Məhkəmə qərarları › İş №2(102)-4705/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4705/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4705/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, Cavabdeh X4 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)595/2020 nömrəli qətnaməsindən cavabdeh X19 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin (hakim A.Sadıqov) xx.xx.2019-cu il tarixli, 2(067)-14/2019 nömrəli qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər X9 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun və bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2011 -ci il tarixli 11L000000755 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, Cavabdeh1, X2, Cavabdeh3 Nizami oğlundan, X5, X10, X11 müştərək qaydada ‘ İddiaçı” QSC-nin xeyrinə xx.xx.2012-ci il tarixli 11R000002575 saylı kredit müqaviləsi üzrə əsas borc 4075,58 ABŞ dolları, faiz borcu 1195,50 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 011R000007955 saylı kredit müqaviləsi üzrə əsas borc 13123,02 ABŞ dolları, faiz borcu 3910,50 ABŞ dolları və xx.xx.2015-ci il tarixli 011KK**********01 saylı k redit xətti müqaviləsi üzrə əsas borc 1986,45 ABŞ dolları, faiz borcu 412,74 ABŞ dolları məbləğində borcun qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində pulun və 21 manat xidmət haqqının tutulması, tutmanın Xaçmaz rayonu Ağyazıbuduq kəndində X13 və X3 ümumi birgə mülkiyyətində olan 0,285 ha torpaq sahəsi və üzərində yerləşən X13 mülkiyyətində olan 1 mərtəbəli 3 otaqlı 73,3 kv.m yaşayış, 109,6 kv.m yardımçı, 182,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilmə məsi, ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pulun Cavabdeh1, X2, Cavabdeh3 Nizami oğlundan, X5, X10, X11 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Məmmədov T Quliyev. Z,Məmmədov) 25.02,2020-ci il tarixli, 2(105)-595/2020 nömrəli qətnaməsi ilə İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-14/2019 nömrəli qətnaməsinin qismən - ipoteka predmetı olan əmlakın satıldıqdan sonra 1 ay ərzində boşaldılmasının və cərimə borcunun tutulmasının təmin edilməməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddia tələbinin qismən təmin edilməsi, Xaçmaz rayonu Ağyazıbuduq kəndində yerləşən 0,285 ha torpaq sahəsi və üzərində yerləşən X13 mülkiyyətində olan 1 mərtəbəli 3 otaqlı 73,3 kv.m yaşayış, 109,6 kv.m yardımçı182.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o saıldıqdan sonra cavabdehlər X27, X14. X20, X30, X31 və Cavabdeh1 tərəfindən ən geci bir ay ərzində tərk edilmədikdə, onların həmin torpaq sahəsindən sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 Nizami oğlundan, X5, X10 X11 müştərək qaydada “İddiaçı" QSC-nin xeyrinə xx.xx.2012-ci il tarixli 11R000002575 saylı kredit müqaviləsi üzrə 100 ABŞ dolları məbləğındə cərimə borcunun, 19.03..2014-cü il tarixli 011R000007955 saylı kredit müqaviləsi üzrə ' 00 ABŞ dolları məbləğində cərimə borcunun və xx.xx.20 15-ci il tarixli 011KK**********01 saylı kredit xətti müqaviləsi üzrə 100 ABŞ dolları məbləğində cərimə borcunun qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla tutulması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı QSC cavabdehlər X9, X6, Cavabdeh3 Nizami oğluna, X15, Cavabdeh4 Əkrəm oğluna, X21, X22, X12, X25, X26 qarşı “kredit müqaviləsi üzrə borcun və bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, X2, Cavabde h3 Nizami oğlundan, X5, Cavabdeh4 Əkrəm oğlundan, X10, X11 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11R000002575 saylı kredit razılaşması üzrə 4408,34 ABŞ dolları məbləğində əsas, 1460,63 ABŞ dolları məbləğində faiz borcu və 2345,93 ABŞ dolları məbləğində cərimə, cəmi 8214,90 ABŞ dolları məbləğində borcun, 011R000007955 saylı kredit razılaşması üzrə 13168,51 ABŞ dolları məbləğində kredit borcu, 4224,90 ABŞ dolları məbləğində faiz borcu və 7061,25 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 24454.66 ABŞ dolları borcun, 011KK**********01 saylı kredit razılaşması üzrə 1986.45 ABŞ dolları məbləğində əsas, 412,74 ABŞ dolları məbləğində faiz borcu və 447,38 ABŞ dolları məbləğində cərimə, cəmi 2846,57 ABŞ dolları borcun, ümumilikdə cəmi 35516,13 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 ma nat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində pulun və 21 manat xidmət haqqının tutulması, tələbin Xaçmaz rayonu Ağyazı buduq kəndində X13 və X3 ümumi birgə mülkiyyətində olan 0,285 ha torpaq sahəsi və üzərində yerləşən X13 mülkiyyətində olan 1 mərtəbəli 3 otaqlı 73,3 kv.m yaşayış, 109,6 kv.m yardımçı, 182,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və cəmi 35516,13 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində pulun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ” QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, X2, Cavabdeh3 Nizami oğlundan, X5, Cavabdeh4 Əkrəm oğlundan, X10, X11 ümumi qaydada tutulması, Xaçmaz rayonu Ağyazı buduq kəndində yerləşən 0.285 ha torpaq sahəsi və üzərində yerləşən X13 mülkiyyətində olan 1 mədədə 3 otaqlı 73,3 kv.m yaşayış, 109,6 kv.m yardımçı, 182.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra cavabdeh X13, X3, X7, X23, X24 və Cavabdeh1 həmin fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüquqlarının itirilmələrinə, onların həmin torpaq sahəsindən və - yaşayış evindən çıxarılmaları, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması, İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etm işdir. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin azaldılmasına dair ərizə ilə müraciət edərək göstərmişdir ki, iş üzrə Cavabdeh4 Əkrəm oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Hazırda həmin işlə bağlı iddia tələbinin azaldılması zərurəti yaranmışdır. Ona görə də Qubatov X28 ilə İddiaçı QSC arasında bağlanmış 17.03 2011-ci il tarixli 11L000000755 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 Nizami oğlundan, X5, X10, X11 müştərək qaydada 11R000002575 saylı kredit razılaşması üzrə 4408,34 ABŞ dolları məbləğində əsas, 1460,63 ABŞ dolları məbləğində faiz borcu və 2345,93 ABŞ dolları məbləğində cərimə, cəmi 8214,90 ABŞ dolları məbləğində borcun, 11R000007955 saylı kredit razılaşması üzrə 13168,51 ABŞ dolları məbləğində kredit borcu, 4224,90 ABŞ dolları məbləğində faiz borcu və 7061,25 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 24454,66 ABŞ dolları borcun. 011KK**********01 saylı kredit razılaşması üzrə 1986,45 ABŞ dolları məbləğində əsas, 412,74 ABŞ dolları məbləğində faiz borcu və 447,38 ABŞ dolları məbləğində cərimə, cəmi 2846,57 ABŞ dolları borcun, ümumilikdə cəmi 35516,13 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində pulun və 21 manat xidmət haqqının ' İddiaçı'’ Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin Xaçmaz rayonu Ağyazıbuduq kəndində X13 və X3 ümumi birgə mülkiyyətində olan 0,285 ha torpaq sahəsi və üzərində yerləşən X13 mülkiyyətində olan 1 mərtəbəli 3 otaqlı 73,3 kv.metr yaşayış, 109,6 kv.metr yardımçı, 182,9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və cəmi 35516,13 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində pulun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, X2, Cavabdeh3 Nizamı oğlundan. X5, X10, X11 ümumi qaydada tutulması, Xaçmaz rayonu Ağyazıbuduq kəndində yerləşən 0,285 ha torpaq sahəsi və üzərində yerləşən X13 mülkiyyətində olan 1 mərtəbəli 3 otaqlı 73,3 kv.metr yaşayış, 109,6 kv.metr yardımçı, 182.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra cavabdeh X13, X3, X7 X23, X24 və Cavabdeh1 həmin fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüquqlarının itirilmələrinə, onların həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili X16 şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh götürdüyü krediti müəyyən olunmuş faiz dərəcəsinə uyğun ödəməli olduğunu dərk edir. Lakin bank kredit borcunu və faizləri həddindən artıq şişirtmişdir. Əgər bank faizləri güzəştə getsə idi, kredit müqaviləsi üzrə ödənişi 10 il müddətinə uzatsa və aylıq ödənişi azaltsa, cavabdeh krediti tam ödəmək iqtidarında olar. Bundan əlavə, cavabdehin kredit götürərkən girov qoyduğu əmlakı 2013-cü ilin sonunda müəyyən olunmuş tarif dərəcələri tətbiq olunmaqla qiymətləndirilmişdir. Hazırda bütün əmlakların qiyməti artmışdır. Bu halı məhkəmə nəzərə almamış və araşdırılmamışdır. Ona görə girov qoyduğu torpaq sahəsi və fərdi yaşayış evi hazırki dövr bazar qiyməti ilə müəyyən olunmalıdır. Cavabdeh kredit götürdüyü zaman müqaviləm ABŞ dolları ilə bağlamış, girov evi də 50000 manata deyil, ABŞ dolları ilə müqavilə bağlamışdır. Lakin bank məhkəməni aldadaraq bildirmişdir ki, müqavilələri guya 50000 manat ilə bağlamışdır. Bunun üçün isə yenidən ekspertiza təyin olunmalı və ya mütəxəssis rəyi alınaraq girov əmlakın hazırki dövr üçün bazar qiyməti müəyyən olunmalıdır. Göstərilənlərə əsasən onlar ış üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-595/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı "İddiaçı” QSC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh1 vəkili X17, digər cavabdehlər X1 Çingiz Nizami oğlu, X38 oğlu, X29, X27, X20, X30 və X31 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPMnin 67.1 -ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi “ipoteka predmeti olan əmlakın satıldıqdan sonra 1 ay ərizndə boşaldılmasının təmin edilməməsi və cərimə borcunun tam silinməsi” hissələrində mübahisələndirildiyindən həmin hissələrdə mü zakirə edilməlidir. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 -ci maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evırə və ya mənzilə tutma yönəl dildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan a ə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqdan sonra onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilənlərə əsasən apelyasiya kollegiyası qeyd etmişdir ki, ipoteka predmeti olan Xaçmaz rayonu Ağyazıbuduq kəndində yerləşə n 0,285 ha torpaq sahəsi və üzərində yerləşən X13 mülkiyyətində olan 1 mərtəbəli 3 otaqlı 73.3 kv.metr yardımçı, 182,9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra cavabdeh X27, X18, X20, X30, X31 və Cavabdeh1 tərəfindən ən geci bir ay ərzində tərk edilmədikdə, onlar həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalı, torpaq sahəsi və fərdi yaşayış evi boşaldılmalıdır. Cərimə borcunun tutulması barədə iddiaçının apelyasiya şikayətinin dəlili ilə bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Mə cəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azadılması istisna edilir. Buna görə də apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi cərimə borcu hissəsində iddia tələbini təmin etməyərək düzgün nəticəyə gəlməmişdir. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, qanunvericilik məhkəməyə dəbbə pulunu azaltmaq hüququ vermişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbini cərimə borcunun tutulması hissəsində ümumiyyətlə təmin etməmişdir. Göstərilənlərə əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının cə rimə tələbi əsaslı olsa da, tələb edilən cərimə məbləğinin azaldılması cavabdehin kredit müqaviləsi üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olar. Belə olan halda, bank tərəfindən tələb edilən xx xxxxxxx 2012-ci il tarixli 11R000002575 saylı kredit müqaviləsi üzrə 2345.93 ABŞ dolları cərimə məbləği azaldılaraq 100 ABŞ dolları, xx xxxx 2014-cü il tarixli 011R000007955 saylı kredit müqaviləsi üzrə 7061,25 ABŞ dolları cərimə məbləği azaldılaraq 100 ABŞ dolları və xx xxx 2015-ci il tarixli 011KK**********01 saylı kredit müqaviləsi üzrə 447,38 ABŞ dolları cərimə məbləği azaldılaraq 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd e dir ki, cavabdeh kasasiya şikayətini formal olaraq əsaslandırmağa çalışmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində borcunu ödəməkdən yayınmadığını qeyd etmiş, lakin xahiş etdi hissəsində isə iddianın təmin edilməməsi barədə yem qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, cavabdeh kasasiya şikayətində borc məbləğinin şişirdilməsini, ipoteka predmetinin dəyərinin düzgün müəyyən edilmədiyini göstərsə də, bu barədə birinci instansiya məhkəməsi təyin edilərək əldə edilmiş ekspert və mütəxəssis rəylərinin qeyri-mötəbərliyi barədə hər hansı sübuta istinad edə bilməmiş və ya məhkəmə araşdırmaları zamanı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Ümumilikdə kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol v erilməsi halı da müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77 1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan isə aldıqlarını müvafiq olaraq pul və eyni key fiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasan şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulmas və ya lazımınca edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi b orclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 -ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ip oteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetınə tutmanı yönəltməyə başlaya bilər (36.1). ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). ipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka q oyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). ipoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respubl ikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)595/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar