Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-469/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddətlər, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1223/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qərardadından Cavabdeh (vəkili Mustafayev Raqif Həmid oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1223/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsin işdə iştirak edən şəxslərin, o cümlədən cavabdeh elektron kabinetinə 07 fevral 2022-ci il tarixdə yerləşdirilmişdir. (i.v 94). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanındakı mənzildən Cavabdeh çıxarılması, mənzilin Cavabdeh qeyri-qanuni sahibliyindən götürülərək ona q aytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, e-2(001)6203/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanında yerləşən İddiaçı məxsus mənzildən çıxarılması, həmin mənzilin İddiaçı qaytarılması, dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6203/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli 2(103)-1223/2022 saylı qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Ziya Şirinov, Rafael Eyvazov) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, e-2(001)-6203/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. Qətnamədən Cavabdeh vəkili Mustafayev Raqif Həmid oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
7. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2022-ci il tarixli 2(103)-1223/2022 saylı qərardadı ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev, Rafael Eyvazov) Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(103)-1233/22 saylı qətnaməsindən iş üzrə Cavabdeh vəkili Mustafayev Raqif Həmid oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsinin 26 yanvar 2022ci il tarixli, 2(103)-1223/22 saylı qətnaməsi elektron kabinetə 07 fevral 2022-ci il tarixdə yerləşdirilmiş, yəni tərəflərə, o cümlədən cavabdehə məhkəmənin qətnaməsi elektron kabinet vasitəsi ilə təqdim edilmiş, lakin cavabdeh tərəf kassasiya şikayətini xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə vermişdir və beləliklə də, mülki prosessual məcəllədə (MPM-393-cü maddə) kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş iki ay müddəti ötürmüş dür. Bu səbəbdən də, kassasiya şikayəti geri qaytarılmalıdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Qərardaddan cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli 2(102)-3521/2022 saylı qərarı ilə (hakimlər Əhməd Əhmədov (sədrlik edən və məruzəçi), Vüqar Həsənov, İspəndiyar Şəfiyev) Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2(103)-1223/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki təkrar icraat
11. Cavabdeh Bakı Apelyasiya Məhkəm əsinin Mülki Kollegiyasının 26 yanvar 2022ci il tarixli 2(103)-1223/2022 saylı qətnaməsindən yenidən kassasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnamənin ləğv edilməsini xahiş etmiş, əlavə olaraq kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə ərizə ilə də müraciət etmişdir.
12. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2022-ci il tarixli 2(103)-1223/2022 saylı qərardadı ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev, Rafael Eyvazov) Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(103)-1223/22 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi, kassasiya şikayətinin geri qaytarılması qərara al ınmışdır.
13. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh ilk dəfə kassasiya şikayətini prosessual müddət ötürülməklə verdiyindən, habelə müddətin ötürülməsinə dair hər hansı üzrlü səbəbə istinad etmədiyindən, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.2, 135.5, 135.6, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci (hazırki) icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Qərardaddan Cavabdeh (vəkili Mustafayev Raqif Həmid oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkməsini n MK -nın xx.xx.2022-ci il tarixli № 2(103)1223/2022 nömrəli qərardadının ləğv edilməsini və prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ona poçt vasitəsi ilə göndərilmiş, həm də elektron kabinetinə yerləşdirilmişdir. Onun elektron kabineti olsa da, ondan istifadə qaydasını bilmir və istifadə etmir. Ona görə kassasiya şikayəti təqdim edərək prosessual müddəti Bakı Apellyasiya Məhkməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi poçt vasitəsilə mənə rəsmi qaydada təqdim edildiyi tarixdən hesablamışdır. Həm də həmin qətnamənin nəticəvi hissəsində qeyd edilmişdir ki, qətnamə rəsmi qaydada təqdim edildiyi müddətdən iki ay müddətində kassasiya şikayəti verə bilər. Ona g örə o, apellyasiya məhkməsinin bu göstərişlərinə əməl edərək kassasiya şikayətini iki müddətində təqdim etmiş və hər hansı gecikdirmə halına yol verməmişdir. Lakin kassasiya şikayətini qəbul etmiş apellyasiya məhkəməsi prosessual müddətin keçməsini əsas gətirərək onun geri qaytarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
18. Maddə 129.1 İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
19. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfin dən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
20. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
21. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
22. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfində n məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
23. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
25. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin e dilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1223/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.