Məhkəmə qərarları › İş №2(102)-4689/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4689/2021

14.09.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4689/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Milli X1rşı iş üzrə QƏRARİ iş № 2(102)-4689/21 (Açar sözlər: qərarın ləğv edilməsi və üzvlüyə bərpa) Bakı şəhəri, 14 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1, cavabdeh Azərbaycan Milli Kulinariya X11 X2 və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3410/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Milli Kulinariya X22 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Milli X1rşı “qərarın ləğv edilməsi və üzvlüyə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Milli Kulinariya X7 İdarə Heyətinin 06 iyul 2018-ci il tarixli qərarının onun üzvlükdən xaric edilməsi hissəsində ləğv edilməsi, cavabdehin üzərinə onun Azərbaycan Milli X8 Birliyinə üzvlüyünün bərpa olunması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır k i, o, uzun illərdir aşbaz kimi Azərbaycan Milli Kulinariya X7 üzvü olmuşdur. Lakin ona məlum olmayan səbəblərdən 06 iyul 2018-ci il tarixli Azərbaycan Milli Kulinariya X7 İdarə Heyətinin qərarı ilə üzvlükdən çıxarılmışdır. Hesab edir ki, onun Azərbaycan Milli Kulinariya X7 üzvlüyündən çıxarılması qanunsuz və əsassız olmuşdur. Hazıkı dövrə qədər dəfələrlə həmin ictimai birliyə üzvlükdən çıxarılıb-çıxarılmaması barədə, əgər üzvlükdən çıxarılmışdırsa səbəbləri barədə yazılı və şifahi şəkildə dəfələrlə müraciət etməsinə baxmayaraq ona heç bir rəsmi cavab verilməmişdir. Hətta ictimai birliyin nizamnaməsini tələb etsə belə ona təqdim olunmamışdır. Azərbaycan Milli Kulinariya X7 İdarə Heyətinin iclasının 2 saylı protokolundan çıxarışda qeyd olunmuşdur ki, guya üzvlükdən çıxarılması üçün əsas olan səbəb üzvlük haqlarını ödəməməsidir. Bu hissə ilə bağlı olaraq bildirir ki, o, əvvəllər də dəfələrlə ictimai birliyin bank hesabını istəmişdir. Lakin ona bu barədə heç bir sənəd təqdim olunmamışdır. Həqiqətdə üzvlük haqları barəsində heç bir məlumat ona verilməmişdir. Azərbaycan Milli Kulinariya X7 İdarə Heyətinin 06 iyul 2018-ci il tarixli iclasının gündəliyi (məruzəçi Ceyran Əhmədova) üzvlük haqqını ödəməyən aşbazları Azərbaycan Milli Kulinariya Asossiasiyası sıralarından kənarlaşdırılması olmuşdur. Lakin Azərbaycan Milli Kulinariya X7 nizamnaməsinə nəzər salınsa məlum olur ki, üzvlük haqlarının ödənilməsi üzvlükdən xaric etməyə səbəb olmur. Azərbaycan Milli Kulinariya X7 nizamnaməsinin 5.11-ci bəndinə əsasən birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir: birliyin adma ləkə gə tirən hərəkətlərə yol verdikdə; mütəmadi olaraq birliyin işində iştirak etməkdən boyun qaçırdıqda; nizamnamənin məqsədlərinə zidd hərəkət etdikdə. Göründüyü kimi, Azərbaycan Milli Kulinariya X7 nizamnaməsində üzvlük haqqını ödəməməsi səbəbindən üzvlükdən çıxarılma halı nəzərdə tutulmamışdır. Azərbaycan Milli Kulinariya X7 nizamnaməsinin 5.13-cü bəndinə əsasən birlik üzvünün həmin qərardan məhkəməyə şikayət etmək hüququ vardır. İdarə heyətinin 2 saylı iclas protokolunun 2-ci səhifəsində qeyd olunmuşdur ki, guya o və digərləri Azərbaycan Milli Kulinariya X4 nizamnaməsinin 5.8-ci bəndinin tələblərini pozmuşlar. Həmin nizamnamənin 5.8-ci maddəsinin tələbləri birliyin nizamnaməsinə əməl etmək, birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək, birliyin tədbirlərində iştirak etməkdən iba rətdir. Yəni, üzvlük haqqı ilə bağlı heç bir qeyd yoxdur. Digər tərəfdən, heç vaxt o, ictimai birliyin nizamnaməsi ilə tanış edilməmişdir. Həmçinin, həmin iclasa o dəvət olunmalı idi. Belə ki, onun ictimai birliyə üzvlüyü ilə bağlı məsələ müzakirə edilir, ancaq o, həmin iclasa dəvət olunmur. Bu hal özü tam qanunsuzluqdur. Əlavə olaraq bildirir ki, idarə heyətinin iclasında adları iştirak edənlər siyahısında yazılanların müəyyən bir hissəsi ümumiyyətlə həmin iclasda iştirak etməmişlər. Görünür həmin vaxt hətta iclas da keçirilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 oktyabr 2020-ci il tarixli, 2(008)-2533/2020 saylı qətnaməsi ilə (hakim Zaur Hacıyev) iddia tələbinin təmin edilərək, İddiaçı Azərbaycan Milli Kulinariya X7 üzvlüyündən çı xarılması və bununla bağlı məlumatın rəsmi olaraq WACS-a göndərilməsi, onun beynəlxalq yarış və tədbirlərdən uzaqlaşdırılması barədə Azərbaycan Milli Kulinariya X7 İdarə Heyətinin 06.07.2018-ci il tarixli qərarının İddiaçı aid hissədə ləğv edilməsi, Azərbaycan Milli Kulinariya X7 üzərinə İddiaçı Birliyin üzvlüyünə bərpa edilməsi vəzifəsinin qoyulması olunmuşdur Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Milli X8 Birliyi 28 dekabr 2005-ci il tarixdə 1105-Q7-1977 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Azərbaycan Milli Kulinariya X7 İdarə Heyətinin 06 iyul 2018-ci il tarixdə keçirilmiş iclasında AMKA-nm nizamnaməsinin 5.12-ci bəndi rəhbər tutularaq İddiaçı və di gər adları çəkilən aşbazların Azərbaycan Milli Kulinariya Asossiasiyasınm üzvlüyündən çıxarılması və bununla bağlı məlumatın rəsmi olaraq WACS-a göndərilməsi, iddiaçının və üzvlük haqqını ödəməyən digər aşbazların beynəlxalq yarış və tədbirlərdən uzaqlaşdırılması qərara alınmışdır. Qeyd olunan qərar qəbul edilərkən səsvermədə Ceyran Əsgərova, Oruc Əliyev, Araz Əhmədov, Seymur Cavadov, Ağa Salamov, Rəşad Ağayev, Tünzalə Məmmədzadə, Gülnar Ələsgərova, Emma Abdullayeva və Leyla Kərimli iştirak etmişdir. Adları çəkilən şəxslərin hamısı qərarın qəbul olunmasının lehinə səs vermişlər. Azərbaycan Milli Kulinariya X7 dövlət reyestrindən çıxarışda 07 aprel 2017-ci il və 10 oktyabr 2019-cu il tarixlərdə dəyişikliklər edilmiş və həmin dəyişikliklər qeyd olunan tarixlərdə qeydiyyatdan keçmişdir. Azə rbaycan Milli Kulinariya X7 dövlət reyestrindən çıxarışda 07 aprel 2017-ci il tarixdə edilmiş dəyişiklikdə İdarə heyətinin X3, vitse-prezident X29, üzvlər - X16, X17, X27, X18, X53, X46, X41, X25 olmuşdur. Həmin dəyişikliyə əsasən iddiaçının üzvlükdən çıxarılması barədə qərarın qəbul edilməsində iştirak edən şəxslərdən yalnız 5 nəfəri səlahiyyətli olmuşdur. Azərbaycan Milli Kulinariya X7 dövlət reyestrindən çıxarışda 10 oktyabr 2019-cu il tarixdə edilmiş dəyişiklikdə İdarə Heyətini üzvləri: X24 (prezident), X29 (vitse-prezident), X16, X27, X18, X30, X6, X53, X31, X26, X42, X32, X37, X28, X20, X10, X48, X43, X25 olmuşdur. Həmin dəyişiklikdən görünür ki, iddiaçının üzvlükdən çıxarılması barədə qərarın qəbul edilməsində iştirak edən şəxslərin hamısı İdarə Heyətinin üzvləri olmuşlar. Lakin idd iaçının üzvlükdən çıxarılması barədə qərar 06 iyul 2018-ci il tarixdə qəbul edilsə də, həmin qərarın qəbul edilməsində iştirak edən şəxslər 10 oktyabr 2019-cu il tarixdə - Birliyin dövlət reyestrindən çıxarışda edilmiş dəyişikliklərin qeydə alınmasından sonra səlahiyyətli olmuşlar, yəni səsvermədə iştirak edən 10 nəfərdən 5 nəfərin həmin tarixdə səlahiyyətli olmamışdır. Azərbaycan Milli Kulinariya X7 nizamnaməsinin 6.5-ci bəndindən görünür ki, ümumi yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. Məhkəmə eyni zamanda, iddia tələbinin üzvlük haqqının ödənilməməsinə görə üzvlükdən çıxarılmanın Birliyin nizamnaməsinin tələblərinə zidd olması ilə bağlı qeyd edir ki, iddiaçının üzvlükdən çıxarılması ilə bağlı qərar səlahiyyəti olmayan şəxslər tərəfin dən qəbul edildiyindən, olunan qərarın həmin hissədə əsaslı olub-olmamasının müəyyən edilməsinə zərurət yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Milli Kulinariya X7 Nizamnaməsinin 6.5-ci bəndi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.2, 9.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Milli X8 Birliyi apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov- sədrlik edən və məruzəçi, İkram Şirinov, Anar Tanrıverdiyev) 15 aprel 2021-ci il tarixli, 2(103)-3410/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının Azərbaycan Milli Kulinariya X7 üzvlüyündən çıxarılması qanunsuz və əsassız oluğundan işə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas vermir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatla rı a) Kasasiya şikayətlərinin dəlilləri Cavabdeh Azərbaycan Milli X8 Birliyi (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməməsini ddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin faktiki halları tam, obyektiv, ətrafı araşdırılmamış və işin faktiki, real hallarına diqqət yetirmədən və düzgün hüquqi qiymət verilmədən qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, İddiaçı heç bir zaman onların işçisi olmamış, onunla heç bir əmək müqaviləsi bağlanmamış və o heç zaman onların təşkilatından məvacib almamışdır. Buna görə də “işə bərpa tələbi" çox yersiz və qanuna, Əmək məcəlləsinə zidd bir iddiadır. İddia ərizəsində isə məlum olur ki, İddiaçı əslində Azərbaycan Milli Kulinariya X9 üzvlüyünə bərpa üçün iddia qaldırmışdır. İctimai birliyin üzvlüyünə bərpanın “işə bərpa” kimi məhkəmə icraatına götürülməsini qanuna zidd hesab edirlər. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının üzvlükdən çıxarılması barədə qərar 06 iyul 2018-ci il tarixdə qəbul edilsə də, həmin qərarın qəbul edilməsində iştirak edən şəxslər 10 oktyabr 2019-cu il tarixdə Birliyin dövlət reyestrindən çıxarışda edilmiş dəyişikliklərin qeydə alınmasından sonra səlahiyyətli olmuşlar, yəni səsvermədə iştirak edən 10 nəfərdən 5 nəfərin həmin tarixdə səlahiyyəti olmamışdır. Lakin hesab edirlər ki, məhkəmə kollegiyasının gəldiyi bu nəticə səhvdir. Belə ki AMKA hər iki ildən bir keçirdiyi h esabat-seçki konferansını, protokollarını Ədliyyə Nazirliyinə təqdim edir. Konferanslar arası müddətdə AMKA-nı idarə heyəti idarə edir. İdarə heyəti canlı orqandır, onun üzvləri xaricə işləməyə gedir, rəhmətə gedir, işlərinin ağırlaşdığına görə idarə heyətində çalışmaqdan imtina edirlər və s. İdarə heyəti cari məsələlərin həlli üçün tez-tez toplanır. Telefon, skype və s. vasitələrlə fikirlərini bildirirlər. O cümlədən idarə heyətinə yeni üzvlər qəbul edir və ya çıxarırlar. 2017-ci ildə Ədliyyə Nazirliyinə təqdim edilmiş siyahıdakı idarə heyəti üzvləriylə 2018-ci ildəki idarə heyəti üzvləri arasında fərq var. Ona görə də İddiaçıı 2018-ci ildə üzvlükdən çıxaran zaman, yəni 2017-ci ildəki idarə heyətinin tərkibinə istinad etmək də səhvdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkə məyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Milli Kulinariya X7 X3 və vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdi yi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Maddə 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Maddə 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Azərbaycan Milli Kulinariya X7 Nizamnaməsinin 6.5-ci bəndinə əsasən, ümumi yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmaldır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə və əsaslandırılmağa çalışılmışdır. Belə ki, kasasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apelyasiya şikayətində olduğu kimi, kasasiya şikayətində də cavabdeh hər hansı maddi və prosessual hüquq normasının pozuntusu na yol verilməsini əsaslandıra bilməmişdir. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən də apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Apelyasiya kollegiyası apelyasiya şikayətini təmin etməməklə düzgün hüquqi mövqedə olmuşdur. Belə ki, kasasiya yoxlaması nəticəsində də məlum olmuşdur ki, iddiaçının üzvlükdən xaric edilərkən səsvermədə iştirak edən 10 nəfərdən 5 nəfərin həmin tarixdə səlahiyyəti olmamışdır. Bu da X15 ziddir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbycan Milli X8 Birliyi tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3410/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar