Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4685/2023 17.11.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlunun məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Cavabdehlər X və Cavabdeh4 tərəfindən birgə verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdehlər x və Cavabdeh4 Gəncə Apellyasiya Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(104)-1557/2023 nömrəli qərardadından birgə kassasiya şikayəti vermişlər. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyrimümkün hesab edilməlidir. Belə ki, MPM-nin 407.3-cü maddəsinə görə kassasiya şikayəti onu verən şəxslər (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Hazırki, iş üzrə verilmiş kassasiya şikayəti cavabdeh Heydərova (Cəmilova) Ruhiyyə Musa qızının səlahiyyətli nümayəndəsi və vəkili Vəkil tərəfindən imzalansa da, digər Cavabdeh4 tərəfindən imzalanmamış, həmçinin kassasiya şikayətinə ona hüquqi yardım göstərilməsi barədə vəkil orderi əlavə edilməmişdir. Göründüyü kimi kassasiya şikayəti hər iki cavabdeh tərəfindən imzalanmalı olduğu halda imzalanmamışdır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. MPM-in 407.3-cü maddəsinin tələbinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 408.1.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 408.1.3-cü maddəsinin tələbinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiy ası məhkəməsi tərəfindən qaytarılır. Odur ki, qeyd olunan kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və şikayət geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdehlər X və Cavabdeh4 Gəncə Apellyasiya Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(104)-1557/2023 nömrəli qərardadından birgə verdikləri kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-4685/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-4685/2023
17.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver