Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4694/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 qanuni nümayəndəsi X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4694/21 (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi) Bakı şəhəri, 14 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı1 qanuni nümayəndəsi X2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(103)-2496/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 qanuni nümayəndəsi X4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışı etibarız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.08.2019-cu il tarixində Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılardan İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə özünə aid hissədə iddiadan imtina e tdiyi bildirmişdir. İddiaçı1 qanuni nümayəndəsi X4 iddia tələbinni dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30.07.2019-cu il tarixli, 4Ə-1455 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilərək onun əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli 2(001)-2369/2020 saylı iclas protokolu ilə 2 saylı Bakı Asan Xidmət Mərkəzinin xüsusi notariusu X6 mülki iş üzrə mütəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırmışdır ki, mübahisəli mənzil mərhumə-X3 adına dövlət qeydiyyatına alınmışdır. 19.03.1990-cı il tar ixində Rəfiqə Cəfərova ölmüş və mənzil Cavabdeh1 Ağamehdi oğlunun adına dövlət qeydiyyatına alınmışdır. Lakin Cavabdeh1 mənzili oğlu Cavabdeh2 bağışlamış və 15.08.2019-ci il tarixində sonuncunun adına çıxarış verilmişdir. Lakin Cavabdeh1 Fəriddən başqa 27 dekabr 2010-cı ildə qeyri-rəsmi nikahdan anadan olmuş İddiaçı1 doğulmuş və 27 iyul 2019-cu ildə atalıq müəyyən edilmişdir. Sonuncunun qanuni nümayəndəsi X2 razılığı olmadan mənzil Cavabdeh2 bağışlana bilməzdi, çünki İddiaçı1 da sözü gedən əmlakın varisidir. Mənzilləri öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər; onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə ve rə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Mənzilin Cavabdeh2 bağışlaması İddiaçı1 hüquqlarını və qanuni mənafeyinə xələl gətirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 oktyabr 2020-ci il tarixli, 2(011)-2369/2020 saylı qərardadı ilə (hakim Pərviz Zamanlı) İddiaçı2 Cavabdeh2 qarşı “çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” barədə iddiadan imtinasının qəbul edilməsi və ona aid hissədə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(011)-2369/2020 saylı qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddi a tələbi təmin edilərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 30.07.2019-cu il tarixli, 4-Ə-1455 reyestr nömrəli bağışlama müqaviləsinin etinarsız hesab edilməsi və onun əsasında verilmiş 299970 saylı Çıxarışın (qeydiyyat nömrəsi:1********) ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mübahisəyə iki aspektdən hüquqi qiymət verilməlidir: birinci, iddiaçının bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması, ikincisi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasların mövcud olub-olmaması. Birinci aspektlə bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, mübahisəli mənzil bağışlanana qədər Cavabdeh1 mülkiyyətində olmuşdur. Bu barədə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 07.04.2020-ci i l tarixli məlumatında qeyd edilmişdir ki, Bakı şəhər X12 İcraiyyə Komitəsinin 197814 nömrəli, 22.10.1981-ci il tarixli orderi, 85 saylı Mənzil İstismar Sahəsinin 169 nömrəli, 01.04.2000-ci il tarixli forma-2 arayışı, keçmiş Şaumyan rayon X12 İcraiyyə Komitəsinin 43 nömrəli, 16.10.1981-ci il tarixli protokolu, Xətai rayon X12 İcraiyyə Komitəsinin 11/10.3 nömrəli 29.06.1991-ci il tarixli qərarı və X1 razılıq ərizəsi nəzərə alınmaqla Mənzil 26.05.2000-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. Eyni zamanda, o da işin mübahisəsiz halıdır ki, iddiaçı olan azyaşlı İddiaçı1 Cavabdeh1 oğludur və o, 27.12.2010-cu il tarixdə doğulmuş, atalıq Xətai rayonu qeydiyyat şöbəsi tərəfindən 27.07.2019-cu il tarixdə müəyyən edilmişdir. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçı olan azyaş lı İddiaçı1 Cavabdeh1 birinci növbəli vərəsəsidir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı1 Cavabdeh1 vərəsəsi və gələcəkdə əmlakdan pay haqqı almaq hüququna malik olan şəxs kimi və maraqlarına toxunduğu üçün mübahisəli Mənzilin bağışlanması barədə iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Mübahisənin ikinci aspekti ilə bağlı, yəni bağışlama müqaviləsinin etibarsız hesab edilməsi məsələsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 667.1-ci maddəsi təşkil edir. Həmin müddəada bağışlama müqaviləsinin bağlanmasını istisna edən 2 şərt nəzərdə tutulmuşdur. Maddədə qeyd edilir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhd udlaşmış olmasın. Qeyd edilən normanın mənasından da göründüyü kimi, müddəanın məqsədi özgəninkiləşdirilməli olan əmlak barəsində digər şəxslərin də əmlak hüquqlarının qorunmasını xidmət edir və əmlak hüquqlarına malik olan həmin şəxslərin əmlakın özgəninkiləşdirilməsi zamanı onların razılığının da olmasını vacib sayır. İddiaçı1 Cavabdeh1 vərəsəsi olması barədə yuxarıda ətraflı qeyd edilmişdir. Bu onu deməyə əsas verir ki, İddiaçı1 mübahisəli əmlakdan gələcəkdə Cavabdeh1 digər vərəsələri ilə bərabər pay almaq hüququ vardır. İşin şərh edilən hallarından da göründüyü kimi, mübahisəli Mənzil vərəsəlik hüququ ilə məhdudlaşmış əmlak olduğundan Cavabdeh1 həmin əmlakı bağışlamaqla qanunun qeyd edilən müddəasının tələblərini pozmuşdur. Həmçinin, işin halları ilə müəyyən edilir ki, cavabdeh Vaqif İ ddiaçı1 Cəfərov barədə atalığı müəyyən edildikdən (27.07.2019-cu il) üç gün sonra Mənzili bağışlamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Mənzilə dair 30.07.2019-cu il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi hissəsində də əsaslıdır. Mənzilin bağışlanması barədə müqavilə qanunla müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlandığı üçün etibarsız hesab edildiyindən və Mülki Məcəllənin 337.5-ci maddəsinə müvafiq olaraq Mənzil bağışlanmadan əvvəlki vəziyyətə qaytarılmalı və buna görə də Cavabdeh2 adına verilmiş 299970 saylı Çıxarış ləğv edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 337.1, 337.5, 667.1, 1134.1, 1159.1.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 04 mart 2021-ci il tarixli, 2(103)2496/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2369/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxl anması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hazırkı iddianın dəlillərini qiymətləndirərkən müəyyən edilir ki, Cavabdeh1 30.07.2019-cu il tarixdə mübahisəli mənzili bağışlama müqaviləsi əsasında digər Cavabdeh2 bağışlayarkən Mülki Məcəllənin 667.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kasasiya şikayətinin və ona etirazın də lilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkilləri Vəkil) birgə kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli qərarında hüquqi mövqeyi həmçinin ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qayd aları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17. 38, 46, və 49-cu bəndlər). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə ha kimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi, Cavabdeh1 öz əmlakını oğlu Cavabdeh2 bağışlaması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notar iat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimat əsasında tam qanuni şəkildə baş vermişdir. Əks təqdirdə notarius həmin müqaviləni təsdiq etməzdi. Birinci instansiya məhkəməsinin isə mövqeyi belə olmuşdur ki, bağışlama müqavilələri bağlanarkən notariat kontorları bağışlayan şəxsin bütün 1-ci növbəli vərəsələrinin razılığını alıb bağışlama müqaviləsini təsdiq etməlidirlər. Bir daha qeyd edirlər ki, belə bir norma mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki. "Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2. 324.4 və 324.5-ci maddələri).Mülki hüquqla tənzimlənən münasibətlər sahəsində tətbiq olunan müqavilələr mülki hüquqi müqavilələr anlayışı ilə əhatə olunur və hüquqi fakt, müqavilə öhdəliyi, sənəd mənasında işlədilir. MM-in 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir n eçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki. MM-in 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnun reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. MM-də nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətləri n təsiri altında yaranır. Mülki qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir (MM-in 666.1-ci maddəsi). Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur (MM-in 668.1.5-ci maddəsi). Yuxarıda qeyd olunan normalardan görünür ki, MM-də tərəflər arasında bağışlama müqaviləsinin hədiyyə verənin sağlığında bağlanması nəzərdə tutulur. Hədiyyə verənin ölümündən sonra, hətta notarial qaydada təsdiq olunmuş bağışlama müqaviləsi olduqda belə, hədiyyə alanın əmlaka m ülkiyyət hüquqlarının və bağışlama müqaviləsinin dövlət qeydiyyatına yol verilmir. Vərəsəlik hüququ normaları ilə kolliziya yaratmamaq məqsədi ilə mülki qanunvericilik imperativ qaydada hədiyyə verənin ölümündən sonra bağışlama barədə vəd müqaviləsinin bağlanılmasını, hədiyyənin hədiyyə verənin ölümündən sonra hədiyyə alana keçməsini qadağan edir və belə müqavilələr əhəmiyyətsiz hesab edilir. Bu növ bağışlamaya mülki qanunvericiliyin vərəsəlik qaydaları tətbiq edilir (MM-in 670.2-ci maddəsi).” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021- ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında göstərilmişdir ki, vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəl lənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdııdlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hü quqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiär xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan gö ründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli: həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin mövqeyinə görə, bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Hazırki iş üzrə də bağışlama halı olduğu üçün, birinci növbə vərəsə, bağışlanmış əşya hesabına məcburi payının tamamlanmasını tələb edə bilər. Qeyd edilməlidir ki, məhkəmə tərə findən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas olmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı1 qanuni nümayəndəsi X4 məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq etirazında göstərmişdir ki, aşağı instansiya məhkəmələrinin qətnamələri qanuni və əsaslı olduğu üçün apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, sözügedən mülkiyyət vərəsəliklə yüklüdür. Azərbaycan Respublikaüsı MM-nin 667.1-ci maddəsinin tələblərinə görə, Cavabdeh1 iddiaçının rəsmi razılığı olmadığı halda sözügedən mənzili Cavabdeh2 bağışlaya bilməzdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq Qərarında formalaşdırdığı hüquqi mövqe məhz ondan ibarətdir ki, MM-nin 667.1-ci maddəsinə əsasən mülk iyyətçi tərəfindən əmlakın bağışlanmasının (əvəzsiz olaraq özgəninkiləşdirilməsi) digər əsaslarla yanaşı, vərəsəlik hüququ ilə məhdudlaşdırılması ailə maraqlarına xidmət etməklə, mirasda məcburi pay hüququna sahib olan vərəsələrin məcburi paylarının mülkiyyətçi tərəfindən pozulmasının qarşısının almaq məqsədi güdür. Göstərilənələrə əsasən o, kasasiya şikayətinin təmin edilməməsini, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(103)-2496/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər X7 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs 2 saylı “ASAN Xidmət” Mərkəzinin xüsusi notariusu məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı1 qanuni nümayəndəsi X4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının M ülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.4. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 417.2. Kasasiya məhkəməsi işə baxarkən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasas iya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Belə ki, işə mahiyyəti üzrə baxmış hər iki instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından aydın olur ki, mübahisəli mənzil bağışlanana qədər Cavabdeh1 mülkiyyətində olmuşdur. Bu barədə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 07.04.2020-ci il tarixli məlumatında qeyd edilmişdir ki, Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 197814 nömrəli, 22.10.1981-ci il tarixli orderi, 85 saylı Mənzil İstismar Sahəsinin 169 nömrəli, 01.04.2000-ci il tarixli forma-2 arayışı, keçmiş Şaumyan rayonu X9 İcraiy yə Komitəsinin 43 nömrəli 16.10.1981-ci il tarixli protokolu, Xətai rayonu X9 İcraiyyə Komitəsinin 11/10.3 nömrəli 29.06.1991-ci il tarixli qərarı və X1 razılıq ərizəsi nəzərə alınmaqla mənzil 26.05.2000-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. 30.07.2019-cu il tarixdə 4-Ə-1455 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsi əsasında mənzil Cavabdeh1 tərəfindən oğlu, digər cavabdeh Fərid Cəfova bağışlanmışdır. Eyni zamanda, o da işin mübahisəsiz halıdır ki, iddiaçı olan azyaşlı İddiaçı1 Cavabdeh1 oğludur və o, 27.12.2010-cu il tarixdə doğulmuş, atalıq Xətai rayonu qeydiyyat şöbəsi tərəfindən 27.07.2019-cu il tarixdə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəl ən apelyasiya kollegiyası qəbul etdiyi qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021- ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına istinad edərək, Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında formalaşdırdığı hüquqi mövqenin Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən mülkiyyətçi tərəfindən əmlakın bağışlanmasının (əvəzsiz olaraq özgəninkiləşdirilməsi) digər əsaslarla yanaşı, vərəsəlik hüququ ilə məhdudlaşdırılması ailə maraqlarına xidmət etməklə, mirasda məcburi pay hüququna sahib olan vərəsələrin məcburi paylarının mülkiyyətçi tərəfindən müxtəlif motivlə verilmiş sərəncam nəticəsində pozulmasının qarşısını almaq məqsədi güdməsindən ibarət olmasını göstərmişdir. Apel yasiya kollegiyasının qeyd edilən mövqeyi ilə bağlı qeyd edilməlidir ki, apelyasiya kollegiyası istinad etdiyi göstərilən qərarı hazırki mübahisə üzrə müfəssəl qaydada, yəni həmin qərarın tam mənasına uyğun tətbiq etməmişdir. Əgər apelyasiya kollegiyası qeyd edilən qərarı mübahisə üzrə qərarın həqiqi mənasına uyğun tətbiq etmiş olsa idi, iddia tələbi təmin edilməməli idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021- ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında göstərilmişdir ki, vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddə yə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Məcburi payın tamamlanması tələbi məcburi pay a hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli: həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ ol an şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin mövqeyinə görə, bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin adıçəkilən qərarı üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasa daxil ola biləcək əşyanın bağışlanması halında vərəsəlik hüququ baxımından bağışlanmış əşya mirasa daxil olsaydı, məcburi paya hüququ olan şəxsin məcburi payının arta biləcəyi məb ləğdə məcburi payın tamamlanmasını tələb edə bilməsi hüququ saxlanılır. Konstitusiya Məhkəməsi qeyd edilən hüquqi mövqeyini qəbul etdiyi göstərilən qərarda möhkəmləndirərək göstərmişdir ki, “Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir... Bağışlama halında məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər.” Beləliklə, Konstitusiya Məhkəməsinin qeyd edilən hüquqi mövqeyindən də a ydın olur ki, Konstitusiya Məhkəməsi göstərilən qərarı qəbul etməklə, bağışlama halında həm vərəsə sayılan birinci növbə vərəsələrin, həm də xeyrinə bağışlama müqaviləsi bağlanmış şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş, hazırki mübahisə üzrə vəziyyətdə bağışlama müqaviləsinin etibarsız hesab edilməli olmasını deyil, birinci növbə vərəsənin məcburi payının bağışlanmış əmlak hesabına tamamlanmasını tələb etmək hüququnun mövcudluğunu diqqətə çatdırmışdır. Həmçinin Konstitusiya Məhkəməsi həmin qərarında mövqeyinin davamı olaraq göstərmişdir ki, qüvvədə olan Mülki Məcəllənin 667.1-ci maddəsində mülkiyyətçinin öz əmlakına dair sərəncam vermək hüququnun vərəsəlik hüququ ilə məhdudlaşdırıldığı göstərilsə də, bu hüququn hansı həcmdə və qaydada məhdudlaşdırılması və vərəsələrin həmin əmlaka hansı həcmdə hüquqlarının olması nəzərdə tutulmamışdır. Müvafiq qaydaların təkmilləşdirilməsi gələcəkdə mülkiyyətçinin və əşyanın bağışlandığı şəxsin öz hüquqlarını təminat altına ala bilməsinə, hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, eləcə də vərəsəlik hüquq münasibətləri həyata keçirilərkən müvafiq vərəsələrin hüquqlarının aydın şəkildə tənzimlənməsinə xidmət etmiş olar. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin bağışlama hüququnun vərəsəliklə məhdudlaşdırılmasına dair 667.1-ci maddəsinin bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən təkmilləşdirilməsi məqsədəmüvafiq olardı. Göstərilənlərlə yanaşı, qeyd edilməlidir ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb ol unur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Kasasiya yoxlaması nəticəsində də məlum olur ki, bağışlama müqaviləsi bağlanarkən qanunvericilikdə bu müqavilənin bağlanması üçün zəruri olan şərtlərə də əməl olunmaqla müqavilə bağlanmışdır ki, həmin müqavilənin bağlanması zamanı da əqdin etibarsız hesab edilməsinə əsas verə biləcək hər hansı pozuntuya yol verilməmişdir. Baxılan iş üzrə məhkəmələrin tətbiq etdiyi maddi hüquq normalarının tələbləri və Konstitusiya Məhkəməsinin mövqeyindən aşkar olaraq müəyyən olunur ki, bağışlama müqaviləsinin hazırki əsaslarla mübahisələndirmək imkanının əldə edilməsi üçün əvvəlki mülkiyyətçi sıradan çıxmalı, vərəsəlik hüquq münasibətləri yaranmalı, bunlardan sonra əgər bağışlamadan iki il müddət ötürülməmişdirsə hüquqlarının pozulduğ unu güman edən şəxsin tələb hüququ yarana bilər. Lakin hazırki işin halları baxımından vərəsəlik hüquq münasibətləri yaranmadığından irəli sürülən iddia tələbinin maddi hüquqi əsasları mövcud olmadığı üçün iddiaçının tələblə bağlı subyektiv hüququ yaranmamışdır. Beləliklə, kasasiya yoxlaması nəticəsində müəyyən edilir ki, iddia tələbi təmin edilməklə maddi hüquq normasının tələbləri pozulmuş və düzgün tətbiq edilməmişdir. Odur ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. İddia tələbindən çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə isə qeyd edilməlidir ki, qeyd edilən tələb ilkin tələblə, yəni bağışlama müqavilsənini etibarsız hesab edilməsi ilə qarşılıqlı əlaqəli olduğundan, həmin hissədə iddia tələbi təmin edilmədiyind ən, bu hissə üzrə də iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli ol an nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli və yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 418-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2496/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi lə ğv edilsin və yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.