Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4705/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ iş № 2(102)-4705/2022 Açar sözlər: mənzilə köçürülmə, mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu, Əhmədova Mehparə Tofiq qızından ibaret tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, mənzildən çıxarılma tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-286/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı i craat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 21 avqust 2013-cü il tarixli, 9-35 №-li Xüsusi Təyinatlı Yaşayış X2 əsasən, Azərbaycan Respublikası Qaçqınlar və X5 üzrə Dövlət Komitəsi Abşeron rayonu, Masazır qəsəbəsi, ev-9, mənzil-35-də yerləşən, Dövlət Mənzil Fonduna aid, ümumi sahəsi 64,8 kv.metrdən, yaşayış hissəsi 61,5 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün İddiaçı sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Kirayəçinin ailə üzvləri Cavabdeh və X1 ibarətdir.
2. İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 2 övladı anadan olmuşdur. 3. 383191 №-li nikahın pozulması haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətinə əsasən, X6 və Cavabdeh nikahı Zəngilan Rayon Məhk əməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2020-ci il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs: Azərbaycan Respublikası Qaçqınlar və X5 üzrə Dövlət Komitəsi) mənzilə köçürülmə və mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, ev-9, mənzil-35-dən çıxarılması və İddiaçı həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məcburi köçkün olduğu üçün Abşeron rayonu, Masazır qəsəbəsi, ev-9, mənzil-35-də yerləşən mənzil ona verilmiş, ailəsi ilə birgə orada yaşamışdır. Cavabdehlə arasın da baş verən münaqişələrdən sonra aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda isə cavabdeh övladları ilə birgə orada yaşayır və iddiaçını həmin mənzilə daxil olmağa qoymur. Cavabdehin başqa yerdə evi var, lakin iddiaçının tək yaşayış yeri həmin mənzildir. İddiaçı kuryer işləyir və aylıq əmək haqqı 230 manat təşkil edir. Ayrı yerdə kirayədə yaşamağa maddi imkanı yol vermir. Mübahisəli mənzilin əsas mülkiyyətçisi odur və mənzil müqaviləsi də onun adına bağlanmışdır. Lakin, cavabdeh qanunsuz olaraq ona məxsus evdə yaşayır, habelə ögey qardaşı da ona məxsus evə gələrək orada yaşayır. Əlavə olaraq, cavabdeh həmin evdən əxlaqsız yuva kimi də istifadə edir. Bir neçə dəfə qonşular bu barədə ona məlumat vermişlər. Belə bir halda onların həmin mənzildə birgə yaşaması qeyri-mümkündür. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.
6. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyib izahatında bildirmişdir ki, iddiaçı ilə ailə münasibətləri pozulmuşdur, onların bir yerdə yaşamaları mümkün deyildir.
8. Abşeron rayon məhkəməsinin (hakim X3) 2(012)-1198/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddia tələbi qismən təmin edilmiş, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, ev-9, mənzil-35-ə köçürülmüş, İddia qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə işin araşdırılan hallarına və maddi hüquq normalarına istinad edərək hesab etmişdir ki, İddiaçı məcburi köçkün olduğu üçün ona ailə üz vləri ilə birlikdə verilən Abşeron rayonu, Masazır qəsəbəsi, ev-9, mənzil-35 ünvanındakı mənzildən tərəflərin hər ikisinin istifadə hüququ möcvud olduğundan iddia tələbi İddiaçı həmin mənzilə köçürülməsi hissəsində əsaslı olmaqla təmin edilməli, cavabdehin həmin mənzildən çıxarılması hissəsində təmin edilməməlidir.
10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəllənin (bundan sonra MM) 27.3, 152, 153.4, 157.2, 157.4, Mənzil Məcəlləsinin 82.5, 91.2, 91.3, 98.1, 99.1, 99.2, 99.3, 99.4, 100.3, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2, 77.1-ci maddələrinə, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ”nın 3-cu hissəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Abşeron rayon məhkəməsinin 2(012)-1198/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək iş üzrə məhkəmə qətnaməsinin mənzilə köçürmə hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin mənzilə köçürmə hissəsindən narazıdır. Belə ki, iddiaçı ilə münasibətləri pozulduğu üçün aralarında olan nikah məhkəmə qaydasında ləğv edilmişdir. Həmin vaxtdan iddiaçı onu 2 uşaqla evdə tək qoyaraq heç bir maddi yardım etmədən mənzildən könüllü olaraq çıxıb getmişdir. İddiaçı qumar borcuna görə uşaqlarını borclu olduğu şəxslərə vermiş, sonradan onun polisə şikayəti ilə uşaqlar qaytarılmışdır. Bundan əlavə, iddiaçı uşaqlara xəsarət yet irdiyi, işgəncə verdiyi üçün o, polisə şikayət etmişdi. Hazırda iddiaçının evə köçməsi onun və uşaqlarının həyatı, sağlamlığı, tərbiyəsi üçün təhlükəlidir. Məhkəmə işin bu hallarını tam araşdırmadan, uşaqların həyatı üçün təhlükə mənbəyi olan şəxsin mənzilə köçürülməsi barədə qətnaməsi çıxarması tam qanunsuz olmuşdur. Məhkəmənin iddiaçının qeyri-adekvat hərəkətlərini nəzərə alaraq iddiasını təmin etməməli id. Amma məhkəmə bu hallara qiymət verməyərək, yalnız formal olaraq iddiaçının mənzilin kirayəçisi olduğunu əsas gətirərək iddianı həmin hissədə təmin etmişdir.
13. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermişdir.
14. İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməs inin iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X7 (sədrlik edən, məruzəçi hakim), X4 və X8) 2(105)-286/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən qətnamə dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq hesab etmişdir ki, xüsusi təyinatlı yaşayış X2 əsasən kirayəçi kimi İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, 9 saylı evin 35 saylı mənzilindən istifadə hüququna malik olduğundan birinci instansiya məhkəməsi iddia tələbinin onun mənzilə köçürülməsi hissəsində düzgün nəticəyə gəlmişdir.
17. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Mənzil Məcəlləsinin 91.1. 5, 96, 98, 99.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-286/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti vermişdir.
19. Kassator kassasiya şikayətini apelyasiya şikayətinə uyğun əsaslandırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi
20. Maddə 96 Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur
21. Maddə 98.1 Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosia l müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
22. Maddə 99.1 Xüsusi təyinatlı yaşayış X2 görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.
23. Maddə 99.2 Xüsusi təyinatlı yaşayış sahəsinin kiray ə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.
24. Maddə 100.1 Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
29. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
32. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qə tnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
38. Beləki, məhkəmələr müəyyən etmişlər ki, İddiaçı məcburi köçkün olduğu üçün ona ailə üzvləri ilə birlikdə yaşamaq üçün Abşeron rayonu, Masazır qəsəbəsi, ev-9, mənzil-35 ünvanındakı mənzil verilmişdir. Ailə münasibətləri pozulduğu və ər-arvad boşandığı üçün cavabdeh iddiaçını mənzilə buraxmır. İdd iaçının mənzildən istifadə hüquq var və onun iddiasının rədd edilməsi üçün qanuni əsaslar yoxdur. Bununla bağlı 1-ci instansiya və apelyasiya instansiyası məhkəmələri ətraflı dəyərləndirmə aparmışlar.
39. Cavabdehin şikayətində qeyd etdiyi hallar iddianın rədd olunması üçün əsas hesab oluna bilməz.
40. Bundan başqa, kollegiya bir məsələni də qeyd edir ki, cavabdehin şikayəti apelyasiya şikayəti ilə eynilik təşkil edir, həmin hallara apelyasiya məhkəməsi hüquqi qiymət vermişdir.
41. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansi yası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiyaşikayəti təmin edilməsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-286/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.