Məhkəmə qərarları › İş №2(102)-4697/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4697/2023

18.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4697/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma, vicdanlı sahib, yaxşılaşdırmaların əvəzinin ödənilməsi, kassasiya instansiyası məhkəməsinin göstərilşlər) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” barədə ilk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “alqı-satqı müqavi ləsinin bağlanmış hesab edilməsi və maddi ziyanın əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-107/2023 saylı iş üzrə 03 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 kassasiya şikayətlərinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanındakı 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən 84,6 kv.m daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə 21 fevral 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçın məxsusdur.

2. Cavabdeh1 və Cavabdeh2 2005-ci ildən həmin evdə yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onlara məxsus əşyaların xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus ünvan 2 ünvanındakı 0.2 ha torpaq sahəsindən və onun üzərində yerləşən 84.6 kv.m daşınmaz əmlakdan məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən 84,6 kv.m daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21 fevral 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı vardır. Cavabdehlər 2005-ci ildən həmin evi zəbt edərək orada yaşayırlar. Dəfələrlə cavabdehlərə zəbt etdikləri evdən çıxmalar ını təklif etsə də, onlar bundan imtina etmişlər. Bu səbədən məhkəməyə hazırki iddianı vermişdir.

5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.2 və 157.4-cü maddələrinə istinad etmişdir.

6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da qarşılıqlı iddia ərizəsi (qarşılıqlı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə) verərək, ünvan 3 ünvanındakı 0.2 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 84.6 kv.m olan yaşayış evinə çəkdikləri 40000 (qırx min) manat xərcin İddiaçı tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdlr ki, 2003-cü ildə ünvan 4 ünvanındakı 0.20 ha torpaq sahəsində, yerləşən ümumi sahəsi 84.6 kv.m olan evi X2 vasitəsi ilə İddiaçı 1400 ABŞ dollarına almışlar. 2003-cü ildə evi aldıqdan sonra həmin evin damını dəyişmiş, hamam, tualet və bir çox tikinti işləri aparmışlar. 17 il ərzində evin təmir və tikintisinə 40000 manatdan çox xərc çəkmişlər.

8. Hələ islahat vaxtı qeyd olunan evin torpaq sahəsi başqa adamın adına yazılmışdı. Cavabdeh1 İddiaçı adından məhkəmədə iddia qaldıraraq, islahat komissiyasının qərarını ləğv etdirmişdir. Bununla bağlı bütün xərclər onlar tərəfindən çəkilmişdir.

9. Mübahisəli əmlaka aid bütün sənədləşmə işlərini Cavabdeh1 aparmışdır. Buna səbəb isə İddiaçı və onun arvadına olan inamları olmuşdur. Çünki İddiaçı onların ailəvi dostu idi. İddiaçı iki dəfə Cavabdeh1 etibarnamə verib, o da işləri etbarnamə əsasında görmüşdür. Mübahisəli evə aid bütün ödənişləri 2020-ci ilin əvvəlində ödəyərək İddiaçı adına çıxarış almışlar. Onlar evə aid çıxarışı alandan son ra Yusifə bildirmişlər ki, evi alqısatqı etsinlər, Yusif sənədləri onlardan almış və alqı-satqıdan imtina etmişdir.

10. Ev 17 ildir onların sahibliyində və istifadəsindədir. Bütün kommunal sayğaclar onların adınadır. Ötən 17 il müddət ərzində evi əsaslı təmir etdirmiş, evin damını dəyişmiş, evin bütün sənədlərini düzəltdirmişlərlər. Buna baxmayaraq İddiaçı və arvadı bundan suiistifadə edərək onlara qarşı dələduzluq etmkişdir. Sual yaranır ki, əgər onlar evi zəbt etmişdisə, onda hansı əsasla İddiaçı onlara etibarnamə verirdi. Onlar dəfələrlə İddiaçı evin rəsmi olaraq alqı-satqı edilməsini tələb etsələr də, evin sənədləri düz olmadığı üçün bu, mümkün olmamışdır.

11. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən evin təmir-bərpa işlərinə çəkilən xərcin dəyərini müəyyən eymək məqsədil 06 n oyabr 2020-ci il tarixli qərardadla ekspertiza təyin etmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

12. Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2021-ci il tarixli, 10/4304 saylı rəyinə əsasən ünvan 2-də yerləşən fərdi yaşayış evində yerləşən tikililərin orta təmirli vəziyyətdə olması, baxış keçirilən zaman iddiaçı tərəfindən verilən izahatların fərdi yaşayış evinin faktiki vəziyyəti ilə uyğun gəlməməsi, eləcə də fərdi yaşayış evinin daxilində müxtəlif növ gizli gözlə görünməyən təmir işləri aparıldığından və mənzilin təmirinə dair mülki iş materiallarında layihə və smeta sənədləri olmadığından, əlavə olaraq təqdim olunmadığından tədqiq olunan fərdi yaşayış evində aparılan təmirə sərf olunan materialların növlərini, həcmlərini, dəyərini dəqiqliklə müəyyə n etmək mümkün olmamışdır.

13. Birinci instansiya məhkəməsində 6 nəfər şahid mübahisəli evdən uzun müddət ərzində cavabdehlərin istifadə etmələrini bildirmişlər.

14. Göygöl Rayon Məhkəməsinin 2(066)-85/2021 nömrəli 18 mart 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilərək, cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 və onlara məxsus əşyaların xüsusi mülkiyyət hüququ əsasında ilkin İddiaçı məxsus ünvan 2 ünvanında 0.2 ha torpaq sahəsindən və onun üzərində yerləşən 84.6 kv.m olan daşınmaz əmlakdan məcburi qaydada çıxarılmaları, iddianın təmin edilməməsi, 100 (bir yüz) manat ekspertiza xərcinin cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödən ilməsi qət edilmişdir. (hakim Qələmdar Abbasov)

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı cavabdehlər tərəfindən mülkiyyət hüququ pozulmuşdur.Qanunun tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Birinci instansiya məhkəməsi qənaətinə görə İddiaçı mülkiyyət hüququ müdafiə olunmalı və mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı və cavabdehlər mübahisəli əmlakdan məcburi çıxarılmalıdırlar.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli əmlaka çəkdikləri 40000 manat xərc sübutlarla təsdiq olunmur, şahid ifadələri isə qarşılıqlı iddianını təmin edilməsinəı əsas vermir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 146.2, 152.1, 152.5, 15 7.2, 157.7, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2761/2021 saylı 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Göygöl Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq onu da qeyd etmişdir ki, ev də təmir işlərinin görülməsi ev sahibi tərəfindən cavabdehlərə həvalə olunmadığından, onların bu xərci tələb etməsi qanuna uyğun deyildir. Belə ki, yalnız vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmaları özündə saxlaya bilər və ya yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda, yalnız vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərtilə onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

16. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavbdehlərin vicdanlı sahib kimi qəbul edilməsi mümkün deyildir, çünki onlara hər hansı bir işin görülməsi tapşırılmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işi yeni apel lyasiya baxışına qaytarılmasını xahiş etmişlər.

18. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Ona görə də qətnamə ləğv edilməli, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmalıdır. Onda məlum olacaq ki, həqiqətən mübahisəli evə 40000 manatdan çox xərc çəkmişlər. Bundan başqa, iddiaçının əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi vardır. İddiaçı etibardan sui-istifadə edərək onlara qarşı dələduzluq etmişdir. Belə ki, 2 dəfə onlara etibarnamə verərək evin bütün sənədlərini ona düzəltdirmiş, onları evdən çıxaracağını arzu etdiyi halda 17 il ərzində 40000 mindən çox pullarını ələ keçirmişdir. Buna görə də iş üzrə xüsusi qərar çıxarılaraq araşdırılması üçün prokurorluğa gö ndərilməlidir. Onlar apellyasiya kollegiyasına da vəsatət verərək təkrar ekspertiza keçirilməsini xahiş etsələr də, vəsatətə heç bir qiymət verilməyib. Buna səbəb də ilkin iddiaçının dayanmadan bütün orqanlara ərizələr yazmasıdır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)251/2022 saylı 11 yanvar 2022-ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2761/2021 saylı 15 iyul 2021-ci il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin olunmaması hissəsində ləğv olunmuş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Ali Məhkəmənini mövqeyi belə olmuşdur: - hazırkı işdə ilk və qarşılıqlı iddia tələbləri var. İlk iddia tələbini mülkiyyətçi irəli sürüb və cavabdehlərdən ona məxsus olan evi boşltmalarını tələb edir. İddiaçının mülkiyyət hüququnu qarşı tərəf mübahisələndirməmişdir. Məhkəmə baxışı zamanı cavabdehlərin həmin əmlaka qanuni əsaslarla hüquqlarının yaranması təsdiq olunmamışdır. Ona görə məhkəmələr mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarını tətbiq etməklə ilk iddianı təmin etməkdə haqlı olmuşlar. Buna görə də ilk iddia ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır; - lakin apellyasiya məhkəməsinin qarşılıqlı iddia ilə bağlı gəldiyi nəticə əsaslı deyil. Belə ki, apellyasiya məhkəməsi qarşılıqlı iddianı rədd edərkən gəldiyi nəticəni iki halla əsaslandırmışdır. 1-ci hal kimi məhkəmə ona istinad etmişdir ki, cavabdehlər əmlaka vicd anlı sahiblik edən şəxs olmadıqları üçün Mülki Məcəllənin 157.7. maddəsinə əsasən əmlakın yaxşılaşdırılmasına çəkilən sərəfləri tələb edə bilməzlər. 2-ci hal isə, cavabdehlər əmlaka vəsait xərcləmələrini sübuta yetirə bilməmişlər; - əvvəla, cavabdehlərin mübahisəli əmlaka vicdanlı sahiblik etməmələri işin məhkəmələr tərəfindən müəyyən edilən faktiki halları ilə təkzib olunur. Məhkəmələr müəyyən etmişlər ki, cavabdehlər 2003-cü ildən mübahisəli əmlakda yaşamış, bu barədə iddiaçı məlumatlı olmuş, iki dəfə əmlaka dair cavabdehlərin adına etibarnamə verilmiş, əmlakın sənədləşdirilməsi ilə cavabdehlər məşğul olmuş (həmin etibarnamə işə tikilmişdir), iddiaçı tərəf cavabdehdlərin evdə təmir-tikinti işləri aparması ilə vaxtında məlumatlı olmuş, uzun illər susaraq bunu qəbul etmiş, buna heç bir eti raz etməmiş, evi onların adına sənədləşdirəcəyi görüntüsü yaratmış, ev xüsusi mülkiyyət kimi qeydiyyata alındıqdan sonra hazırkı mübahisə başlamışdır. Cavabdehlər israr etmişlər ki, iddiaçı ilə yaxşı münasibətləri olmuş, yay aylarında iddiaçı ailəsi ilə birlikdə qonaq kimi həmin evdə dincəlmiş, evi onların adına rəsmiləşdirmək üçün onlarla birgə notariusa getmiş, etibarnamələr vermiş, evdə aparılan təmir-tikinti işlərini bəyənmişdir. İddiaçı tərəf həmin dəlilləri təkzib etməmişdir; - birinci instansiya məhkəməsində dindirilmiş şahid X5 təsdiq etmişdir ki, həmin əmlakı mərhum oğluxxx üçün 15.000 manata satın almış, oğlu vəfat etdikdən sonra isə 1500 ABŞ dollarına cavabdehlərə satmışdır. Həmin məhkəmədə dindirilmiş şahidlər X3, X7, X8, X9, X6 da cavabdehlərin evi uzun illər əvvəl satın aldıq larını və orada təmir-tikinti işləri apardıqlarını təsdiq etmişlər. Həmin şahidlər əmlakın yerləşdiyi kəndin sakinləri olmaqla hadisə ilə bağlı məlumatlı şəxslər, eləcə də evdə təmir-tikinti işləri görmüş şəxslərdilər. Məhkəmələr dindirilən şahidlərin ifadələrinin mötəbərliliyini şübhə altına almamışlar; - iddiaçı öz iddia ərizəsində cavabdehlərin evi özbaşına zəbt etdiklərini bildirsə də, bu halla bağlı heç bir sübut gətirməmiş, cavabdeh tərəfin dəlillərini təkzib etməmişdir. 17 il ərzində iddiaçıların əmlakda təmir-tikinti işləri aparmaları və iddiaçının bunu bilərək susması, ona etiraz etməməsi, cavabdehlərin adına etibarnamə verməsi sahibiliyin vicdanlı olmasına dəlalət edir; - apellyasiya məhkəməsi həmin halları nəzərə almamış və məhkəmənin özü tərəfindən müəyyən edilən işin faktiki hallarına MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verməmişdir; - apellyasiya məhkəməsinin qarşılıqlı iddianı rədd etmək üçün istifadə etdiyi 2-ci hal da əsaslı deyil. Belə ki, cavabdehlərin evdə əsaslı təmir-tikinti işləri aparılması işin mübahisəsiz hallarıdır. Buna görə birinci instansiya məhkəməsi iş üzrə müvafiq ekspertiza təyin etmişdir; - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4304 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2-də yerləşən fərdi yaşayış evində yerləşən tikililərin orta təmirli vəziyyətdə olması, baxış keçirilən zaman iddiaçı tərəfindən verilən izahatların fərdi yaşayış evinin faktiki vəziyyəti ilə uyğun gəlməməsi, eləcə də fərdi yaşayış evinin daxilində müxtəlif növ gizli gözlə görünməyən təmir işləri aparıldığından və mənzilin təmirinə dair mülki iş materiallarında layihə və smeta sənədləri olmadığından, əlavə olaraq təqdim olunmadığından tədqiq olunan fərdi yaşayış evində aparılan təmirə sərf olunan materialların növlərini, həcmlərini, dəyərini dəqiqliklə müəyyən etməyin mümkün olmaması müəyyən olunmuşdur; - işə baxan məhkəmələr yuxarıda qeyd olunan ekspertiza rəyinə tənqidi yanaşmaq və həmin sübutu digər sübutlarla birlikdə qiymətləndirmək əvəzinə, onu iddianın rədd olunmasının əsası kimi mötəbər sübut olaraq qəbul etmişlər. Hansı ki, həmin rəylə ekspert əslində qarşıya qoyulan sualları cavablandırmaqdan yayınmışdır. Belə ki, ekspertin rəydə qeyd etdiyi hallar – iddiaçı tərəfindən verilən izahatların fərdi yaşayış evinin faktiki vəziyyəti ilə uyğun gəlməməsi, eləcə də fərdi yaşayış evinin daxilində müxtəlif növ gizli gözlə görünməyən təmir işləri aparıldığından və mənzilin təmirinə dair mülki iş materiallarında layihə və smeta sənədləri olmaması əsası ilə təmir-tikinti işlərinə çəkilən xərclərin müəyyən edilməsinin mümkün olmaması barədə qənaət əsaslı deyil; - ekspertiza ona görə təyin edilir ki, bu sahədə xüsusi biliyə malik olan məsələlərlə bağlı rəy verilsin. Yəni, ekspert özünün bu sahədə xüsusi biliyindən istifadə etməklə təmirtikintiyə çəkilən xərcləri hesablamalıdır. Tikintinin layihə smeta sənədlərinin olmaması belə hesablamanın aparılmasına mane olan hal deyil. Mövcud tikilinin dəyəri, ona çəkilən təmirin dəyəri ilə bağlı hesablama aparmaq hazırkı ekspertiza fəaliyyətinin sadə bir sahəsi hesab olunur. Eyni zamanda, təmir işləri görülərkən gizli gözlə görünməyən təmir işlərinin görülməsi də həm in işin mövcud dəyərinin müəyən edilməsini istisna edən hal hesab oluna bilməz. Ekspert hansı gizli təmir işlərini nəzərdə tutması, hansı işlərin qiymətləndirilməsində çətinlik çəkməsi aydın deyil. Belə bir çətinlik ortaya çıxdığı təqdirdə ekspert bununla bağlı əsaslandırma, əlavə tədiqaqat apara bilərdi (məsələn, suvanmış divarın hansı materialdan inşa inşa edildiyini görə bilmirdisə, bunun tərəfərin iştirakı ilə müəyyən edə bilərdi, və.s.): - məhkəmələr müəyyən etmişlər ki, həmin evdə 2003-cü ildən cavabdehlər yaşayır və aparılmış təmir-tikinti işləri (evin daxili və damının təmiri, hasarlama, və.s.) onlar tərəfindən icra edilmişdir. İddiaçı özü həmin evdə hansısa tikinti aparması və hansısa təmir işləri görməsini israr etməmişdir. Deməli, möcud tikilinin təmir-bərpa işlərinin hamısının cavabdehlər tərəfindən icra edilməsi halında mövcud tikiliyə sərf edilmiş xərclərin hesablanması işini daha da asanlaşdırır; - ekspertiza çəkişmə prinsipinə və bu MPM-in müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; - işə yenidən baxan məhkəmə mübahisəli əmlakın təmir-tikintisinə çəkilən xərclərin müəyyən edilməsi ilə bağ lı yenidən ekspertiza (əlavə və yaxud təkrar ekspertiza) təyin etməli və cavabdehlər tərəfindən evə çəkilən xərclərin məbləğinin müəyyən edilməsini təmin etməlidir; - apellyasiya məhkəməsi cavabdehlərin tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasını tapmamış, onun bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasını yoxlamamışdır. Hansı ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ondan başlayır. Cavabdehlərin tələbinin qanuni əsasına əsassız varlanmadan irəli gələn maddi hüquq normaları uyğun gəlir. Lakin işə baxan məhkəmələr işin faktiki hallarının həmin normaların dispozisiya şərtlərinə uyğunluğunu yoxlamamışlar. Belə ki, hazırkı əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (m əhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; - göründüyü kimi hazırkı işdə cavabdehlərin 17 il ərzində mübahisəli evdə apardıqları və götürülməsi mümkün olmayan yaxşılaşdırma işləri (təmir tikinti işləri) ilk iddia tələbi təmin olunduğu üçün iddiaçının sahibliyinə keçir. İşə yenidən baxılarkən məhkəmə qeyd olunan kontekstdən iddiaçının əsassız varlanıb-varlanmaması ilə bağlı hallara qiymət verməli, mübahisəyə əsassız varlanmadan irəli gələn mad di hüquq normalarının tətbiqi imkanlarını yoxlamalıdır. ç). Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Təkrar apellyasiya baxışında apellyasiya instansiyası məhkəməsi 29 mart 2022cü il tarixli qərardadla mübahisəli evdə aparılmış təmir-tikinti işlərinin dəyərini müəyyən edilməsi məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir.

22. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2967 nömrəli ekspert rəyinə əsasən, ünvan 2-də yerləşən fərdi yaşayış evində yerləşən tikililərin orta təmirli vəziyyətdə olması, baxış keçirilən zaman iddiaçı tərəfindən verilən izahatların fərdi yaşayış evinin faktiki vəziyyəti ilə uyğun gəlməməsi, eləcə də fərdi yaşayış evinin daxilində müxtəlif növ gizli gözlə görünməyən təmir işləri aparıldığından və mənzilin təmirinə dair mülk i iş materiallarında layihə və smeta sənədləri olmadığından, əlavə olaraq təqdim olunmadığından tədqiq olunan fərdi yaşayış evində aparılan təmirə sərf olunan materialların növlərini, həcmlərini, dəyərini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.

23. Apellyasiya instansiyası məhkəməsi 11 oktyabr 2022-cü il tarixli qərardadla mübahisəli evdə aparılmış təmir-tikinti işlərinin dəyərini müəyyən edilməsi məqsədilə əlavə tikinti-texniki ekspertizası təyin etmişdir.

24. Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/8012 nömrəli ekspert rəyinə əsasən Göygöl rayonu Çaykənd kəndi 10-cu məhəllə ev 91-də yerləşən fərdi yaşayış evində yerləşən tikililərin orta təmirli vəziyyətdə olması müəyyən olunmuşdur. Lakin yaşayış evinin təmirinin ilkin vəziyyyəti üzrə məlumat olmadığından, mənz ilin təmirinə dair layihə-smeta sənədlər təqdim edilmədiyi, iş materiallarında olan foto şəkillərə və təmir xərcləri barədə siyahıya əsasən 2005-ci ildən 2020-ci ilədək hansı təmir işlərinin aparılmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin aparılmış təmir işlərinin müddətinin müəyyən olunmasına dair metodika olmadığından, tədqiq olunan fərdi yaşayış evində 2005-2020-ci illər ərzində tikinti və təmir işləri aparılıb-aparılmamasının dəqiqliklə müəyyən etmək mümkün deyil. Bu səbəbdən də, təmir və bərpa işlərinə sərf edilmiş xərclər Cavabdeh1 tərəfindən təqdim edilmiş “görülən işlər ilə bağlı təmir xərcləri barədə siyahı”da göstərilmiş (2005-ci ildən 2020-ci ilə qədər) görülmüş işlər 34402,5 manat məbləğinə uyğun olub-olmamasını və təmirə sərf olunmuş vəsaitin dəyərini müəyyən etmək mümk ün olmadığından, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır.

25. Təkrar apellyasiya baxışında şahid X8 bildirmişdir ki, Cavabdeh1 Göygöl rayonu, Çaykənd kəndində yerləşən evində 2003-2010-cu illərdə usta işləmişdir. O, həmin müddətlərdə hissə-hissə evdə bir sıra təmir-tikinti işləri görmüşdür. Təmir-tikinti işləri üçün istifadə edilən materiallar Fizzə xanımın əri tərəfindən alınmışdır. 2005-ci ildə həmin evin dam örtüyü yararsız olduğu üçün onu yeni sinklənmiş dəmir dam örtüyü ilə əvəz etmişdir. Həmçinin evin aynabəndi çürüyüb dağıldığına görə həmin hissəni daşla hörərək suvamış və həmin hissəyə əlavə 3-4 ədəd yeni pəncərə quraşdırmışdır. Bundan başqa, evin birinci mərtəbəsində yerləşən zirzəmisi torpaqdan olduğu üçün həmin yeri betonlamış və 1-ci mərtəbədə yeni hamam, eləcə d ə, əvvəl taxtadan olan sanitar qovşağı söküb daşla tikmiş, həmçinin evin 2-ci mərtəbəsində yerləşən otaqlarındakı 4 qapını yenisi ilə əvəz etmişdir. Evin 1-ci mərtəbəsinin tavanına lambrin vurmuşdur. Evin dam örtüyünə təxmini 150 ədəd sinklənmiş dəmir list işlənmişdir. 2003-2010-cu illər ərizində gördüyü işlərə görə Cavabdeh1 təqribi 7000-8000 manat pul almışdır.

26. Apellyasiya instansiyası məhkəməsi 10 aprel 2022-cü il tarixli qərardadla mübahisəli evdə aparılmış təmir-tikinti işlərinin dəyərini müəyyən edilməsi məqsədilə əlavə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını "xxxx" MMC-yə tapşırmışdır. 27. "xxxx" MMC-nin 22 may 2023-cü il tarixli 01/23-204 nömrəli rəyinə əsasən aparılmış təhlil nəticəsində ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi təmir v əziyyəti barədə sənəd onlara təqdim edilmədiyinə, həmçinin görülən təmir işləri ilə bağlı smeta və layihə sənədləri mövcud olmadığına görə sözügedən ünvan üçün qoyulmuş hər bir sual üzrə görülmüş təmir, tikinti və bərpa işlərinə çəkilmiş xərcləri müəyyən etmək mümkün olmamışdır.

28. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-107/2023 saylı iş üzrə 03 iyul 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək Göygöl Rayon Məhkəməsinin 2(066)-85/2021 saylı 18 mart 2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfind ən İddiaçı məxsus ünvan 6 ünvanında 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 84.6 kv.m olan yaşayış evinə çəkilmiş xərcin əvəzi olaraq 7000 (yeddi min) manatın ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmamış, apellyasiya şikayəti qalan hissədə təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 200 (iki yüz) manatın ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininə ödənilməsi qət edilmişdir. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Şamil Rzaqul iyev, Aygül İsgəndərova)

29. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı qarşılıqlı iddianın təmin olunmaması hissədə yoxlanılmalıdır. Qətnamənin digər hissələri barədə araşdırma aparılmamalıdır.

30. Apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmidir ki, birinci instansiya məhkəməsi iş üzrə mübahisə ilə bağlı maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, tətbiq olunmalı qanunu tətbiq etməmiş, eləcə də, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməlidir.

32. Apellyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissəsini araşdırılaraq müəyyən etmişdir ki, ünvan 7 ünvanındakı 0.20 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 84.60 kv.m olan fərdi yaşayış evi İddiaçı məxsus olmuşdur. 2020-ci ildə isə həmin əmlak X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə onun adına müvafiq çıxarış verilmişdir. Qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 2003-cü ildən mübahisəli əmlakda yaşadıqlarını və həmin əmlakda təmir və tikinti işləri apararaq 40000 manat vəsait xərclədiklərini əsas gətirərək hazırkı qarşılıqlı iddia ərizəs ini vermişlər.

33. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, ilk növbədə qarşılıqlı iddiaçıların mübahisəli əmlaka vicdanlı sahib olub-olmamaları araşdırılmalıdır.

34. İşin qeyd olunan halı araşdırılarkən müəyyən olunur ki, qarşılıqlı iddiaçıların mübahisəli əmlaka vicdanlı sahiblik etmələri işin müəyyən edilən faktiki halları ilə təsdiq olunur. Belə ki, qarşılıqlı iddiaçılar 2003-cü ildən mübahisəli evdə yaşamışlar, bu barədə qarşılıqlı cavabdeh İddiaçı məlumatlı olmuş, eləcə də iki dəfə əmlaka dair qarşılıqlı iddiaçının adına etibarnamə vermiş, habelə əmlakın sənədləşdirilməsi ilə qarşılıqlı iddiaçı məşğul olmuşdur. İddiaçı qarşılıqlı idiaçıların evdə təmir-tikinti işləri aparması barədə vaxtında məlumatlı olmuş, uzun illər susaraq bunu qəbul etmiş, buna heç bir etiraz etməmişd ir. Beləliklə, ilkin İddiaçı evi qarşılıqlı iddiaçıların adına sənədləşdirəcəyi görüntüsü yaratmış, ev xüsusi mülkiyyət kimi onun adına qeydiyyata alındıqdan sonra hazırkı mübahisə başlamışdır. Qarşılıqlı iddiaçılar israrla bildirmişlər ki, ilkin İddiaçılə yaxşı münasibətləri olmuş və sonuncu yay aylarında ailəsi ilə birlikdə qonaq kimi həmin evdə dincəlmiş, evi onların adına rəsmiləşdirmək üçün onlarla birgə notariusa getmiş, etibarnamələr vermiş, evdə aparılan təmir-tikinti işlərini bəyənmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi xüsusilə qeyd etmişdir ki, ilkin İddiaçı qarşılıqlı iddiaçıların qeyd olunan dəlillərini təkzib etməmiş, yəni bunlarla razılaşmışdır. Eləcə də birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahid X5 da vermiş olduğu ifadəsində təsdiq etmişdir ki, həmin əmlakı mərhum oğluxxx üçün 15000 manata satın almış, oğlu vəfat etdikdən sonra isə 1500 ABŞ dollarına Cavabdeh1 və Cavabdeh2 satmışdır. Həmin məhkəmədə dindirilmiş şahidlər X3, X7, X8, X9, X6 da vermiş oduqları ifadələrində bildirmişlər ki, Cavabdeh1 və Cavabdeh2 mübahisəli evi uzun illər əvvəl satın almış və orada təmir-tikinti işləri aparmışlar.

36. Apellyasiya instansiyası məhkəməsi şahid ifadələrinə qiymət verərək bildirmişdir ki, adları qeyd olunan şahidlər mübahisəli əmlakın yerləşdiyi kəndin sakinləri olmaqla həmin işlərin görülməsi ilə bağlı məlumatlı şəxslər olmaqla yanaşı, həm də, evdə təmir-tikinti işləri görmüş şəxslərdirlər. Digər tərəfdən, həmin şahidlər mübahisənin həllində maraqlı olan, habelə iş üzrə tərəflərlə hər hansı qohumluq münasibətlərində olan şəxslər deyillə r. Belə olan halda, olunan şahid ifadələri mötəbər sübut kimi qiymətləndirilməlidir.

37. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, 17 il ərzində qarşılıqlı iddiaçıların əmlakda təmirtikinti işləri aparmaları və ilkin İddiaçı bunları bilərək susması, habelə etiraz etməməsi, cavabdehlərin adına etibarnamə verməsi sahibiliyin vicdanlı olmasına dəlalət edir.

38. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə qarşılıqlı iddiaçılar tərəfindən mübahisəli əmlakda təmir-tikinti işlərinin aparılması işin mübahisə olunmayan tərəfidir. İşin mübahisə olunan tərəfi həmin işlərin həyata keçirilməsinə görə nə qədər vəsait sərf edilməsindən ibarətdir.

39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı apellyasiya baxışı nda kassasiya instansiyası məhkəməsinin göstərişlərinin yerinə yetirilməsi məqsədilə qarşılıqlı iddiaçılar tərəfindən mübahisəli əmlaka dair təmir-tikinti işlərinin görülməsi və həmin görülmüş işlərə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi üçün iş üzrə iki dəfə məhkəmə tikinti-texniki və qiymətləndirmə ekspertizaları təyin edilmiş, lakin məhkəməyə daxil olmuş məhkəmə ekspertizasının rəylərində və müstəqil qiymətləndiricinin rəyində cavabdehlər tərəfindən mübahisəli evə çəkilmiş xərclərin müəyyən edilməsinin mümkünsüzlüyü barədə rəylər daxil olmuşdur. Beləliklə qarşılıqlı iddiaçıların ötən 17 il ərzində mübahisəli əmlakda aparmış olduqları təmir-tikinti işlərinin nədən ibarət olması, habelə həmin işlərin görülməsinə görə nə qədər vəsait sərf edilməsi ekspertiza tədqiqatları keçirilməklə müəyyən edilməsi mümkün olmamışdır.

40. Apellyasiya instansiyası məhkəməsi apellyasiya icraatı zamanı şahid X4 ifadəsinə istinad edərək göstərmişdir ki, şahid mübahisəli əmlakın yerləşdiyi kəndin sakini olmaqla hazırkı işlə bağlı məlumatlı şəxs olmaqla yanaşı, həm də, evdə təmir-tikinti işləri görmüş şəxsdir. Digər tərəfdən, həmin şahid mübahisənin həllində maraqlı olan, habelə iş üzrə tərəflərlə hər hansı qohumluq münasibətlərində olan şəxs deyil. Belə olan halda, qeyd olunan şahidin ifadəsi mötəbər sübut kimi qiymətləndirilməlidir.

41. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə şahid ifadəsilə sübut olunur ki, mübahisəli əmlakda qarşılıqlı iddiaçılar tərəfindən aparılmış təmir-tikinti işlərinin görülməsinə usta xərci olaraq 7000-8000 manat sərf olunmuşdur. Həmin görülən işlə rin (usta xərci) dəyərinin təqribi olması nəzərə alınaraq qarşılıqlı iddia üzrə cavbdeh İddiaçı 7000 (yeddi min) manat pulun tutularaq iddiaçılara verilməsi qanuni və əsaslıdır.

42. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı əvvəllər şifahi razılaşmaya əsasən satdığı ünvan 2 ünvanındakı 0.2 ha torpaq sahəsi və onun üzərində yerləşən 84.6 kv.m olan evə dair öz adına müvafiq hüquqlarını qeydiyyata aldırdıqdan sonra məhkəmədə sonuncuların mübahisəli əmlakdan çıxarılması barədə iddia irəli sürmüş və iddiası təmin edilmişdir. Lakin qarşılıqlı iddiaçıların həmin evin təmir-tikinti işlərinin görülməsinə usta xərci olaraq ödədiyi 7000 (yeddi min) manat pulu geri qaytarmamaqla onların hesabına həmin məbləğdə əsassız varlanmışdır.

43. Apellyasiya instansiyası məhkəməsi həmçinin qe yd etmişdir ki, mübahisəli evdə təmir-tikinti işlərinin aparılması işin mübahisəsiz halıdır. Lakin iddiaçılar Cavabdeh1 və Cavabdeh2 mübahisəli əmlaka 40000 (qırx min) manat vəsait sərf etdiklərini göstərirlər. Buna baxmayaraq sonuncular ünvan 2-də yerləşən fərdi yaşayış evinin təmir və tikinti işlərinə iddia etdikləri qalan 33000 manat məbləğində xərcin çəkilməsi (materialların dəyəri və.s) ilə bağlı hər hansı bir mötəbər sübut təqdim edə bilməmişlər.

44. Həmçinin əvvəldə qeyd edildiyi kimi kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq qarşılıqlı iddiaçılar tərəfindən mübahisəli əmlaka dair təmirtikinti işlərinin görülməsi və həmin görülmüş işlərə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi üçün iş üzrə iki dəfə tikinti-texniki və qiymətləndirmə ekspertizaları təyin edil sə də, ekspertlər tərəfindən qoyulmuş suallar evin təmirinə dair layihə və smeta sənədlərinin olmaması əsası ilə cavablandırlmamışdır.

45. Mülki prosessual qanunvericiliyin başlıca prinsiplərindən olan çəkişmə prinsipi hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (istisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir). Eyni zamanda, çəkişm ə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə, bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

46. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

47. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.7, 1091.1, 1091.2, 1092.1, 1092.2 və 1094-cü ma ddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

48. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilmiş hissəsində ləğv, qarşılıqlı iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

49. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının razılığı olmadan onun mülkiyyətində olan evdə təmir tikinti işələrin aparmış cavabdehlər vicdanlı sahib ola bilməzlər. Cavabdehlərin də etiraf etdiyi kimi iddiaçı cavabdehləri tanımır. Cavabdehlər iddiaçının evini X5 adlı şəxsdən alıblar. İddiaçının isə belə bir sövdələşmədən nə xəbəri olub, nə də buna razılığı olub. Cavabdeh hər hansı maddi zərər çəkibsə, bu zərərin əvəzini iddiaçıdan yox, X1 almalıdır. Apellyasiya instansiyası məhkəməsi şahid ifadəsinə əsasən 7000 manatın iddiaçıdan tutulmasını qət edib, lakin görülən işlərə 7000 manat xərc çəkilməsi real görünmür. Bundan əlavcə, əslində mübahisə üzrə zərərə düşən şəxs iddiaçıdır. Çünki cavabdehlər 19 il ərzində iddiaçının evini zəbt etmişlr.Bu müddət ərzində iddiaçı evini kirayə versəydi, oradan xeyli gəri götürərdi.

50. Cavabdeh1 da kassasiya şikayəti verərək, qətnamənin ləğv, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

51. Cavabdehin kassasiya şikayəti belə əsaslandırılıb ki, 17 il ərzində mübahisəli evə 40000 manatdan çox xərc çəkiblər. Evə çəkilən xərci görmək üçün mütəxəssisə gərək yoxdur, adi gözlə də evin təmirinə çəkilən xərci görmək olar. Məhkəmə ek spertiza təyin etsə də, ekspert əsassız olarq rəy verməkdən imtina etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əs as və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir: Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı o lmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın təmin, cavabdeh isə rədd edilən hissəsində mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddianın təmin edilən hissəsində qətnamə artıq qüvvəyə minib, apellyasiya baxışının predmeti yalnız qarşılıqlı iddia tələbi olub, apellyasiya instansiyası məhkəməsinin də qətnaməsi qarşılıqlı iddia üzrə çıxarılıb. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan qarşılıqlı iddia tələbi üzrə hissə başa düşülür.

54. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icr aat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbi üzrə qanuni nəticəyə gəlmişdir.

57. İlk olaraq iddiaçının kassasiya şikayəti üzrə məhkəmə kollegiyası qarşılıqlı iddianın təmin edilən hissəsində, yəni yaxşılaşdırmaların əvəzinin tutulması hissəsində apell yasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

58. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini Mülki Məcəllənin 157.7-ci maddəsi baxımından əsaslı hesab edir.

59. İşin müəyyən edilmiş hallarına görə cavabdeh F.Bayramova vicdanlı sahib olmuşdur, belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddianın təmin edilən hissəsi üzrə gəldiyi nəticə işin müəyyən edilmiş halları və tətbiq edilən maddi hüquq normaları baxımından əsaslı olmuşdur.

60. Cavabdehin vicdanlı sahib olmaması barədə iddiaçının kassasiya şikayətinin dəlilləri işin müəyyən edilmiş halları ilə təkzib edilir və bu xüsusata apellyasiya instansiyası məhkəməsi qiymət vermişdir (bax: 34-37-ci bəndlər).

61. Həmçinin iddiaçının bu dəlilləri, yəni cavabdehin vicdanlı sahib o lmaması kassasiya instansiyası məhkəməsinin bu iş üzrə əvvəlki qərarında şərh edilənlər baxımından da əsaslı sayıla bilməz.

62. Görülən işlərə 7000 manat xərc çəkilməsinin reallığı əks etdirməməsi, bu məbləğin şahid ifadəsinə əsasən müəyyən edilməsinin düzgün olmaması barədə dəlillər də əsassızdır. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi həmin məbləği şahid ifadəsinə əsasən görülən işlərin həcmi ilə müəyyən etmişdir.

63. Buna görə də iddiaçının kassasiya şikayəti əsaslı deyil və qətnamə qarşılıqlı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanmalıdır.

64. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti üzrə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin edilməyən hissəsində də düzgün nəticəyə gəlmişdir.

65. Məhkəmə kollegiyası qe yd edir ki, apellyasiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

66. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişinə əməl edərək, mübahisədə adı keçən əmlakın yaxşılaşdırılmasına (təmir-bərpa işlərinə) çəkilən xərcin miqdarını müəyyən etmək məqsədilə iki dəfə tikinti-texniki və bir dəfə qiymətləndirmə ekspertizaları təyin etmiş, lakin hər üç rəydə cavabdehlə r tərəfindən mübahisəli evə çəkilmiş xərclərin müəyyən edilməsinin mümkünsüzlüyü qeyd edilmiş, bunun əsası kimi də yaşayış evinin təmirinin ilkin vəziyyyəti üzrə məlumatın olmaması, mənzilin təmirinə dair layihə-smeta sənədlərinin təqdim edilməməsi, iş materiallarında olan foto şəkillərə və təmir xərcləri barədə siyahıya əsasən 2005-ci ildən 2020-ci ilədək hansı təmir işlərinin aparılmasını müəyyən etməyin mümkün olmamasına istinad edilmişdir.

67. Bununla belə, apellyasiya instansiyası məhkəməsi yaxşılaşdırmaların dəyərini (7000 manat) apellyasiya baxışında dindirdiyi şahid ifadəsi ilə müəyyən etmiş və qalan 33000 manat məbləğində xərcin çəkilməsi (materialların dəyəri və.s) ilə bağlı cavabdehin hər hansı bir mötəbər sübut təqdim edə bilməməsinə istinad etmişdir.

68. Məhkəmə kollegiyası qa rşılıqlı iddianın qalan hissədə sübut edilməməsi əsası ilə rədd edilməsi barədə gəlinən nəticə ilə razılaşır.

69. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, cavabdeh istinad etdiyi halları, yəni evin təmir-bərpa işlərinə əlavə 33000 manat xərc çəkilməsini sübut edə bilməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddi a edənin üzərinə düşür.

71. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin sübuta yetirilməsi cavabdehin üzərinə düşsə də, cavabdeh öz tələblərini qismən sübuta yetirmiş, sübuta yetirilən hissədə iddia təmin, sübuta yetirilməyən hissədə isə rədd edilmişdir.

72. Buna görə də cavabdehin kassasiya şikayəti əsaslı deyil və qətnamə qarşılıqlı iddianın rədd edilən hissəsində də dəyişdirilmədən saxlanmalıdır.

73. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

74. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh1 ka ssasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-107/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar