Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4694/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad olunması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2341/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddia çı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Gədəbəy rayonu Düzyurd kəndində İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətində 0,2863 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır.
2. Cavabdeh Düzyurd Bələdiyyəsindən xx.xx.2012 və xx.xx.2013-cü il tarixlərdə hər biri 200 kv.m sahədə olmaqla aldığı və faktiki istifadəsində olan torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşir.
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinə gedən yolun tor hasardan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməs inin 7 avqust 2017-ci il tarixli, 2(042)-975/2017 saylı qətnaməsinə əsasən iddia tələbi təsdiqini tapmadığından təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı yenidən iddia qaldıraraq Cavabdeh ona məxsus olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən torpaq sahəsinin zəbt edilmiş hissəsinin alınıb ona qaytarılması və Cavabdeh əldən çıxmış gəlirə görə 3000 manat məbləğində pulun alınıb ona ödənilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir.
5. İddiasını işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, əvvəlki məhkəmə zamanı yerində baxış keçirilərkən hakim ona və cavabdehə məxsus torpaq sahələrinin sərhədlərini onlara göstərmişdir. O, qətnamə ilə razılaşmışdır. Lakin cavabdeh qəbul ed ilmiş qətnamədən sonra getdikcə az-az onun torpaq sahəsi ilə həmsərhəd olan torpaq sahəsinə keçmişdir. Hazırda cavabdeh onun torpaq sahəsinin 200 kv.m-ə qədər hissəsindən qanunsuz olaraq özbaşına istifadə edir.
6. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 avqust 2023-cü il tarixli 2(042)-794/2023 nömrəli qərardadı ilə mülki işin icraatına xitam verilmiş və iddiaçıya eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilmişdir. (hakim Marif Kazımov)
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı bundan əvvəl də məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq hazırki iş üzrə də mübahisəli olan torpaq sahəsinin cavabdeh tərəfindən tutulduğunu iddia etmiş və cavab dehin həmin torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. Gədəbəy rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli, 2(042)-975/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Eləcə də, iddiaçı hazır ki iddia tələbi ilə cavabdehdən əldən çıxmış faydayaya görə vurulmuş ziyanın ödənilməsini tələb etsə də, həmin tələb də cavabdehin torpaq sahəsindən çıxarılması ilə əlaqədardır və həmin torpaq sahəsinin cavabdeh tərəfindən tutulması nəticəsində ona ziyan vurulduğunu iddia etmişdir. Odur ki, hazır ki iddia tələbi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Bununla da məhkəmə hesab edir ki, artıq eyni tərəflər arasında mübahisə həll edilmişdir və mülki iş üzrə ic raata xitam verilməlidir.
8. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə istinad etmişdir.
9. İddiaçı şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan, onun hansı torpaq sahəsinə dair iddia ərizəsi verdiyini aydınlaşdırmadan iş üzrə icraata xitam vermişdir. Əgər o, bir dəfə sənədi olmayan torpaq sahəsinə dair iddia vermişsə və iddiası təmin edilməmişsə, deməli, cavabdeh bundan sonra onun mülkiyyətində olan torpaq sahəsini istədiyi qədər zəbt edə bilər, onun da ona qarşı iddia qaldırmaq hüququ olmayacaqdır. Cavabdeh bu qərardan sonra daha çox torpaq sahəsini zəbt edəcəkdir.
10. Gədəbəy Rayon Məhkəməsinin 8 sentyabr 2023-cü il tarixlinömrəl i qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2341/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Rəşad Mamedov və Fikrət Mehtiyev).
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
13. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.2 və 262.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı (Vəkil oğlu) kassasiy a şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2341/2023 nömrəli, xx.xx.2023-cü il qərardadının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh torpaq sahəsi ilə ona məxsus torpaq sahəsi həmsərhəddir. Cavabdeh ona məxsus torpaq sahəsinin aşağı hissəsində torpaq sahəsinə gedən yolu və yolun ətrafında uzun illər onun istifadəsində olan torpaq sahəsini qeyriqanuni olaraq zəbt etməklə tor hasara almışdır. O, 2017-ci ildə yolun açılması və zəbt edilmiş torpaq sahəsinin azad edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsində göstərilmişdir ki, iddiaçının zəbtdən azad edilməsini tələb etdiyi torpaq sahəsi sənəd əsasında iddiaçının mülkiyyətində dey ildir. Ona görə də, iddia təmin edilməmişdir. 2017-ci ildən başlayaraq cavabdeh hər il az-az sənəd əsasında ona məxsus torpaq sahəsinə keçərək təxminən 200 kvadrat metr sahəni zəbt etmişdir, orada xırdabuynuzlu heyvan saxlayır. Dəfələrlə bu barədə əlaqədar təşkilatlara müraciət etsə də, nəticəsi olmamışdır. Məcbur olub bu barədə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsi əsası ilə qərardad qəbul edərək mülki işin icraatına xitam vermişdir. Həmin qərardadı əsassız və qanunsuz hesab edir. Belə ki, hazırda onun zəbtdən azad edilməsini tələb etdiyi torpaq sahəsi sənəd əsasında onun mülkiyyətindədir. O, 2017-ci ildə zəbtdən azad edilməsini tələb etdiyi torpaq s ahəsinin cavabdehə aid olması barədə qətnamədə göstərilmişdir. Ona görə də, həmin vaxt verdiyi iddia təmin edilməmişdir. Məhkəməyə verdiyi hazırkı iddia ərizəsində isə o, başqa torpaq sahəsinin, yəni sənəd əsasında ona məxsus olan torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsini tələb etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyri-qanuni olaraq MPM-nin 261.0.2-ci maddəsinə əsaslanmaqla iddia tələbi təmin edilməmişdir. Məhkəmələrin heç birində lazım olan araşdırılma aparılmamışdır. Əgər aparılsaydı aydın olardı ki, o, 2017-ci ildə zəbtdən azad edilməsini tələb etdiyi torpaq sahəsi barəsində iddia qaldırmamışdır. Yeni iddiasında tərəflər eyni olsa da predmet başqadır. Cavabdehin zəbt etdiyi tor paq sahəsinin ona məxsus olması və dəqiq ölçüsü barədə məhkəmə mütəxəssis rəyi ala bilərdi. Lakin məhkəmələr işə cavabdehin mənafeyi baxımından qərəzli olaraq, başdansovdu yanaşmış, nəticədə qanunsuz və düzgün olmayan qərardad qəbul etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 261.0.2. Hakim, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verir.
23. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qəra rdadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə əsaslı deyildir və kassasiya şikayəti təmin edilərək qərardad ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiy ası məhkəməsinə göndərilməlidir.
30. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə istinadən iş üzrə icraata xitam verərkən iddiaçının daha əvvəl də hazırkı iş üzrə mübahisəli olan torpaq sahəsinin cavabdeh tərəfindən tutulduğunu iddia etdiyini və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb etdiyini, lakin təsdiqini tapmadığına görə Gədəbəy Rayon Məhkəməsinin 7 avqust 2017-ci il tarixli, 2(042)-975/2017 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilmədiyini əsas gətirmiş, apellyasiya instansiya məhkəməsi də həmin mövqe ilə razılaşmışdır.
31. Kassasiya şikayətinin əsas dəlili isə ondan ibarətdir ki, Gədəbəy Rayon Məhkəməsinin 7 avqust 2017-ci il tarixli, 2(042)-975/2017 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra cavabdeh ona məxsus to rpaq sahəsini tədricən zəbt etməklə hazırda 200 kvadrat metrinə qədər hissəsindən qanunsuz olaraq özbaşına istifadə edir, lakin məhkəmələr tərəfindən heç bir araşdırma aparılmadan eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamənin olmasına istinad edilməklə iş üzrə icraata xitam verilmişdir.
32. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir və işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
33. Şərh olunan maddənin mətnindən göründüyü kimi, məhkəməyə təkrar müra ciət edilməsi o halda istisna olunur ki, eyni vaxtda üç şərt mövcud olsun: - mübahisənin eyni tərəflər arasında olması. Mübahisə eyni tərəflər arasında olsa da, müxtəlif predmetlər barəsində və ya müxtəlif əsaslar üzrə olduqda, məhkəməyə təkrar müraciət edilə bilər; - mübahisənin eyni predmet barəsində olması. Mübahisə eyni predmet barəsində olsa da, müxtəlif tərəflər arasında və ya müxtəlif əsaslar üzrə olduqda, məhkəməyə təkrar müraciət edilə bilər; - mübahisənin eyni əsaslar üzrə olması. Mübahisə eyni əsaslar üzrə olsa da, müxtəlif tərəflər arasında və ya müxtəlif predmetlər barəsində olduqda, məhkəməyə təkrar müraciət edilə bilər.
34. Baxılan işdə mübahisə eyni tərəflər arasında olsa da, məhkəmə mübahisənin predmeti və əsaslarının eyni olub olmaması üzrə zəruri araşdırma aparmamışdır.
35. Halbuki, əvvəlki məhkəmə araşdırması zamanı iddiaçının zəbtdən azad olunmasını tələb etdiyi torpaq sahəsinin cavabdehə məxsus olması müəyyən edilmişdir. Lakin hazırda iddiaçı sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra cavabdeh tərəfindən tədricən onun mülkiyyətində olan torpaq sahəsinin 200 kvadrat metrinə qədər hissəsinin tutulduğunu iddia edir.
36. Ona görə də, kassasiya şikayəti təmin olumalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və mübahisəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır.
37. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi iddiaların eyniyyət təşkil edib-etməməsini və gəldiyi nəticəyə əsasən işə xitam verib-verməmək məsələlərini həll etməlidir.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 416 – 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2341/2023 nömrəli, 6 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.