Məhkəmə qərarları › İş №2(102)-4685/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-4685/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4685/2021 28.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-846/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dai r işə 28 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında 23.01.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı illik 28 faiz hesablanmaqla, 24 ay müddətinə qaytarmaq şərti ilə 3170 manat məbləğində kredit verilmişdir. 2. 23.01.2015-ci il tarixli zaminlik müqaviləsi ilə X5 23.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinə zamin durmuşdur.

3. İddiaçı 23.01.2015-ci il tarixli kredit müqaviləsi üzə öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC İddiaçı və X2 qarşı pul tələbinə dair iddia ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 iyul 2016cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı və X1 müştərək qaydada "xxxx" MMCnin xeyrinə 2893,19 manat kredit borcu, 916,38 manat faiz forcu və 217,03 manat cərimə borcu, cəmi 4026,60 manat və 20 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddia tələbinin rədd edilməsi qət edilmiş,. 5. "xxxx" BOKT MMC tərəfindən verilmiş 09.04.2019-cu il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.12.2017-ci il tarixli, 2(102)-8760/2017 saylı qərarına əsasən Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən görülmüş tədbirlər nəticəsində İddiaçı ümumilikdə 2365,31 manat məbləğində pul tutulmuşdur. 6. "xxxx" BOKT MMC tərəfindən verilmiş 13.12.2019-cu il t arixli arayışdan görünür ki, İddiaçı MMC-yə 663,99 manat məbləğində əsas borcu vardır. 7. “Problemli kreditlərin kompensasiyası”na dair çıxarışdan görünür ki, İddiaçı "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyəti ilə bağlanmış kredit müqaviləsi üzrə 373,89 manat kompensasiya məbləği hesablanmış, qalıq borc 663,99 manat müəyyən edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4960 saylı, 12 iyun 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış 23.01.2015-ci il tarixli, 05039 saylı kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanı və Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq Qaydaları nəzərə alınmaqla müqaviləyə uyğun olara q əsas borc 663,99 manat düzgün hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı "borc məbləğinin müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 yanvar 2015-ci il tarixdə "xxxx" MMC-dən 3170 manat kredit götürmüşdür. Müəyyən iqtisadi çətinliklər səbəbindən kredit ödənişində problemlər yaranmışdır. 26 yanvar 2018-ci il tarixli məhkəmə qərarına əsasən 2893,19 manat əsas, 916,38 manat faiz, 217,03 manat cərimə borcu və 20 manat dövlət rüsumu olmaqla, cəmi 4046,56 mənat borc iddiaçıdan tutulmalı idi. Prezidentin Fərmanı və Maliyyə Bazarlarına Nəzarət Palatasının Qaydasına əsasən hesablama zama nı iddiaçıya hesablanmış kredit borcunun düzgün hesablanmadığı məlum olur. MBNP -nın 27 mart 2019-cu ildə təsdiq edilmiş Qaydalarının 5.2.1-ci maddəsində qeyd edilir ki, "Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə - hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir". Lakin Bank tərəfindən Fərmana əsasən qalıq borcu düzgün hesablanmamışdır. Belə ki, hesablanmış faiz və dəbbə pulları tam silinməmişdir. 153,99 manat borc qalmalı olduğu halda, iddiaçıya 663,99 manat borc qaldığı göstərilmişdir. Bu hesablama məhkəmə qərarına əsasən əsas borc qalığı, məhkəmə qərarından sonra ödənilmiş məbləğ, restrukturizasiya qərarından sonra hesablanmış kompensasiya və ödənilməli qalan borc qalığı haqqındadır. Məhkəmə qərarından sonrakı dövr ərzində iddiaçı 2365,31 manat ödəniş etmişdir. Belə olan halda, qalıq borc 153,99 manat olmalıdır. Bununla əlaqədar MBNP-na və "xxxx" MMC-yə rəsmi müraciət edilməsinə baxmayaraq, heç bir dəqiqləşmə aparılmamış və kredit borcunun dəqiq nə qədər qalması barədə düzgün cavab verilməmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) 01 sentyabr 2020-ci il tarixli, 2(006)-1204/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı "borc məbləğinin müəyyən edilməsi" tələbinə dair iddiası təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pulun İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 S WİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-846/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və X.Sarıyev) apellyasiya şikayəti rədd olunmuş, Nəsimi Rayon Məhkəməsinin 01.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməs i barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

19. İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. ( maddə 261.0.1)

20. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. (maddə 262.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

29. İş materiallarından görünür ki, iddiaçının iddia tələbi borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun məbləğinin müəyyənləşdirilməsi ilə bağlıdır.

30. Bununla bağlı qeyd edilməlidir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun və ya onun bir hissəsinin silinməsi, borcun azaldılması və ya borc öhdəliyindən tam və qismən azad edilmə, yaxud borcun məbləğinin müəyyən edilməsi kimi tələblər ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Çünki kreditor tərəfindən yaranmış borc məbləği borcludan məhkəmə qaydasında tələb edilməyənədək kredit müqaviləsi üzrə kreditor və ya borclu tərəfindən hesablanmış borc məbləği özü-özlüyündə borclunun qanunla qorunan hüquqlarını və mənafelərini pozmur. Eyni zamanda borclu hesablanmış borc məbləğinə etirazını məhkəmədən kənar qaydada birbaşa kreditorun özünə şifahi və ya yazılı qaydada bəyan etm ək hüququna da malikdir.

31. Bu cür tələblər mahiyyətcə kreditorun borcun qaytarılması barədə gələcəkdə irəli sürəcəyi iddiaya etirazını təşkil etməklə, əsaslı olduğu halda iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər.

32. Göründüyü kimi hazırkı iş üzə iddia tələbi məhkəmədə baxılmalı olmadığından apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

33. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 262.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-846/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı "borc məblə ğinin müəyyən edilməsi" tələbinə dair mülki işin icraatına xitam verilsin Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar