Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4682/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu 153 nömrəli Körpələr Evi-Uşaq Bağçasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti vermə müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh 153 nömrəli Körpələr Evi-Uşaq Bağçasına qarşı işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(103)-1129/2022 nömrəli, 28 iyun 2022- ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Binəqədi rayonu 153 nömrəli Körpələr Evi-Uşaq Bağçasına (bundan sonra – cavabdeh və ya Uşaq Bağçası) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Uşaq Bağçası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 201 nömrəli əmrin ləğv edilməsi, iddiaçının həmin müəssisəyə tərbiyəçi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsin də icraat
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1250/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia təmin edilmişdir.
3. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 377.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74, 83, 84, 87, 296, 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1129/2022 nömrəli mü lki iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd olunması qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74, 296-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
7. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1129/2022 nömrəli iş üzrə 28 iyun 2022-c i il tarixli qərardadı ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi poçt vasitəsilə iddiaçıya göndərilmiş və 21 fevral 2022-ci il tarixdə rəsmi olaraq çatdırılmışdır. Kassasiya şikayəti elektron kabinet vasitəsilə məhkəməyə 3 iyun 2022-ci il tarixdə daxil olmuşdur. İddiaçının qətnaməni rəsmi qaydada aldığı 21 fevral 2022-ci il tarixindən 21 aprel 2022-ci il tarixinədək kassasiya şikayəti vermək hüququ olmuşdur. İddiaç ının əlavə etdiyi müayinə sənədləri və xəstəxana arayışları isə 2022-ci ilin 14 aprel tarixindən 2 may tarixinədək olan dövrləri əhatə etmişdir. Kassasiya şikayətinin 3 ay, 13 gün sonra verilməsi səbəbləri iddiaçı tərəfindən kifayət qədər dəlillər ilə əsaslandırılmamışdır. Bundan başqa, iş materiallarının 188-ci vərəqəsində olan qəbzdən görünmüşdür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iş materialları ilə tanış olmuşdur. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, iddiaçının qətnamədən kassasiya şikayəti vermə müddətinin ötürülməsinin üzrlü səbəbdən baş verməsi müəyyən olunmamışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 408.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlillər i a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, anası X1 29 iyun 2022-ci il tarixdə vəfat etmişdir. Onun ağır xəstə olması isə iş materiallarına əlavə etdiyi sənədlərlə sübut edilmişdir. Lakin məhkəmə bu halı üzürlü səbəb kimi qəbul etməmişdir.
13. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
19. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
20. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan m addi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
22. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırk ı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi poçt vasitəsilə iddiaçıya göndərilmiş və 21 fevral 2022-ci il tarixdə rəsmi olaraq çatdırılmışdı r. Kassasiya şikayəti elektron kabinet vasitəsilə məhkəməyə 3 iyun 2022-ci il tarixdə daxil olmuşdur. İddiaçının qətnaməni rəsmi qaydada aldığı 21 fevral 2022-ci il tarixindən 21 aprel 2022-ci il tarixinədək kassasiya şikayəti vermək hüququ olmuşdur. İddiaçının əlavə etdiyi müayinə sənədləri və xəstəxana arayışları isə 2022-ci ilin 14 aprel tarixindən 2 may tarixinədək olan dövrləri əhatə etmişdir. Kassasiya şikayətinin 3 ay, 13 gün sonra verilməsi səbəbləri iddiaçı tərəfindən kifayət qədər dəlillər ilə əsaslandırılmamışdır.
29. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarının 188-ci vərəqəsində olan qəbzdən görünmüşdür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iş materialları ilə tanış olmuşdur. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, iddiaçının qətnamədən kass asiya şikayəti vermə müddətinin ötürülməsinin üzrlü səbəbdən baş verməsi müəyyən olunmamışdır.
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
31. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermir.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1129/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.