Məhkəmə qərarları › İş №2(102)-4698/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4698/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4698/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və onun vəkili İbadov Zaur Fəzail oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1719/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən haki m Qalib Paşayev) İddiaçı cavabdeh X3 qarşı “pul tələbinə dair” iddiasının təmin edilməsi, cavabdeh X1 7.500 (yeddi min beş yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Z.Babayev,Q.Kərimov və N.Mirzəyev, iş No 2(106)-742/20 saylı mülki iş) hazırkı iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1719/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi cavabdeh X tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 7.500 (yeddi min beş yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətn amə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, illərdir ailəsi ilə birgə kirayədə yaşayır. Buna görə də pul toplayıb torpaq sahəsi almaq və ev inşa etdirmək qərarına gəlmişdir. Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yaşayan, Cəlilabad rayonunun Mikayıllı kəndində qeydiyyatda olan Cavabdeh torpaq sahəsi satması barədə məlumat almışdır. 2014-cü ildə Cavabdeh Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində özünə məxsus olan torpaq sahəsindən, hər sotu 2.500 (iki min beş yüz) manat olmaqla, 3 sot torpaq sahəsini ona təklif etmişdir. Cavabdehlə şifahi qaydada razılaşdıqdan sonra cavabdeh torpaq sahəsini ona göstərmiş və 3 sot torpaq sahəsinə görə hissə-hissə olmaqla, cəmi 7.500 (yeddi min beş yüz) manat pulu cavabdehə vermişdir. Cavabdeh torpaq sahəsinin sənədlərini qaydasına saldıracağını və bundan sonra notarial qaydada alqı-satqı müqaviləsi bağlayacaqlarını bildirmişdir. Bundan sonra dəfələrlə Cavabdeh torpağın sənədlərini tələb etmiş, cavabdeh də ona tikinti işləri aparmağını məsləhət bilmiş və sənədlərin qısa zamanda hazır olacağını demişdir. Cavabdeh ona satdığı torpaq sahəsində iş görməyə başlayan zaman tanımadığı bir şəxs həmin torpaq sahəsinə gələrək torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş və torpaq sahəsindən çıxmasını tələb etmişdir. Bundan sonra dəfələrlə XXlə əlaqə saxlamağa çalışmış, lakin cavabdeh telefonlarını söndürərək onunla əlaqə saxlamağı mümkünsüz etmişdir. Buna görə də ilkin olaraq Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət etmiş, polis bölməsində araşdırma aparılmış və mübahisənin mülki xarakterli o lduğu bildirilərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, onun İddiaçı heç bir məbləğdə borcu yoxdur. İddiaçının ona qarsı pul tələbi əsassızdır. Əsassız olan tələb məhkəmə tərəfindən tam araşdırılmamış, saxta sübutlar əsasında qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443 və 448-ci maddələrinin tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir ki, bu da işin faktiki hallarına uyğun deyildir. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasın ın iclasında İddiaçı və onun vəkili İbadov Zaur Fəzail oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkə məsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 2014-cü ildə cavabdeh X1 dəyərini hissə-hissə ödəmək şərti ilə Abşeron rayonu, “Quşçuluq” adlanan ərazisində 7.500 (yeddi min beş yüz) manata 3 sot torpaq sahəsi almışdır. Qarşılqlı razılaşmaya əsasən iddiacı İddiaçı torpağın dəyəri olan 7.500 (yeddi min beş yüz) manatı cavabdeh Xə ödədikdən sonra həmin torpaq sahəsi İddiaçı adına sənədləşdirilməli idi. İddiacı İddiaçı torpağın dəyəri olan 7.500 (yeddi min beş yüz) manatı cavabdeh Xə ödəməsinə baxmayaraq həmin torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi mümkün olmamış və başqa şəxslər gələrək torpağın onlara məxsus olduğunu bildirmişlər. İddiacı İddiaçı cavabdeh Xdən ödədiyi 7.500 (yeddi min beş yüz) manatı tələb etsə də, ala bilməmişdir. Odur ki, İddiaçı Cəlilabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X1 7.500 (yeddi min beş yüz) manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu baxımdan apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh X17.500 (yeddi min beş yüz) manat borc m əbləğinin, ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutularaq İddiaçı verilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. İş materiallarında olan, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə qıbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, həqiqətəndə İddiaçı 2014-cü ildə X1 dəyərini hissə-hissə ödəmək şərti ilə Abşeron rayonu, “Quşçuluq” adlanan ərazisində 7.500 (yeddi min beş yüz) manata 3 sot torpaq sahəsi almışdır. İddiacı İddiaçı torpağın dəyəri olan 7.500 (yeddi min beş yüz) manatı cavabdeh Xə ödəməsinə baxmayaraq həmin torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi mümkün olmamışdır. İddiacı İddiaçı cavabdeh Xdən ödədiyi 7.500 (yeddi min beş yüz) ma natı tələb etsədə ala bilməmişdir. Cavabdeh X məhkəmə instansiyalarında verdiyi izahatında İddiaçı torpaq sahəsinin sənədləşdirilməsi üçün dəvət etdiyini, iddiaçının sənədləşmə üçün ona müraciət etmədiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. İşə baxan məhkəmələr öhdəlik və əsassız varlanmadan irəli gələn maddi hüquq normalarını tətbiq etməklə iddianı təmin etmişlər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş ver miş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşdən görünür ki, cavabdeh heç bir hüquqi əsas olmadan özünə məxsus olmayan torpaq sahəsini iddiaçıya sataraq pul əldə etmişdir. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh X2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar