Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4695/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh, Bakı şəhəri 12 nömrəli Notariat kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ilkin iddia Cavabdeh4 və Cavabdeh5 Cavabdeh1 Məmməd oğluna, Cavabdeh6na, Cavabdeh2 Məmmədovnaya, Cavabdeh3 və İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ İş № 2(102)-4695/22 (Açar sözlər: mirasın açılması anı, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan qanun, sübutların qiymətləndirilməsi, mirasın qəbulu müdətinin uzadılması, vərəsələrin razılığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mül ki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 12 nömrəli Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, müvafiq dövlət reyestrində aparılmış qeydlərin və hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi” tələbinə dair ilk, Cavabdeh4 və Cavabdeh5 cavabdehlər Cavabdeh1, Cavabdeh6na, Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı ”vərəsəlik hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3331/2022 nömrəli, 20 may 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 15 iyul 1971-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 Cəmil oğlu 03 noyabr 1966-cı il tarixdə ölmüşdür. 2. 23 mart 1971-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 15 oktyabr 1970-ci il tarixdə ölmüşdür.
3. Pirşağı qəsəbəsi üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Pirşağı qəsəbəsi 273a nömrəli mərhumə X24 məxsus olmuşdur. X29 15 oktyabr 1970-ci il tarixdə ölmüşdür. O, uşaqları olan qızı 1939-cu il təvəllüdlü X19, oğlu 1940-cı il təvəllüdlü X33, oğlu 1941-ci il təvəll üdlü Cavabdeh1 və oğlu 1950-ci il təvəllüdlü Cavabdeh3 ilə bir yerdə qeyd edilən bağı becərərək qulluq ediblər.
4. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx xxxxxxx 1939-cu il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, atası Cavabdeh4 Cəmil oğlu, anası X29 qeyd edilmişdir.
5. Doğum haqqında (təvəllüd) şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 1941-ci il tarixdə Masallı rayonu Qızılavar kəndində anadan olmuş, atası Cavabdeh4 Cəmil oğlu, anası X29 qeyd edilmişdir.
6. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 29 may 1949-cu il tarixdə Çin Respublikasının PortArtur şəhərində anadan olmuş, atası Cavabdeh4 Cəmil oğlu, anası X29 qeyd edilmişdir.
7. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx xxxx 1950ci il tarixdə Çin Respublikasının PortArtur şəhərində anadan olmuş, atası Cavabdeh4 Cəmil oğlu, anası X29 qeyd edilmişdir.
8. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X25 arasında 03 yanvar 1979-cu il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir.
9. Bakı şəhəri Yasamal Rayon VVAQ Şöbəsi tərəfindən 02 fevral 2001-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X33 ilə X8 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 fevral 2001- ci il tarixdə 38 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Rzayeva soyadı verilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 iyu n 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 543647 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 08 may 2010-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 may 2010-cu il tarixdə 627 nömrə ilə qeyd edilmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2010- cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh5 cavabdehlər İddiaçı, X2, Cavabdeh4 və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “orderin qüvvədən düşmüş hesab edilməsi, istifadə hüququnun itirilməsi və sosial kirayə müqaviləsinin bağlanması» tələbi barədə və İddiaçı cavabdehlər X2, Cavabdeh5, Cavabdeh4, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Yaşamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı “yaşayış sahəsinin b ölünməsi, ayrıca mənzil kirayə müqaviləsinin bağlanması, qeyri-yaşayış sahələrindən istifadə qaydasının müəyyənləşdirilməsi və mənzilə köçürülmə” tələbi barədə iddialar müvafiq qətnamə ilə iddiaçı Cavabdeh5 iddiası qismən təmin edilərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli evin 55 nömrəli mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilərək, onun, həmin mənzilə olan pasport qeydiyyatının ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli evin 55 nömrəli mənzilinə dair Cavabdeh5 ilə sosial kirayə müqaviləsinin bağlanmasının Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi, qalan hissədə iddiaçı Cavabdeh5 iddiasının təmin edilməməsi, iddiaçı X5 cavabdehlər X2, Cavabdeh5, Cavabdeh4, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi ev 99, 55-ci mənzilin sahəsi 17 kv.metr olan otağına dair İddiaçı ilə ayrıca mənzil kirayə müqaviləsinin bağlanması vəzifəsinin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi, həmin müqavilə əsasında kommunal xərclərin ödənilməsi üçün İddiaçı adına ayrıca hesab açılması vəzifəsinin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi ev 99, 55-ci mənzilinin qeyriyaşayış sahələrinin (dəhliz, mətbəx, hamam, tualet, balkonlar) mənzildə yaşayan şəxslərin ümumi istifadəsinə verilməsi və İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi ev 99, 55-ci mənzilinə köçür ülməsi tələbi barədə iddiası rədd edilmişdir.
11. Cavabdeh1 tərəfindən Bakı şəhəri 12 nömrəli notariat kontoruna ünvanladığı 16 dekabr 2011-ci il tarixli ərizəsinin surətindən görünür ki, anası X29 vəfat etmişdir. Miras əmlak bağ evi göstərilmişdir. Ondan başqa X19, İddiaçı, X27, Cavabdeh4 və Cavabdeh3 kimi başqa vərəsələr göstərilmişdir. Mülki işin materiallarında olan Cavabdeh2 tərəfindən Bakı şəhəri 12 nömrəli notariat kontoruna ünvanladığı 19 dekabr 2011-ci il tarixli ərizəsinin surətindən görünür ki, anası X29 vəfat etmişdir. Miras əmlak bağ evi göstərilmişdir. Ondan başqa Cavabdeh1, İddiaçı, X27, Cavabdeh4 və Cavabdeh3 kimi başqa vərəsələr göstərilmişdir.
12. Cavabdeh3 tərəfindən Bakı şəhəri 12 nömrəli notariat kontoruna ünvanladığı müvafiq ərizəsinin surətindən görünür ki, anası X29 vəfat etmişdir. Miras əmlak bağ evi göstərilmişdir. Ondan başqa X12, İddiaçı, X27, Cavabdeh4 və Cavabdeh1 kimi başqa vərəsələr göstərilmişdir.
13. İddiaçı tərəfindən Bakı şəhəri 12 nömrəli notariat kontoruna ünvanladığı 10 yanvar 2012-ci il tarixli ərizəsinin surətindən görünür ki, qaynanası X29 vəfat etmişdir. Miras əmlak bağ evi göstərilmişdir. Ondan başqa X19, X27, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 kimi başqa vərəsələr göstərilmişdir. 14. 06 iyun 2012-ci il tarixli Bakı şəhəri 12 nömrəli Notariat Kontoru tərəfindən təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15 oktyabr 1970-ci ildə vəfat etmiş X10 vərəsələri-ünvan 2 ünvanında yaşayan oğlu Cavabdeh1; ünvan 3 ünvanında yaşayan qızı Cavabdeh2; oğlu Cavabdeh3; ünvan 4 ünvanında yaşayan İddiaçı və onlar miras əmlakdan bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 09 dekabr 2010-cu il tarixdə verilmiş 11/40316 nömrəli arayışda göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanındakı 0,25 ha torpaq sahəsindən və üzərindəki bir otaqlı ümumi sahəsi 41,13 kv.metr, yaşayış sahəsi 22,85 kv.metr, yardımçı sahə 18,28 kv.metr olan 273a nömrəli bağ evindən ibarətdir. Miras əmlakın 1/4 hissəsini Cavabdeh2, 1/4 hissəsi Cavabdeh3, 1/4 hissəsi Cavabdeh1, İddiaçı isə 1/12 hissə verilir, 2/12 hissə açıq saxlanılır.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ümumi sahəsi 41,13 kv.metr olan 273a nömrəli bağ evi və 0,25 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 8593 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq sahibləri kimi İddiaçı 2/24 hissə, X36 1/24 hissə açıq qalır, Cavabdeh1 14 sentyabr 2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 7/24 hissə və Cavabdeh2 09 fevral 2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeyd edilmişdir. 16. 27 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünü r ki, hədiyyə verən X34 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 273a nömrəli bağ evi ünvanında yerləşən ümumi sahəsi 41,13 kv.metr olan bağ evinin paylı mülkiyyət üzrə ona məxsus 7/24 hissəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 may 2016-cı il tarixli 2(008)-4675/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh4 və X13 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin olunaraq, X9 və Cavabdeh4 qəbul etmədikləri 2/12 pay faktiki olaraq mirası qəbul etmiş vərəsələr arasında onların paylarına mütənasib bölünməsi, Cavabdeh1 1/4 paya görə 7/24 pay, Cavabdeh2 1/4 paya görə 7/24 pay. Cavabdeh3 1/4 paya görə 7/24 pay, İddiaçı qızna 1/12 paya görə 3/24 pay verilməsi müəyyən edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli 2(103)-7434/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı “miras payın vərəsələr arasında bölünməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4675/2016 nömrəli iş üzrə 16 may 2016-cı il tarixli qətnaməsindən maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)4675/2016 nömrəli mülki iş üzrə 16 may 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh4 və X13 qarşı “miras əmlaka açıq qalan 2/12 payın qanun üzrə vərəsəliyə çağı rılmış vərəsələrin payına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddiası təmin olunmamışdır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli 2(102)-203/2019 nömrəli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli 2(103)-7434/2018 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1 və onun vəkili X28 tərəfindən kassasiya şikayəti verilmiş, müvafiq qərarla iddiaçı Cavabdeh1 iddiadan imtinası qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli 2(103)7434/2018 nömrəli qətnaməsi ləğv edilmiş və mülki işin icraatına xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
19. İddiaçı cavabdehlər Cavabde h1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 12 nömrəli Notariat Kontoruna qarşı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini maraqlı şəxs qismində göstərməklə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 273a nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsindən və üzərindəki bir otaqlı ümumi sahəsi 41,13 kv.metr, yaşayış sahəsi 22,85 kv.metr olan 273a nömrəli bağ evinə dair üzrə Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən 06 iyun 2012-ci il tarixdə təsdiqlənmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, həmin şəhadətnamənin əsasında Daşınmaz Əmlakın Dövlət ReyestrXidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən müvafiq dövlət reyestrlərində aparılmış qe ydlərin və verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 273a nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsindən və üzərindəki bir otaqlı ümumi sahəsi 41,13 kv.metr, yaşayış sahəsi 22,85 kv.metr olan 273a nömrəli bağ evi üzərində İddiaçı vərəsəlik payının tam şəkildə müəyyən edilməsi, buna dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsinin Cavabdeh6na, müvafiq dövlət reyestrlərində qeydlərin aparılmasının və hüquqmüəyyənedici sənədlərin verilməsinin isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
20. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “əmlaka görə kompensasiya ödənilməsi və ya əmlakın açıq hərracdan satılaraq pulun paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə məhkəmə iclaslarında iştirak edən zaman İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4675/2016 nömrəli mülki iş üzrə 16 may 2016-cı il tarixli qətnaməsinin mövcudluğundan xəbər tutmuşdur. Bundan dərhal sonra vəkilə müraciət etmiş, məhz müvafiq ərizə və vəkil sorğusu verildikdən sonra o, həmin qətnamənin və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 273a nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsinə dair 16 dekabr 2011-ci il tarixli vərəsəlik işinin məzmunu ilə tanış olmuş və sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Eyni zamanda, hazırkı iddia ərizəsi ilə eyni məzmun və mahiyyətdəki qarşılıq lı iddia ərizəsi ilə apellyasiya instansiyasına müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4675/2016 nömrəli mülki iş üzrə 16 may 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və Cavabdeh1 cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı miras əmlaka açıq qalan 2/12 payın qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddiasının təmin olunmaması barədə yeni qətnamə qəbul edilmiş, həmin məhkəmənin eyni tarixli qərardadı ilə isə İddiaçı apellyasiya icraatı zamanı irəli sürdüyü qarşılıqlı iddiası geri qaytarılmışdır. Odur ki, İddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İşin həq iqi faktiki halları aşağıdakı kimidir. Belə ki, mübahisə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 273a nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsindən və üzərindəki bir otaqlı ümumi sahəsi 41,13 kv.metr, yaşayış sahəsi 22,85 kv.metr olan 273a nömrəli bağ evi ilə bağlıdır. Həmin torpaq sahəsi və üzərindəki bağ evi X16 məxsus olmuşdur. Onun Cavabdeh4 Cəmiloviçlə olan nikahından 4 övladı olmuşdur: 1) Cavabdeh1; 2) Cavabdeh2; 3) Cavabdeh3 və 4) X33. X29 15 oktyabr 1970-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra həmin mübahisəli əmlaka yalnız X33 idarə etməyə başlamış və mirasa yiyələnmişdir. Belə ki, məhz o, həmin bağ evini əsaslı təmir etdirməklə ona müəyyən artırmalar etmiş, bağ evinin yerləşdiyi torpaq sahəsində hovuz tikdirmiş, ağaclar əkmiş, eləcə də bütün kommunal ö dənişlərini həyata keçirmişdir. Adları çəkilən digər üç nəfərin isə həmin torpaq və üzərindəki bağ evinə ümumiyyətlə aidiyyatları olmamışdır. X14 anasının mirasını qəbul etdiyi isə işin mübahisələndirilməyən halıdır. Belə ki, hazırkı qarşılıqlı iddiaya əlavə edilən qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2828/2010 nömrəli iş üzrə qəbul etdiyi 06 avqust 2010-cu il tarixli qətnaməsi və onun dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə X14 həmin bağı idarə etdiyi, 1998-ci ildən sonra isə (Yaqutxanım Rzayeva ilə nikahı pozulduqdan sonra) daimi yaşamaq üçün həmin bağa köçmüşdür (sonrakı arvadı İddiaçı ilə birlikdə). Onun anasının mirasını faktiki olaraq qəbul etdiyi Bakı Apellyasiya Məhkəməsinin 07 avq ust 2018-ci il tarixli qətnaməsi ilə də öz təsbitini tapmışdır. İşin digər hallarına görə isə, X10 yeganə vərəsəsi X17 (mirası təkcə o qəbul etmişdir) Yaqutxanım Rzayeva ilə olan birinci nikahından xx xxxxx 1981-ci il təvəllüdlü Cavabdeh4 və 28 dekabr 1979-cu il təvəllüdlü Cavabdeh5 anadan olmuşlar. X33 ilə Yaqutxanım Rzayeva arasındakı 09 aprel 1978-ci il tarixli nikah 17 fevral 1998-ci ildə pozulmuş, 02 fevral 2001-ci ildə isə X33 ilə İddiaçı daxil olmuşlar. Onlar nikaha daxil olduqdan sonra soyuq vaxtlarda Bakı şəhəri, Şahbazi küçəsi 99, mənzil 55-də, isti vaxtlarda isə X20 məxsus mübahisəli bağ evində yaşasalar da, ailə zəminində yaranan mütəmadi münaqişələrlə əlaqədar daimi yaşamaq üçün mübahisəli bağ evinə köçmüşlər. X33 08 may 2010-cü il tarixdə ölmüş, ölümündən sonra onun miras əml akı olaraq anası X11 vərəsəlik qaydasında faktiki qəbul etməklə ona keçmiş mübahisəli torpaq və üzərindəki bağ evi qalmışdır. X33 anasının mirasını faktiki qəbul etsə də, ölən günə kimi onu rəsmiləşdirməmişdir. Belə ki, o bağ evini sənədləşdirmək istəsə də xəstəliyi ilə əlaqədar bu işlə məşğul ola bilməmişdir. Onun ölümündən sonra həmin bağ evində yalnız İddiaçı yaşamışdır. Bir müddət sonra Cavabdeh1 qarşılıqlı iddiaçıya bağın sənədini almaq üçün ona kömək etməyi təklif etmiş, ona bəzi sənədlərə imza atdırmışdır. Mübahisəli bağa 16 dekabr 2011-ci il tarixdə açılmış vərəsəlik işi əsasında 06 iyun 2012-ci il tarixdə verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin məzmunundan İddiaçı məlumatı olmamış, o, mərhum ərinin qardaşı olan Cavabdeh1 tərəfindən aldadılaraq 10 yanvar 20 12-ci il tarixdə 12 saylı notariat kontoruna aparılmış və Cavabdeh1 mərhum əri X33 ilə birlikdə yaşadıqları, habelə tikdikləri və bağ sahəsində işlədikləri 0,25 ha torpaq sahəsinin İddiaçı adına keçiriləcəyi barədə yalan vəd verib notariat kontorunda guya bu barədə ərizəyə imza atdırmışdır. Cavabdeh1 öz tamahkar niyyətini həyata keçirmək və İddiaçı əmlakdan məhrum etmək məqsədi ilə hətta saxtakarlığa belə gedərək Pirşağı qəsəbəsi üzrə nümayəndəlikdən saxta məzmunlu arayış almışdır ki, həmin arayış orada adıçəkilən şəxslər tərəfindən mirasın qəbul edildiyini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz (arayışa görə, Cavabdeh1 guya qardaşı Namiq və bacıları Natella ilə birlikdə anaları X10 vəfatından sonra 273a nömrəli bağ sahəsini bir yerdə becərərək qulluq etmişlər). Əvvəla həmin sənəd 2011-ci ilə aiddir, mərhum X10 mirası isə nə az, nə çox düz 41 il bundan əvvəl açılmışdır. İkincisi, həmin sənəddə mübahisəli bağı həmin şəxslərin birlikdə becərərək qulluq etdikləri göstərilsə də, bu hərəkətin konkret hansı tarixdə olduğu göstərilmir. Nəzərə almaq lazımdır ki, mərhum X10 mirası 15 oktyabr 1970ci ildə açıldığından onun mirası həmin vərəsələr tərəfindən məhz altı ay müddətində, yəni ən geci 15 aprel 1971-ci il tarixdə qəbul edilməli idi. Mübahisəli torpaq və üzərindəki bağ evinə dair Cavabdeh6 açılmış 16 dekabr 2011-ci il tarixli 53/2015 nömrəli vərəsəlik işindəki 06 iyun 2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən X10 miras əmlakından Cavabdeh1 (mirasqoyanm oğlu) 1/4 pay, İsmayılova (Rzayeva) Natella Məmmədovnaya (mirasqoyanın qızı ) 1/4 pay, Cavabdeh3 (mirasqoyanın qızı) 1/4 pay və İddiaçı (mirasqoyanın gəlini-oğlu Arturun arvadı) 1/12 pay verilmiş, Cavabdeh5 (mirasqoyanın nəvəsi-oğlu Arturun birinci nikahdan olan qızı) və Cavabdeh4 (mirasqoyanın nəvəsi-oğlu Arturun birinci nikahdan olan oğlu) payına düşən 2/12 pay isə açıq saxlanılmışdır ki, bu “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” tamamilə qanunsuzdur, işin faktiki hallarına uyğun deyildir. Çünki yuxarıda da göstərildiyi kimi, mərhum X10 miras əmlakını yalnız X33 qəbul etmişdir, adı çəkilən digər şəxslərin həmin bağ evi ilə ümumiyyətlə heç bir əlaqələri olmamış, onu miras olaraq qəbul etməmişlər. Həmin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” məhz Pirşağı qəsəbə nümayəndəliyinin 2011-ci il tarixli arayışının əsasında verilmişdir ki, onun möt əbər sübut olmadığı yuxarıda izah edilmişdir. Ümumiyyətlə, mərhum X10 miras əmlakı onun mirasının açıldığı zaman qüvvədə olmuş 1964-cü il tarixli Mülki Məcəllənin 552-ci maddəsinə müvafiq olaraq 6 ay ərzində (15 aprel 1971-ci ilə qədər) onun vərəsələri tərəfindən faktiki və ya rəsmi qaydada qəbul edilə bilərdi (miras əmlakını faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnmək, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə). Həmin mirasın adı çəkilənlər tərəfindən rəsmi qaydada qəbul edilmədiyi mübahisə mövzusu deyildir. Vərəsəlik işinə əsasən, miras onlar tərəfindən faktiki qəbul edilməsi barədə yeganə sənəd isə Pirşağı qəsəbə nümayəndəliyinin 2011-ci il tarixli arayışıdır ki, həmin arayış yuxarıdakı izahlara əsasən mötəbər sübu t ola bilməz. Bundan başqa hətta digər vərəsələrin X10 mirasını qəbul etdikləri qəbul edilsə belə, yenə həmin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi”ni düzgün hesab etmək olmaz. Çünki həmin vərəsəlik işində mərhum X10 vərəsələrinin dairəsi ümumiyyətlə düzgün müəyyən edilməmişdir. Bu baxımdan mirasın açıldığı məqamda mərhum X18 vərəsələri onun hmin tarixdə sağ olmuş uşaqları Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X33 olmuşdur. Mübahisələndirilən vərəsəlik şəhadətnaməsində isə mirasqoyanın gəlini X21 və nəvələri Cavabdeh5 və Cavabdeh4 qızı vərəsələr qismində göstərilmişdir. Nə əvvəlki, nə də ki hazırkı mülki məcəllənin tələbləri baxımından gəlinlərin vərəsə qismində çıxış etməsi müəyyən edilmir, onlar heç bir növbədə göstərilmir. Nəvələrə gəldikdə isə, onlar (həmçinin nəticələr) b u şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun, onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Hazırkı işdən belə müəyyən edilmir. Çünki X10 mirası açılan məqamda Cavabdeh5 ilə Cavabdeh4 qızının ataları olan X7 idi və işin mübahisəsiz hallarına görə o bundan çox daha sonra (08 may 2010-cu ildə) ölmüşdür. Sağ ikən isə mərhum anasından qalan miras əmlakını faktiki olaraq qəbul etmiş, lakin rəsmiləşdirməmişdir (işin bu halı Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə də öz təsbitini tapmışdır). Digər tərəfdən 28 dekabr 1979-cu il təvəllüdlü Cavabdeh5 nənələrinin mirasının açılmasında təxminən 9, onun qardaşı xx xxxxx 1981-ci il təv əllüdlü Cavabdeh4 isə 11 il sonra anadan olmuşdur. X1 arvadı və uşaqlarının X10 vərəsələri olmadığı gün işığı kimi aydın məsələdir. Hətta o dərəcədə ki, yalnız bu hüquqi mövqeyin qəbul edilməsi ilə 06 iyun 2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də aparılmış bölgünün məğzi izah edilə bilər. Çünki əgər onlar mərhum X10 vərəsələri olsa idilər, bütün vərəslərə eyni miras payı düşərdi (hər birinə 1/6). Deməli, İddiaçı, Cavabdeh5 və Cavabdeh4 mərhum X10 deyil, məhz ondan qalan mirası faktiki olaraq qəbul etməklə əmlakının aktivinə daxil etmiş X14 vərəsələri olmuşlar. Ona çatası 1/4 pay isə məhz onun vərəsələri (arvadı və iki uşağı) arasında bölünməklə hər biri üçün 1/12 pay müəyyən edilmişdir. İddiaçı özünə çatası 1/12 payı qəbul etsə də, digər iki şəxsə (mərhum X14 uşaqları)çatası 2/12 pay məhz onlar tərəfindən qəbul edilməsi üçün açıq saxlanılmışdır (qeyd edilənlər Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir). Göründüyü kimi, Cavabdeh5 və Cavabdeh4 qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində həmin payı qəbul etmədikləri işin mübahisəsiz halıdır. Belə olan halda isə, mərhum X14 əmlakının aktivində yer almaqla onun payına düşən 1/4 paydan onlara çatası hissəni qəbul etməyən Cavabdeh5 ilə Cavabdeh4 2/12 payı məhz mərhum X14 payına düşən hissədən özünə çatanı qəbul etmiş onun digər vərəsəsi İddiaçı sərəncamına keçməlidir. 06 iyun 2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”si qanunsuz olduğundan onun əsasında müvafiq dövlət reyestrlərində aparılmış qeydlər və verilmiş hüqu qmüəyyənedici sənədlər birmənalı olaraq ləğv edilməlidir.
21. Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2(033)-94/2021 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) ilk iddia qismən təmin olunmuş, cavabdeh X15 2904,47 (iki min doqquz yüz dörd manat qırx yeddi qəpik) manat məbləğində əsas borcun tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, ilk iddia tələbinin qalan hissəsi təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X22 qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi, Mərkəzləşdirilmiş Kredit Reyestrində borcun olmaması barədə müvafiq qeydlərin aparılması tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, cavabdeh X15 15 (on beş) manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməsi, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun dövlət rüsumu olaraq ödədiyi 15 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
22. Cavabdeh4 və Cavabdeh5 Cavabdeh1, Bakı şəhəri 12 nömrəli Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X31 vəfatından sonra miras qalan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda yerləşən 273a nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsinin açıq qalan 2/12 paya dair qanun üzrə vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi r.
23. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6na və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia qaldırmışdır. Həmin iddianı əsassız hesab etməklə, qarşılıqlı iddia verirlər. Belə ki, işin faktiki halları ilə əlaqədar olaraq bildirmək lazımdır ki, 15 oktyabr 1970-ci il tarixdə vəfat etmiş mərhum X11 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda yerləşən 273a nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsinə dair 16 dekabr 2011-ci il tarixdə vərəsəlik işi açılmışdır və 06 iyun 2012-ci il tarixdə vərəsə Cavabdeh1 1/4 pay, Cavabdeh2 1/4 pay, Cavabdeh3 1/4 pay, X6 1/12 pay verilmişdir. X10 adına 2/12 hissə pay açıq saxlanmışdır. Hal hazırda onlar mirası faktiki qəbul etmişlər. Lakin öz adlarına şəhadətnamə almamışlar. Hal-hazırda miras əmlak onun tərəfindən qəbul olunduğuna və faktiki onun sahibliyində olduğuna görə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda yerləşən 273a nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsinin açıq qalan 2/12 paya dair qanun üzrə vərəsəlik hüquqları tanınmalıdır.
24. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-435/2019 saylı, 11 iyun 2019cu il tarixli qətnaməsi ilə (sədrlik edən: Gültəkin Əsədova) ilk iddia təmin edilməmiş, qarşlıqlı iddia təmin edilərək, X31 vəfatından sonra miras qalan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda yerləşən 273a nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsinin açıq qalan 2/12 paya dair Cavabdeh4 və Cavabdeh5 qanun üzrə vərəsəlik hüquqlarının tanınması qət edilmişdir.
25. Birinci instansiya məhkəməsi ilkin iddianı əsassız saymış və qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən digər vərəsə Cavabdeh1 tərəfindən aldadılması, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin məzmunundan məlumatsız olmasını sübuta yetirə bilməmişdir.
26. Məhkəmə eyni zamanda qarşılıqlı iddianı əsaslı sayaraq təmin etmiş və hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh5 və Cavabdeh4 tərəfindən miras faktiki olaraq qəbul edilmiş, lakin onlar vərəsəliklə bağlı müraciət etmədiklərindən onlara düşən 2/12 pay açıq saxlanılmışdır, ona görə də onların qanun üzrə vərəsəlik hüquqları tanınmalıdır. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, adına vərəsəlik şəhadətnaməsi verilmiş bütün vərəsələr notariat kontoruna yazdığı ərizələrdə özlərindən başqa Nərminə və Cavabdeh4lərin də qanun üzrə vərəsə olduqlarını göstərmişlər.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1133.1, 1133.2, 1146, 1159-cu maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
28. Qətnamədən cavabdeh X37 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edi lməsini xahiş etmişdir.
29. Qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)435/2019nömrəli 11 iyun 2019-cu il tarixli qətnaməsini ləğv edərək ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 273 a saylı bağ evi 06 iyun 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4675/2016 saylı, 16 may 2016-cı il tarixli qətna məsi və həmin qətnamə əsasında verilmiş 23 avqust 2016-cı il i tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə və 27 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında paylı mülkiyyət kimi 2/24 hissəsi RzayevaZibəndə Sərxan qızının, 1/24 hissəsi (açıq qalır) X10, 7/24 hissəsi Cavabdeh1, 14/24 hissəsi isə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və halhazırda onların paylı mülkiyyətindədir. Müvafiq məhkəmə qətnaməsi daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlara uyğun qəbul edilməmiş, digər payçıların payları nəzərə alınmamış və paylar düzgün müəyyən edilməmişdir. Həmçinin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4675/2016 saylı, 16 may 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkə məsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi barədə İdarədə hər hansı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, Nərimanov Rayon Məhkəməsi işin hallarını ətraflı araşdırmamış, qeyd olunanları nəzərə almamış, arxiv məlumatları barədə İdarəyə sorğu göndərilməmiş, iddianı rədd edilməsi üçün əsasların mövcud olmasına baxmayaraq qanunsuz olaraq qarşılıqlı iddia tələbini təmin etmişdir.
31. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilib, qarşılıqlı iddia da rədd edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qarşlılıqlı iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər. Belə ki, qarşılıqlı iddiaçılar halhazırda mirası faktiki qəbul etdiklərini, lakin öz adlarına şəhadətnamə almadıqlarını, miras əmlak onlar tərəfindən qəbul olunduğuna və faktiki sahibliyində olduğuna görə miras əmlakın açıq qalan 2/12 paya dair qanun üzrə vərəsəlik hüquqlarının tanınmalı olduğunu bildirsələr də, bu hallar işdə olan mötəbər sübutla öz təsdiqini tapmır. Əksinə işdən, o cümlədən məhkəmə aktlarından görünür ki, qarşılıqlı iddiaçılar həmin bağ evində yaşamamış və qeydiyyatda olmamışlar. İkincisi, qarşılıqlı iddiaçıların atası X33 08 may 2010-cu il tarixdə vəfat etmişdir. Miras əmlaka dair 16 dekabr 2011-ci il tarixdə vərəsəlik işi açılmış və 06 iyun 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 1/4 pay, X3 1/4 pay, Cavabdeh3 1/4 pay, İddiaçı 1/12 pay verilmiş, qarşılıqlı iddiaçılar isə vərəsəliklə bağlı müraciət etmədiklərindən 2/12 pay açıq saxlanılmışdır. Göründüyü kimi, qarşılıqlı iddiaçılar mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idilər. Lakin onların bununla əlaqədar hər hansı bir hərəkətlər etməsi təsdiq olunmur. Belə ki, qarşılıqlı iddiaçılar miras əmlaka açıq qalan paya dair notariat orqanına müraciət etməli idilər, lakin etməmişlər, eləcə də bağ evinə sahiblik etməm iş və ya idarə etməyə faktik başlamamış və mirası qəbul etdiklərini nümayiş etdirməmişlər. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən mübahisəli bağ evinə dair həmin hüququ itirmişlər.
33. Apellyasiya instansiyası məhkəməsi ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı da mübahisəli bağ evinə Bakı şəhəri 11 saylı Notariat kontoru tərəfindən 06 iyun 2012-ci il tarixdə təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və bundan törəyən digər tələbləri irəli sürsə də iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər ha nsı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı 06 iyun 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunsuz olduğunu və qanunsuzluğun təkcə aldadılma, ümumiyyətlə əqdlərlə bağlı qanunvericiliyin tələblərinin pozulması ilə bağlı deyil, bilavasitə vərəsəlik hüququ ilə bağlı mülki qanunvericiliyin tələblərinin pozulması ilə bağlı olduğunu göstərsə də bu dəlillər əsaslı hesab edilə bilməz. Çünki, aldadıldığını sübut etmək yükü onun üzərinə düşür, lakin bunu sübut edə bilmir. İşdə olan notariat işindən də görünür ki, o, miras əmlaka dair notariat orqanına ərizə yazmış, özündən başqa digər vərəsələrin olduğunu göstərmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin məzmunundan xəbərsiz olmasını həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaması barədə dəlili də inandırıcı və ağlabatan deyildir. Əqdlərlə bağlı qanunvericiliyin hansı tələblərinin pozulduğunu da açıqlamır. İkincisi, iddiaçının vərəsəlik hüququ ilə bağlı mülki qanunvericiliyin tələblərinin pozulduğu dəlili də əsaslı deyildir. Belə ki, mübahisəli bağ sahəsi və orada yerləşən ev X10 icarəsində olsa da, 15 oktyabr 1970-ci il tarixdə onun vəfat etməsi ilə əlaqədar avtomatik olaraq miras açıla bilməzdi. Çünki, bağ torpaq sahəsi Nina Rzayevanın ölənədək icarəsində və dövlət mülkiyyətində olmuş, müqavilənin müddəti isə 25 fevral 1973-cü ildə bitmişdir. Demək mübahisəli bağ sahəsi X10 ölümündən sonra faktiki olaraq onun övladlarının istifadəs ində qalsa da hər hansı bir hüquqla onlara məxsus olmamışdır. Yalnız Respublika müstəqillik əldə etdikdən sonra ölkədə həyata keçirilən torpaq islahatlarının davamı olaraq bağ torpaq sahələrinin də özəlləşdirilməsi üçün hüquqi mexanizmlər yarandı. Ona görə də mərhum Nina Rzayevanın mübahisəli bağa dair mirasın 15 oktyabr 1970-ci ildə açılması və bu mirası həmin vərəsələr tərəfindən məhz altı ay müddətində yəni, ən geci 15 aprel 1971-ci il tarixdə qəbul edilməli olması barədə apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.
34. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli bağ sahəsinə dair xx.xx.2010-cu il tarixli müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövl ət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayış da qeyd olunanları bilavasitə təsdiq edir. Bundan başqa, ddiaçı iddia ərizəsi ilə 2018-ci ildə məhkəməyə müraciət etmiş, yəni 06 iyun 2012-ci il tarixdə təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş kəsici müddəti də ötürmüşdür. Belə ki, qeyd olunan müddətin tətbiq edilməsi üçün ərizə verilməsinə ehtiyac yoxdur. Ona görə bu hal da ilk iddianın təmin edilməsini istisna edir.
35. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1159.1, 1243, 1246-cı maddələrinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
36. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən-qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilib, qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və M.T.Əhmədova) kassasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apel lyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
39. Kassasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 1133.1, 1133.2, 1145, 1151.1, 1159.1, 1243, 1246-cı maddələrinə istinadla hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia tələb üzrə gəldiyi nəticələr işin araşdırılmış hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir.
40. Kassasiya məhkəməsi qeyd etmişdir ki, mirasın açılması vaxtı baxımından X16 məxsus əmlakdan oğlu X32 çatası payın onun birinci dərəcəli vərəsələri olan X27 və Cavabdeh4 tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına ərizə verilməməsi və ya faktiki qəbul edilməməsi ilə bağlı mövqe düzgün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaçıların 06 iyun 2012- ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsində açıq saxlanılmış 2/12 paylarına dair müvafiq şəhadətnamənin alınması üçün notariat orqanına müraciət edib-etməmələrini, atalarından qalma digər bir əmlakı qəbul edib-etməməsini araşdırmadan, onların qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən mübahisəli bağ evinə dair həmin hüququ itirmələri kimi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Həmçinin işə kassasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, apellyasiya məhkəməsi hazırkı mübahisəyə Mülki Məcəllənin 1248.1-ci maddəsinin tətbiqinin mümkünlüyünü müzakirə etməmişdir. Həmin maddəyə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, u zada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
41. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi, İ.Ə.Kərimli və E.Ə.Mehdiyev) apellyasiya şikayətləri təmin edilmələn, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
42. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üz rə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
43. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı 06 iyun 2012-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni 2018-ci ildə məhkəmə qaydasında mübahisələndirməklə Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş kəsici müddəti ötürmüşdür.
44. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddiaçıların 06 iyun 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə açıq saxlanılmış 2/12 paya dair müvafiq şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etməmələri onların mübahisəli bağ evinə dair vərəsəlik hüququnu itirmələri nəticəsinə gəlmək üç ün əsas vermir. Belə ki, xx.xx.2012-ci il tarixdə miras əmlakdan pay almaqla adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş vərəsələrdən hər biri, o cümlədən iddiaçı öz ərizələrində mirasdan pay almaq hüququ olan bütün vərəsələri, o cümlədən qarşılıqlı iddia üzrə iddiaçıları, yəni Nərminə və Cavabdeh4ləri də göstərmişlər. Onlar bu hərəkətləri ilə faktiki olaraq Nərminə və Cavabdeh4lərin mirası qanunla müəyyən olunmuş müddət ərzində qəbul etmiş olmasalar belə vərəsəlik şəhadətnaməsinə daxil edilmələrinə razılıq vermişlər.
45. Məhkəmə 1248.1 və 1323-cü maddələrinə əsasən belə qənaətə gəlmişdir ki, iş üzrə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət qarşılıqlı iddiaçılar tərəfindən ötürülmüş olsa belə, bu gecikmənin səbəbi üzrlü sayılmalı, həmin müddət uzadılmaqla Nərminə və C avabdeh4lərin vərəsəlik hüquqlarının qorunması təmin edilməlidir. e)Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
46. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib.
47. Cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddianın da rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
48. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Q.Hüseynov (sədrlik edən, məruzəçi), Ə.G.Nurməmmədov və Z.Ə.Əliyev) İddia çı kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb, cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin kassasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır.
49. Məhkəmə kollegiyası hesab etmişdir ki, baxılan işdə qarşılıqlı iddia tələbi üzrə mirasın qəbulu müddəti buraxılmış hesab edildiyi halda həmin müddətin uzadılması yalnız gecikdirmənin səbəbinin üzrlü sayıldığı halların mövcudluğu şəraitində mümkün ola bilərdi.
50. Lakin apellyasiya instansiyası məhkəməsi istinad olunan maddi hüquq normalarının tələblərini pozaraq, mirası qəbul etmiş bütün vərəsələrin notariat kontoruna ünvanlandıqları ərizələrdə Nərminə və Cavabdeh4ləri vərəsə kimi göstərmələrini və sonunculara qanunla düşən miras payların açıq saxlanılmasını mirasın qəbulu müddətinin uzadılmasının birmənalı əsası kimi qəbul etmişdir.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
52. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Belə ki, həmin dəlillər daşınmaz ə mlakın dövlət reystrində sonradan ləğv edilmiş məhkəmə aktları əsasında aparılmış qeydlərlə əsaslandırılmışdır. Əvvəlki qətnamənin ləğv edilməsi barədə məhkəmə aktlarının İdarəyə daxil olmaması mülki işin məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə uyğun həllinə mane olan hal kimi qiymətləndirilə bilməz. Həmin orqan iş üzrə cavabdehdir və iş üçün əhəmiyyətli hesab etdiyi dəlil və sübutlarını məhkəmə baxışı zamanı təqdim etmək hüququna malikdir. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilən hallar (ekspertiza təyin olunması, sübutların yerində müayinə edilməsi) istisna olmaqla məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq hüququ yoxdur. f)Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
53. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və Ş.A.Məmmədova) apellyasiya şikayətləri təmin edilmələn, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
54. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir.
55. Məhkəmə hüquqi mövqeyini Mülki Məcəllənin 1133, 1145, 1151-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. g)Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat
56. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
57. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov sədrlik edən, məruzəçi, V.Həsənov və İ.Şəfiyev) İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2021-ci il tarixli, 2(103)-4556/2021 saylı qətnaməsinin qismənqarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
58. Məhkəmə qeyd etmişdir ki, “Apellyasiya instan siyası məhkəməsi qeyd olunan hallara əhəmiyyət vermədən, Cavabdeh5 və Cavabdeh4 mərhum Artur Rzayevdən miras qalmış ¼ payın açıq saxlanılan 2/12 hissəsinə sahiblik etməyə və həmin hissəni idarə etməyə faktik başlamaqla mirası qəbul edib-etməmələri ilə bağlı heç bir araşdırma aparmadan, 8 ildən sonra mirasın onlar tərəfindən qəbul edilməsi nəticəsinə gəlmişdir... işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutların mötəbərliliyinə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir...”. h) Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat
59. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən, məruzəçi), E.Həsənov və V.Sadıqov) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
60. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı qeyd etmişdir ki, Ali Məhkəmənin qərarı ilə apellyasiya instansiyası məhkəməsinin ilkin iddia tələbi ilə bağlı hissəsi qüvvədə qaldığından və yalnız qarşılıqlı iddia tələbi ilə bağlı hissədə qətnamə ləğv edildiyindən, hazırki apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız qarşılıqlı iddi a tələbi ilə bağlı hissəsi təşkil edir.
61. Məhkəmə iş materiallarına əsasən qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 0,25 ha torpaq sahəsində yerləşən 273 “a” saylı bağ torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 41,13 kv.metr olan bağ evi 1971ci ildə ölmüş Nina Rzayevadan miras qalıb və sonuncunun birinci növbəli vərəsələri kimi övladları Cavabdeh1, Cavabdeh3, Natella Rzayeva və Artur Rzayev mirası qəbul etməklə mirası faktiki qəbul etmişlər. 02 fevral 2001-ci ildə Artur Rzayev rəsmi nikah əsasında İddiaçı ilə ailə qurub. 08 may 2010-cu ildə Artur Rzayev ölüb və onun ölümündən sonra ondan birinci növbəli vərəsələri kimi birinci nikahdan olan övladları Cavabdeh4, Cavabdeh5 və arvadı İddiaçı vərəsə qalıblar. 16 dekabr 2011-ci ildə Nina Rzay evadan miras qalmış əmlaka dair vərəsəlik işi açılıb. 06 iyun 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən miras əmlakın ¼ hissəsinə Cavabdeh1, ¼ hissəsinə Natella İsmayılovanın, ¼ hissəsinə Cavabdeh3, 1/12 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınıb, lakin Cavabdeh5 və Cavabdeh4 vərəsəliklə bağlı notariat orqanına müraciət etmədikləri üçün mirasın 2/12 hissəsi açıq saxlanılıb.
62. Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma apararaq apellyasiya instansiyası məhkəməsi hazırki apellyasiya baxışında qarşılıqlı iddiaçılar tərəfindən miras əmlakı faktiki olaraq idarə etməsinə dair sübutlar təqdim etməsi, eyni zamanda, mübahisəli evdə kommunal ödənişlərin qarşılıqlı iddiaçılar tərəfindən ödənilməsini təsdiq edən qəbzlərin məhkəməyə təqdim edilməsi üçün imkan yaradılmışdır. Lakin, qarşılıqlı iddiaçılar məhkəmə iclasının təxirə salınmasına da baxmayaraq, müvafiq sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin miras əmlakı faktiki olaraq idarə etmələrini əsaslandırmamışlar.
63. Belə ki, mərhum Artur Rzayevdən miras qalmış ¼ payın açıq saxlanılan 2/12 hissəsinə vərəsəlik 08 may 2010-cu ildən açılıb və onun övladları Cavabdeh5 və Cavabdeh4 ötən müddət ərizəndə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələrinə dair ərizə verməyiblər və bu fakt işin mübahisə olmayan halıdır. Əksinə, ilk və qarşılıqlı iddia ərizələrindən görünür ki, Artur Rzayevin 08 may 2010-cu il tarixdə ölməsi ilə ondan miras qalmış ¼ paya 16 dekabr 2011-ci il tarixdə vərəsəlik işi açılıb, lakin onun övladları Cavabdeh5 və Cavabdeh4 vərəsəliklə bağlı notariat orqanına müraciət etmədikləri üçün ondan miras qalmış ¼ payın 1/12 hissəsinə arvadı İddiaçı vərəsəlik hüququ tanınıb, qalan 2/12 hissəsi isə açıq saxlanılıb və hətta notariat ofisi tərəfindən 05 fevral 2016-cı il tarixli məktubla Cavabdeh5 və Cavabdeh4 miras paylarını qəbul etmələri üçün müraciət olunsa da, onlar yenə də mirası qəbul etmələri üçün notariat ofisinə müraciət etməmişlər.
64. Məhkəmə qeyd etmişdir ki, qarşlılıqlı iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, qarşılıqlı iddiaçılar hal-hazırda mirası faktiki qəbul etdiklərini, lakin öz adlarına şəhadətnamə almadıqlarını, miras əmlak onlar t ərəfindən qəbul olunduğuna və faktiki sahibliyində olduğuna görə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda yerləşən 273a nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsinin açıq qalan 2/12 paya dair qanun üzrə vərəsəlik hüquqlarının tanınmalı olduğunu bildirsələr də bu hallar işdə olan hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmır. Əksinə işdən, o cümlədən məhkəmə aktlarından açıq-aşkar görünür ki, qarşılıqlı iddiaçılar həmin bağ evində yaşamamış və qeydiyyatda olmamışlar.
65. Həmçinin, qarşılıqlı iddiaçıların atası X33 08 may 2010-cu il tarixdə vəfat etmişdir. Miras əmlaka dair 16 dekabr 2011-ci il tarixdə vərəsəlik işi açılmış və 06 iyun 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 1/4 pay, X3 1/4 pay, Cavabdeh3 1/4 pay, İddiaçı 1/12 pa y verilmiş, qarşılıqlı iddiaçılar isə vərəsəliklə bağlı müraciət etmədiklərindən 2/12 pay açıq saxlanılmışdır. Göründüyü kimi, qarşılıqlı iddiaçılar mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idi. Lakin onların bununla əlaqədar hər hansı bir hərəkətlər etməsi təsdiq olunmur. Belə ki, qarşılıqlı iddiaçılar miras əmlaka açıq qalan paya dair notariat orqanına müraciət etməli idilər, lakin etməmişlər, eləcə də bağ evinə sahiblik etməmiş və ya idarə etməyə faktik başlamamış və mirası qəbul etdiklərini nümayiş etdirməmişlər. Buna görə də, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən mübahisəli bağ evinə dair həmin hüququ itirmişlər.
66. Məhkəməi hesab etmişdir ki, miras əmlakın faktiki olaraq qarşılıqlı iddiaçılar tərəfindən idarə edilməsinin sübut etmə yükü qarşlıqlı iddiaçıların üzərinə düşdüyündən, lakin qarşılıqlı iddiaçı tərəfindən miras əmlakın faktiki olaraq qarşlıqlı iddiaçılar tərəfindən idarə edilməsini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir.
67. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1159.1, 1243, 1246, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384388-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
68. Cavabdehlər Ca vabdeh4 və Cavabdeh5 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddia tələblərinin tam həcmdə rədd edilməsi, qarşılıqlı iddianın tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
69. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras əmlaka pay hüquqları olan Cavabdeh5 və Cavabdeh4 əsassız və qanunsuz qətnamə nəticəsində vərəsəlik hüquqlarından məhrum olmuşdurlar.
70. Cavabdeh5 və Cavabdeh4 miras əmlaka faktiki sahiblik etməyə və əmlakı idarə etməyə başlasalar da, məhkəmə işin bu faktını nəzərə almamışdır.
71. Məhkəmə sübutlara düzgün qiymət verməmiş, işi tam və hərtərəfli araşdırmamışdır.
72. Kassator şikayətini Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyasının 29, 127, Mülki Məcəlləsinin 1243, 1159.1, Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
73. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
74. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
75. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
76. Maddə 1159.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar.
77. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də v əsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
78. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respubli kası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarı 79....əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdi r ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
80. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
81. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
82. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş q üvvəsi yoxdur.
83. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
84. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
85. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
86. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
87. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi t ərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
88. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
89. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
90. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
22. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 2
3. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3331/2022 nömrəli iş üzrə 20 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.