Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4691/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı QƏRARİ Açar sözlər: Torpaq münasibətlərindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-115/2023 sayl, 31 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 19 dekabr 20 23-cü tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. AN-İ seriyalı 24 avqust 2021-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən, satıcı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 170 kv/m hissəsini alıcı İddiaçı satmışdır.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********18-12301 reyestr nömrəli çıxarışın surətinə əsasən, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 0.0170 ha hissəsi 31 avqust 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. Eləcə də həmin torpaq sahəsinin 0.3934 ha hissəsi və onun üzərində yerləşən əmlak kompleksi 13 sentyabr 2021-ci il tarixd ə ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmışdır.
3. Tovuz Regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********18-12301 reyestr nömrəli 0.4104 ha torpaq sahəsinin bölgü sxeminə əsasən, Cavabdeh1la İddiaçı aralarında qarşılıqlı razılığa əsasən, ümumi torpaq sahəsində yerləşən İddiaçı məxsus 0.0170 ha torpaq sahəsinin naturada yeri (eni 11.34 metr, uzunluğu 15 metr) müəyyən edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli 2(104)-2905/2021 nömrəli qətnaməsi ilə, iddiaçı X3 cavabdehlər X12, Cavabdeh1, üçüncü şəxslər Tovuz rayon notariat kontoru və Daşınmaz Əmlakıv D övlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın və bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(062)93/2021 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılaraq, iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2022-ci il tarixli 2(102)-1664/2022 saylı qərarının surətinə əsasən, kassasiya şikayətləri təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli 2(104)-2905/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2022-ci il tarixli 2(104)-309/2022 nömrəli qətnaməsi ilə iddiaçı X7 cavabd ehlər X23, X18, X13, X9 və X5 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(062)-119/2016 nömrəli qiyabi qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(062)- 119/2016 nömrəli qiyabi qətnaməsinin tamamilə ləğv edilməsi; İddiaçı X7 cavabdehlər X23, X18, X13, X9 və X5 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli 2(104)-2516/2022 nömrəli qətnaməsinə əsasən, iddiaçı X3 cavabdehlər "xxxx" MMC, X19 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı Ərazi idarəsinə və mübahisə premdeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tovuz rayon notariat kontoruna qarşı "alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, bağışlama müqaviləsinin, həmin bağışlama müqaviləsi əsasında verilmiş çıxarışın qismən etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(062)- 631/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(062)-631/2022 nömrəli qətnaməsinin ləğv edilməsi; İddiaçı X3 cavabdehlər "xxxx" MMC, X19 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı Ərazi idarəsinə və mübahisə premdeti barədə müstəq il tələblər irəli sürməyən üçüncü şəxs Tovuz rayon notariat kontoruna qarşı "alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, bağışlama müqaviləsinin, həmin bağışlama müqaviləsi əsasında verilmiş çıxarışın qismən etibarsız hesab edilməsi" tələbinə dair iddiasının təmin edilməməsi; Apellyasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1406/2023 saylı qərarının surətinə əsasən, kassasiya şikayəti təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli 2(104)-2516/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2022-ci il tarixli 2(104)-1369/202 2 nömrəli qərardadına əsasən hazırki mülki iş üzrə icraat, Tovuz Rayon Məhkəməsinin icraatında olan iddiaçı X4 cavabdehlər "xxxx" MMC-nə və qeyrilərinə qarşı cəmiyyətin direktoru X12 ilə onun arasında cəmiyyətin əmlakının 170 kv.m. hissəsinin ona satılması barədə xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, cəmiyyətin əmlaklarının Cavabdeh1 bağışlanılmasına dair xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10 iyun 2019-cu il tarixli **********-12301 reyestr nömrəli çıxarışın qismən etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır.
10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 20 23-ci il tarixli 2(104)-115/2023 nömrəli qərardadına əsasən hazırkı iş üzrə icraatın təzələnməsi qərara alınmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 170 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində olan tikilinin Cavabdeh1 hesabına sökülüb təmizlənərək ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh2 onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 170 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində olan Ca vabdeh1 istifadəsində olmuş 15 metr enində, 11,34 metr uzunluğunda olan tikilinin Cavabdeh1 hesabına sökülməsi, tikinti materiallarının təmizlənərək torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 avqust 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olmuş torpaq sahəsinin 170 kv metr hissəsini almışdır və adına **********18-12301 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan Cavabdeh1 hazırkı iş üzrə Cavabdeh2 və qeyrilərinə qarşı torpaqdan və tikilidən çıxarılma, eləcə də qanunsuz müdaxiləyə son qoyulması barədə Tovuz Rayon Məhkəməsi ndə iddia qaldırmış və həmin məhkəmənin 15 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və qeyrilərinin Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisədən çıxarılması qət edilmişdir. Hazırda mülkiyyətində olan həmin torpaq sahəsi və onun üzərində yerləşən tikili Cavabdeh2 istifadəsindədir.
14. İddiaçı Cavabdeh2 onun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 170 kv.metr torpaq sahəsindən çıxarılmasına, həmin torpaq sahəsində olan cavabdeh X8 istifadəsində olmuş 15 metr enində, 11.34 metr uzunluğu olan istismar müddəti keçmiş köhnə tikilinin Cavabdeh1 hesabına sökülərək, tikinti materiallarının təmizlənərək torpaq sahəsinin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasının xahiş etmişdir.
15. Cav abdeh1 iddianı qəbul edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh2 iddianı qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etmişdir.
17. Tovuz Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(062)-166/2022 nömrəli (hakim: Nofəl Mustafayev) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 170 kv.metr olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində olan Cavabdeh1 istifadəsində olmuş 15 metr enində 11,34 metr uzunluğunda olan tikilinin Cavabdeh1 hesabına sökülməsi, tikinti materiallarının təmizlənərək torpaq sahəsinin İddiaçı təhvil verilməsi qət edilmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 torpaq sahəsini və qeyd olunan tikilini qanuni yolla əldə etməsini bildirsədə məhkəmə iclasında həmin əmlaka dair mülkiyyət hüquqularının mövcud olması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir.
19. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, MM-in 152.1, 152.5, 157.2, Torpaq Məcəlləsinin 111.1, 111.2, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına dü zgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaya etirazında da qeyd etmişdir ki, sözügedən torpaq sahəsinin satılması ilə bağlı Cavabdeh1 ilə iddiaçı X14 arasında bağlanmış alqı-satqı müqaviləsi formal olaraq, yəni ondan 12000 manat almaq məqsədilə bağlanmış və alqı-satqı müqaviləsi əsasında da müvafiq çıxarış verilmişdir. Bütün bunlar üçün Cavabdeh1 iddiaçı X10 5000 manat ödəmişdir. Bununla bağlı məhkəməyə səs yazısı təqdim etsə də, lakin səs yazısına hüquqi qiymət verilməmişdir. Eləcə də mübahisəli torpaq sahəsinin 70 kv metr hissəsinin onun arvadı X1 dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(062)-119/2016 nömrəli qiyabi qətnaməsi olmasına baxmayaraq, işin bu halına da hüquqi qiymət verilməmişdir. Mübahisəli to rpaq sahəsi "xxxx" MMC-nin əmlakı olmuşdur və MMCnin hissələri direktor Vüqar Süleymanov tərəfindən ona satılmışdır.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, alqı-satqı müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olmuş torpaq sahəsinin 170 kv metr hissəsini almışdır və həmin torpaq sahəsi üzərində hüquqlarını qeydə aldıraraq ona müvafiq çıxarış verilmişdir. Alğı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1la aralarında qarşılıqlı razılığa əsasən, ona satılmış torpaq sahəsinin naturada yeri müəyyən edilmiş, buna dair sxem tərtib edilərək notarial qaydada təsdiq olunmuşdur. Mübahisəli torpaq onun mülkiyyətində olmasına baxmayaraq həmin torpaq sahəsinin ona məxsus hissəsindən Cavabdeh2 k önüllü olaraq çıxmır və həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Cavabdeh2 həmin torpaq sahəsindən qanunsuz istifadəsi onun mülkiyyət hüququnu pozur. Cavabdeh digər şəxslər mübahisəli torpağa dair məhkəmələrdə müxtəlif əsassız iddialar qaldıraraq işin yekunlaşdırmasını yubadırlar. Hansı ki, həmin şəxslərin iddia tələbləri təmin olunmamış və yuxarı instansiya məhkəmələrində qanuni qüvvəsini almışdır. Sonda İddiaçı məhkəmə kollegiyasından cavbdeh Cavabdeh1 qarşı tələbindən imtina etməsinin nəzərə alınaraq Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir
23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), X6 və X25) 2(104)-115/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 2(104)- 115/2023 xx.xx.202 3-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə yoxlanılan hissədə, yəni “Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 170 kv.metr olan torpaq sahəsindən çıxarılması” hissədə dəyişdirilmədən saxlanılmışdır.
24. Kollegiya “Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 170 kv.metr olan torpaq sahəsindən çıxarılması” hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, işdən göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********18-12301 reyestr nömrəli çıxarışına əsasən, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 0.0170 ha hissəsi 31 avqust 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. Həmçinin Cavabdeh1la İddiaçı qarşılıqlı razılığına əsasən, sonuncuya satılmış torpaq sahəsinin naturada yeri müəyyən edilmiş, buna dair sxem tərtib edilərək notarial qaydada təsdiq olunmuşdur. Cavabdeh2 isə hər hansı hüquqi əsas olmadan həmin torpaq sahəsindən istifadə edir. Cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadəsi onun mülkiyyət hüququna müdaxilə olmaqla, onu ”xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qoyur və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 170 kv.metr olan torpaq sahəsindən çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qa nuni və əsaslı olmuşdur.
25. Məhkəmə kollegiyası həmçinin qeyd olunanlara əsasən cavabdehin iddiaçıya məxsus hissədə torpaq sahəsindən istifadə edib-etməməsin müəyyən edilməsi barədə müvafiq ekspertizanın keçirilməsini zəruri hesab etməmişdir.
26. Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün əsas deyildir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı X14 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin formal olaraq bağlanması və iddiaçının adına çıxarış verilməsi barədə dəlilinə hüquqi qiymət verərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, habelə onun əsasında verilm iş çıxarış hüquqi qüvvədədir. Ona görə də apellyasiya şikayətinin bu dəlili qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas hesab edilə bilməz.
28. Mübahisəli torpaq sahəsinin 70 kv metr hissəsinin Cavabdeh2 arvadı X1 dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(062)-119/2016 nömrəli qiyabi qətnaməsi olması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2022-ci il tarixli 2(104)-309/2022 nömrəli qətnaməsi ilə qeyd olunan qiyabi məhkəmə qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə birinci instan siya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə qətnamə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas deyildir.
30. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, MM-in 152.1, 152.5, 138.1, Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-115/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işə yenidən apellyasiya qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, işə baxmış apellyasiya instansiya məhkəmələri onu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməmiş və onun iştirakını təmin etmədən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bundan əlavə, məhkəmənin qəbul etdiyi qətnaməni də onun rəsmi ünvanına göndərmədiyi üçün hazırki vaxtadək sözügedən qətnamədən məlumatsız olmuşdur. Həmçinin məhkəmə müvafiq qətnaməni ona aidiyyatı olmayan ünvana göndər mişdir. Qətnamənin mövcudluğundan sonra məlumatı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
34. Maddə 152.1 mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Maddə 157.4-cəgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
37. Maddə 238.1-daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
38. Maddə 111 (1) və 2-ci hissələrinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
43. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qayd ada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
44. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
45. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzər inə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.
46. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir;
47. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qayd ada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
48. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMSlə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnam ə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində Cavabdeh2 apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessu al hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Kassator bildirir ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir.
56. Məhkəmə kollegiqası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə kassatora məlumat verilmiş həm xx.xx.2023-cü il tarixli, həm də xx.xx.2023-cü tarixli məhkəmə iclasıları barədə yazılı və elektron bildirişlər göndərilmiş və bildirişlər cavabdehə çatdırılmışdır. Belə olan halda onun məhkəmə iclasları barədə məlumatlandırılmaması barədə dəlillər əsassız hesab olunur.
57. Digər tərəfdən qeyd edilməlidir ki, mülkiyyətin müdafiəsini təmin edən 157-ci ma ddəsinin mənasından göründüyü kimi, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin müəyyən olunması zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması, cavabdehin əşyaya sahibliyinin qanunsuz olması.
58. Mübahisə predmeti daşınmaz əşyadır. Belə əşyalar üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh N. Ələsgərovun torpaq sahəsi üzərində hüququnun qeydə alıması ilə bağlı hər hansı sübuta malik deyil, lakin iddiaçı məhz daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüququndan çıxış edərək hazırkı tələbini irəli sürmüşdür.
59. Mülki prosessual qanunvericiliyə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübu tlarla təsdiq oluna bilməz
60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
62. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-115/2023 nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.