Məhkəmə qərarları › İş №2(102)-47/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-47/2020

14.01.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-47/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X2 və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə və 220 saylı məktəb liseyin direktoru Cavabdeh2 qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə və 220 saylı məktəb liseyin direktoru Cavabdeh2 qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin K-367 saylı xx xxx 2018-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı 220 saylı məktəb liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edil məsi, İddiaçı xx xxx 2018-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Cəmilova, hakimlər İ.Xəlilov və İ.Kərimli) ) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx xxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən M.Əhmədova, hakimlər Ə.Rüstəmov və Ə.Nurməmmədov) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov və İ.Şirinov) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsinə və 220 saylı məktəb liseyin direktoru Cavabdeh2 qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş K-367 saylı xx.xx.2018-ci il tarixli əmrin ləğv edilməsinə, onun işə bərpa edilməsinə və məcburi iş buraxılmasına görə orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya ödənilməsinə dair qətnamə qəbul edilməklə 220 saylı məktəb liseyin direktoru Cavabdeh2 qanunsuz əməlləri ilə bağlı xüsusi qərardad çıxarmaqla aidiyyəti üzrə prokurora xəbər verilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə əmək müqaviləsinin ləğv edilməsi barədə xx xxx 2018-ci il tarixli əmrlə fəaliyyəti dövründə bir sıra ciddi nöqsanlara yol vediyinə, qanunvericiliklə və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə funksiyaları və öhdəliklərini keyfiyyətsiz yerinə yetirdiyinə, habelə əmək vəzifələrini kobud şəkildə pozduğuna, nəticədə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğuna, mülkiyyətçinin, işəgötürənin, h abelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi xələl gəlməsinə səbəb olduğuna görə Bakı şəhəri 220 saylı məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2018-ci il tarixdən ləğv edilmişdir. Həmçinin o da mübahisə olunmur ki, BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə Bakı şəhəri 220 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Eyni zamanda o da mübahisə olunmur ki, xx.xx.2018-ci il tarixində sinif müəllimlərinin rəhbərliklə birgə kiçik yığıncağı ke çirilmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Həmin aktın məzmunundan görünür ki İddiaçı yığıncaq ərzində A.Mirzəliyevanın, G.Vahidovanın və Cavabdeh2 ünvanına nalayiq ifadələr səsləndirmişdir. Bundan başqa işin mübahisə olunmayan hallarına görə Məktəb-liseyin 2017\2018-ci dərs ilində üm-1 hesabatı üzrə 2a sinif şagirdi olmuş Fatimə Həsənli dərs ilinin əvvəlindən hazırki dövrədək təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı müvafiq göstərişi əsasında 2b sinfində təhsil almışdır. Həmin şagirdin KSQ və BSQ-ləri o cümlədən 1-ci yarımil üzrə qiymətləri 2b sinfinin sinif müəllimi Ramilə Quliyeva tərəfindən qiymətləndirilmiş lakin həmin qiymətləndirmənin nəticələri 2a sinfinin sinif müəllimi Cəmilə Bayramova tərəfindən həmin sinfin jurnalına köçürülmüşdür. İşin mübahisə olunmayan halları ilə təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı cari dərs ili üzrə aylıq fəaliyyət planının olmaması müəyyən olunur. Həmçinin o da mübahisə olunmur ki, 220 nömrəli məktəb-liseydə xx xxxxxx 2018-ci il tarixində Pedoqoji Şuranın növbədənkənar iclası keçirilmişdir. Həmin iclasın protokolundan görünür ki, İddiaçı işdən azad olunması ilə bağlı açıq səsvermə keçirilmiş və 88 nəfər lehinə 3 nəfər əleyhinə səs vermişdir. İddiaçı bildirir ki, 2002-ci ilin sentyabr ayında Ə.Mahmudov adına 220 saylı məktəb liseyə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, işlədiyi müddət ərzində öz işini vicdanla yerinə yetirmiş, müəllim adına xələl gətirəcək hər hansı bir fəaliyyətlə məşğul olmamışdır. Buna baxmayaraq haqsız yerə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ba kı şəhəri üzrə Təhsil İdarəsinin K-367 saylı, xx.xx.2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Əmrdə qeyd olunmuşdur ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx xxxxxx 2018-ci il tarixli əmrinə əsasən Bakı şəhəri 220 saylı məktəb-liseydə təlim-tərbiyə prosesinin, rəhbərlik və nəzarət işinin, habelə KİV-də dərc olunmuş məqalələrdə qeyd olunan xüsusatların yoxlanılması ilə bağlı xidməti araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı guya müəyyən edilmişdir ki, cari dərs ilində “Unikal” və “Tufan” kurslarının nümayəndələri məktəb liseyin ibtidai sinif otaqlarına daxil olaraq keçirəcəkləri sınaq imtahanlarının təbliğini aparmaqla tədris prosesini pozmuşlar. Təlim-tərbiyə işləri üzrə direktor müavi ni İddiaçı vəzifə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq məktubu ilə xəbərdarlıq edilmişdir. Əvvəla, əmrdə göstərilən “Unikal” və “Tufan” kurslarının əmrdə göstərilməsi əmrin birinci bəndi ilə uyğunsuzluq təşkil edir. Belə ki, həmin təşkilatlarla onu hüquqi və ya hər hansı əlaqəsi yoxdur, çünki rəsmi qaydada dəvəti də olmamış, lakin bunun nəticəsində ona əsassız olaraq xəbərdarlıq verilmişdir. Həmin xəbərdarlıq barədə onun xəbəri olmamışdır. Xəbərdarlıq olduğu halda belə inzibati məsuliyyət doğurmur və 367 saylı, xx.xx.2018-ci il tarixli əmrin verilməsinə aidiyyəti yoxdur. Nəticə etibarı ilə cavabdeh təşkilat keçmişdəki inzibati tənbeh yaratmayan məsələni əmrdə göstərməklə onun fəaliyyətinə kölgə salmağa və öz qanunsuz əmrini əsaslandır mağa cəhd etmişdir. Hətta məktəb direktoru qeyd olunan kurslarla bağlı müəllim kollektivindən ona qarşı məcburi imzalar da toplamışdır. Onun tədris prosesini pozması barədə heç bir yazılı və ya şifahi göstərişi olmamış və qeyd edilən məsələ onun vəzifə funksiyalarına aid deyil. Qaydaların pozulması ilə bağlı o intizam məsuliyyətinə cəlb edilməmişdir. Həmçinin, onun dərs tədris etməməsilə bağlı heç bir akt və ya rəsmi sənəd mövcud deyildir. Əmək haqqının uçot tabeli rəsmi qaydada imzalanaraq müvafiq qaydada təsdiq edilmişdir. Əmr bu hissədə əsassızdır. Cavabdeh2 220 saylı məktəb- liseyə direktor təyin olunana kimi 2 “a” sinfində 20 nəfər şagird olmuşdur. Dərs başlayandan bir müddət sonra sinifdən şagirdlərdən çıxan olmuşdur. Bu səbəbdən də say aşağı düşmüşdür. Həmin sinif də Təhsil Nazirliy inin nəzarətində olan inkluziv sinif olmuşdur, çünki həmin sinifdə xəstə uşaqlar oxumuşdur. Məktəb direktorunun göstərişi ilə həmin sinif bağlanmasın deyə başqa uşaqların həmin sinifə adlarının yazılması tapşırılmışdır. Nəzərdə tutulmuşdur ki, məktəbə yeni gələn uşağı həmin sinifə verərək adını jurnaldan çıxaracaqlar. O, 220 saylı məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini olsa da, faktiki olaraq Cavabdeh2 həmin məktəbə direktor təyin olunduqdan sonra onun səlahiyyətləri məhdudlaşdırılmış, hətta demək olar ki, dondurulmuşdur. Çünki məktəb direktorunun özü ilə gətirdiyi təsərrüfat işləri üzrə müavini Gülşən xanım digər müəllimlərə bildirmişdir ki, İddiaçı fəaliyyəti dondurulmuşdur. Hətta sinif jurnallarının ona təqdim olunmasına belə icazə verilməmişdir. Belə olduğu halda da o jurnallarda olan nöqsanları aşkar edə bilməz və hər hansı tədbir görə bilməzdi. Ümumiyyətlə, əmrdə qeyd olunanlar söz yığınından başqa bir şey deyildir, sadəcə formal xarakter daşıyır. Heç bir pozuntu olmamış, bunun əsasında da məktəbin fəaliyyəti 5 dəqiqə belə nə dayanmış, nə də normal təhsil ahəngi pozulmamışdır. Göründüyü kimi, iş üzrə qeyri-obyektiv araşdırma aparılmaqla, əmək qanunvericiliyinin tələbləri pozulmaqla, qərəzli qərarı qəbul olunmuşdur. Cavabdehin nümayəndəsi bildirir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi arqumentlər tamamilə əsassızdır. Belə ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi, onun xx xxxxxx 2018-ci il tarixdə keçirilmiş iclas zamanı yol verdiyi və müəllimin etik davranış qaydalarına uyğun gəlməyən hərəkətləri olmuşd ur. İddiaçı fəaliyyətində aşkar edilmiş digər bir nöqsan öz əmək funksiyalarını lazımi qaydada icra etməyərək ibtidai siniflərdə fərdi təhsil proqramının düzgün tətbiqinə nəzarət etməməsi olmuşdur. Belə ki, məktəbin müəllimi Xalidə Rəcəbova cari tədris ilində 3 “t” fərdi təhsil sinfində fərdi təhsil proqramı ilə deyil, direktor müavini İddiaçı göstərişi ilə ümumtəhsil məktəblərinin tədris planına uyğun tərtib edilmiş proqram əsasında tədris aparmış, bununla da “Fərdi təhsilin inkişafı haqqında” Qaydalar və 2017-2018-ci tədris ilinin fərdi təhsil üzrə nümunəvi tədris planının tələbləri pozulmuşdur. İddiaçının fəaliyyətindəki digər bir nöqsan isə ona ibtidai siniflər üzrə 6 saat təsviri incəsənət dərslərinin tədrisinin həvalə edilməsinə baxmayaraq, onun dərs saatlarını tədris etməməsi, əvəzi ndə həmin dərslərin onun qeyri-qanuni göstərişi əsasında cari tədris ilinin əvvəlində araşdırma aparılan tarixədək faktiki olaraq ibtidai sinif müəllimləri tərəfindən tədris olunması, lakin İddiaçı həmin dərs saatlarına görə əmək haqqı hesablanması olmuşdur. Bundan başqa İddiaçı nəzarətində olan ibtidai siniflərdə şagirdlərin qanunsuz yerdəyişmələri olmuş və cari tədris ilində onun aylıq fəaliyyət planının olmaması, habelə sinif jurnallarının aparılmasına nəzarətin olmaması aşkar edilmişdir. İddiaçı bu halların məktəb direktoru Cavabdeh2 göstərişləri əsasında olduğunu qeyd etsə də, İdarə tərəfindən aparılan araşdırmalar zamanı bu hal öz təsdiqini tapmamış, əksinə məktəb direktoru Cavabdeh2 və məktəb müəllimlərinin izahatlarında bu hal təkzib edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, İddia çı ilə Cavabdeh2 arasında olan mübahisəli vəziyyət 2018-ci ilin yanvar ayının sonlarından etibarən yaranmışdır. Dərs ilinin xx.xx.2017-ci il tarixində başlanması nəzərə alınarsa, həmin tarixdən 2018-ci ilin əvvəlinədək olan dövr ərzində İddiaçı sinif jurnallarının aparılmasına nəzarət etməsinə, habelə aylıq iş planlarını tərtib etməsinə nə mane olurdu? Eyni zamanda iddiaçı tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə heç bir şikayət və ya digər formada müraciət daxil olmamışdır. Əksinə, sözügedən məktəb-liseyin pedaqoji kollektivi məktəbdə baş vermiş məlum arzuolunmaz hallarla bağlı kollektiv şəkildə İdarəyə müraciətlər edərək İddiaçı məktəb- liseyin normal iş ahəngini pozmasını və digər qanunsuz əməllərini bildirmiş, onun məktəbdən kənarlaşdırılmasını xahiş etmişlər. İş üzrə mübahisə apel lyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri üzrə Təhsil idarəsi K-367 saylı, xx.xx.2018-ci il tarixli əmrdə qeyd edilən və apelyasiya şikayətinin də əsasını təşkil edən hallarla bağlı heç bir mötəbər sübutu nə birinci, nə də apelyasiya instansiya məhkəməsinə təqdim edilmədiyindən, Z Rzayeva tərəfindən qeyd edilən nöqsanların baş verməsi öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün apelly asiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən K-367 saylı, xx.xx.2018-ci il tarixli əmrdə qeyd edilən və apelyasiya şikayətinin də əsasını təşkil edən hallarla bağlı heç bir mötəbər sübutun məhkəməyə təqdim edilmədiyinə əsaslanmışdır. Lakin həm işin yuxarıda qeyd olunmuş mübahisə olunmayan hallarından, həm də iş materiallarından görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin əsasını təşkil edən hallarla bağlı sübutlar məhkəməyə təqdim olunmşdur. Bundan başqa apelyasiya instansiyası məhkəməsi cavabdeh Bakı şə həri üzrə Təhsil idarəsinin apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə kimi iş materiallarında olan sübutların müqayisəli tədqiqatını həyata keçirməmişdir. Həmçinin işə baxan məhkəmə kollegiyası Bakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən 220 nömrəli məktəb-liseydə aparılmış yoxlamanın nəticələrinə dair arayışa heç bir hüquqi qiymət verməmiş, iddiaçının Bakı şəhəri üzrə Təhsil idarəsinə vermiş olduğu izahatda qeyd etdiyi xüsusatları nəzərə almamış və əmək müqaviləsinə xitam verilməsinin əsasını təşkil edən hallar üzrə deyil, iddiaçının pedaqoji fəaliyyəti zamanı baş vermiş hadisələrlə bağlı araşdırma aparmış, mübahisənin obyektiv həllinə nail ola bilməmişdir. Mülki Prossesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prossesual Məcəllənin 106.1-ci maddəsinin məzmununa görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda ha kim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Bundan başqa qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi ziddiyyət təşkil etməklə biri digərini istisna edir. Çünki işə baxan məhkəmə kollegiyası qəbul edilmiş qətnamənin əsaslandırıcı hissəsində “qətnamənin ləğv edilməli və iddianın qismən təmin edilməli olduğu”məzmunda ifadələr işlətməklə apellyasiya şikayətinin təmin edilməklə, qətnamənin ləğv edilməli olduğunu və sonrakı bəndlərdə ləğv edilmənin əsaslarını göstərdiyi halda qətnamənin nətic ə hissəsində apellyasiya şikayətinin təmin edilməli olmadığını və qətnamənin dəyişdirilmədən saxlanılmalı olduğunu qət etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsinin məzmunu aşağıdakı kimidir: “Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsin in ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin ç bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hü quqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair, məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Əvvəla, mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. İkincisi, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olmuş halların həqiqiliyi təsdiq olunsa belə, bunlar iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Çünki, həmin sənədlərdə göstərilən məsələlər daha çox iddiaçı ilə cavabdeh məktəbin keçmiş direktoru Cavabdeh2 ilə şəxsi münasibətlər in pozulması nəticəsində yaranmışdır. İddiaçının konkret olaraq əmək funksiyasını və ya dTnək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi cavabdehlərin yaxud da hansısa orqanın qanuni qüvvədə olan qərarı ilə rəsmiləşdirilməmişdir. Ona görə də iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ümumiyyətlə təsdiq olunmadığı halda işin, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsindən söhbət gedə bilməz. Üçüncüsü, əksinə iddiaçının gətirdiyi dəlillər daha mötəbər olmuşdur. Belə ki, işdən də aşkar görünür ki, iddiaçı ilə məktəbin keçmiş direktoru Cavabdeh2 arasında münasibətlərin k əskinləşməsinə səbəb iddiaçının korrupsiya ilə əlaqədar hüquqpozmalara etirazı olmuşdur. Ona görə də, cavabdeh İdarə iddiaçı barəsində tətbiq etdiyi intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalı idi. Lakin bu hal cavabdeh tərəfindən əsaslandırılmamışdır.” Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsi qətnamənin nəticə hissəsi ilə ziddiyyət təşkil etməklə belə bir məzmunda qətnamənin qəbul edilməsini istisna edir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-ni n 418.1-ci maddəsinin məzmununa görə Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar