Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4690/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4690/21 (Açar sözlər: istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Bakı şəhəri, 14 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2698/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Cavabdeh2 ilə birlikdə ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi və qeyd olunan mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, E saylı mənzil onun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən Seriya RX № ******* qeydiyyat nömrəsi ********** olan mənzilə onun adına çıxarış verilmişdir. Həmin evdə uzun müddətdir ki, cavabdehlər Cavabdeh1 və onun anası Cavabdeh2 yaşayırlar. Cavabdeh1 onun evində yaşamaqla, həmçinin orada qeydiyyatdadır. Cavabdeh2 isə həmin evdə qeydiyyatı yoxdur, lakin orada yaşayır. Cavabdehlərin birinin qeydiyyatda olması, digərinin yaşaması həmin evdə onu çox narahat edir və bir mülkiyyətçi kimi qeyd edilən mənzilə sərəncam vermək hüququnun həyata keçirilməsini imkansız edir. Bu da onun mənzilə mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdırır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 oktyabr 2020-ci il tarixli 2(011)-4363/2020 nömrəli qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 E saylı mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 E saylı mənzildən çıxarılmaları qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında E saylı mənzilinə dair alğı-satqı və ipoteka müqaviləsi bağlanmış, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehin mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Cavabdeh1 mənzilin əvvəlki mülkiyyətçisi olmuş və digər cavabdeh həmin mənzilin keçmiş sakinləri olmuşlar. Mənzilin iddiaçıya satılması zamanı cavabdehlər mənzildən qeydiyyatdan çıxmağı və mənzili tərk etməyi öhdələrinə götürmüşlər. Lakin cavabdehlər mənzil iddiaçıya satıldıqdan sonra mənzildən çıxmamışdırlar. Cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının yaranması üçün mənzilin yeni mülkiyyətçisi olan iddiaçı ilə heç bir notariat qaydasında təsdiq edilmiş yazılı razılığı yoxdur. Odur ki, cavabdehlərdən hazırda mübahisəli mənzildə formal qeydiyyatda qalan Cavabdeh1 mənzildən istifadə hüququ itirilmiş hesab edilməli, Cavabdeh2 isə mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququna isə xitam verilə bilmədəyindən ona münasibətdə iddia rədd edilməli, cavabdehlərin mübahisəli mənzildən çıxarılmasına dair iddia isə təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 228.1, 228.2, 228.5-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27.05.2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ziya Şirinov - sədrlik edən və məruzəçi, Fuad Talışinski, Rafael Eyvazov) 2(103)-2698/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4363/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyas iya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baxılan işdən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında E saylı mənzilə dair alğı-satqı və ipoteka müqaviləsi bağlanmış, həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Digər Cavabdeh2 da mənzilin iddiaçıya satılmasına yazılı razılıq vermişdir. Lakin sonradan cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının yaranması üçün mənzilin yeni mülkiyyətçisi olan iddiaçı ilə heç bir notariat qaydasında təsdiq edilmiş yazılı razılıq olmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, cavabdehlərdən hazırda mübahisəli mənzildə formal qeydiyyatda qalan Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməli, Cavabdeh2 isə mübahisəli mənzi lə istifadə hüququ ümumiyyətlə yaranmadığından, ona münasibətdə istifadə hüququna xitam verilməsi tələbi rədd edilməlidir. Bu baxımdan, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 orada yaşamalarının heç bir hüquqi əsas olmadığı halda, mübahisə predmeti olan mənzildən çıxmamaları İddiaçı öz mülkiyyətindən istifadəsinə maneçilik törədir. Kollegiya, apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, cavabdehlər iddiaçı ilə aralarında şifahi kirayə müqaviləsinin bağlandığını bildirsələr də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişlər. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkilləri Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mənzil 29.08.2014-cü ildə iddiaçıya satılmış, mənzil satılarkən iddiaçı ilə onlar arasında şifahi razılaşma olmuşdur ki, onlar həmin mənzilin kirayədarlarıdırlar. Bunun sayəsində də onlar 7 ildir ki, kirayə haqqını vaxtı-vaxtında ödəyərək həmin mənzildə yaşayırlar. Onlar arasında olan şifahi razılaşma qanunvericilikdə mövcud olan şifahi və yazılı əqd kimi nəzərdə tutulmalıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlan dırılmasına baxmayaraq İddiaçı, cavabdehlərdən Cavabdeh1, onun və digər Cavabdeh2 vəkili X1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, buna görə məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmiş, lakin xəstliyi barədə hər hansı sübutu teleqrama əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlə tin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 may 2008-ci tarixli qərarına əsasən, MM-in 228.5-ci maddəsində əks olunmuş “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.1 və 228.2ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş “mülkiyyətçinin razılığı” yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və da ir sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərk ib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiy a instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdı rması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal mülahizələrlə əs aslandırılmışdır. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Cavabdehlər apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində də iddiaçı ilə aralarında şifahi kirayə müqaviləsi bağlanmasına istinad etmiş, lakin apelyasiya kollegiyasının qeyd etdiyi kimi, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim də bilməmişdir. Bundan əlavə, cavabdehlər kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsinə də istinad edə bilməmişlər. Ümumi kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilmədiyi müəyyən edilmiş dir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2698/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.