Məhkəmə qərarları › İş №2(102)-470/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-470/2023

17.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-470/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yüksək təhlükə mənbəyinin vurduğu zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-na qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2(103)- 3550/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC-nin kassasiya şikayətinə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Baxılan mübahisə, cavabdehin ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (yüksək gərginlikli elektrik enerjisindən istifadə edilməsi) ilə bağlı vurulan zərərin əvəzinin ödənilməsi üzrə yaranmışdır.

2. Belə ki, İddiaçı hal-hazırda İmişli rayon Ağamalılar kəndində yaşayır və heyvandarlıqla məşğul olur. xx.xx.2021-ci il tarixdə iddiaçı özünə məxsus mal-qaranı otararkən, otlaq sahəsindən keçən elektrik dirəyindən elektrik naqilinin düşüb yerdə qalması səbəbindən bir baş inək və 5 baş camışı elektrik cərəyanı vuraraq öldürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra cavabdeh) qarş ı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən hər biri 1200 manat dəyərində 5 baş camış və 1000 manat dəyərində 1 baş inək heyvanlarını elektrik cərəyanı vurması nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 7000 manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırıb ki, heyvandarlıqla məşğul olur. Heyvanlarını kəndin kənarında icarəyə götürdüyü otlaq sahəsində otararkən, Kür çayının sol sahilində yerləşən Zərdab elektrik şəbəkəsinin xidmət etdiyi elektrik xəttinin naqili yerə sallanıb qaldığına görə xx.xx.2021-ci il tarixdə ona məxsus bir baş inək və 5 baş camış heyvanlarını elektrik cərəyanı vurmuşdur. Bu barədə akt tərtib edilmi ş, baytar həkim də heyvanların cəmdəklərinə baxıb elektrik cərəyanı vurması nəticəsində ölmələrini təsdiq etmişdir. Heyvanların cəsədlərinin foto şəkli çəkilmişdir. Camışların hər başının dəyəri 1200 manat, inəyin dəyəri 1000 manat təşkil edir. Ona məxsus iribuynuzlu mallar elektrik naqillərinin qırılıb yerə düşməsi, elektrik cərəyanının vurması nəticəsində tələf olmuşdur və elektrik şəbəkələrinin qorunması, onların mühafizə zonasını müəyyən etmək bilavasitə elektrik ötürücü xətlərinin istismarçısının, yəni, hazırki cavabdehin vəzifəsidir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndələri X6, X8, X14 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, iddiaçının iddia tələbi əsassız olduğuna görə rədd edilməsini xahiş etmişlər.

8. Etiraz onunla əsaslandırılıb ki, Azərbaycan Respublikası Prezidenti nin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. Aaşağıdakı halların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edirlər. 1) İddiaçı iddia ərizəsinə sübut qismində əlavə etdiyi 25 noyabr 2021-ci il tarixli akt məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, sözü gedən akt qanunvericiliyin norma və tələblərinə riayət olunmadan tərtib olunmuş, akt tərtib olunarkən "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsinin iştirakı təmin olunmamışdır. 2) Mülki iş materiallarında mövcud olan İmişli rayonu, Ağamalılar kənd sahə baytar həkimi kimi özünü təqdim edən YYY tərəfindən imzalanmış əlyazma 25 noyabr 2021-ci il tarixli 2-ci akt tamamilə qanununsuzdur. Məhkəmə nəzərə almalıdır ki, baytar YYYun i ddiaçıya təqdim etdiyi aktda 5 baş camış və 1 baş inək heyvanın elektrik cərəyanı vurması nəticəsində ölməsi göstərilmişdir. Ola bilsin ki, baytar YYY normativ aktlardan xəbərsizdir, bəlkə də heç baytar deyil. Sözü gedən aktı tərtib edən YYY heyvanlara baxış keçirmədən, onları yarmadan, sadəcə fərziyyələrə əsaslanaraq heyvanların elektrik cərəyanı vurmasından öldüyünü yazmışdır. Bu isə özü özlüyündə qanunsuzdur; 3) Məhkəmə nəzərə almalıdır ki, 5 camış və 1 inək heyvanın ölməsi faktı üzrə iddia qaldıran tərəf baş vermiş faktı təsdiq edən dolğun şəkildə foto və video görüntülər təqdim etməlidir. İddiaçının istinadına inanılsa, o zaman məhkəmə tərəfindən iddiaçıya təklif olunmalıdır ki, 5 camış və 1 inəyi elektrik cərəyanı vurmasına dair video görüntüsü, hal şahidlərinin hadisə yerində olması, baytar həkimin ölmüş heyvanlara keçirdiyi baxışı təsdiq edən mötəbər dəlillər təqdim edilsin. 4) Ölmüş heyvanların elektrik cərəyanı vurmasından sonra ölmüş cəsədlərinin harada, hansı şəraitdə, kimlərin iştrakı ilə basdırılması faktı tam olaraq araşdırılmalıdır. Bu, birmənalı həmin heyvanların hər hansı xəstəlikdən tələf olması, lakin bu işdən ziyansız çıxmaq məqsədi ilə iddiaçı tərəfindən qurulmuş bir ssenaridir. Məhkəmə mülki işi araşdırarkən ehtimallara deyil, əsaslandırılmış sübutlara istinad etməlidir. 5) İddia tələbində göstərilən faktlar həqiqətə uyğundursa, bu halda hansı səbəbdən "xxxx" ASC baş vermiş hal barədə məlumatlandırılmayıb? Bütün günahları "xxxx" ASC-də görən iddiaçı tutarsız istinadlara söykənərək ASC-dən pul almaq niyyətindədir.

9. İddiaçının təqdim etdiyi, Beyləqa n rayon Mal Satış Bazarı və İmişli rayon Mal Satış Bazarının xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, 1 baş, 7-8 yaşında, sağlam yerli cinsli, 180-200 kq. diri çəkiyə malik olan ana camışın orta bazar qiyməti 1800 manat, 1 baş 4 yaşında olan, sağlam yerli cinsli, 160-170 kq. diri çəkiyə malik olan boğaz camışın orta bazar qiyməti 1300 manat, 1 baş 8 yaşında olan, sağlam, yerli cinsli, 120-140 kq. diri çəkiyə malik olan ana inəyin orta bazar qiyməti 1100 manat təşkil edir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi (bundan sonra birinci instansiya məhkəməsi) (hakim S.Cəfərov) 2(006)-921/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş və vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 7000 manat və ödənilmiş 90 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus bir baş inək və 5 baş camış yüksək gərginlikli elektrik xəttinin qırılaraq yerə düşməsi nəticəsində cərəyan vurmasından tələf olmuş, bu barədə müvafiq akt tərtib olunmuşdur. İri buynuzlu mal-qaranın həmin ərazidə tələf olmasına gətirib çıxaracaq digər yüksək təhlükə mənbəyi yoxdur. Cavabdeh tərəfindən ərazidə olan elektrik xətləri və dirəkləri saz vəziyyətdə saxlanmamış, təhlükəsizlik qaydalarına riayət edilməmiş və həmin xətlər və dirəklərlə bağlı texniki istismar qaydalarının, aidiyyətı təlimatların tələbləri pozulmuşdur. Nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Vurulmuş maddi ziyanın həcminə gəldikdə, məhk əmə hesab edir ki, iddiaçıya vurulmuş maddi ziyan 7000 manat həddində təmin olunmalıdır. Belə ki, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan göründüyü kimi 1 baş, 7-8 yaşında, sağlam yerli cinsli, 180-200 kq. diri çəkiyə malik olan ana camışın orta bazar qiyməti 1800 manat, 1 baş 4 yaşında olan, sağlam yerli cinsli, 160-170 kq. diri çəkiyə malik olan boğaz camışın orta bazar qiyməti 1300 manat, 1 baş 8 yaşında olan, sağlam, yerli cinsli, 120-140 kq. diri çəkiyə malik olan ana inəyin orta bazar qiyməti 1100 manatdır. (5*1300+1*1100=7600). İddiaçı dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, ona vurulmuş maddi ziyan ödənilməmişdir. Göründüyü kimi, elektrik enerjisinin verilişi ilə məşğul olan cavabdeh aidiyyətı xətləri n və dirəklərin istismar qaydalarına riayət olunmasını təmin və buna nəzarət etməmiş, elektrik xəttinin qırılması və cərəyan vurması nəticəsində iri buynuzlu mal tələf olmuş və iddiaçıya maddi ziyan dəymişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1, 21.2, 1108.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyası 26 may 2022-ci il tarixli, 2(103)-3550/2022 saylı qərardadı ilə, işin həqiqi hallarının və cavabdehin apellyasiya şikayətinin dəlillərinin tam və hərtərəfli araşdırılaraq qiymətləndirilməsi üçün iş materiallarında olan aktlarda adları qeyd olunan və hadisənin şahidi olmuş şəxslərin şahid kimi ifadələrinin alınması məqsədilə İmişli Rayon Məhkəməsinə məhkəmə tapşırığı verilmişdir.

15. İmişli Rayon Məhkəməsi tərəfindən İmişli RİHB Ağamallar kənd İƏD üzrə İN-nin müavini X9, Ağammallar kənd sakini X5, İmişli rayon Baytarlıq İdarəsində sahə baytar həkimi vəzifəsində işləyən X1, İmişli rayonu Ağamallar kəndi üzrə montyor köməkçisi X7 şahid kimi ifadələri alınmış və bununla bağlı protokol tərtib edilərək Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

16. İmişli RİHB Ağamallar kənd İƏD üzrə İN-nin müavini X16 ifadəsində bildirmişdir ki, Ağamallar kənd sakini İddiaçı V.V.V ona məxsus olan iribuynuzlu heyvanların cərəyan vurmasından ölməsi barədə nümayəndəliyə daxil olmuş məlumata əsasən 25 noyabr 2021-ci il tarixdə İddiaçı V.V.V istifadəsində olan 38 ha qış otlaq sahəsinə getmiş və orada elektrik məftilinə dolanmış 5 baş camış və 1 baş inəyin cərəyan vurmasından öldüyünü görmüşdür. Həmin yerə çoxlu sayda adam toplanmış, Ağamallar kənd sakini X12 və polis sahə müvəkkili də onların arasında olmuşdur. Sonra sahə baytar həkimi X4 gəlmişdir. İddiaçı V.V.V fermasına gedən elektrik xətti həmin gün baş vermiş güclü külək nəticəsində qırılıb yerə düşmüşdür.

17. Ağamallar kənd sakini X12 ifadəsində bildirmişdir ki, 25 noyabr 2021-ci il tarixdə, saat 09:10 radələrində İddiaçı V.V.V istifadəsində olan 38 ha qış otlaq sahəsinin yaxınlığında yerləşən özünə məxsus olan yonc a əkin sahəsinə baxmağa getmiş, həmin vaxt İddiaçı V.V.V səsini eşitmiş və ona tərəf gedərək irəlidə elektrik məftilinə dolanmış 5 baş camış və 1 baş inəyin cərəyan vurmasından öldüyünü görmüşdür. İddiaçı V.V.V çaşqın halda olduğundan, onu və qalan heyvanları tələf olmuş heyvanlara yaxınlaşmağa qoymamışdır. İddiaçı V.V.V halı pis olmuş və o, İddiaçı oğlu Qoşqar Kərimova zəng edib gördükləri barədə məlumat vermişdir, Qoşqar Kərimov hadisənin baş verdiyi yerə gələndən sonra çıxıb getmiş və sonra baş verənlərdən xəbəri olmamışdır, səhəri gün İddiaçı V.V.Vna məxsus olan iribuynuzlu heyvanların cərəyan vurmasından ölməsi barədə tərtib edilmiş aktı imzalamışdır.

18. İmişli rayon Baytarlıq İdarəsində sahə baytar həkimi vəzifəsində işləyən X4 ifadəsində bildirmişdir ki, 25 noyabr 2021-ci il tarixd ə, saat 09:10 radələrində İddiaçı V.V.V ona zəng etmiş və heyvanlarının cərəyan vurmadan öldüyünü bildirərək onu örüş yerinə çağırmışdır. O, vaxt itirmədən İddiaçı V.V.V bildirdiyi çöl sahəsinə getmiş, orda ona başları kəsilmiş 5 baş camış və 1 baş inək göstərilmişdir və heyvanların cərəyan vurmasından öldüyü bildirilmişdir. Ərazidən keçən elektrik xətti qırılıb yerə düşmüşdür. Heyvanların faktiki surətdə cərəyan vurmasından öldüyü bəlli olduğu üçün o, yarma aparmamış və heyvanların telefonla fotoşəkillərini çəkərək ölümün cərəyan vurması nəticəsində baş verməsi barədə rəy vermişdir.

19. İmişli rayonu Ağamallar kəndi üzrə montyor köməkçisi X15 ifadəsində bildirmişdir ki, 25 noyabr 2021-ci il tarixdə, saat 09:10 radələrində X10 ona zəng etmiş və çöl sahəsində heyvanlarının cərəyan vurmasınd an öldüyünü bildirərək, cərəyanı kəsməyini xahiş etmişdir. O, paylayıcı transformatordan cərəyanı ayırmış və hadisə yerinə getmişdir, ərazidən keçib İddiaçı V.V.V fermasına gedən elektrik xətti sayğacdan sonrakı hissədə qırılıb yerə düşmüşdür. Həmin yerdə cərəyan vurmasından 5 baş camış və 1 baş inək ölmüşdür və heyvanlar elektrik məftilinə dolanmışdır. O, qırılıb yerə düşmüş elektrik naqilini dirəyə bağlanan hissədən kəsmiş və sonra çıxıb getmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi) M.Məmmədov və Ş.Məhərrəmova) 15 sentyabr 2022-ci il tarixli, 2(103)-3550/2022 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri N əsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-921/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

21. Apellasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövgeyini belə əsaslandırmişdır ki, hazırkı iddia yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğundan, irəli sürülmüş tələbin əsaslı olması üçün baş vermiş hadisə zamanı zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması müəyyən edilməlidir. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı işin mübahisəsiz hallarına görə, iddiaçıya məx sus olmuş 5 baş camış və 1 baş inək 25 noyabr 2021-ci ildə icarə əsasında istifadə etdiyi otlaq sahəsində otlayan zaman tələf olmuşdur. İddiaçı həmin iri buynuzlu mal-qaranın otlaq sahəsindən keçən elektrik xəttinin qırılaraq yerə düşməsi səbəbindən elektrik cərəyanı vurması nəticəsində öldüklərini iddia etmiş və bu dəlilinin əsası olaraq kənd icra nümayəndəliyi və baytar həkim tərəfindən tərtib edilmiş aktlara, habelə şahidlərin ifadəsinə istinad etmişdir.

22. Hazırda cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində digər əsaslarla yanaşı, həmin elektrik xəttinin "xxxx" ASC-yə məxsus olmasının, onların həmin hadisədə təqsirinin müəyyən edilmədiyinə istinad edərək qətnamənin əsassız olduğunu bildirmişlər. Kollegiya bununla bağlı qeyd edib ki, məhkəmə iclasında həmin elektrik xəttinin id diaçının istifadəsində olan otlaq sahəsinin qonşuluğunda yerləşən fermanı elektrik enerjisi ilə təmin edən elektrik xətti olduğu, həmin xəttin üzərində sayğac quraşdırıldığı mübahisəsiz qaydada sübuta yetirilmişdir. Bu halı məhkəmə iclasında cavabdehin nümayəndəsi də təsdiq etmiş, hətta qeyd edilən qonşu fermer təsərrüfatının iddiaçının öz bacısı oğluna məxsus olduğunu da bildirmişdir. Bununla da, həmin elektrik xəttinin cavabdeh təşkilatın balansında olması öz təsdiqini tapmış olur. Qeyd edilən hadisədə cavabdehin təqsirinin olması ilə bağlı isə kollegiya qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə əsasən enerji sistemdə və ya enerji təchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəyməsinə görə enerji təchizatı müəssisəsi Azə rbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Həmçinin, “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın tələblərinə əsasən elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları (hazırkı halda "xxxx" ASC) tərəfindən həyata keçirilir.

23. Beləliklə, işin araşdırılan hallarından bu nəticəyə gəlmək olur ki, iddiaçıya məxsus 5 baş camışın və 1 baş inəyin onun istifadəsində olan otlaq sahəsindən keçən və qonşu fermanı elektrik enerjisi ilə təmin edən elektrik xəttində baş vermiş nasazlıq nəticəsində tələf olması və bunun nəticəsində iddiaçıya 7000 manat məbləğində ziyan dəyməsi, qeyd edilən elektrik xəttinin cavabdeh "xxxx" ASC-nin balansında olması və həmin xəttin saz vəziyyətdə saxlanmasına g örə məsuliyyəti cavabdeh təşkilatın daşıması sübuta yetir. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinə, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 2-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Ba kı Apellyasiya Məhkəməsinin 2(103)3550/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməsini, iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə "xxxx" ASC-nin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya dəymiş ziyan arasında səbəb nəticə əlaqəsi məhkəmə tərəfindən müəyyən edilməmiş, mal-qaranın ölmə səbəbini özündə dəqiq əks etdirən Rayon Baytarlıq İdarəsinin rəyi iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və iddiaçıya məxsus mal-qaranın məhz elektrik cərəyanı vurması nəticəsində tələf olması müəyyən edilməmişdir. İşə apellyasiya məhkəməsində baxışı zamanı mal-qaranın elektrik cərəyanı vurduğu əraziyə "xxxx" ASC-nin Zərdab Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş v ə baxış zamanı hadisə başa verən ərazinin iddiaçıya deyil, həmin ərazidə fermer təsərrüfatı ilə məşğul olan X2 məxsus olması məlum olmuşdur. Baxış zamanı həmçinin o da məlum olmuşdur ki, həmin ferma 35/10 kv-luq Əlvənd yarımstansiyadan çıxan 10 kv-luq 2 saylı kənd hava xəttinin üzrəində olan ******* kod saylı TM-də 250 kVA transformatordan çıxan 0,4 kv-luq naqilli hava xəttindən qidalanır və abonentin özü tərəfindən sayğacın çıxışından daha dəqiq desək Qaydalarda qeyd edildiyi kimi elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədindən fermaya qədər məsafədə olan əraziyə texniki standartlara cavab verməyən açıq naqil və dayaqlardan istifadə edərək elektrik hava xətti çəkmişdir. Qeyd olunanlara əsasən hesab edirik ki, mal-qaranın elektrik cərəyanın vurması “ Elektrik enerjisindən istifadə Qaydaları”nın normalarına əsasən hava budaqlanmasında - binada, xüsusi yaşayış evində və ya dayaqda bərkidilmiş birinci izolyatordan, başqa sözlə desək elektrik sayğacından sonra olan, yəni "xxxx" məsuliyyət dairəsindən kənar hissədə baş verdiyindən dəymiş maddi ziyana cavabdeh "xxxx" ASC heç bir məsuliyyət daşımamalıdır. İşə apellyasiya məhkəməsində baxışı zamanı "xxxx" ASC-nin Zərdab Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən mal-qaranın elektrik cərəyanı vurduğu əraziyə baxış keçirilmiş və baxış zamanı hadisə başa verən ərazinin iddiaçıya deyil, fermer təsərrüfatı ilə məşğul olan qohumu Ağamalılar kənd sakini X2 məxsus olması məlum olmuşdur. Baxış zamanı həmçinin o da məlum olmuşdur ki, həmin ferma 35/10 kv-luq Əlvənd yarımstansiyadan çıxan 10 kv-luq 2 sa ylı kənd hava xəttinin üzərində olan ******* kod saylı TM-də 250 kVA transformatordan çıxan 0,4 kvluq naqilli hava xəttindən qidalanır və abonentin özü tərəfindən sayğacın çıxışından, Qaydalarda qeyd edildiyi kimi elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədindən fermaya qədər olan məsafədə qeyri-standart açıq naqil və dayaqlardan istifadə edərək elektrik hava xətti çəkmişdir. Yuxarıda qeyd edilən halları və ən başlıcası mal-qaranın tələf olduğu ərazidən keçən hava xətlərinin "xxxx" ASC-yə məxsus olması məsələsinə aydınlıq gətirmək məqsədilə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə elektron məhkəmə sistemi vasitəsilə, həmçinin məhkəmə baxışı zamanı yazılı qaydada məhkəmə texniki ekspertizasının keçirilməsi barədə əsaslandırımış vəsatət ve rilmiş, lakin vəsatətləri məhkəmə tərəfindən rədd edilmişdir.

27. Kassator şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 3, 3.1 və 3.2-ci bəndlərinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin rədd olunmasını, apelyasiya məhkməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şə rtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

33. Maddə 1097.1. Mülki hüquq pozun tusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

34. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Elektrik enerjisindən istifadə Qaydaları 35. 10.1. Enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. 36. 10.17. Enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 37. 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: 38. 10. 18.1. öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə;... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” 39. 2-ci bənd. Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qə tnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istina d edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1096, 1097 və 1108-ci maddələri təşkil edir və məhkəmə tərəfindən mübahisənin həllinə həmin normalar tətbiq edilmişdir.

32. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

33. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

34. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2(103)3550/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar