Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4688/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Cəbrayılov Mehman Hümsi oğlunun iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Cəbrayılov Mehman Hümsi oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 aprel 2020-ci il tarixli, 2(103)-9800/2019 saylı qərardadından verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərima nov Rayon Məhkəməsinin 2(005)-2152/2019 saylı, 02 may 2019- cu il tarixli qətnaməsi ilə (hakim S.İ.Ədilova), iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh 2 MMC-yə, Cavabdeh 3 Ərazi İdarəsinə, Cavabdeh3 ASC-yə, Maraqlı şəxsnə qarşı “alqı-satqı müqaviləsinin qismən ləğv edilmsəi və mülkiyyətə dair verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərardadı ilə (hakimlər sədrlik edən və məruzəçi V.T.Həsənov, Ş.A.Məmmədova və X.Ə.Sarıyev, iş № 2(103)9800/2019), İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2152/2019 saylı, 02 may 2019- cu il tarixli qətnaməsinin «Göygöl rayonu, Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun s ağ tərəfində yerləşən ümumi sahəsi 441 kv.m. olan Daş sexi əmlak kompleksinin hərrac yolu ilə 1,70 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh3 ASC-yə satılmasına dair alqı-satqı müqaviləsinin qismən ləğv edilməsi» hissəsində ləğv olunması, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər sədrlik edən və məruzəçi V.T.Həsənov, Ş.A.Məmmədova və X.Ə.Sarıyev, iş № 2(103)9800/2019), İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2152/2019 saylı, 02 may 2019-cu il tarixli qətnaməsinin «Göygöl rayon, Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 441 kv.m. olan Daş sexi əmlak kompleksinin hərrac yolu ilə 1,70 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh3 ASC-yə satılmasına dair alqı-satqı müqaviləsinin əsasında verilmiş çıxarışın ləğv edilməsi» hissəsində iddiaçı X2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli qərardadı ilə (hakimlər sədrlik edən və məruzəçi V.T.Həsənov, Ş.A.Məmmədova və X.Ə.Sarıyev, iş № 2(103)-9800/2019), Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9800/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərardadından (səhvən apelyasiya instansiyası məhkəməsi qətnamədən verilmiş kassasiya şikayəti kimi göstərmişdir) iddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkili Cəbrayılov Mehman Hümsi oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 apre l 2020-ci il tarixli qərardadı ilə (hakimlər sədrlik edən və məruzəçi V.T.Həsənov, M.A.Məmmədov və Ü.A.Mayılov, iş № 2(103)-9800/2019), Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9800/2019 saylı, 30 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı1 və vəkil Cəbrayılov Mehman Hümsi oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh 2 MMC-yə, Cavabdeh 3 Ərazi İdarəsinə, Cavabdeh3 ASC-yə, Maraqlı şəxsnə qarşı “hərracın yekunlarına dair protokolun qismən etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və mülkiyyətə dair verilmiş çıxarışın qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kəpəz Rayon Məhkəməsinin 04.03.2011-ci il tarixli, 2(043)-16 6/2011 saylı qətnaməsi və Nərimanov Rayon Məhkəməsinin 21.02.2013-cü il tarixli, 2(005)-531/2013 saylı qətnaməsi ilə İddiaçı1 məxsus Göygöl rayonu, Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 441 kv.m. olan Daş sexi əmlak kompleksinin hərrac yolu ilə 1,70 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh3 ASC-yə satılmasına dair alqısatqı müqaviləsinin qismən ləğv edilməsi, onun əsasında verilmiş çıxarışın qismən etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə 21.04.2020-ci il tarixli qərardadından narazı qalaraq iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qərardaddadan Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şik ayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qərardadının ləğv edilib kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Cəbrayılov Mehman Hümsi oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman işin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Cəbrayılov Mehman Hümsi oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmi n edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh 2 MMC-nin, Cavabdeh 3 Ərazi İdarəsinin, Cavabdeh3 ASC-nin və Maraqlı şəxs nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Məhkəmə kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Cəbrayılov Mehman Hümsi oğlunun izahatını dinləyib, iş materiallarını və iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinin dəllilərini araşdıraraq aşağıdakı göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanı b apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşə baxan apelyasiya instansiyası məhkəməsi aşağıda qeyd olunanlara əsasən qərardad qəbul etmişdir. Mülki işin 229-cu səhifəsində olan xəbərnamədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9800/2019 saylı, 30 iyul 2019-cuil tarixli qətnaməsi iddiaçılar İddiaçı2 və İddiaçı1 yaşadığı ünvan 1 ünvanda 16 avqust 2019-cu il tarixdə rəsmi qaydada xəbərnaməyə imza edilməklə İddiaçı1 tərəfindən qəbul edilmişdir. İddiaçılar kassasiya şikayətini 19.03.2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kassasiya şikayəti müəyyən edilmiş m üddət ötürülməklə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərardadda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9800/2019 saylı, 30 iyul 2019-cuil tarixli qətnaməsinin surətinin İddiaçı1 tərəfindən qeydiyyatda olduğu ünvanda 16 avqust 2019-cu il tarixində xəbərnaməyə imza edilməklə rəsmi qaydada qəbul edildiyini göstərsə də, iddiaçıların Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 mart 2011-ci il tarixli, 2(043)166/2011 saylı qətnaməsinə əsasən yaşadıqları ünvan 2 ünvanından kredit borclarına görə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 14 may 2019-cu il tarixdə çıxarılmalarını, evlərinin tələbk ar Cavabdeh3 ASC-nin nümayəndəsi Şahin Abbasov tərəfindən boş vəziyyətdə təhvil alınmasını, bu barədə İcra İdarəsi tərəfindən 14 may 2019-cu il tarixdə akt tərtib edilməsini nəzərə almamışdır (i/v 281-282).İddiaçılar evlərindən çıxarıldıqdan sonra ünvan 4 ünvanında kirayədə yaşamağa başlamışlar. Ali Məhkəmənin Mülki Kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəmə kollegiyası iddiaçıların ədalətli məhkəmə araşdırılması hüququnu pozmuş, mövcud prosessual hüquq normalarının tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə də məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Buna görə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən qətnamənin surəti məhz rəsmi qaydada alındıqdan sonra prosessual müddətin ötürülübötürülməməsinə yenidən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -263.6-cı maddəsinə əsasən məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. -405.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştrak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilir. -418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstəril ənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 aprel 2020-ci il tarixli, 2(103)-9800/2019 saylı qərardadı ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4688/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4688/2020
27.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver