Məhkəmə qərarları › İş №2(102)-4693/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-4693/2023

22.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4693/2023 22.11.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 sentyabr 2023-cü il tarixli, 2(104)-460/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, Göygöl rayonun Üçtəpə kəndi ərazisində xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ********** 90 reyestr nömrəli 05 avqust 2019-cu il il tarixli AN 393503 nömrəli, Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlar üzrə 1-2 nöqtə - 6,28 metr, 2-3 nöqtə 106,04 metr, 3-4 nöqtədə 7,69 metr və 4-1 nöqtədə 106,09 metr ölçülü ümümilikdə 0,0741 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin Cavabdeh1 tərəfindən qanunsuz zəbt edildiyindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş evin cavabdehin öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması; Göygöl rayonun Üçtəpə kəndi ərazisində xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş **********18 reyestr nömrəli 01 avqust 2019-cu il il tarixli AN 394468 nömrəli, Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin kordinatları üzrə 1-2 nöqtə - 48,54 metr, 2-3 nöqtə 19,69 metr, 3-1 nöqtədə 44,69 metr ölçülü ümumilikdə 0,044 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Cavabdeh2 tərəfindən qanunsuz zəbt edildiyindən çıxarılması və həmin torpaq sahəsində tikilmiş evin cavabdehin öz hesabına sökülməsi, əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(066)-22/2022 nömrəli (hakim Q.Abbasov) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 tərəfindən (İddiaçı2 mülkiyyətində olan 0,0741 ha torpaq sahəsinin hüdudları daxilində) inşa edilmiş tikililər (fərdi yaşayış evi, daş hasar, metal tor, yarım tikililər sökülərək) sökülərək, zəbt edilmiş torpaq sahəsi İddiaçı2 istifadəsinə verilmə si; Cavabdeh2 tərəfindən (İddiaçı2 mülkiyyətində olan 0,0741 ha torpaq sahəsinin hüdudları daxilində) inşa edilmiş tikililər (fərdi yaşayış evi, daş hasar, metal tor, yarım tikililər və s) sökülərək, zəbt edilmiş torpaq sahəsi İddiaçı2 istifadəsinə verilməsi; Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 311 (üç yüz on bir) manat (mütəxəssis rəyinə görə) tutularaq Kapitalbank ASC-nin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh X2 apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və F.Ə.Mehtiyev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-460/2023 saylı mülki iş üzrə 4 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(066)-22/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, RX seryalı 20 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və 01 avqust 2019-cu il tarixli A seriyalı 394468 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı2 mülkiyyətində olan və Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,0741 ha torpaq sahəsinin 78,0 kv.m. hissəsindən Cavabdeh2 çıxarılsın və zəbt edilmiş hissədə inşa etdirdiyi tikili onun öz vəsaiti hesabına sökülməsi, RX seryalı 20 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və 01 avqust 2019-cu il tarixli A seriyalı 394468 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı2 mülkiyyətində olan və Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,0741 ha torpaq sahəsinin 59 kv.m hissəsindən cavabdehin çıxarılması və zəbt edilmiş hissədə inşa etdirdiyi tikilinin onun öz vəsaiti hesabına sökülməsi qət edilmişdir. Cavabdeh2 Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 sentyabr 2023-cü il tarixli, 2(104)-460/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olduğu göstərilmədiyindən kassasiya şikayəti qey ri-mümkün hesab edilməlidir. Belə ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 408.1.5. maddəsinə əsasən, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti geri qaytarılır. - 404-1.1. maddəsinə əsasən, kas sasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. -. 404-1.2. maddəsinə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə cavabdehin kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq QƏRA RA ALDİ: Cavabdeh2 (Vəkil) Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 sentyabr 2023cü il tarixli, 2(104)-460/2023 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri mümkün hesab edilsin. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar