Məhkəmə qərarları › İş №2(102)-4685/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4685/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4685/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)2952/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov, iş № 2(006)-216/2019) iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığo rtalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 55.868,01 manat məbləğində borcun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 350.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin hesabına borcunun ödənilməsi, qalan məbləğin Cavabdeh verilməsi və qeyri-yaşayış sahəsinin satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətna məsi ilə (hakimlər: V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin apelyasiya şikayəti isə qismən təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin Cavabdeh tutulmalı olan faiz borcuna aid hissədə dəyişdirilib ondan bankın xeyrinə tutulan faiz borcunun məbləğinin 9.749,16 manat müəyyən olunması, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik istifadə dərəcəsi 20 faiz olmaqla 50.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi Cavabdeh məxsus Bakı şəhəri, Səid Rüstəmov küçəsi, 0,5669 ha torpaq sahəsində yerləşən 6 №-li binanın ümumi sahəsi 140,3 kv.metr olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016cı il tarixli qərarı ilə “xxxx” ASC ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. 2018-ci ilin fevral ayında bankın ləğvedicisi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən xx xxxxxx 2016-cı il tarixə banka 50.000 manat məbləğində əsas kredit borcunun, 10.838,01 manat məbləğində faiz borcunun, cəmi 60.838,01 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə cavabdehdən həmin borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsini və s. xahiş etmişdir. İddia t ələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İş üzrə iddiaçı “xxxx” ASC-nin ləğvedicisi qətnamədən kassasiya şikayəti verərək məhkəmə tərəfindən müəyyən olunmuş ipoteka predmetinin ilkin satış qiymətinin onun real dəyərinə uyğun olmamasını, əmlakın ilkin satış qiymətinin onun likvid dəyəri ilə müəyyən edilməli olduğu halda bazar dəyəri ilə müəyyən olunmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh də kassasiya şikayəti verərək onun tərəfindən ödənilmiş kreditin ümumi borcdan silinməsinin bank tərəfindən düzgün həyata keçirilməməsini, borcun məbləğinin müəyyən olunması üçün zəruri olduğu halda maliyyə-mühasibatlıq ek spertizasının keçirilməməsini, ipoteka predmeti olan qeyri-yaşayış sahəsini birgə nikahda olduğu dövrdə əldə etməklə həmin sahənin onların ümumi birgə mülkiyyəti olmasına baxmayaraq arvadının cavabdeh kimi işə cəlb edilməməsini və belə olduqda iddianın həmin hissədə baxılmamış saxlanılmalı olmasını, lakin işə baxan apelyasiya instansiyası məhkəməsinin qanun pozuntusu ilə işə baxmasını əsas göstərməklə qətnamənin qismən ləğv edilib iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində baxılmamış saxlanılması və ipoteka predmetinin boşaldılması hissəsində iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və ye ri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, bankın ləğvedicisinin kassasiya şikayəti qismən təmin olunaraq qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə ləğv edilərək iş yeni apelyasiya baxışına göndərilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ipoteka müqaviləsində 88.000 manat məbləğində müəyyən olunmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmənin xx xxx 2018-ci il tarixli qərardadına əsasən “xxxx” MMC tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli qiymətləndirmə rəyi ilə müəyyən olunmuşdur ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin bazar dəyəri həmin tarixə 350.000 manat təşkil edir. Həmin qiymətləndirmə rəyinə əsaslanan birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin 350.000 manat olması barədə qətnamə qəbul etmişdir. “İpoteka haqqında” A zərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun göstərilən normasından göründüyü kimi ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyəri əsasında müəyyən olunmalıdır. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin likvid dəyərini müəyyən etmədən ilkin satış qiymətinin 350.000 manat olması barədə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmaqla qanunun yuxarıda göstərilən normasının tələbini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, qətnamə həmin hissədə qanun pozuntusu ilə qəbul edildiyindən ləğv olunmalı və iş yeni apelyasiya baxışına göndərilməlidir. İş materiallarından görünür ki, mübahisəyə apelyasiya instansiyası məhkəməsində baxılarkən borclu Cavabdeh arvadı X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməsinə baxmayaraq arvadı Na məhkəməyə gəlməmişdir. İşin 132-ci səhifəsində olan Nın ərizəsindən görünür ki, o, ərinə məxsus qeyriyaşayış sahəsinin ipoteka qoyulmasına etiraz etməmiş və tutmanın həmin əmlaka yönəldiyi təqdirdə oranı tərk etmək barədə üzərinə öhdə lik götürmüşdür. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Müəyyən olunduğu kimi, Na mübahisəli qeyri-yaşayış sahəsinin ipoteka qoyulmasına razılıq vermiş və ipoteka predmetinə tutma yönəldikdə oranı tərk etməsi barədə üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, işdən göründüyü ki, o, işə cəlb edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və eləcə də qətnamədən kassasiya şikayəti verməmişdir. İşin göstərilən halları cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini təkzib etdiyindən, kollegiya hesab edir ki, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə iddianın baxılmamış saxlanılması və ipot eka predmetinin boşaldılması hissəsində iddianın rədd edilməsi üçün qanuni əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə ləğv edilsin. Həmin hissəyə yenidən baxılması üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar