Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4681/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyanın hakimi Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət hakimlərin qarışıq tərkibi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1177/2023 nömrəli iş üzrə 25 ok tyabr 2023-cü il tarixli qərardadından iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Baş Göynük kəndində inşa etdiyi və uzun müddət istifadəsində olan qeyri-yaşayış binasına çəkdiyi xərclərin əvəzi olaraq 44.385 manatın cavabdehlərdən alınaraq ona verilməsi, tələb etdiyi pul ona tam səkildə ödənilənədək qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən maneçilik edilməsinin qadağan edilməsi, dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Şəki Rayon Məhkəməsinin e-2(075)-100/2023 nömrəli iş üzrə 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev) iddia qismən təmin edilmiş, cavabdehlərdən 10.750 manat məbləğdə pul və 54.25 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
3. Qətnamədən iddiaçı və Cavabdeh1 apelyasiya şikayətləri vermişlər.
4. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1177/2023 nömrəli iş üzrə 25 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və E.Mehdiyev) apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, işin aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, “Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək işin baxılması üçün aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı VÖEN-i olmuş, lakin halhazırda fəaliyyətini dayandırdığından VÖEN-i aktiv deyildir....... apellyasiya məhkəməsinin icraatı zamanı, məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə tərəflərin hər ikisinin fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (İddiaçı VÖEN **********, Cavabdeh2 VÖEN **********).” Kassasiya instansiyası məhkəməsində icraat a) Kassasiya şikayətinin dəlilləri
6. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə r azılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qərardadın ləğv olunub, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. Kassasiya şikayətinin dəlillərinə görə, onun iddia tələbindən və işdə olan sənədlərdən görünür ki, tələbi verilmiş pulun və çəkilmiş xərclərin geri qaytarılması tələbidir. Yəni, o, həmin mağazanın fəaliyyətindən əldə edilmiş gəlirdən pay tələb etmir, həmin mağazanın tikintisinə çəkilmiş xərcin geri qaytarılmasını tələb edir. Həmçinin, həmin tikili faktiki olaraq qeyri-yaşayış obyekti məqsədi ilə tikilsə də, faktiki olaraq (bu qanunsuz yollarla alınmasına baxmayaraq) həmin tikili fərdi yaşayış evi kimi rəsmi reyestrdə qeydiyyata alınmışdır. Yəni, hətta onun və qarşı tərəfin fərdi sahibkarlıq statusuna malik olması müba hisənin kommersiya mübahisəsi olmasını deməyə əsas vermir. Bir daha qeyd edir ki, tələbi sahibkarlıq məqsədi ilə əldə etdiyi gəlirlə, hər hansı bir qazancla bağlı deyil, birgə inşa etdirdiyi tikiliyə çəkilmiş xərci tələb edir Bu da öz növbəsində kommersiya mübahisəsi hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxıl masına yol verilmir. 10. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.
11. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünv an), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 13. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; Maddə
30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır; Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa; Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərar: “Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yo l verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. … Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsind ə qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkild ə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərar: “Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq mü əyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.”
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarı: Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan ü ç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; Bənd
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxı mından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; Bənd
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır; Bənd
13. Əsas tələb (yaxud birlikdə baxılması m ümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir;
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 16 sentyabr 2010-c u il tarixli Qərarı: “Qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Ka ssasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
20. Hakimlərin qarışıq tərkibi hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Hakimlərin qarışıq tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
22. İlk olaraq, Vergi və Mülki məcəllələrin, habelə “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun bu Qərarda (§11-13) istinad olunan normalarının mənasına görə, sahibkarlıq fəaliyyəti hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq olaraq mənfəət və gəlir əldə etməyə yö nəlmiş fəaliyyətdir, hər iki kateqoriyaya daxil olan subyektlər vergi ödəyicisi kimi vergi orqanında uçota alınırlar.
23. Tərəflərdən iddiaçının və cavabdehlərdən birinin qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi sahibkar qismində vergi ödəyicisi kimi vergi orqanında uçota alınmaları (VÖEN-ə malik olmaları) işin mübahisəsiz halıdır.
1. Həmçinin, iddia ərizəsində göstərilmişdir ki, iddiaçı cavabdehlərlə razılığa gəlib qeyri-yaşayış binası inşa edərək, birlikdə orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişlər. Buna görə də, satın aldıqları torpaq sahəsində qeyri-yaşayış binası inşa etmişlər. Qeyri-yaşayış sahəsi ət dükanı, kəsim otağı, mətbəx, çayxana, mağaza və anbardan (tövlə) ibarətdir.
2. Bu baxımdan, iddiaçının və cavabdehlərdən birinin mübahisənin predmeti ilə bağl ı fəaliyyətləri, habelə həmin tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakteri, hazırkı mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi qiymətləndirilə bilməsi üçün qanunla tələb edilən üç şərtin üçünün də iş üzrə yerinə yetirildiyi barədə qənaətə gəlməyə əsas verir.
3. Belə olan halda, iddiaçının şikayətinin dəlilləri, MPM-in 24.2-ci maddəsinin (§14) mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinin: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, müəyyən edilməli olması, habelə, 30-cu maddəsinin bir-biri ilə əlaqədar olaraq birləşdirilən bir neçə tələbdən bir qismi ümumi məhkəməyə, digəri isə kommersiya məhkəməsinə aiddirsə, iddiaya kom mersiya məhkəməsində baxılmalı olması barədə tələblərinə, həmçinin, Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə (§16) verilən izahlara zidd olduğu üçün, əsassızdır.
4. Hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiya məhkəməsinin mübahisəyə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması ilə əlaqədar gəldiyi nəticə qanuni olduğu üçün, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.
5. Göstərilənlərə əsasən və MPM-in 24, 31, 403-1, 417 və 419-cu maddələrini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1177/2023 nömrəli iş üzrə 25 oktyabr 2023-cü il tarixli qərardadı dəyiş iklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.