Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4707/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 Adil oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4707/21 (Açar sözlər: pul tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil3, Cavabdeh: Cavabdeh1, Cavabdeh: Cavabdeh6 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(103)3385/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 21 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 3.950 manat, Cavabdeh2 7.182 manat, Cavabdeh3 6.325 manat, Cavabdeh6 10.500 manat, Cavabdeh4 3.591 manat, Cavabdeh7dan 11.265 manat, Cavabdeh8 5.460 manat, Cavabdeh13 2.583 manat, Cavabdeh11 1.470 manat, Cavabdeh12 Qasımdan 2.415 manat, Cavabdeh5 54.230 manat, Cavabdeh10 6.762 manat və Cavabdeh9 3.675 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, ha kim A.N.Həsənova) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3 6.024 manat, Cavabdeh7 480 manat, Cavabdeh9 1.850 manat, Cavabdeh10 1.400 manat, Cavabdeh2 3.840 manat, Cavabdeh12 1.700 manat, Cavabdeh4 3.000 manat, Cavabdeh6 10.000 manat və Cavabdeh1 3.762 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında nisyə un alqı-satqı isə ilə bağlı münasibətlər mövcud olub. Hazırda iddiaçı, cavabdehlərin aralarında şifahi şəkildə bağladıqları nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozaraq, ona tələbdə qeyd olunan məbləğlərdə borclarının yarandığını bildirərək, həmin borc məbləğlərinin və onun gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın öd ənilməsini iddia edir. İşdən görünür ki, cavabdehlərdən Cavabdeh3 6.024 manat, Cavabdeh7 480 manat, Cavabdeh9 1.850 manat, Cavabdeh10 1.400 manat borcu, Cavabdeh2 3.840 manat, Cavabdeh12 1.700 manat, Cavabdeh1 3.762 manat və Cavabdeh4 3.000 manat məbləğində iddiaçıya borclu olduqlarını yazılı ərizə təqdim etməklə etiraf ediblər. Digər cavabdeh, Cavabdeh6 isə 11 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan 10.000 manat borc pul alıb və 11 fevral 2015-ci il tarixədək həmin borcu qaytarmağı öhdəsinə götürüb. Qeyd olunan cavabdehlərə münasibətdə iddiaçının tələbinin əsası kimi istinad etdiyi sübutlar cavabdehlərin etirafından, borc müqaviləsindən və borcun etirafı haqqında sənədlərdən ibarətdir. Eyni zamanda, iddiaçı borcu etiraf etməyən cavabdehlərə münasibətdə isə məhkəməyə he ç bir sübut təqdim etməyib. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.A.Şirinov sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanı lıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 427, 445.7, 567, 597.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın tam təmin edi lməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil3 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. İddiaçı, cavabdehlə r Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Maarif Cəfərov, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsi nə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə isə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla a pelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmi n olunmayan hissəsində mübahisəndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisəndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin mübahisələndir ilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın tam təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, cavabdehlərdən Cavabdeh3 6.024 manat, Cavabdeh7 480 manat, Cavabdeh9 1.850 manat, Cavabdeh10 1.400 manat borcu, Cavabdeh2 3.840 manat, Cavabdeh12 1.700 manat, Cavabdeh1 3.762 manat və Cavabdeh4 3.000 manat məbləğində iddiaçıya borclu olduqlarını yazılı ərizə təqdim edərək etiraf ediblər. Digər Cavabdeh6 isə 11 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan 10.000 manat borc pul alıb və 11 fevral 2015-ci il tarixədək həmin borcu iddiaçıya qaytarmağı öz öhdəsinə götürüb. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə biri nci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, hər hansı hüquqi əsasla yaranmış borcun ödənilməsi ilə bağlı işlərdə borcun olmasını təsdiqləyən mötəbər sübutlar cavabdehin etirafı və ya borc müqaviləsi və yaxud borcun etirafı haqqında sənəd ola bilər. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddiaçı, ümumiyyətlə məhkəməyə cavabdehlərdən iddia tələbini etiraf etməyənlər Cavabdeh8, Cavabdeh13, Cavabdeh11 və Cavabdeh5 iddia tələbində qeyd olunan məbləğdə ona borclarının olmasını təsdiqləyən hər hansı sübutları təqdim etməyiblər. Halbuki, Ha lbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibə tini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi, qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, bu hissədə kassasiya şikayətinin dəlilləri tam əsassızdır. Çünki, cavabdehlər Cavabdeh8, Cavabdeh13, Cavabdeh11 və Cavabdeh5 iddiaçıdan nisyə un almaları və sonuncuya hər hansı məbləğdə borclu qalmaları mülki iş materialları ilə istisna olunur. Digər tərəfdən, iddia tələbinin borc məbləğlərinin gecikdirilməsinə görə cavabdehlərdən illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşıb haqlı olaraq qeyd etmiş dir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, kreditor gecikdirilmiş vaxt üçün illik beş faizi o vaxt tələb edə bilər ki, borclunun kreditor qarşısında pul məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi mövcud olsun və borclu həmin öhdəliyi müəyyən edilmiş müddətdə icra etməsin. Hazırkı mübahisə üzrə apellyasiya instansiyası məhkəməsi yuxarıdakı qənaətinə görə cavabdehlərdən bir qisminin iddiaçı qarşısında hər hansı pul öhdəliyi olmadığından, digərlərinə münasibətdə isə öhdəliyin icrası vaxtı dəqiq müəyyən olunmadığından iddiaçı həmin maddəyə istinad edərək, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etməkdə haqlı olmayıb. Odur ki, birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi qənaət də əsaslıdır. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası m əhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(103)-3385/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4707/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4707/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver