Məhkəmə qərarları › İş №2(102)-4706/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4706/2023

19.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4706/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K.Fərəcova adına X4” X14rşı iş üzrə QƏRARİ Açar sözlər: işdən azad edilmə barədə əmrin ləğvi, işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “K.Fərəcova adına X4” X14rşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa olunma və məcburi işburaxma müddə ti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5159/2023 nömrəli, 08 sentyabr 2023cü il tarixli qətnaməsindən cavabdeh “K.Fərəcova adına X4” X17 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kübra Fərəcova adına X1 Pulmonologiya elmi bölməsinin 1,0 ştat vahidi kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci ildə “Yenidoğulmuş uşaqların patologiyası” şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir.

2. İşəgötürənin xx.xx.2023-cü il tarixli 118-K nömrəli əmri ilə, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci m addəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü ildən xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” komissiyanın xx.xx.2023-cü il tarixli arayışı və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli protokolu qeyd olunub. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kübra Fərəcova adına X3 (bundan sonra cavabdeh, işəgötürən və ya İnstitut) qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin tutduğu vəzifədən azad edilm əsi barədə xx.xx.2023-cü il tarixli, 118-K saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə şöbə müdiri vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İnstitutun direktoru Lətiv Zeyniyev tərəfindən iddiaçıya qısa məzmunda işdən azad olunmasına dair əmr elan olunmuş, lakin işdən azad olunmasına dair əmr ona təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə İnstitutun rəhbərliyinə əmrin təqdim edilməsi barədə sorğu verilmiş, İnstitut xx.xx.2023-cü il tarixli, 154 nömrəli cavab məktubunda iddiaçının şöbə müdiri vəzifəsində əmək funksiyalarının icrasına davam etdiyi, onunla bağlanmış əmək müq aviləsinin qüvvədə olduğu bildirilmişdir. Bundan sonra, xx.xx.2023-cü il tarixdə İnstitutda baş həkimin və direktorun təşəbbüsü ilə Həmkarlar İttifaqının iştirakı ilə iclas təşkil olunmuş, 69 nəfərdən ibarət olan geniş iclasda iddiaçının və onun hüquqlarını təmsil edən vəkil X5 (onun hüquqlarını təmsil etməsini təsdiq edən sənədin – orderin və etibarnamənin olmasına baxmayaraq) iştiraklarına icazə verilməmiş və kobud şəkildə iclası tərk etmələri bildirilmişdir. Həmin iclasda aidiyyatı olmayan şəxslərdən başqa İnstitutun baş həkimi və direktoru da iştirak etmişlər. Halbuki, qeyd olunan iclasda yalnız iddiaçı və onun nümayəndəsi, digər tərəfdən şöbə müdirləri və işçilər arasında olan anlaşılmazlıqlar müzakirə olunmalı idi. xx.xx.2023-cü il tarixdə yeni bir məzmunda sorğu verilərək iddiaçının işdən azad olunmasına dair əmrin qısa məzmunda şifahi qaydada elan olunmasına baxmayaraq, sorğuya cavabda iddiaçının İnstitutda şöbə müdiri vəzifəsində əmək funksiyalarının icrasına davam etməsi, onunla bağlanmış əmək müqaviləsi qüvvədə olması bildirilməsinə aydınlıq gətirilməsi xahiş edilmişdir. xx.xx.2023cü il tarixdən iddiaçı İnstituta çağırılaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi bildirilmiş və əmr şəxsən təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli əmrlə tanış olarkən müəyyən edilmişdir ki, vəzifədən azad olunması və əmək müqaviləsinin xitam verilməsinə səbəb və əsas olaraq Komissiyanın xx.xx.2023- cü il tarixli arayışı və İnstitutun HİK-nin xx.xx.2023-cü il tarixli iclas protokolu qeyd edilmişdir. Bununla bağlı İnstitutun rəhbər liyinə sorğu verilərək həmin sənədlərin təqdim olunması xahiş edilmişdir. Lakin sözügedən sənədləri əldə etmək mümkün olmamışdır. İşdən azad olunmasına dair əmrdə əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə xitam verilməsi göstərilsə də, konkret olaraq hansı öhdəliklərini icra etməməsi açıqlanmamış və ona şifahi olaraq bildirilməmişdir. İşlədiyi dövr ərzində çalışdığı kollektivlə, həmçinin əmək vəzifələrinin yerinə yetirilməsi ilə bağlı iddiaçının heç bir problemi olmamışdır. Lakin son zamanlar, rəhbərliyin göstərdiyi təzyiq nəticəsində iş kollektivində iddiaçıya qarşı aqressiv və qərəzli münasibətlər sərgilənmiş, bunun nəticəsində də əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə xx.xx.2023-xx.xx.2023cü il tarixlərdə iddiaçını qanunsuz olaraq Ağayeva Xalidə əvəz edirdi. Bu halı həmin dövr ərzində Ağayeva Xalidənin imzaladığı epikrizlərdən də müşahidə etmək olar. Bundan başqa, onun İnstitutda işlədiyi dövrdə çalışdığı İnstitutun direktoru Lətif Zeyniyev iddiaçı ilə əlaqə saxlamaqla öz ərizəsi əsasında onun işdən çıxmasını təklif etmiş, lakin iddiaçı buna razı olmamışdır.

5. İddiaçı məhkəmədə verdiyi izahatında əlavə olaraq bildirib ki, 06 mart 2023-cü ildə iclas zamanı İnstitut direktorunun onun işdən azad edilməsini elan etməsini təsdiq edən audioyazı vardır. Audioyazını iclasda açıq şəkildə telefonu ilə qeydə almış və həmin audioyazıda audioyazını qeydə aldığını elan etdiyi öz əksini tapmışdır. Həmin iclas hər gün keçirilən 5 dəqiqəlik səhər iclasıdır. Həmin iclaslarda şöbə müdirləri iştirak edirlər və xəstələr, ümumi məlumatlar müzakirə olunur.

6. İddia çının vəkili məhkəmə iclasında iddianı müdafiə edərək bildirib ki, dinlənilən audioyazıda cavabdeh təşkilatın rəhbəri iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin tarixini səsləndirərək əmri elan edir. O, həmin əmrin təqdim edilməsi ilə bağlı iki dəfə cavabdeh təşkilata rəsmi olaraq müraciət etmiş, lakin həmin əmrin surəti onlara təqdim edilməmişdir. İddiaçı arayış və aktla tanış edilməli və izahatı alınmalı idi. Cavabdeh təşkilatın şöbə müdirləri hədə-qorxu ilə öz vəzifələrindən azad edilmişlər. Digər şöbə müdirlərinin onlara hədə-qorxu gəlinərək işdən azad edilməsinin sübutu yeni rəhbərin təyin edilən kimi onların öz xahişi ilə ərizə yazaraq işdən azad edilmələridir. Əgər onlar kütləvi surətdə öz xahişləri ilə işdən azad edilmələri barədə ərizə yazmışlarsa, hesab edir ki, onlara hədə-qorxu gəlinmişdir. Cavabdeh təşkilatda şöbə müdiri Səriyyə Quliyevaya təzyiqlə bağlı sosial şəbəkədə yerləşdirilmiş məlumatı məhkəməyə təqdim etmişdir. Lakin iddiaçı öz xahişi ilə şöbə müdiri vəzifəsindən azad edilməsi ilə bağlı ərizə yazmaqdan imtina etmişdir. İddiaçının fəaliyyəti ilə bağlı aparılmış araşdırma ilə bağlı arayışda qeyd edilən pozuntuların heç biri ilə razı deyil. Həmin arayışla iddiaçı tanış edilməmiş və arayışla bağlı onun izahatı alınmamışdır.

7. İddiaçının təqdim etdiyi İnstitutun iddiaçının vəkilinə ünvanlandığı xx.xx.2023-cü il tarixli, 154 nömrəli cavab məktubunda göstərilir ki, iddiaçı İnstitutda şöbə müdiri vəzifəsində əmək funksiyalarının icrasına davam edir, onunla bağlanmış əmək müqaviləsi qüvvədədir.

8. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasın da iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetimədiyinə görə işdən azad edilib. İddiaçı özü də bildirdi ki, əmək müqaviləsi üzrə şöbə müdiri kimi vəzifələri ilə tanışdır. İddiaçının rəhbəri olduğu şöbənin işçiləri tərəfindən direktora müraciətdə iddiaçının şöbədə yol verdiyi qanunsuzluqlar, əmək müqaviləsindən kənar hərəkətlər və digər pozuntular barədə araşdırılma aparılması xahiş edilmişdir. İşəgötürənin müvafiq əmri ilə iddiaçının fəaliyyətinin araşdırılması ilə bağlı komissiya yaradılmış, həmin komissiyaya iddiaçının fəaliyyətinin araşdırılması və arayış təqdim edilməsi tapşırılmışdır. Həmin komissiyanın 15 bənddən ibarət arayışı, iddiaçının şöbə müdiri kimi əmək müqaviləsində nəzərdə tutulan öhdəlikləri yerinə yetirm ədiyini, pozduğunu sübut edir. Arayış işəgötürənə təqdim edildikdən sonra arayışın müzakirə olunması, eyni zamanda iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilməsi Həmkarlar İttifaqı Komitəsinin müzakirəsinə verilmişdir. Komitənin iclasına iddiaçı da dəvət edilmiş, iddiaçı nümayəndəsi ilə birlikdə iclasa gəlmiş, nümayəndənin etibarnaməsində Komitənin iclasında iştirak etmə səlahiyyəti nəzərdə tutulmadığından nümayəndə iclasdan kənarlaşdırılmışdır. İddiaçı özü də müzakirədə iştirak etməmişdir. Komitənin ümumi yığıncağının qərarı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçının işdən azad edilməsinə razılıq verilmiş, bundan sonra 28 mart 2023-cü il tarixli əmrlə iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə xx.xx.2023-cü il tarixində işdən azad edilmişdir. İddiaçı həmin əmrlə tanış olmuş, ona son haqq-hesab verilmişdir. Epikrizlər gün ərzində imzalana bilər. X9 imzası vardırsa, iddiaçı həmin epikrizləri imzalamaqdan imtina etmişdir. 04 mart 2023-cü il tarixdə olan müraciətlə bağlı iddiaçının izahatının alınmamasının səbəbi odur ki, komissiyanın araşdırmasından sonra arayış tərtib edildikdən sonra arayış iddiaçıya təqdim edilmiş, iddiaçı izahat verməkdən imtina etmişdir. Müraciətlə bağlı iddiaçı ilə şifahi şəkildə söhbətlər aparılmışdır. 06 mart 2023-cü il tarixdə iddiaçının işdən azad edilməsi barədə əmr mövcud deyil. Əmr yazılı şəkildə tərtib edilməlidir. İnstitutun direktoru ölkə xaricində olduğundan həmin audioyazı ilə tanış ola bilməmişdir. Onlar ümumiyyətlə həmin disklərdə olan audi oyazıları sübut kimi qəbul etmirlər. İddiaçıdan gecikmələrlə bağlı izahat alınmamasının səbəbi iddiaçıya intizam tənbehinin verilməsinin nəzərdə tutulmaması olmuşdur. İddiaçının gecikmələri ilə bağlı sənədlərin təqdim edilməsi ilə bağlı bildirmişdir ki, həmin məsələni araşdırıb məlumat verə bilər. İddiaçı həmin aktı mübahisələndirməmişdir. Xəstə epikrizlərinin imzalamaq səlahiyyətlərinin Xalidə Ağayevaya ötürülməsi ilə bağlı əmr yoxdur, xidməti məktub vardır. Əmrə ehtiyac yoxdur. Dinlədiyi audioyazıda əmrin elan edilməsi ilə bağlı bildirir ki, hətta belə bir əmr elan olunmuş olsaydı belə, nə qədər ki, həmin əmr yazılı tərtib edilməmişdir, onun heç bir hüquqi qüvvəsi yoxdur. İddiaçının epikrizləri imzalamaqdan imtina etməsi ilə bağlı ondan izahat alınmaması və inzibati tənbeh verilməməsinin səbəbi ilə bağlı bildirir ki, bu, işəgötürənin hüququdur. Bundan başqa iddiaçının müxtəlif vaxtlarda gecikmələri ilə bağlı yalnız bir akt tərtib edilmişdir. İddiaçının gecikmələrlə bağlı iddiaçıya xəbərdarlıq edilməmiş, töhmət verilməmiş, ondan şifahi izahat alınmışdır. İddiaçının fəaliyyəti ilə bağlı aparılmış araşdırma ilə bağlı arayışla tanış olması üçün iddiaçı dəvət edilmiş, lakin izahat verməkdən imtina etmiş və bununla bağlı akt tərtib edilmişdir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsin dən ibarət formada tərtib edilə bilər. Qanunverici işəgötürən qarşısında alternativ qayda müəyyən etmişdir. Onlar sadə formadan istifadə etmişlər.

9. İddiaçı cavabdehin nümayəndəsinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, fəaliyyəti ilə bağlı aparılmış araşdırmaya dair arayışla tanış deyildir. Həmkarlar İttifaqı Komitəsinin iclasından vəkili çıxarıldığından, o da onunla birlikdə çıxmışdır. Vəkilinin Həmkarlar İttifaqı Komitəsinin iclasından çıxarılma səbəbini bilmir. Son haqq-hesabda 29 mart 2023-cü il tarixə qədər olan əmək haqqını da almışdır. Ona fəaliyyəti ilə bağlı aparılmış araşdırma ilə bağlı arayış təqdim edilməmişdir və izahat verməkdən də imtina etməmişdir. xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində gecikmələrlə bağlı isə bildirir ki, həmişə işə vaxtında gəlib-getmiş dir. Gecikmələr olmamışdır. Bütün bunlar əmrin özü-özlüyündə etibarsızlığına dəlalət edir.

10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X12 məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, AR Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçinin azad edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Lakin, hazırki mübahisələndirilən əmrdən görünür ki, işçinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilməsinin zəruriliyi əsaslandırılmamışdır.

11. İş materiallarında olan İnstitutun “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” komissiyanın arayışına əsasən, şöbə müdiri İddiaçı barəsində şikayət məzmunlu müraciətə əsasən İnstitut direktorunun xx.xx.2023-cü il tarixli 78 K saylı əmri ilə yaradılmış komissiya tərəfindən araşdırma aparılmış və aşağıdakı nöqsanlar aşkar edilmişdir: 11.1. İddiaçı xx.xx.2007-ci il tarixindən əmək fəaliyyətinə başlamışdır. 5 il müddətində məktəb həkimi, daha sonra 2 saylı Bakı Baza Tibb Kollecində müəllim, xx.xx.2019-cu ildən isə K.Y.Fərəcova adına X2 pulmonologiya elmi bölməsinin kiçik elmi işçisi kimi fəaliyyət göstərmişdir. xx.xx.2020-ci ildən “Yenidoğulmuş uşaqların patologiyası” şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Göründüyü kimi, şöbə müdiri təyin olunana qədər əmək fəaliyyəti müddətində neonatoloq kimi (yəni, yenidoğulmuşlarla iş təcrübəsi olmadan) heç bir fəaliyyəti və iş təcrübəs i olmamışdır. 11.2. İddiaçı şöbə müdiri kimi işlədiyi müddətdə həkim deontologiyasına uyğun olmayan hərəkətləri ilə kollektivin iş şəraitini pisləşdirmiş, xəstələrə keyfiyyətli tibbi yardım göstərilməsi üzrə şöbənin işini təmin edə bilməmişdir ki, bu da araşdırılma zamanı komissiya tərəfindən aşkar edilmiş aşağıdakı nöqsanlarla sübut edilir. 11.3. Şöbə müdiri işlədiyi müddətdə şöbənin fəaliyyəti barədə heç bir klinik hesabat (illik) təqdim etməmiş, hesabatın müzakirəsi aparılmamışdır; 11.4. İTS və İnnovasiya şöbəsinin məlumatlarına əsasən, şöbə müdiri kimi fəaliyyət göstərdiyi 2021-2022-ci illər ərzində YDPŞ-də 12 həkimin və 8 elmi işçinin xəstələrin müalicəsi ilə məşğul olmasına baxmayaraq, şöbəyə qəbul edilən xəstələrin 3050-%-nin müalicə həkimi şəxsən özü olmuş (məsələn, 2021-ci ilin ap rel ayında daxil olan 50 xəstədən 34 xəstə, may ayında 59 xəstədən 39 xəstə və s.) və bununla da həkimlərin xəstələrlə iş bölgüsündə qeyri-mütənasiblik və ayrı-seçkilik yaratmışdır ki, bu da şöbə əməkdaşlarının mütləq əksəriyyətinin haqlı olaraq ciddi narazılığına səbəb olmuşdur. 11.5. Müalicə həkimi olduğu xəstələrin tibbi kartalarının araşdırılması zamanı müəyyən edilmişdir ki, xəstələrin klinik diaqnozları əsaslandırılmamış (x/t 9889, 8535, 5807, 10187), qeyri-rasional antibiotikoterapiya (x/t 8667, 5807, 6229) və müalicə aparılmış, göstəriş olmadığı halda xəstələrə əsassız fototerapiya olunmuşdur (x/t 8839, 8535, 8613, 9326). Apardığı xəstəlik tarixlərini araşdırılarkən peşəkarlığının aşağı səviyyədə olması faktı öz təsdiqini tapmışdır. (Buna dair konkret faktlar bu arayışa əlavə edili r.). 11.6. İddiaçının şöbə müdiri kimi fəaliyyət göstərdiyi müddətdə şöbədə təşkil olunan klinik baxışlar ixtisaslaşmış, elmi dərəcəsi olan professor və dosentləri kənarlaşdıraraq, elmi dərəcəsi olmayan və müsabiqə ilə bir ildən az müddətlə işləyən, şifahi sorğu əsasında, müxtəlif elmi dərəcəsi və təcrübəsi olmayan “Pulmonogiya elmi bölməsi”nin kiçik elmi işçisi və ARİTŞ-nin həkimi tərəfindən aparılmış və bu baxışlar tibbi kartda öz əksini tapmamışdır. Hətta, bu həkimlər digər şöbələrdə fəaliyyət göstərmələrinə baxmayaraq, YDPŞ-də stasionar xəstələrin müalicəsi ilə məşğul olmuşlar və xəstəlik tarixlərində apardıqları konsultasiyaları yazılı şəkildə qeydə almayıb, imza ilə təsdiq etməmişlər. (Qanuni olaraq hər bir rəsmi konsultant xəstə barədə olan tövsiyələrini xəstəlik tarixində yazılı şə kildə qeyd etdikdən sonra imza ilə təsdiq etməlidir. Bu konsultasiyalar heç bir xəstəlik tarixlərində qeyd olunmamış, şifahi xarakter daşımışdır). 11.7. Tibbi kartaların araşdırılması zamanı məlum olmuşdur ki, xəstələr profil üzrə yerləşdirilməmiş, vəziyyətləri düzgün qiymətləndirilməmiş, bu da xəstələrin ağırlaşaraq ARİTŞ-nə köçürülməsinə və hətta ölümünə (xəstə Şükürov, x/t Nə 741) səbəb olmuşdur. Şöbənin üç sanitar qovşağı olan palatalarını öz xəstələri və şəxsi mənafeyi üçün istifadə edərək, qeyri-qanuni ödəniş alıb (Bu fakt bəzi həkimlər tərəfindən öz təsdiqini tapa bilər). 11.8. Xəstələrin müalicəsində həkimləri qeyri-rasional antibakterial terapiya aparmağa məcbur etmişdir. Razılaşmayanları rəhbərlik ilə hədələmişdir (konkret faktlar var). 11.9. Yeni rəhbərliyin fəaliyyəti dövründə institutun rəhbər işçilərinin iştirakı ilə keçirilən səhər konfranslarında iştirak etməmişdir. 11.10. İYDPŞ kollektivi ilə söhbət aparılarkən məlum olmuşdur ki, şöbə müdiri İddiaçı oz vəzifə səlahiyyətlərinə aid olan xəstələrin koordinasiyasını təsərrüfat bacısı Nəsibə Abliyevaya həvalə etmişdir. Təsərrüfat bacısı da bundan sui-istifadə edərək və maddi maraq güdərək xəstələrə müxtəlif şərait yaratmış, hətta həkimlərə belə müxtəlif göstərişlər vermişdir. Nəsibə Abliyeva həkimlərin xəbəri olmadan belə xəstələrlə əlaqə yaradaraq onlar tərəfindən tibb bacılarına, xadimələrə və şöbə müdirinə (müxtəlif məbləğlərdə) “rüşvət” verilməsini təşkil etmişdir, bu faktla bağlı xəstələr dəfələrlə öz həkimlərinə şikayətlər etmişdir. Şöbə müdirinə həkimlər tərəfindən bu işçi haqqında dəfələrlə şikayət olu nmasına baxmayaraq İddiaçı bu iradlara məhəl qoymamış və cavab olaraq bildirmişdir ki, bu şəxs olmasa şöbəni idarə edə bilməz. (xəstə Rəhimli Timucin (xx.xx.2023-ci il tarixli, 309 saylı xəstəlik tarixi Yanvar 2023-cü il tarixində YDUP şöbəsində yatıb. Xəstə “Pediatriya” şöbəsində təkrar müalicə alır və indiyədək Nəsibə Abliyevaya pul verməsi barədə rəhbərliyə şifahi şikayət etmişdir. x/t 2650). 11.11. İTS üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində aparılmış monitorinq əsasında da bu faktlara görə İddiaçı töhmət, Abliyeva Nəsibəyə xəbərdarlıq verilmişdir. İddiaçı tərəfindən bu intizam tənbehindən heç bir nəticə çıxarılmayıb və şöbənin işində heç bir dönüş yaradılmayıb. Hətta təsərrüfat bacısı N.Abliyevanın digər şöbəyə 1 aylıq rotasiya olunmasına baxmayaraq, şöbə müdirinin xahişi və tələbi ilə həmin müddət ərzində YDPŞ-ya qayıdaraq yenə öz əməllərini davam etdirmişdir. 11.12. İddiaçı vəzifəsindən istifadə edərək Yenidoğulmuşların patologiyası şöbəsində epidemioloji rejimi pozaraq ambulator xəstələrin şöbədə qəbulu ilə məşğul olmuşdur (ambulator kart № 1081734, tarix xx.xx.2023). 11.13. ETPİ -nin baş tibb bacısı tərəfindən şöbədə gəzinti zamanı (xx.xx.2023-cü il tarixində saat 12.00-12.20-dək olan müddətdə) müəyyən edilmişdir ki, şöbə müdiri və təsərrüfat bacısı heç kimə xəbərdarlıq etmədən (şöbənin böyük tibb bacısı A.Yusifova və həkimlər G.Hüseynova, D.Atakişiyeva, N.Cəfərova, X.Abbasimin şahidliyi ilə buna dair akt tərtib edilmişdir) iş vaxtında şöbəni tərk edərək iş rejimini pozmuşlar. 11.14. Komissiya tərəfindən xx.xx.2023-cü il tarixində şöbəyə baxış keçirilərkən İddiaçı şöbə müdiri otağında (bu otaq şöbəyə daxil olan və köçürülən xəstələrin qəbulu üçün nəzərdə tutulur) 2 saylı Bakı Baza Tibb kollecinin 1-ci kurs 594-cü qrup tələbələrinə dərs keçdiyi aşkarlanmışdır. 11.15. İddiaçı Azərbaycan Tibb Universitetinin bazası olan K.Fərəcova adına Elmi X6, o cümlədən Yenidoğulmuşların patologiyası şöbəsində 4-cü, 5-ci və 6-cı kurslara yenidoğulmuşlara aid olan təcrübi tsiklinin tədris prosesini pozaraq tələbələrinin “-1” mərtəbəsindən şöbəyə 2 nəfərdən artıq daxil olmasına (müəllimlər ilə birgə) qadağa qoyaraq universitetin və kafedra rəhbərliyinin danışıqlarına məhəl qoymadan (bu barədə bazada fəaliyyət göstərən bütün kafedra əməkdaşları bu faktı təsdiq edə bilər, iki il ərzində baza da olan kafedra əməkdaşları bu rejimə uyğun t ədris aparmışlar) tədris prosesini ciddi şəkildə pozmuş və ATU-da “Pediatriya" üzrə təhsil alan rezidentlərin bu bazada fəaliyyətinə (ETPİ-nin keçmiş direktori ilə birgə) son qoymuş, onları ETPİ-dən tam uzaqlaşdırılmışdır. Bu qayda həmçinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda və İ. M. Seçenov Universitetinin Bakı filialında təhsil alan tələbələrinə də tətbiq edilmişdir. 2 nömrəli Bakı Baza Tibb Kollecinin məktubunda, ETPİnin əmrində (məktub 05/9377 saylı, xx.xx.2023-cü il tarixli; İnstitutun 15 L saylı, xx.xx.2023-cü il arixli əmri) həmin qrupun göstərilməməsinə baxmayaraq, İddiaçı özü ilə təcrübi məşğələyə ehtiyac olmayan 1-ci kurs tələbələrini say məhdudiyyəti olmadan sərbəst şəkildə şöbəyə qaldıraraq istədiyi şəraiti təmin etmişdir. Bu faktı kafedra mə kdaşları təsdiq etmişlər.

12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2445/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim K.Xudayev) iddia təmin olunmuşdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının yol verdiyi nöqsan işəgötürən tərəfindən düzgün qiymətləndirilməmişdir. Yəni bu nöqsan əmək funksiyasının və ya öhdəliyin pozulması yox, əmək vəzifələrinin pozulmasıdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin öhdəliklərinin nədən ibarət olması konkret göstərilməmiş, yalnız işçinin vəzifə təlimatına uyğun olaraq əmək funksiyalarının yerinə yetirilməsi üzrə öhdəlik götürməsi göstərilmişdir.

14. Məhkəmə izah etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəll əsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə baxmayaraq, əmrdə əmək müqaviləsinin bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə xitam verdildiyi göstərilsə də, əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyi və işçinin təqsirli davranışının nədə ifadə olunması (nədən ibarət olması) göstərilməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçının əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini və işçinin təqsirli davranışının nədə ifadə olunması (nədən ibarət olmasını) qeyd etməmiş, işçilərin müraciətinə əsasın yaradılan komissiyanın arayışı ilə iddiaçının şöbə müdiri kimi əmək müqaviləsində nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyini, vəzifə öhdəliklərini pozduğunu sübut etdiyini bildirmişdir. Komissiyanın arayışında isə komissiya tərəfindən araşdırma nəticəsində iddiaçının fəaliyyətində aşkar edilmiş nöqsanlar sadalansa da, bu halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə arayışda onun tərtib edildiyi tarix göstərilməmişdir.

15. Məhkəmə bildirib ki, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl iddiaçının izahatı alınmamış, həmçinin iddiaçının izahat verməkdən imtina etməsinə dair hər hansı sənəd də təqdim edilməmişdir. Halbuki, əmək qanunvericiliyinin tələbinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş 20 mart 2023-cü il tarixli akt isə qeyriiş günündə baş həkim Aynur Poluxova, İnsan resursları şöbəsinin şöbə müdiri Vəfa Məmmədova və HİK sədri Nərgiz Babayeva tərəfindən tərtib edilmiş və həmin şəxslər işəgötürən statusuna malik şəxslər olmamaqla işçidən yazılı izahatın verilməsini tələb edə bilməzlər.

16. Həmçinin, məhkəmə tərəfindən iddiaçı tərəfdən təqdim edilmiş diskdə əks edilmiş səs yazısı və telefon danışığı dinlənilmiş və müəyyən edilmişdir, iddiaçının işdən azad edilməsinə dair yazılı əmr cavabdeh təşkilat tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilsə də, hələ xx.xx.2023-cü il tarixdə “5 dəqiqəlik” iclasda «Yenidoğulmuşların patologiyası» şöbəsinin müdiri olan iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi, hətta onu əvəz edən digər şəxsin təyin edilməs i barədə əmr elan edilmişdir. Yalnız bundan sonra İnstitutun “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması məqsədilə komissiya yaradılmış, müraciətin araşdırılaraq, mövcud vəziyyətin qiymətləndirilməsi və nəticəsi barədə müvafiq arayışın təqdim edilməsi tapşırılmış, daha sonra iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilməsi üçün həmkarlar ittifaqı təşkilatına təqdimat verilmişdir. Həmçinin, telefon danışığına əsasən müəyyən edilmişdir ki, İnstitutunun direktoru iddiaçı ilə bu barədə danışdıqlarını bildirərərk, nəyə görə işdən azad edilmə barədə ərizə yazmadığını soruşmuşdur. Bütün qeyd edilənlər işəgötürən tərəfindən iddiaçıya qərəzli münasibəti və onun barəsində işdən azad edilmə barədə əmrin q anunvericiliyin tələbini pozmaqla qəbul edildiyini göstərir.

17. Cavabdehin nümayəndəsi ümumiyyətlə disklərdə olan audioyazıları sübut kimi qəbul etmədiklərini bildirsə də, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il qərarında ifadə edilmiş hüquqi mövqedən çıxış edərək, disklərdə əks edilmiş səs yazılarından birinin digər şəxslərin iştirakı ilə keçirilən iclasda əmrin elan edilməsini, digərinin isə işçi ilə işəgötürən arasında telefon danışığını əks etdirməklə əmək mübahisəsinin birbaşa əlaqədar tərəfləri (işçi ilə işəgötürənin rəhbəri) arasında olan danışıqları əks etdirdiyindən sübut kimi qəbul edib.

18. Həmçinin məhkəmə qeyd edib ki, cavabdeh tərəf iddiaçının müxtəlif vaxtlarda iclaslara gecikməsi və ya gəlməməsi barədə akt təqdim etmişdir. İddi açının israrla işə və iclaslara vaxtında gəldiyini qeyd etməsinə, bu halı təsdiq edən şahidlərin məhkəmə iclasında iştirakını təmin etməsinə baxmayaraq, cavabdeh təşkilat tərəfindən aktda qeyd edilən halları təsdiq edən sübutlar, eləcə də iddiaçının inzibati binaya giriş-çıxış məlumatları təqdim edilməmişdir. Həmçinin, iddiaçının gecikdiyi iddia edildiyi hər gün üçün ayrıca akt tərtib edilməmiş, bu barədə ondan izahat alınmamış və ona xəbərdarlıq edilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, akt yalnız işçinin azad edildiyi gün tərtib edilmişdir. Bu da aktın doğruluğunu şübhə altına alır.

19. Məhkəmə öz mövqeyini, Əmək Məcəlləsinin 68, 69, 70, 71, 73, 74, 76, 79-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh apellya siya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş və şikayətini belə əsaslandırmışdır ki, iddiaçı əmək funksiyası ilə bağlı ciddi pozuntuya yol vermiş, əmək müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmiş, öz hərəkətləri ilə kollektivin iş şəraitini pisləşdirmişdir.

21. İddiaçı və onun vəkili apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddia ərizəsi ilə eyni dəlillərdən çıxış etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5159/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya in stansiyası məhkəməsi hesab etmişdir ki, əmr düzgün əsaslandırılmayıb, yəni yerinə yetirilməyən öhdəliklərin nədən ibarət olması, öhdəliklərin yerinə yetrilməməsinin hansı hərəkətsizlikdə ifadə olunması və bunu təsdiq edən faktlar əmrin məzmununda göstərilməyib. Nəticədə isə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbi pozulub. Həmin maddəyə görə, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Bu maddədə “əsas” deyiləndə müqavilənin ləğvinin əsaslandırılması nəzərdə tutulur. Əsaslandırma ona görə tələb olunur ki, işçiyə özünü müdafiə imkanı verilsin. İşçi hansı hərəkət və ya hərəkətsizliyinə görə işdən azad olunduğunu bilməlidir ki, bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etmək imkanı olsun.

24. Əs aslandırmanın olmaması o deməkdir ki, işəgötürən öz öhdəliyini icra etməyib. Belə ki, əmək müqaviləsinin ləğvi barədə əmri əsaslandırmaq qanunda işəgötürənin öhdəliyi kimi müəyyən olunub. İşəgötürən (direktor) işçini (iddiaçını) öhdəliklərini yerinə yetirməməkdə ittiham edir və hüququnu həyata keçirərək onu işdən azad edir, lakin bu zaman özü qanunla üzərinə qoyulmuş öhdəliyi icra etmir. Mülki Məcəllənin 560.3.2-ci maddəsinə görə, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə sayılır.

25. Beləliklə, əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasın olduğu əmrin məzmunundan müəyyən edilmir.

26. Bundan başqa, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə işçinin əmək fu nksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi öz-özlüyündə əmək müqaviləsinin ləğvi üçün əsas deyil, bu, həm də qanunda göstərilən nəticələr doğurmalıdır. Lakin belə nəticələrin baş verdiyi əmrin məzmunundan müəyyən edilmir.

27. Həmçinin Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. “Zəruriliyin əsaslandırılması” deyiləndə işçinin yol verdiyi pozuntunun əsaslandırılması nəzərdə tutulmur. Pozuntu əsaslandırılmalıdır, bununla yanaşı, həm də əsaslandırılmalıdır ki, digər növ intizam tənbehinin (töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i m əbləğindən çox olmamaq şərtilə cərimə) tətbiq edilməsi ilə işçini intizamlandırmaq, iş yerində işin normal ahəngini təmin etmək, işəgötürənin, əmək kollektivinin və ya onun ayrı-ayrı üzvlərinin hüquqlarını və mənafelərini qorumaq mümkün deyil. Çünki işçiyə ən ağır məhrumiyyət yaradan tədbir əmək müqaviləsinin ləğvidir. Bunun nəticəsində o, işini və qazanc mənbəyini itirir. Bundan başqa, 70-ci maddənin “ç” bəndində göstərilən əsasla işdən azad edilən şəxs öz ixtisası üzrə başqa iş tapmaqda çətinlik çəkir, çünki həmin əsas digər işəgötürənlərdə bu şəxsin peşə keyfiyyətləri barədə mənfi rəy formalaşdırır.

28. Əmr verilərkən “Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” Komissiyanın xx.xx.2023-cü il tarixli arayışına istinad olunub. İddiaçı bu arayışın tərtib edilməsini cavabdeh təşkilatın yeni rəhbərliyinin ona qarşı qərəzli münasibəti ilə izah edir. Müəyyən olunur ki, arayış cavabdeh təşkilata yeni direktor təyin edildikdən qısa müddət sonra tərtib olunub. Belə ki, xx.xx.2023-cü ildə yeni direktor təyin edilib. Bundan 3 gün sonra – xx.xx.2023-cü ildə Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşları (19 nəfər) tərəfindən yeni direktora iddiaçının (şöbə müdirinin) barəsində kollektiv müraciət ünvanlanıb. Bundan 2 gün sonra - xx.xx.2023-cü ildə yeni direktor “Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” əmr verərək komissiya yaradıb və öz müavinini komissiyaya sədr təyin edib.

29. Komissiyanın arayışı ilə bağlı məhkəmə kollegiyası qeyd edib ki, birincisi, iddiaçının əvvəlki əmək fəaliyyətini və peşəkarlıq səviyyəsini müəyyənləşdirmək həmin komissiyanın səlahiyyətinə aid deyil. Göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsində başqa əsas var.

30. İkinci, arayışda göstərilən pozuntuların bir hissəsi tarixinə və məzmununa görə qeyri-müəyyəndir, habelə iddiaçının bu pozuntulara yol verdiyi əsaslandırılmayıb.

31. Üçüncü, arayışda qeyd edilən pozuntuların digər hissəsi isə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün əsas deyil. Əgər iddiaçı həqiqətən belə pozuntulara yol vermişdirsə, pozuntular aşkar edildiyi gündən 1 ay ərzində onun barəsində əmək müqaviləsinin ləğvi ilə əlaqədar olmayan intizam tənbehi tətbiq edilə bilərdi.

32. Beləliklə, cavabdeh əmək müqaviləsinə xitam verərkən həm əmək müqaviləsinə xitam verilməsi qaydasını, həm də əsasını gözləməmişdir.

33. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci, 71-ci, 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

35. Şikayətin dəlilləri ondan ibarətdir ki, apellyasiya məhkəməsi maddi hüquq normalarına münasibətdə subyektiv, iddiaçının tərəfini tutan mövqe nümayiş etdirmiş, işi ətraflı, tam, obyektiv araşdırmadan və lazımi qaydada əsaslandırmadan qərar qəbul etmişdir.

36. Kassator bildirmişdir ki, iddiaçının əmək müqaviləsi ü zrə öhdəliklərinin pozuntusunun əsası kimi iddiaçının rəhbəri olduğu şöbə işçilərinin kollektv şikayətini araşdırmaq üçün yaradılmış Komissiyanın arayışı çıxış edir. Həmin arayışın istənilən bəndi iddiaçının özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini tam sübut etdiyindən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə tam əsas verir.

37. Apellyasiya məhkəməsinin iddiaçıya özünü müdafiə hüququnun verilməməsi barədə dəlili də əsassızdır. Belə ki, cavabdehin HİK-in xx.xx.2023-cü il tarixində keçirilmiş iclasına iddiaçı xüsusi olaraq dəvət olunmuş və ona məlumat verilmişdir ki, həmin iclasda onun əmək müqaviləsi üzrə öhdəliklərinin pozulması ilə bağlı müzakirələr aparılacaq və həmin iclasda iştirak edərək məsələ barədə öz fikrini bildirə bilər. İddiaçı isə həmin i clasda iştirakdan, eləcə də yol verdiyi pozuntularla bağlı izahat verməkdən imtina etmişdir. Bu fakt HİK-nin iclas protokolu ilə təsdiq olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. İddiaçı (Vəkil1) tərəfindən kassasiya şikayətinə qarşı etiraz göndərilmişdir. Etiraz iddia ərizəsinə və apellyasiya şikayətinə qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

39. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;...

40. Maddə

80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilat bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürən ə təqdim etməlidir.

41. Maddə

71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər...

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

42. Maddə

84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərd ə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

43. Maddə

187. İntizam tənbehinin verilməsi qaydaları

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

44. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgöt ürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödən ilməsini də nəzərdə tuta bil Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddianın təmin olunması zamanı apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə tam riayət et məmişdir. Buna görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

54. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilmişdir.

55. Apelyasiya instansiyası məhkəməsinın cavabdehin apelyasiya şikayətini rədd edərkən istinad etdiyi dəlillərdən biri ondan ibarətdir ki, «əmr düzgün əsaslandırılmayıb, yəni yerinə yetirilməyən öhdəliklərin nədən ibarət olması, öhdəliklərin yerinə yetrilməməsinin hansı hərəkətsizlikdə ifadə olunması və bunu təsdiq edən faktlar əmrin məzmununda göstərilməyib. Nəticədə isə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbi pozulub. Həmin maddəyə görə, əmək müqav iləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Bu maddədə “əsas” deyiləndə müqavilənin ləğvinin əsaslandırılması nəzərdə tutulur. Əsaslandırma ona görə tələb olunur ki, işçiyə özünü müdafiə imkanı verilsin. İşçi hansı hərəkət və ya hərəkətsizliyinə görə işdən azad olunduğunu bilməlidir ki, bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etmək imkanı olsun».

56. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Çünki əvvəla, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa dair tələblər Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuşdur. Mübahisələndirilən əmrin məzmunu həmin norma əsasında təhlil olunduqda görünür ki, qanunda nəzərdə tutulan məlumatlar əmrdə əksini tapmışdır.

57. İ şçinin yerinə yetirilməyən öhdəliklərin nədən ibarət olmasının, öhdəliklərin yerinə yetrilməməsinin hansı hərəkətsizlikdə ifadə olunmasının və bunu təsdiq edən faktların əmrin məzmununda göstərilməməsi barədə mövqe ilə bağlı qeyd edilir ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

58. Bundan başqa, əmrin məzmununa dair tələbləri müəyyən etməkdə məqsəd, mübahisəli hüquqi vəziyyətə dair müəyyənliyin təmin olunmasıdır. Baxılan işdə cavabdehin tərtib etdiyi əmrin məzmun unda iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin nədən ibarət olması müfəssəl olaraq göstərilməsə də, əmrin verilməsinə əsas kimi “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” komissiyanın xx.xx.2023-cü il tarixli arayışı və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli protokolu qeyd olunub. Başqa sözlə, bu sənədlər əmrin məzmununu tamamlamağa xidmət edən, əmrin əlavəsinə çevrilən məlumat mənbələridir.

59. Əmrdə bəhs olunan “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşlarının müraciəti, həmin müraciətin araşdırılması haqqında Komissiyanın xx.xx.2023-cü il tarixli arayışı və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli protokolu mövcuddur və işə əlavə olunmuşdur. Həmin Həmin sənədlər geniş həcmlidir və işçinin intizam xətası kimi müəyyən olunan hallar əksini tapmışdır. Göründüyü kimi cavabdehin əmri zəruri məlumatları əks etdirməyən sənəd kimi qiymətləndirilə bilməz.

60. Xüsusilə qeyd olunmalıdır ki, əmrin məzmununa riayət olunmaması, əmrin etibarsız sayılması üçün imperativ nəticə deyildir. Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü hissəsinə görə əmrin etibarsız sayılması mütləq nəticə deyil, mümkünlük kimi müəyyən edilmişdir. Başqa sözlə, bu cür əmrin etibarsız sayılması, məhkəmənin qiymətləndirməsindən asılıdır.

61. Apelyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, “Əmək müqaviləsinin ləğv edilməsinin əsası” dedikdə müqavilənin ləğvinin əsaslandırılması nəzərdə tutulur. Əsaslandırma ona görə tələb olunur ki, işçiyə özünü müdafiə imkanı verilsin. İşçi hansı hərəkət və ya hərəkətsizliyinə görə işdən azad olunduğunu bilməlidir ki, bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etmək imkanı olsun.

62. Nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunduğu kimi işəgötürən əmək müqaviləsinə xitam verilməsinin səbəbləri kimi Komissiyanın xx.xx.2023-cü il tarixli arayışında müəyyən olunan nöqsanlara istinad etmiş və məhkəməyə təqdim etmişdir. İşəgötürənin iddiaçı tərəfindən yol verilmiş intizam xətası kimi istinad etdiyi xüsusatlar Komissiyanın dörd vərəqlik rəyində göstərilən faktlardan ibarətdir və həmin faktların həqiqiliyi, habelə əmək müqaviləsinə xitam verilməsinə əsas olub-olmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər.

63. Başqa sözlə, qeyd olunan arayışda əksini tapmış faktların həqiqiliyi və əmək müqaviləsinə Əm ıək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas olub-olmaması məhkəmə araşdırmasının predmeti olmalı idi.

64. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin “iddiaçının əvvəlki əmək fəaliyyətini və peşəkarlıq səviyyəsini müəyyənləşdirmək həmin komissiyanın səlahiyyətinə aid deyil” fikri ilə razılaşır. Lakin apelyasiya instansiyası məhkəməsi arayışda göstərilən pozuntuların bir hissəsinin tarixinə və məzmununa görə qeyri-müəyyənliyi, habelə iddiaçının bu pozuntulara yol verdiyinin əsaslandırılmaması barədə mövqeyi, kifayət qədər araşdırmaya əsaslanmayan nəticədir. Məhz hansı əməllər üzrə məsuliyyətə cəlb etmə müddətinin keçməsi, hansı əməllərin isə əmək müqavilıəsinə xitam verilməsi kimi intizam tənbehinə səbəb olmadığı göstərilməyib.

65. Buna görə də mə hkəmə kollegiyası hesab edir ki, Komissiyanın arayışında göstərilən işəgötürənin dəlilləri tam araşdırlmayıb.

66. Məhkəmənin bu araşdırması Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsində əksini tapmış işbirinci insin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

68. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin h ərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

69. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

70. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(103)-5159/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar