Məhkəmə qərarları › İş №2(102)-4684/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4684/2023

25.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4684/2023 25.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Balacayeva(Hüseynova) Zəminə Qüdrət qızı və İddiaçı5 qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4684/2023 (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin elektron qaydada imzalanmaması, etibarnamə üzrə səlahiyyət müddətinin bitməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən payların naturada ayrılması, cavabdehlərin həmin hissədən çıxarılmaları” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-09/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 25 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən payların naturada ayrılması, cavabdehlərin həmin hissədən çıxarılmaları” tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, reyestr nöm rəsi **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0,1556 ha torpaq sahəsindən və JN-244A kod 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payların naturada ayrılması, cavabdehlərin həmin hissələrdən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Balakən Rayon Məhkəməsinin 2(019)-693/2019 nömrəli, 19 dekabr 2019-cu il tаrixli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı reyestr nömrəsi **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0,1556 ha torpaq sahəsindən və JN-244A kod 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payların naturada ayrılması, cavabdehlərin həmin hissələrdən çıxarılması tələbinə dair iddiaları təmin edilməmiş və iddiaçılardan müştərək qaydada 343,10 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair xərcin tutulub X1 hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

3. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin tam edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər.

4. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-668/2020 nömrəli, 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakiml ər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Vəzirxan Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

5. Qətnamədən iddiaçılar (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-861/2021 nömrəli, 18 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (sədrlik edən və məruzəçi), Elşad Şamayev və Abiddin Hüseynov) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən ba xılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

7. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-09/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Elçin Mehdiyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti təmin olunmuş, Balakən Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tаrixli qətnaməsi ləğv edilərək, iddianın təmin edilməsi, reyestr nömrəsi **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0,1556 ha torpaq sahəsindən və JN-244, KOD 40103018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İ ddiaçı3, Balacayeva(Hüseynova) Zəminə Qüdrət qızı və İddiaçı5 qızının ümumbirgə hesab edilməklə 5/7 hissədə paylarının naturada ayrılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılara naturada ayrılmış 5/7 hissə torpaq sahələrindən çıxarılmaları, ayrılan torpaq sahələrinin ölçüləri və koordinatlarının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 13 yanvar 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilənlərə uyğun olaraq müəyyən edilməsi, cavabdehlərdən ekspertiza tədqiqatının dəyəri olan 250 manat pulun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, 300 manat pulun isə "xxxx" MMC-nin xeyrinə müştərək qaydada tutulması qət edilmişdir.

8. Qətnamədən cavabdehlər (Vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

9. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-09/2023 nömrəli, 25 oktyabr 2023-cü il tаrixli qərardadı ilə (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Elçin Mehdiyev) apelyasiya instansiya məhkəməsinin 22 avqust 2023-cü il tаrixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya şikayəti cavabdehlərin vəkili Nümayəndə tərəfindən imzalansa da, şikayətə vəkilin kassasiya şikayətinin imzalamaq səlahi yyətini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Həmçinin, iş materiallarında Cavabdeh2 tərəfindən vəkil Nümayəndə verilmiş etibarnamə mövcud olsa da, həmin etibarnamənin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir.

11. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.3. və 408.1.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

12. Qərardaddan cavabdehlər (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, kassasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti cavabd ehlər tərəfindən şəxsən imzalanmış və vəkil tərəfindən portala yerləşdirilmişdir. Kassasiya şikayəti Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilmişdir. Belə ki, kassasiya şikayətinin formasına, məzmununa riayət edilmiş vəkil orderi və dövlət rüsumu ödənilmişdir. Kassasiya şikayəti verilməsi üçün ümumiyyətlə etibarnaməyə zərurət yoxdur. O baxımdan ki, şikayəti tərəf özü imzalamış və vəkilin elektron portal vasitəsi ilə verilməsi qanunla qadağan edilmir. Xüsusi ilə qeyd edilməlidir ki, Cavabdeh2 vəkil Nümayəndə təkrar etibarnamə vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

14. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

15. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

16. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron m əhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

17. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

18. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

19. Maddə 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir.

20. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

21. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallar da şikayət verə bilərlər.

22. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

23. Maddə 408.1.7. Kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

24. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

25. Maddə 4

09. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən h allara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

28. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında o lan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Cavabdehlərin vəkili Nümayəndə, - kassasiya şikayətinin cavabdehlər tərəfindən şəxsən imzalaması və vəkil tərəfindən portala yerləşdirilməsi, şikayətin Pr osessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilməsi, o cümlədən kassasiya şikayəti verilməsi üçün ümumiyyətlə etibarnaməyə zərurət olmaması, şikayəti tərəfin özünün imzalaması və vəkilin elektron portal vasitəsi ilə verilməsinin qanunla qadağan edilməməsi, habelə Cavabdeh2 vəkil kimi ona təkrar etibarnamə verməsi barədə, kassasiya şikayətinin dəlilləri əsassızdır.

34. Qeyd olunmalıdır ki, apelyasiya instansiya məhkəməsinin də qeyd etdiyi kimi kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, cavabdehlərin vəkili Nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixdə elektron qaydada imzalanmış, şikayət cavabdehlər tərəfindən elektron qaydada imzalanmamış, lakin şikayətə vəkilin kassa siya şikayətini cavabdehlərin nümayəndəsi kimi imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Həmçinin, iş materiallarında Cavabdeh2 tərəfindən vəkil Nümayəndə verilmiş etibarnamə mövcud olsa da, həmin etibarnamənin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Vəkilin kassasiya şikayətinə əlavə etdiyi, Cavabdeh2 tərəfindən vəkil Nümayəndə verdiyi etibarnamə isə, vəkilin apelyasiya instansiya məhkəməsinin qətnaməsindən xx.xx.2023-cü il tarixdə elektron qaydada kassasiya şikayətinin verilməsindən sonraki tarixdə, yəni 03 noyabr 2023-cü il tarixdə verilmişdir.

35. Göründüyü kimi vəkil Nümayəndə apelyasiya instansiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətini xx.xx.2023-cü il tarixdə elektron qaydada imzalayarkən, onun cavabdehləri təmsil etmək səla hiyyəti olmamışdır.

36. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 2.1-ci bəndinə əsasən informasiya Sisteminin iştirakçıları və istifadəçiləri (işdə iştirak edən şəxslər, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, vəkillər və s.) müvafiq olaraq “Məhkəmə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və Vahid Məhkəmə Portalı (https://e-mehkeme.gov.az və https://courts.gov.az) vasitəsilə İnformasiya Sisteminə daxil ola bilərlər.

38. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır.

39. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə g ücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.

40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehlərin vəkili Nümayəndə kassasiya şikayətinə Cavabdeh2 tərəfindən ona 03 noyabr 2023-cü il tarixdə verilmiş etibarnaməni əlavə etməsi o anlama gəlmir ki, vəkil kassasiya şikayətini elektron qaydada imzaladığı xx.xx.2023-cü il tarixdə Cavabdeh2 təmsil etmək səlahiyyətinə malik olmuşdur. Həm də digər Cavabdeh1 tərəfindən vəkil Nümayəndə onu təmsil etmək üçün etibarnamə verməsi, habelə kassasiya şikayətinin cavabdehlər tərəfindən şəxsən imzalanması işdən müəyyən olunmur.

41. Həmçinin qeyd olunmalıdır ki, kassasiya şikayəti əsassız olduğundan, apelyasiya instansiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətinə mahiyyə ti üzrə baxılması barədə dəlil də əsaslı hesab edilə bilməz. Eyni zamanda müdafiəçi Nümayəndə şikayəti tərəfin özünün imzalaması və vəkilin elektron portal vasitəsi ilə verilməsinin qanunla qadağan edilməməsini kassasiya şikayətində vurğulayarkən, kassasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirili olması və tərəflərin elektron qaydada imzalamalı olduqları barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərini diqqətdən qaçırmışdır.

42. Bu səbəbdən kassasiya şikayətinin qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi ü çün əsas ola bilməz.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-9/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar