Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4686/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh1 və Əliyeva Cavabdeh2 vəkili Nümayəndə2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3266/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-6020/ 2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.Ə.Əliyev) İddiaçı cavabdehlər Cavabdeh1 və Əliyeva Cavabdeh2 Qulamhüseynovaya qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddiası təmin edilərək, cavabdehlərə 11.000 manat kompensasiya ödənilməklə yetkinlik yaşına çatmayan X3 və Əliyev Nəriman Vüqar oğlu ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Binəqədi küçəsi 7, 01 saylı evin 88-ci mənzilindən istifadə hüquqlarına xitam verilməsi qət edilib. Cavabdehlər qətnamədən apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3266/2020 saylı qətnaməsi ilə (hakimlər V.Nümayəndə1 sədrlik edən, məruzəçi, Z.A.Şirinov və A.N.İmanov) apelyasiya şikayəti qismən təmin e dilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, yetkinlik yaşına çatmayan X3 və Əliyev Nəriman Vüqar oğlu ilə birlikdə 11.000 manat kompensasiya ödənilməklə, onların Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Binəqədi küçəsi 7, 1 saylı evin 88-ci mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual h üquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Nümayəndə1 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əliyevanın vəkili Nümayəndə2 məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması nı xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əliyeva məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə ə sasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına qeyd alınıb. Cavabdehlərin həmin mənzildə istifadə hüquqları vardır. Tərəflər arasında mənzildən istifadə hüququna xitam verilməsi haqqında hər hansı razılaşma yoxdur. Cavabdehlərin mənzildən istifadə hüquqlarına mənzilin mülkiyyətçisi iddiaçının məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə 11.000 manat kompensasiya verməsi yolu ilə xitam verilməsi üçün əsaslar yoxdur. Belə ki, həmin kompensasiya məbləği mənzilin mülkiyyətçisi olan iddiaçının hesabına mənzilin istifadəçisi olan cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Bu səbəbdən də iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməyib. Apelyasiya baxışı zamanı iddiaçıya kompensasiyanın daha artıq, yəni 15.000 manata qaldırılması təklifi irəli sürülüb. İşin müəyyən olunmuş hallarına görə, tərəflərin birgə nikahından üç uşaqları var, onlardan Cavabdeh1 artıq yetkinlik yaşına çatıb, digər ikisi isə yetkinlik yaşına çatmayıblar. Cavabdehlərlə yanaşı, digər yetkinlik yaşına çatmayan uşaqların da mənzilin mülkiyyətçisi olan iddiaçı ilə bərabər surətdə istifadə hüquqları vardır. Göstərilənlərə əsasən, uşaqların mənafeyi nəzərə alınmaqla kompensasiyanın məbləğinin qaldırılması iddiaçıya təklif edilsə də, sonun cu daha artıq məbləğdə kompensasiya ödəməyəcəyini göstərib bununla razılaşmamışdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 228.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, xx xxx 1996-cı il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Binəqədi küçəsi 7, 01 saylı evin, 2 otaqlı, yaşayış sahəsi 30,14 kv.metr olan 88-ci mənzili daşınmaz əmlakın dövlət r eyestrində mülkiyyət hüququ üzrə X1 adına qeydə alınıb və bağışlama müqaviləsinə əsasən sonuncu mənzili qardaşı İddiaçı bağışlayıb və xx xxxx 1999-cu il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Eyni zamanda, işdən görünür ki, xx xxxx 1999-cu il tarixdə iddiaçı rəsmi nikah əsasında Cavabdeh2 Əliyeva ilə ailə qurub və onların birgə nikahından xx xxx 2000-ci ildə Orxan, xx xxxxxx 2003-cü ildə Kənan və xx xxxxxx 2014-cü ildə Nəriman adlı üç uşaqları doğulub. Sonradan Cavabdeh2 Əliyevanın tələbinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə onlar arasında xx xxxx 1999-cu il tarixdə bağlanmış nikah pozulub və hər üç uşaq anaları Cavabdeh2 Əliyevanın yanında saxlanılıb. Göründüyü kimi sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətindədir, cavabdehlərin isə həmin mənzildən istifadə hüquqları vardır. Bu fakt işin mübahisə olunmayan halıdır və tərəflər özləri də işin bu halını inkar etmirlər. Hazırda iddiaçı, mənzilin xüsusi mülkiyyətində olduğunu, Cavabdeh2 Əliyeva ilə aralarında olan ailə münasibətlərinə xitam verildiyini göstərib, cavabdehlərin mənzildən istifadə hüquqlarına 11.000 manat kompensasiya ödənilməklə xitam verilməsini iddia edir. Kasasiya şikayətində isə kompensasiyanın məbləğini 15.000 manata qaldırmışdır. Cavabdehlər isə, iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləğinin yetərli olmadığını göstərib iddiaya etiraz edirlər. İşə əlavə edilmiş çoxsaylı mütəxəssis və qiymətləndirici rəylərindən görünür ki, sözügedən binada yerləşən zəif təmirli iki otaqlı mənzilin a ylıq kirayə haqqı təxminən 300 manat, mənzilin orta bazar qiyməti isə 75.000-80.000 manat təşkil edir. İddiaçının izahatından, apelyasiya və kasasiya şikayətlərinin dəlillərindən görünür ki, o apelyasiya baxışı zamanı cavabdehlərə təklif edilən kompensasiya məbləğinin artırılaraq 15.000 manat müəyyən edilməsi ilə razı olduğunu bildirib, lakin cavabdehlər həmin kompensasiya məbləğinin 18.000-20.000 manat müəyyən edilməsini göstərib bununla razılaşmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azər baycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Res publikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin təfsirində səhvə yol verərək qeyd etmişdir ki, cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi üçün iddiaçının onlara sonuncu dəfə təklif etdiyi 1 5.000 manat kompensasiyaməbləği yetərli deyil və həmin kompensasiya məbləği əsas tutularaq onların həmin mənzilə olan istifadə hüquqlarına xitam verilərsə, bu onların mənzilə olan istifadə hüquqlarını pozmuş olar. Kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi sözügedən mənzilin mülkiyyətçisi, yəni iddiaçı tərəfindən cavabdehlərə təklif edilən kompensasiyanın məbləği ilə razılaşmadığı halda, bazar qiymətlərinə uyğun olaraq yetərli kompensasiyanın məbləğini müəyyən etməməklə və həmin məbləği mənzilin mülkiyyətçisi ilə razılaşdırmamaqla Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini pozub. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Res publikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında göstərilir ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə, ilk növbədə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlı qlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmə hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Eyni zamanda, işə baxan məhkəmə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olur. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən son nəticədə təklif edilən 15.000 manat kompensasiyanın məbləğini yetərli hesab etmədiyi halda, sadalanan maddələrin tələ blərinə və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarında müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq yetərli hesab etdiyi kompensasiyanın məbləğini müəyyən etməyib. İddiaçının izahatından və kasasiya şikayətinin dəlillərindən görünür ki, o cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməsinə görə onlara 15.000 manat kompensasiya ödəməyə razıdır. Kasasiya instansiyası məhkəməsi, cavabdehlərin mənzildə istifadə hüquqlarının olmasını, həmin mənzilin 2 otaqlı, yaşayış sahəsinin 30,14 kv.metr olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, ünvan 1 ünvanında yerləşməsini, həmçinin iddiaçının Cavabdeh2 Əliyeva ilə ailə münasibətlərinə xitam verilməsini və bundan sonra tərəflərin eyni mənzildə birgə yaşamalarının qeyri-mümkün olmasını, sözügedən mənzilin hazırki bazar dəyərinin 75.000-80.000 manat, həmçinin oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqının isə 300-350 manat civarında olmasını nəzərə alıb hesab edir ki, cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi üçün iddiaçının təklif etdiyi 15.000 manat kompensasiya məbləğinin yetəli və bazar qiymətlərinə uyğun olub-olmaması apelyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmayıb. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcə llənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məb ləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə onaxasolmuşşəraitləmüqayisədəoxşaryaşamaqimkanı, şəraiti yaradılmalıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nəqədərolması müəyyənedilməmişdir. Eləcə də mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanun vericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur. Qeyd olunanlardan da göründüyü kimi tərəflər arasında razılaşma olmadıqda yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam verilməsini tələb etmək hüququ mülkiyyətçiyə aid edilsə də, kompensasiyanın məbləğinin yetərli olub-olmamasını müəyyən etmək səlahiyyəti hər bir halda işə baxan məhkəmənin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda m üəyyən edilmiş faktiki hallarını nəzərə alıb, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti qis mən təmin edilsin, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3266/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4686/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4686/2020
27.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver