Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4697/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4697/21 (Açar sözlər: istifadə hüququna xitam verilməsi) Bakı şəhəri, 14 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2176/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə iş ə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvandan pasport qeydiyyatından çıxarılması və istifadə hüququnın itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Eünvanında yerləşən daşınmaz əmlak onun mülkiyyətindədir. Həmin mənzilə dair 22.11.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən onun adına seriya PX ***** ** saylı çıxarış verilmişdir. Hal-hazırda həmin evdə onun atası ailəsi ilə birlikdə yaşayır. Cavabdeh onun qardaşının sabiq həyat yoldaşıdır və həmin evdə pasport qeydiyyatındadır. Lakin faktiki orada yaşamır. Belə ki, qardaşı ilə cavabdeh əvəllər faktiki nikah münasibətlərində olublar, cavabdehin başqa yerdə xüsusi mülkiyyətində olan ayrıca evi vardır. Hal-hazırda elə bir vəziyyət yaranıb ki, ona məxsus mülkiyyətdən istifadə edə bilmirlər. Buna cavabdeh maneçilik törədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 oktyabr 2020-ci il tarixli 2(003)-2482/2020 nömrəli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia tələbinin rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin istifadə hüquqlar ının itirilməsini tələb etsə də, cavabdehin mübahisəli evdən istifadə hüququ müəyyən edilmir. Belə ki, həmin hüququn yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində, əvvəlki Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrində, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Hər hansı hüquqa xitam verilməsi və ya itirilmiş hesab edilməsi üçün əvvəlcə hüququn olması müəyyən edilməlidir. Cavabdehin evdən istifadə hüququnun olması müəyyən edilmədiyindən istifadə hüququnun itirilməsi barədə tələb də təmin edilə bilməz. Cavabdehin iddiaçının mülkiyyətində olan evdə formal olaraq qeydiyyatda olması isə mübahisəli evə istifadə hüquqlarının olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Ona görə də cavabdehin evdən istifadə hüququnun olması müəyyən edilmədiyindən iddiaçının istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməməlidir. Məhkəmədə iddiaçı tərəf cavabdehin istifadə hüququna xitam verilməsi barədə tələb irəli sürməsini yalnız onun həmin evdən qeydiyyatdan çıxara bilmədiyi ilə əsaslandırmışdır. Belə olan halda hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqınd a” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu v ə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 2(103)-2176/2021 saylı, 04 fevral 2021- ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 2(103)-2176/2021 saylı, 25 fevral 2021ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli, 2(003)-2482/2020 saylı qətnaməsinin “bu Cavabdeh ünvan 2 evdən qeydiyyatdan çıxması üçün əsasdır” hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 2(103)-2176/2021 saylı, 25 fevral 2021ci il tarixli qətnaməsi ilə, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli, 2(003)- 2482/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və Cavabdeh ünvan 2 ünvandan istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlillərlə qismən razılaşır. Belə ki, cavabdeh ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə iclasından xəbərsiz olduğunu, bu səbəbdən verilmiş iddiaya münasibət bildirmək imkanından məhrum olduğunu göstərmişdir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh birinci instansiya məhkəməsində keçirilən iclaslarda iştirak edə bilməmiş və izahat verməmişdir. İşin araşdırılan halları, iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatı və cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərdən müəyyən edilir ki, İddiaçı qardaşı Pla cavadeh Cavabdeh 2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və elə həmin vaxtdan E saylı mənzilində yaşamışlar. Bir müddət orada yaşadıqdan sonra həmin ev satılmış və cavabdeh ailəsi ilə birlikdə mülkiyyətçinin razılığı ilə Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən 324 saylı hazırkı mübahisəli bağ evinə köçərək həmin evə qeydiyyata düşmüşdür. Lakin bir müddət orada yaşadıqdan sonra cavabdeh öz əri və uşaqları ilə birlikdə həmin evi tərk edərək başqa ünvanda yaşamış, yenidən həmin evə geri qayıdaraq yaşamaq istədikdə isə, onun əri, qaynatası və baldızı buna imkan verməmişlər. 2019-cu ildə isə cavabdehlə onun əri arasında nikahları pozulmuşdur. Cavabdeh apellyasiya şikayətində mübahisə li evə nə zaman köçməsini dəqiq göstərməsə də, bir müddət Qara Qarayev küçəsindəki evdə yaşadıqlarını, sonradan həmin evin satıldığını və bağ evinə köçdüklərini, 2013-cü il təvəllüdlü uşağının bağ evində yaşadığı zaman dünyaya gəldiyini göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh mübahisəli evə 2012-2013-cü illərdə köçərək yaşamağa başlamışdır. Bu isə o deməkdir ki, onunla evin mülkiyyətçisi olmuş iddiaçı arasında evə dair münasibətlər qeyd edilən vaxtdan (2012-2013) yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mübahisəli evə mülkiyyətçi olan baldızı İddiaçı razılığı ilə köçərək orada yaşadığından Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində göstərilən «digər qohumlar»a aid edilən şəxs kimi, mülkiyyətçinin ailə üzvü hesab ed ilir. Bu səbəbdən cavabeh Cavabdeh həmin maddənin tələbləri baxımından mübahisəli bağ evinə köçməklə, həmin evdən istifadə hüququ əldə etmişdir. Lakin cavabdehlə iddiaçının qardaşı P arasında ailə münasibətlərinə 2019-cu ildə xitam verildiyindən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh keçmiş ailə üzvü kimi Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən mübahisəli evdən istifadə hüququnu itirmişdir. Beləliklə, müəyyən edilir ki, Cavabdeh Eünvana köçüb orada yaşamağa başladığı andan həmin evdən istifadə hüququ əldə etmiş, lakin iddiaçının qardaşı Pla ailə münasibətlərinə xitam verildiyi andan həmin mənzildən istifadə hüququnu itirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin həmin evdə qeydiyyatda qalması özlüyündə onun bu evdən istifadə hüququnun mövcud olmasını əks etdirmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvandan istifadə hüququnın itirilmiş hesab olunmasına dair iddiası təmin edilməsi üçün əsaslı olmuşdur. Lakin işə baxan birinci instansiya məhkəməsi cavabdeh Lumu Əsgərovanın mübahisəli mənzildə istifadə hüququnun olmamasını müəyyən etməklə, bu səbəbdən də onun bu hüququnun itirilməsi barədə tələbin təmin edilməməsi haqqında nəticəyə gəlməklə, işin hallarını düzgün müəyyən etməmişdir. Həmçinin, məhkəmə iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 228ci maddəsinə istinad etməklə səhvə yol vermiş, bununla da iş üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddianın təmin edilməməsi ilə bağlı digər dəlillərini müzakirə edərək onları əsassız hesab edir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinni rədd edilməsi barədə yeni qərar qəbul edilməsini, bu mümkün olmadıqda işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaq olmaz, belə ki, Cavabdeh istər apelyasiya şikayətində, istərsə də qarşılıqlı iddia ərizəsində iş üzrə mübahisəli hesab edilən evə 2008-ci ildə köçdüyünü bildirmişdir. Mülki kollegiya bu fakta əhəmiyyət verməmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarına istinad edərək göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228- ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdehin iddiaçının ailə üzvü olmaması barədə məhkəmənin gəldiyi nəticə i lə razılaşmaq olmaz, belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Hazırki iş üzrə mübahisəni həll edərkən mülki kollegiya göstərilən halların heç birini müzakirə etməmiş, cavabdehin 2008-ci ildə ailə üzvü qismində iş üzrə mübahisəli hesab edilən evə köçürülməsini nəzərə almamış, bununla əsassız və qanunsuz qətnamə çıxartmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat landırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdehy qızı və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətind əm məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasa siya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyas ı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal mülahizələrlə əsaslandırılmışdır. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh həqiqətən də mübahisəli evə nə zaman köçməsini dəqiq göstərməmiş, işə baxmış apelyasiya kollegiyası da düzgün olaraq cavabdehin göstərdikləri əsasında onun mübahisəli evə 2012-2013-cü illərdə köçməsi qənaətinə gəlmiş v ə bu qənaəti əsasında mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün olaraq tətbiq etmişdir. Odur ki, kasasiya yoxlaması nəticəsində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(103)-2176/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.