Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4693/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5200/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Babayev,X.Mərdanova və E.Həsənov, iş No 2(103)-1152/20 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5200/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və iddia tələbini dəqiqləşdirərək, cavabdehlərin yetkinlik yaşına çatmayan X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə (bundan sonra – mübahisəli ev) istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.1997-ci ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2000-ci ildə Hüseyn və xx.xx.2007-ci ild ə Muradəli adlı uşaqları anadan olub. xx.xx.2013-cü ildə nikahları məhkəmə qaydasında pozulmuş, uşaqlar analarının yanında qalmışdır. Ailə münasibətləri pozulduğu vaxtdan Cavabdeh1 mübahisəli evdən uşaqlarla birlikdə getmişdir. Onlar artıq uzun müddətdir həmin evdə yaşamırlar. Cavabdeh1 xx.xx.2018-ci ildə yeni nikaha daxil olmuş, həyat yoldaşı birgə nikahdan olan uşaqları övladlığa götürmüşdür. Buna baxmayaraq cavabdehlər ona məxsus ünvanda qeydiyyatda qalmaqda davam edirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, mübahisəli ev qeydiyyatdan keçmədiyi halda, həmin evə ünvanın hansı orqan tərəfindən verildiyi, cavabdehlərə və digər şəxslərə şəx siyyət vəsiqələrinin hansı ilkin sənədlər əsasında verildiyi araşdırılmayıb. Əslində iddiaçının istəyi cavabdehlərin mənzildən pasport qeydiyyatından çıxarılmaları barədə olmuşdur. Cavabdehlər başqa ünvanda yaşadıqları təqdirdə mübahisəli evdə pasport qeydiyyatında qalmaları əsassızdır. Onlar mənzilə istifadə hüquqlarını itirmişlər. Prosessual məsələlər və tərəflərin izahatları: İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Məhkəmələr mübahitsə ilə bağlı belə qənaətə gəlmişlər ki, mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş özbaşına tikili olduğu üçün cavabdehlərin evə istifadə hüquqları yaranmamış və ona görə yaranmayan hüququn itirilməsi tələbi təmin oluna bilməz. Bu zaman məhkəmələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2 və 180.3-cü maddələrinə istinad etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinın 153.3-cü maddəsinin tələbinə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilmə si və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını cidd surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya şikayətinin əsas dəlili qətnamə çıxarıla rkən maddi hüquq normalarının düzgün tətbiq olunmamasından ibarət olsa da, kassator mübahisəli hüquq münasibətinə konkret olaraq hansı maddi hüquq normasının tətbiq edilməli olduğunu göstərməmiş və əsaslandırmamışdır. İddiaçı məhkəmə qərarları ilə razılaşmayaraq kassasiya şikayəti verir. İddiaçının mövqeyi ziddiyyətlidir. Onun iddiası cavabdehin istifadə hüququnun itirilmiş hesab olunması barədədir və məhkəmələr qərar verdilər ki, cavabdehin evə istifadə hüququ yoxdur, ona görə belə iddia təmin oluna bilməz. Əslində həmin məhkəmə qərarları cavabdeh tərəfin mənafeyinə uyğun deyil. Şikayətin mahiyyətindən belə qənaət hasil olur ki, iddiaçı cavabdehin mübahisəli evdən pasport qeydiyyatından çıxarılmasını tələb edir. İddiaçıya izah olunur ki, pasport qeydiyyatına düşmə və çıxma məsələləri müva fiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olan məsələdir. Bunun üçün mavafiq icra hakimiyyəti orqanına müraciət olunmalı, həmin orqanın qərarından narazı qaldığı təqdirdə inzibati icraatda narazı qaldığı qərarı mübahisələndirə bilər. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu m addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4693/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4693/2020
22.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver