. İddiaçının iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. 6. “İnzibati tənbeh vermə haqqında” 19 yanvar 2023-cü il tarixli, ******* nömrəli qərarın surətindən görünür ki, “Ovçular Ət və Ət Məhsulları" MMC-nin baş direktoru X13 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 1000 manat məbləğində inzibati cər imə edilmişdir.
7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-5158/2023 nömrəli qərarının surətindən görünür ki, X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin 19 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-499/2023 saylı, xx.xx.2023-cü il nömrəli qərarının surətindən görünür ki, şikayətçi X7 şikayəti təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-515/2023 saylı qərarı ləğv edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin 1 9 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ”əmrin ləğv edilməsi, işə bərpa və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, "Ovçular Ət və Ət Məhsulları” MMC-nin baş direktoru X6 onun işdən azad olunmağı barədə 29 noyabr 2022ci il tarixli, 183 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işdən çıxarılması ilə əlaqədar işləmədiyi işinə bərpa olunması, müddətin orta əmək haqqı və mənəvi ziyana görə 15000 manat, ödənilmiş dövlət rüsumuna görə 135 manat pulun cavabdehdən alınıb, ona verilm əsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X6 İddiaçı işdən azad olunması barədə 29 noyabr 2022-ci il tarixli, 183 nömrəli əmrin ləğv edilməsi, qanuna zidd olaraq 70 “ç” bəndinin tətbiqinin ləğv edilməsi, yenidən əvvəlki işə bərpa edilməsi, işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyana görə 50000 manat və ödənilmiş dövlət rüsumuna görə 135 manat pulun cavabdehdən alınıb ona verilməsi, əvvəlcədən “whatsapp” vasitəsilə hədə-qorxu gəlməklə Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən cinayət törədən kadrlar şöbəsinin rəhbəri Fidan xanım tərəfindən əmək kitabçasında tətbiq edilən 70 “ç”bəndinin ləğv edilməsi və cinayəti törətməkdə maddi sübutlarla cinayət törədilməsi təsdiq edilən şəxslərin qanunla cəzalanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı ildən 29 noyabr 2022-ci ilədək eyni vaxtda "xxxx" MMC-də laboratoriya müdiri, bakterioloq və baytar vəzifələrini aparmışdır. Bu müddət ərzində savadı, elmi əsaslı bilikləri, təcrübəsi bu vəzifələri normal icra etməsinə əsas vermişdir. 14-cu kateqoriyaya malikdir, kimya elmləri namizədidir. "xxxx" MMC-nin baş direktoru X6 29 noyabr 2022-ci il tarixli, 183 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcə llənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və o, laboratoriya müdiri, bakterioloq və baytar vəzifəsindən azad edilmişdir. Bu məqsədlə onun müraciəti əsasında cavabdeh "Ovçular Ət və Ət Məhsulları” MMC ilə əmək mübahisəsinin həlli üçün Mediasiya Təşkilatında mediator təyin edilmişdir. Mediasiya sessiyasında cavabdeh tərəf mediasiya prosesində iştirakdan imtina etməsi səbəbindən mediasiya prosesinə xitam verilmişdir. Bunu iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 17 yanvar 2023-cü il tarixli, 1/50 saylı arayış təsdiq edir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi "Mühasibatlığa təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçi iş qabiliyyətini i tirdiyinə görə 2022-ci ilin ilk 10 ayının 5 ayını (yanvar, iyul, avqust, sentyabr, oktyabr) işə çıxmalı olduğu halda üzürsüz iş buraxmış, ünvanına göndərilən bildirişlərə cavab verməmiş, telefonla əlaqə saxlayıb, işə dəvət olunsa da gəlməyəcəyini və ərizə yazmayacağını bildirmişdir. Üzürsüz səbəbdən iş buraxmaqla qayda pozuntusuna yol vermişdir və buna əsaslanaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir". Qeyd edir ki, cavabdeh “Ovçular Ət və Ət Məhsulları" MMC-nin "Əmək müqaviləsinə xitam verilməsi barədə" xx.xx.2022-ci il tarixli əmrdə müqaviləyə xitam verilməsinin səbəbləri kimi göstərdiyi dəlillər həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2022-ci il tarixdə bülletendən sonra işə çıxanda səbəbini demədən kadrlar şö bəsinin müdiri ondan işdən çıxmaq barədə ərizə yazmağını tələb etdi. Mühafizəçi ondan işə buraxılmağı üçün rəhbərliyin icazəsini almağını söylədi. Həmin gün kadrlar şöbəsinin müdiri ilə görüşdü və təhqir olunmuş vəziyyətdə işdən çıxıb getdi. Göründüyü kimi "Ovçular ət və ət məhsulları” MMC-nin baş direktoru X6 onun işdən azad olunmağı barədə 29 noyabr 2022-ci il tarixli, 183 saylı əmri əsassız olduğundan ləğv edilməli, o, əvvəlki işinə bərpa olunmalı, ona işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyana görə 15000 manat, ödənilmiş dövlət rüsumuna görə 135 manat pulun cavabdeh tərəfindən ödənilməli və mənəvi olaraq ona dəymiş ziyan ödənilməlidir.
12. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 etiraz ərizəsi verərək 2(007)-108 6/2023 saylı mülki iş üzrə Yasamal rayonu, S.Qurbanov küçəsi, ev 2, mənzil 11-də yaşayan iddiaçı X9 “İşə bərpa və ziyan tələbinə dair” iddia ərizəsində göstərmişdir ki, xx.xx.2016-cı il tarixdən 29 noyabr 2022-ci il tarixə kimi eyni vaxtda "xxxx" MMC-də laboratoriya müdiri, bakterioloq və baytar vəzifələrini aparmışdır. "xxxx" MMC-nin baş direktoru X6 xx.xx.2022-ci il tarixli, 183 saylı əmri ilə ARƏM-in 70-ci maddəsinin ”ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və o, laboratoriya müdiri, bakterioloq, baytar vəzifəsindən azad edilmişdir. Ona görə də iddia tələbinin təmin o lunması "xxxx" MMC-nin baş direktoru X6 xx.xx.2022-ci il tarixli, 183 saylı əmri ilə ARƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə azad olunmağı barədə əmrin ləğv edilməsi, işinə bərpa edilməsi, işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyana görə 15000 manat, ödənilmiş dövlət rüsumuna görə 135 manat pulun cavabdehdən alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəfin iddiası tam qanunsuz və əsassızdır, qanunsuz olmaqla həm də nağıldır. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallarla bağlı İddiaçı qanunsuz əməlləri barədə aşağıdakıları qeyd etməklə həmin iddia tələbinin tam qanunsuz və əsassız olduğunu qeyd edir: İddiaçı ilə “Ovçular Ət və Ət Məhsulları’’ MMC arasında 1 avqust 2016cı il tarixdə 1 (bir) il müddətinə əmək müqaviləsi bağlanmışdır. Ondan so nra əmək müqaviləsi növbəti illərdə tərəflərin razılığı ilə yəni müqavilənin bitməsinə münasibət bildirmədiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq uzadılmışdır. İddiaçı müəssisədə əvvəlcə laboratoriya müdiri, bakterioloq və baytar vəzifəsində çalışmışdır. Həmin işin xarakteri müəssisənin normal fəaliyyətini tənzimləyən əsas sahələrdən biridir. İddiaçı gözlənilmədən 01 dekabr 2021-ci ildə müəssisəyə heç bir xəbər vermədən işə çıxmadı və bu barədə heç kimə heç bir məlumat vermədi. Xəbər göndərdi ki, Gəncədən ona taksi ilə xəstəlik vərəqəsi göndərəcəklər və o, da müəssisəyə verəcəkdir. Onlar müvəqqəti işlərinin ahənginin pozulmaması üçün onun işini başqa əməkdaşa müvəqqəti tapşırmalı oldular. İddiaçı xəstəlik vərəqəsi onlara göndərilən zaman Gəncə şəhər, Z.Məmmədov adına Xəstəxana nın Poliklinika şöbəsinin nevropatoloqu X8 tərəfindən ona 01 dekabr 2021-ci ildən 01 fevral 2022-ci il tarixə qədər xəstəlik vərəqəsi verildiyini müəyyən etdilər. Amma bu müddətdə də arada işçilərin yanına gəlib gedirdi. O, işə çıxan zaman onlar tibb sahəsində nəzəri biliyə malik olmadıqları üçün həmin xəstəlik vərəqələrinin qanuni və ya qanunsuz olduğunu müəyyən edə bilmədilər. Ondan sonra həmin xəstəlik vərəqi əsasında ona ödənişlər aparılmışdır. Bundan bir neçə ay sonra İddiaçı yenə də təkrar olaraq 01 iyul 2022-ci il tarixdə yenə də onlara heç bir məlumat vermədən üzürlü səbəb demədən işə çıxmamağa başladı. Baxmayaraq ki, hər həftə iş yerinə gəlib işçilərlə söhbət edirdi. Xəstəlik vərəqəsinin açdırdığını bildirirdi. Bu dəfə də bildirirdi ki, Gəncədən ona xəstəlik vərəqəsi göndərəcəklər ona görə işə çıxmır. 1 ay tamam oldu işə çıxmadı, xəstəlik vərəqəsi təqdim etmədi, baxmayaraq ki, dəfələrlə telefonla əlaqə saxlayaraq işlərinin ahənginin pozulduğunu laboratoriyasız işlərinin mümkünsüz, çətin olduğunu onun diqqətinə çatdırdılar. İşə çıxmasını xahiş etdilər, lakin yenə də işə çıxmadı. Onlar xəstəlik vərəqəsini təqdim edəcəyini gözləməli oldular. 4 ay fasiləsiz olaraq xəstəlik vərəqəsini onlara göndərərək yaşa görə işdən çıxarmağını tələb etməyə başladı. Onlar dəfələrlə onun əmək intizamını pozaraq, üzürsüz səbəbdən iş buraxması ilə bağlı aktlar tərtib edir və bu barədə rəhbərliyə məruzə edirdilər. Müəssisənin hüquqşünası təqdim olunmuş xəstəlik vərəqələrinin qanunsuzluğundan şübhələnərək 02 noyabr 2022-ci il tarixdə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X17 icraçı direktoru cənab Vüqar Qurbanova həmin xəstəlik vərəqələrini də göndərməklə onların qanuni olub-olmaması barədə onlara məlumat verilməsini xahiş etmişdir. Bundan sonra 23 noyabr 2022-ci ildə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X21 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X17 direktoru Nazim Əhmədov tərəfindən Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə və onlara verilmiş 23 noyabr 2022-ci il tarixli, PHŞ/6.37-2-2022-364 saylı cavab məktubunda göstərilmişdir: “X5 verilmiş müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin araşdırılması barədə” Gəncə şəhər Birləşmiş Xəstəxanası” X21, xx.xx.2022-ci il tarixli, X5 verilmiş müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin araşdırılması ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciəti ilə əlaqədar PHŞ/6- 2-2022-11215 nömrəli məktuba cavab olaraq aşağıdakıları nəzərə çatdırır. Müraciətlə bağlı araşdırma aparılmış, Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin HMK-nın sədri X2, həkim nevropatoloqu X4 izahatları alınmışdır. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olan X9 xx.xx.2022-ci il tarixdə həkim nevropatoloq S.Ç.Hacıyevaya bel oma nahiyyəsində ağrı, hərəkət məhdudluğu şikayətləri ilə müraciət etmişdir. Xəstə S.Ç.Hacıyeva tərəfindən müayinə edilmiş, təyinat verilmiş, "L4-L5 fəqərələrin kompression sınığı” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən hər dəfə 3 gün olmaqla 6 günlük əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqi açılmış və "Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqələrinin qeydiyyatı" kitabında müvafiq qeydlər aparılmışdır. Əmək qabiliyyətinin müvəqqəti olmama sı vərəqi 6 gündən sonra HMK-na təqdim edilmədən xx.xx.2021-ci ilədək davam etdirilmişdir. Eyni vəziyyət avqust və sentyabr aylarında da təkrarlanmışdır. Xəstə HMK-na təqdim edilmədiyindən poliklinikanın HMK-nın jurnalında S.T.Qazıyevanın əmək qabiliyyətinin artırılması barədə heç bir qeydiyyat aparılmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X5 verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin verilməsində yol verdiyi ciddi çatmazlıqlara görə Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin nevropatoloqu S.G.Hacıyevava Gəncə səhər Birləşmiş Xəstəxananın PHS-nın xx.xx.2022-ci il tarixli, 1551/K saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci “a ” bəndinə əsasən töhmət verilmişdir, Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin HMK- nın sədri X3 Azerbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən xəbərdarlıq verilmişdir.” Yoxlama zamanı müəyyən etdilər ki, İddiaçı nəinki hazırda təqdim etdiyi sənədləri, həmçinin 01 dekabr 2021-ci il tarixindən 01 fevral 2022-ci ilədək təqdim etdiyi xəstəlik vərəqələrini eyni həkim tərəfindən eyni qanunsuzluqlarla əldə etmişdir. Təkrar müraciətə verilmiş cavab məktubunda da göstərilmişdir ki, “Ovçular Ət və Ət Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X5 verilmiş "əmək qabiliyyətinin olmaması vərəqəsi"nin verilməsində yol verdiyi ciddi çatmazlıqlara görə Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin nevropatoloqu S.G.Hacıyevaya Gəncə şəhər Birləşmiş Xəstəxananın PHŞ-nın xx.xx.2022-ci il tarixli, 155/K saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məc əlləsinin 186-cı maddəsinin 2-ci "a" bəndinə əsasən töhmət verilmişdir, Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin HMK-nın sədri X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən xəbərdarlıq verilmişdir. Bundan başqa "xxxx" MMC-nin rəhbərlyi tərəfindən 25 oktabr 2022-ci il tarixində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsini “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi təqdimatla "xxxx" MMCnin Həmkarlar təşkilatına müraciət olunmuşdur və həmkarlar təşkilatı rəsmi sifarişli poçt bildirişi ilə onu araşdırmalar aparılmasında izahat vermək üçün həmkarlar təşkilatının iclasına dəvət etsə də o, iclasda iştirak etməkdən imtina etmişdir. Hətta 02 noyabr 2022-ci il tarixli, 56/2 saylı akta əsasən müəssisənin kadrlar üzrə mütəxə ssisi İddiaçı işlətdiyi 055 *** ** ** nömrəsi ilə əlaqə saxlasa da o işə gəlməyəcəyini bildirmiş və onu yaşa görə pensiyaya çıxartmaqlarını tələb etmişdir. 01 oktyabr 2022-ci ildən 01 noyabr 2022-ci il tarixədək işə çıxmaması ilə bağlı heç bir üzürlü sənəd təqdim etmədiyindən onu işə çıxmaqla bağlı telefonla əlaqə saxlanan zaman 02 noyabr 2022-ci il tarixində İddiaçı müəssisəyə yaxınlaşıb bildirmişdir ki, xəstəlik vərəqəsi Gəncədədir, tapşırıb Bakıya gələn maşın olanda göndərəcəklər. Kadrlar üzrə mütəxəssis bu məsələ ilə bağlı izahat yazmasını ondan xahiş etsə də qarşı tərəf buna etiraz edərək müəssisəni tərk etmişdir. 03 noyabr 2022-ci il tarixli, 58/1 saylı akta əsasən 03 noyabr 2022-ci il tarixində yenidən müəssisənin kadrlar üzrə mütəxəssisi İddiaçı işlətdiyi 055 ******* nömrəsi ilə əl aqə saxlayaraq işə çıxmasını xahiş etsə də İddiaçı işə gəlməyəcəyini və işdən çıxma ərizəsini yazmayacağını bildirmişdir. 04 noyabr 2022-ci il tarixində naməlum taksi sürücüsü müəssisəyə yaxınlaşaraq, mühafizə xidmətinin rəisinə onun xəstəlik vərəqəsini təqdim etmişdir. Xəstəlik vərəqəsinə nəzər saldıqda göstərilmişdir ki, İddiaçı 01 noyabr 2022-ci il tarixində işə başlamalıdır. 04 noyabr 2022-ci il tarixli, 59/1 saylı akta əsasən təkrar olaraq müəssisənin kadrlar üzrə mütəxəssisi İddiaçı ilə əlaqə saxlayaraq işə gəlməsini xahiş etsə də əvvəlki kimi o işə gəlməyəcəyini bildirib ona yaşa görə təqaüdə göndərməyi ona demişdir. Lakin İddiaçı keçən 4 (dörd) gün ərzində üzürsüz səbəbdən iş buraxır və işə çıxmamaqda davam edirdi. Telefonla əməkdaşları onunla danışıq zamanı da qətiyyətlə işə çıx mayacağını və ərizə yazmayacağını bildirərək hədə-qorxular gəlməyə başlamışdır. Onunla əmək intizamını kobud surətdə pozmaqda davam etdiyindən, üzürsüz olaraq iş buraxması ilə bağlı həmkarlar təşkilatına müraciət olunduğundan 04 noyabr 2022-ci il tarixli, 60 saylı akta əsasən kadr üzrə mütəxəssis X1 Sevinc Tofiq qızına zəng edərək, onun üzürsüz səbəbdən iş buraxması ilə bağlı Həmkarlar təşkilatının iclasına dəvət etsə də İddiaçı heç bir iclasda iştirak etməyəcəyini, həmçinin işdən çıxmaqla bağlı da ərizə yazmayacağını, nə istəyirsiniz edin dəyərək telefonu söndürmüşdür. 06 noyabr 2022-ci il tarixli, 61 saylı Həmkarlar təşkilatının protokoluna əsasən verilmiş təqdimata Həmkarlar təşkilatının iclasında baxılmış, İddiaçı əmək intizamını dəfələrlə kobud şəkildə pozduğuna görə Azərbaycan Respub likası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Lakin ümid edirlər ki, bəlkə səhvini etiraf edər və işə başlayar, bir az gözləsinlər, çünki onların laboratoriyada işlər ahəngini pozmaq üzrə idi. 15 noyabr 2022-ci il tarixli, 62 saylı akta əsasən kadrlar üzrə mütəxəssisi İddiaçı ilə təkrarən əlaqə saxlayan zaman bildirmişdir ki, 07 noyabr 2022ci il tarixində Covid-19 testinin pozitivliyini təsdiq edən sənədi “Whatsapp” vasitəsilə göndərmişdir. Onun göndərdiyi sənədlərin qanunsuzluqlarında şübhələri olduğu üçün ETəbib-in qaynar xətti ilə əlaqə saxlamışlar, oradan bildirdilər ki, 14 noyabr 2022-ci il tarixində saat 12:36-dan onun karantin müddəti bitmişdir. Yenidən əlaqə saxlayıb işə dəvət etsələr də, təkidlə bi ldirmişdir ki, o, işə çıxmayacaq və işdən çıxma ərizəsi də yazmayacaqdır. “Nə bilirsiz edin, məndə sizdən şikayət edəcəyəm” deyərək telefonu söndürmüşdür. 16 noyabr 2022-ci il tarixli 63 saylı akta əsasən təkrar olaraq İddiaçı ilə əlaqə saxlayıb, karantin müddətinin bitdiyini ona bildirib, işə çıxmağa dəvət etmişlər. Xəstəliklə bağlı sənədi varsa, təqdim etməyi təklif etmişlər, lakin qarşı tərəf işə gəlməyəcəyini bildirmiş, nə istəyirsiniz edin deyərək bu dəfə də kobud şəkildə telefonu söndürmüşdür.18 noyabr 2022-ci il tarixli, 64 saylı bildirişə əsasən İddiaçı 02 noyabr 2022ci il tarixindən üzürsüz səbəbdən işə çıxmadığına görə rəsmi olaraq faktiki yaşadığı (ünvan 2 ünvana bildiriş məktubu göndərilmişdir. 22 noyabr 2022-ci il tarixli, 65 saylı bildirişə əsasən İddiaçı 02 noyabr 2022-ci il tarixindən üzürsüz səbəbdən işə çıxmadığına görə qeydiyyatda olduğu (ünvan 3 ünvana bildiriş məktubu göndərilmişdir, lakin Bakıda yaşadığı qeyd olunaraq poçt tərəfindən geri göndərilmişdir. Bütün yuxarıda sadalanan rəsmi sənədlər əsasında İddiaçı əmək müqaviləsinə Həmkarlar Təşkilatının razılığı alınmaqla qanuni olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Həmin gündə də əmək kitabçası və işdən çıxarılması ilə bağlı əmrin surəti rəsmi sifarişli poçtla ünvanına göndərilmiş və son haqq-hesabı hesablanaraq bank hesabına köçürülmüşdür. Bundan sonra X9 onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin dəyişdirilməsinə kömək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidməti Bakı şəhəri İdarəsinə müraciət etmişdir. Aparılmış yoxlama nəticəsində onun barəsində tam qanuni əsaslarla əmək müqaviləsinə xitam verildiyindən heç bir köməklik göstərilməmişdir. Ərizəsində göstərmişdir ki, guya işə gəlmək istəmiş və onlar onu işə buraxmamışlar. Ərizəsində göstərilən bu faktlar yalan və uydurmadır. Əgər onlar işə buraxmamışlarsa, niyə aidiyyatı qurumlara şikayət etməmişdir? Onların işi laboratoriyasız mümkün olmadığı halda X9 üzürüsüz səbəbdən işə çıxmayaraq Bakıda ola-ola gedib Gəncədə 6 aylıq qanunsuz xəstəlik vərəqəsi açdırmış və həmin qanunsuzluğa görə də ona xəstəlik vərəqəsi verən həkim və həkim komissiyasının sədri cəzalandırılmışdır. Sadalanan bütün rəsmi sənədlərin surətlərini təqdim edərək, bir daha bəyan edirlər ki, İddia çı əmək müqaviləsinə “Ovçular Ət və Ət Məhsulları" MMC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin ləğv edilməsi ilə bağlı “İşə bərpa və ziyan tələbinə dair" iddiası tam qanunsuz və əsassızdır. İddia ərizəsi rədd edilməlidir. 29 gün heç bir üzürlü səbəb göstərmədən və heç bir rəsmi sənəd təqdim etmədən dəfələrlə müraciətlərinə məhəl qoymadan isə çıxmayan şəxs barəsində hansı tədbir görülməliydi? Onun barəsində qanunvericiliyin tələblərinə tam əməl edilməklə əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. Bu barədə onun müraciəti əsasında əmək müfəttişliyində də aparılmış araşdırma zamanı onunla bağlanmış müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsində heç b ir pozuntuya yol verilmədiyi üçün bu fakt üzrə heç bir tədbir görülməmişdir. Ona görə də İddiaçı əmək müqaviləsinə “Ovçular Ət və Ət Məhsulları" MMC -nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsinin ləğv edilməsi ilə bağlı “İşə bərpa və ziyan tələbinə dair" iddiası tam qanunsuz və əsassız olduğundan rədd edilməlidir.
13. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia müddətinin tətbiqi barədə vəsatət verərək göstərmişdir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozu lduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşin müəyyən edilmiş hallarına görə də cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti və əmək kitabçası ekspress poçt vasitəsilə xx.xx.2022-ci il tarixində yaşadığı ünvana göndərilmiş, evdə olmadıqları üçün xx.xx.2022-ci il tarixində, saat 13:30 radələrində çatdırılmış və imza etməklə şəxsən qəbul etmişdir. İddia müddətinin axımı xx.xx.2022-ci il tarixindən başlanmış və xx.xx.2023-cü il tarixində iddia vermək müddəti bitmişdir. İddiaçının digər orqanlara müraciəti iddia axımını dayandırmır. Bu faktı iddiaçı özü də məhkəmə iclasında vermiş olduğu ifadəsində təsdiq etmişdir. Bununla bağlı iddiaçı Əmək Müfəttişliyinə xx.xx.2022-ci il tarixində müraciət edəndə də hüququ nun pozulmuş olduğu barədə məlumatlı olmuş, bununla da əmək mübahisələrinin həll olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. Həmçinin, iddiaçı qeyd edilən müddətin üzrlü səbəblərdən buraxdığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının xx.xx.2023-cü il tarixində iddia vermək hüququ ilə bağlı iddia müddəti bitsə də, iddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etməklə 1 ay 17 gün iddia müddətini buraxmışdır.
14. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(007)1086/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin "xxxx" MMC-nin baş direktoru X6 İddiaçı işdən azad olunması barədə “29 noyabr 2022-ci il tarixli, 183 nömrəli əmrin ləğv edilməsi, qanuna zidd olaraq 70 “ç” bəndinin tətbiqinin ləğv edilməsi” hissəsini əsassız sayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.
16. Məhkəmə hesab etmişdir ki, iddiaçı qanunvericiliyin tələbini pozaraq üzürsüz səbəbdən iş buraxdığı üçün və təqdim etdiyi xəstəlik vərəqələri düzgün verilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X6 İddiaçı işdən azad olunması barədə “29 noyabr 2022-ci il tarixli, 183 nömrəli əmrin ləğv edilməsi, qanuna zidd olaraq 70 “ç” bəndinin tətbiqinin ləğv edilməsi” tələbi təmin edilməməlidir.
17. Məhkəmə tələbin “29 noyabr 2022-ci il tarixli, 183 nömrəli əmrin ləğv edilməsi, qanuna zidd olaraq 70 “ç” bəndinin tətbiqinin ləğv edilməsi” hissəsi təmin edilmədiyindən, “işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyana görə 50.000 manat məbləğin ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələbin qeyd olunan hissəsi törəmə tələb olduğundan təmin edilməməlidir. Həmçinin iddiaçı qeyd edilən mübahisə ilə bağlı ona dəyən mənəvi ziyanı sübut edəcək heç bir sənədi məhkəməyə təqdim etməmişdir.
18. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli əmrlə işdən azad edildikdən sonra əmək kitabçasını və işdən azad edilməsi barədə əmri xx.xx.2022-ci il tarixdə əldə etdikdən sonra fərdi əmək mübahisəsinin həll edilməsi üçün xx.xx.2022-ci il tarixində Əmək Müfəttişliyinə müraciət etmişdir. Buradan məlum olur ki, iddi açı Əmək Müfəttişliyinə müraciət edəndə hüququnun pozulduğunu düşünmüşdür. Əmək mübahisəsinin məhkəmədən kənar qaydada həll edilməsi üçün xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, 1/050 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən həmin tarixdə ona məhkəməyə müraciət etmək hüququ izah edilmiş və xx.xx.2023-cü il tarixdə o, ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin iddia müddətinin ötürülməsi barədə göstərdiklərinin hüquqi əsası vardır. İddiaçı tərəfindən iddia müddəti ötürülmüş hesab edilməlidir.
19. Məhkəmə, tələbin “whatsapp” vasitəsilə hədə-qorxu gəlməklə Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən cinayət törədən kadrlar şöbəsinin rəhbəri Fidan xanım tərəfindən əmək kitabçasında tətbiq edilən 70 “ç” bəndinin ləğv edilməsi və cinayəti törətməkdə maddi sübutlarla cinayət törədilməsi təsdiq edilən şəxslərin qanunla cəzalanması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı hüquqi nəticə etibarı ilə kadrlar şöbəsinin rəhbərinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də, hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə xüsusi qərardad çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsu si qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, qeyd olunan məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və iddiaçının tələblərinin mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 7.2, 11.1, 68, 69-cu maddələrinə, 70-ci maddəsinin “ç” bəndinə, 71.2, 73, 74, 75, 296.2, 296.3cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2, 376-cı maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləni n 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli 4 nömrəli qərarının 6-cı bəndinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx.xx.1998-ci il tarixli qərarına, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.2, 88, 119.1, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır və 46 il ə mək stajına malikdir. Eyni zamanda, işlədiyi bu 46 il ərzində həmişə fəaliyyət göstərdiyi əmək kollektivinin və rəhbərliyin hörmətini və rəğbətini qazanmışdır. Heç vaxt ona qarşı hər hansı bir inzibati və ya digər əmək intizamının pozulması ilə əlaqədar cəzalar təyin olunmamışdır. Həmişə nümunəvi əmək fəaliyyətinə görə rəhbərlik tərəfindən tərifnamələr və müxtəlif hədiyyələr almışdır. Eyni zamanda, elmi fəaliyyətini də davam etdirərək kimya üzrə elmlər namizədi dərəcəsini almışdır. Cavabdeh MMC-də 2016-cı ildə laboratoriya müdiri vəzifəsinə işə qəbul edilmiş, sonradan isə ona bakteroloq və baytar vəzifələrinin icrası da tapşırılmışdır. 7 ilə yaxın müddət ərzində MMC-nin daha da inkişaf etməsi və normal fəaliyyət göstərməsi üçün bütün bilik və bacarığını sərf etmiş, bunun nəticəsidir ki, iş dən azad edilməyindən bir müddət əvvəl MMC-nin rəhbərliyi tərəfindən ona nümunəvi əmək fəaliyyətinə görə tərifnamə də verilmişdir. Təbii ki, 46 il müddətində qüsursuz fəaliyyət göstərən bir şəxsin “əmək intizamının pozulması” adı ilə işdən çıxarılması tamamilə absurd və məntiqsiz bir yanaşmadır. O, rəsmiyyətdə bir vəzifəni icra etməli olduğu halda, faktiki olaraq bir neçə vəzifəni icra edirdi. MMC-nin onun barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 183 saylı əmri qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. O, işdə olmadığı müddət üçün əmək qabiliyyətinin olmaması barədə vərəqələri cavabdehə təqdim etsə də, cavabdeh həmin vərəqələrin qanunsuz olması əsası ilə qəbul etmədiyini bildirmişdir. Lakin işin hallarından da görünür ki, həmin əmək qabiliyyətinin olmaması vərəq ələri onun həmin müddət ərzində xəstə olmamağı əsası ilə deyil, sadəcə həmin vərəqələrin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməməsi əsası ilə qanunsuz hesab edilmişdir. Təbii ki, bu da onun səhvi və günahı ucbatından deyil, həmin vərəqələri rəsmiləşdirən səhiyyə işçilərinin günahı səbəbindən baş vermişdir. Həmçinin, mülki işin sənədlərində onun COVİD-19 virusuna yoluxmağı və bununla əlaqədar müalicə olunduğunu təsdiq edən sənədin olmasına baxmayaraq, cavabdeh bu üzürlü səbəbləri də nəzərə almamışdır. Bütün bu xəstəlik müddəti ərzində o cavabdehin nümayəndələri ilə əlaqə saxlamış və xəstəliyi ilə əlaqədar sənədləri də onlara təqdim etmişdir. Lakin əfsuslar olsun ki, cavabdehin nümayəndələri ona təzyiq göstərərək mütləq şəkildə işdən çıxmağı barədə ərizə yazmağını tələb etmişlər. Çox maraqlıdır ki, bununla əlaqədar Gəncə şəhər Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin əməkdaşları da ona zəng edərək mütləq qaydada işdən çıxmağı barədə ərizə yazmağını tələb etmişlər. O, həmin şəxslərdən işdən çıxıb-çıxmamağının onlara nə aidiyyəti olmasını soruşduqda, həmin şəxslər "xxxx" MMC-nin rəhbərliyi tərəfindən onlara təzyiqlər olduğunu və buna görə də xoşluqla işdən çıxmağı barədə ərizə yazmalı olduğunu bildirmişlər. Qeyd etmək istəyir ki, o, bu halları təsdiq edən “Whatsapp” yazışmalarını və həmin şəxslərin səsyazıları olan diski məhkəməyə təqdim etsə də, məhkəmə əsassız olaraq onları sübut kimi nəzərə almamışdır. Bundan başqa, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabça sının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il m üddətində müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Əmək mübahisələri vaxtı mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımı dayandırılır. İşin hallarından da görünür ki, o xx.xx.2022-ci il tarixli əmri və əmək kitabçasını aldıqdan sonra mediasiya təşkilatına müraciət etmişdir. Tərəf mediasiya təşkilatına gəlmədiyi üçün xx.xx.2023-cü il tarixində mediasiya sessiyasında iştirak etmədiyi barədə arayış verilmişdir. Təbii ki, həmin bu arayış verilənə qədər cavabdehə mediasiyada iş tirak barədə müraciət ünvanlanmış və bütün bunlar da xeyli vaxt aparmışdır. Lakin əfsuslar olsun ki, cavabdeh qərəzli şəkildə iddia müddətinin ötürülməsinə istinad etsə də, məhkəmə tərəfindən işin bu hallarına fikir verilməmiş və onun mediasiya təşkilatına müraciət etdiyi dövr iddia müddətinin axımının dayandırılması halı kimi qiymətləndirməmişdir. Bununla da məhkəmə tərəfindən AR Əmək Məcəlləsinin 296.7-ci maddəsinin tələbləri pozulmuşdur.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4569/2023 nömrəli iş üzrə 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdi rilmədən saxlanılmışdır.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmiş, belə ki, iddiaçı tərəfindən hazırkı iddianı qaldırmaq üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüş, iddiaçı tərəfindən ötürülmüş müddətin bərpasına dair ərizə məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixində əmək kitabçası və xx.xx.2022-ci il tarixli, 183 nömrəli əmrin surətini almış, bundan sonra xx.xx.2022-ci il tarixində X12 Xidmətinə, daha sonra Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışı aldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil ol muşdur. Göründüyü kimi, iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət etməmişdən öncə olan müddətin və “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış alındıqdan sonra məhkəməyə müraciət olunan müddətin cəmi əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq müddətdən çoxdur.
25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi irəli sürülərkən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə gön dərilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilik imperativ şəkildə ədalət mükakiməsinin faktlara əsaslanmalı olduğunu, işə hərtərəfli və bitərəf şəkildə baxılmalı olduğunu müəyyən etsə də, apellyasiya və birinci instansiya məhkəmələri qanunvericiliyin tələblərini pozaraq iddiaçının hüquqlarını pozan qətnamələr qəbul etmişdirlər.
28. Kassator qeyd etmişdir ki, cavabdeh qərəzli şəkildə iddia müddətinin ötürülməsinə istinad etsə də, həm birinci instansiya, həm də apellyasiya məhkəmələri tərəfindən işin bu hallarına fikir verilməmiş və onun mediasiya təşkilatına müraciət etdiyi dövr iddia müddətinin axımının dayandırılması halı kimi qiymətləndirməmişdir. Bununla da həmin məhkəmələr tərəfindən AR Əmək Məcəlləsinin 296.7-ci maddəsinin tələbləri pozu lmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
30. Maddə 296, İ-hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
31. Maddə 296, İİ hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
32. Maddə 296, İİİ hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, ha qq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
34. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
35. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
36. Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır.
37. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanun
38. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
39. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. “Azərbaycan Respublikası Mülki Məc əlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli Qərarı:
40. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Konstitusiya Məhkəməsinin P lenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı:
41. İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilm əsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı:
42. X12 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz
43. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdı rıb qiymətləndirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırki kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinin dəlillərinə tam, ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
57. Kassasiya şikayətinin dəlilləri əsasən iddia müddətinin axımının başlanması tarixinin apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilməməsindən ibarətdir.
58. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixində əmək kitabçası və xx.xx.2022-ci il tarixli, 183 nömrəli əmrin surətini almış, bundan sonra xx.xx.2022-ci il tarixində X12 Xidmətinə, daha sonra Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışı aldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
59. Qeyd edilməlidir ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. İddiaçı tərəfindən mediasiya təşkilatına müraciət etməmişdən öncə olan müddətin və “ilkin medias iya sessiyasında iştirak edilməməsi barədə” arayış alındıqdan sonra məhkəməyə müraciət olunan müddətin cəmi əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq müddətdən çoxdur. Ayrıca götürüləndə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış xx.xx.2023-cü il tarixdə alınmış və baxılan iş üzrə iddia ərizəsi ilə iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
60. İşin digər halları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixində X12 Xidmətinə müraciət etmiş və xidmətdə araşdırma xx.xx.2023-cü il tarixdə bitmiş, iddiaçı bundan sonra mediasiya təşkilatına müraciət etmiş 6 gün xəbərdalıq müddəti müəyyən edilməklə mediasiya sessiyası xx.xx.2023-cü il tarixə təyin olunmuş və tərəflər mediasiya prossesini davam etdirmək istəmədikləri üçün iddiaçının müraciət inə xitam verilmişdir. Belə olan halda müddətin artıq keçməsi (iddiaçıya əmək kitabçası məhz xx.xx.2022-ci ildə rəsmən təqdim olunmuşdur) müəyyən olunur.
61. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qə rara aldı: İddiaçı X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyul 2023-cü il tarixli, 2(103)-4569/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.