Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4707/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, müddətin üzrsüz səbəbdən buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim) Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2(103)-3429/2023 saylı qərardadından Cavabdeh kassa siya şikayətinə 18 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 18 may 2022-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, həmin müqavilə üzrə 70.000 ( yetmiş min) manat əsas borc, xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 30.000 (otuz min) manat əsas borc, 9480 (doqquz min dört yüz səksən ) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 20.000 (iyirmi min) manat əsas borc, 5200 (beş min iki yüz ) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 50.000 (əlli min) manat əsas borc, 12.400 (on iki min dört yüz) manat dəbbə pulu və 488 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-719/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqavilələrinə xitam verilmiş, xx.xx.2022-ci il tarixli kredit müqavilə üzrə 70.000 (yetmiş min) manat əsas borc, xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənilməmiş 30.000 (otuz min) manat əsas borc, 1500 ( bir min beş yüz ) manat dəbbə pulu, xx.xx.20 22-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 20.000 (iyirmi min) manat əsas borc, 1000 (bir min) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 50.000 (əlli min) manat əsas borc, 2000 ( iki min ) manat dəbbə pulu, ümumilikdə 174.500 (bir yüz yetmiş dörd min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 488 (dörd yüz səksən səkkiz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ramin Xəlilov) b) Apellyasiya instansiyası məhkəməsində icraat
3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində, yəni dəbbə pulu ilə bağlı hissədə ləğv, iddia tələbinin tam təmin edilməsi barəd ə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Həmçinin cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin dəbbə pulu hissəsində tam rədd edilməsi, əsas borca münasibətdə isə ödənilmiş məbləğlər nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ilə 2(103)-3429/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı apellyasiya şikayətləri təmin edilməyərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-719/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qətnaməsi apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Elşən Kazımov) c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
6. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsini qətnaməsini ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3897/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)3429/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Ali Məhkəmə həmin qərardadında qeyd etmişdir ki, iddia ərizəsinin verilməsinə görə birinci instansiya məhkəməsində 488 manat məbləğdə dövlət rüsumu ödənilmiş, apellyasiya şikayətləri üçün iddiaçı 244 manat, cavabdeh 250 manat məbləğdə dövlət rüsumları ödəmişlər, cavabdeh hazırkı kassasiya şikayətinin verilməsinə görə isə 125 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Başqa sözlə, cavabdeh 244 manat dövlət rüsumu ödəməli olduğu halda, daha az məbləğdə dövlət tuşumu ödəmişdir. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3429/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3429/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
10. Bundan sonra Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün müddətin bərpa edilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.
11. Müddəti n bərpası barədə ərizə belə əsaslandırılmışdır ki, dövlət rüsumu ödənilən zaman yanlışlığa yol verilmiş, texniki səhv olaraq 125 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, ödənilməmiş 125 manat dövlət rüsumunu ödəməklə Mülki Prosessual Məcəllənin 408.5 maddəsinin tələbinə əsasən, kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi xahiş edilmişdir.
12. Apellyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək təmin bildirmişdir ki, onlar kassasiya şikayətini qanunla müəyyən edilən müddətdə vermiş, rüsum az olduğu üçün xx.xx.2023-cü il tarixdə Ali Məhkəmə tərəfindən geri qaytarılmışdır. Elə həmin gün rüsumun qalan hissəsini də ödəmiş və kassasiya şikayətini yenidən elektron sistemə yükləmişdir.
13. Bakı Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3429/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)3429/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Elşən Kazımov)
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə Ali Məhkəmə tərəfindən rüsum natamam ödənildiyindən geri qaytarılmış, bundan sonra cavabdeh qalan 125 manat rüsumu xx.xx.2023-cü il tarixdə ödəsə də, elektron sistemdən görünür ki, cavabdeh hazırkı ka ssasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəni xx.xx.2023-cü il tarixdə vermişdir. Bununla da məlum olur ki, cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi müddəti üzrlü səbəb olmadan ötürülmüşdür.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin kassasiya şikayəti vermək üçün müddətin bərpa edilməsi barədə ərizəsində müddətin ötürülmə səbəbi kimi sadaladığı hallar (dövlət rüsumu ödənilən zaman yanlışlığa yol verilməsi, texniki səhv olaraq 125 manat məbləğində ödənilməsi) buraxılmış prosessual müddətin bərpası üçün üzrlü əsas olmadığından ərizə təmin edilməməli, kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosess ual Məcəllənin 47.1, 130.1, 133.1 və 405.0.1-ci maddələri ilə əsaslandrımışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayət olunan qərardad qəbul edilərkən prosessual normaların tələblərinə riayət edilməmiş, əsassız olaraq şəxsin məhkəməyə müraciət edərək öz hüquq və azadlıqlarının müdafiə edilməsinin həyata keçirilməsi məhdudlaşdırılmışdır. Belə ki, şikayət olunan qərardadda qeyd edilmişdir ki, “ hazırkı halda cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə Ali Məhkəmə tərəfindən rüsum natamam ödənildiyindən geri qaytarılmış, bundan sonra cavabdeh qalan 125 manat rüsumu xx.xx.2023-cü il tarixdə ödəsə də, elektron sistemdən də görünür ki, cavabdeh hazırkı kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəni xx.xx.2023-cü il tarixdə vermiş, bununla da məlum olur ki, cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi müddəti üzrlü səbəb olmadan ötürülmüşdür”. Lakin hazırkı kassasiya şikayətinə qoşma kimi əlavə edilən sənədlərdən də göründüyü kimi, cavabdeh tərəfindən dövlət rüsumu xx.xx.2023-cü il tarixdə yenidən ödənilməklə, müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair ərizə ilə birlikdə elə həmi n tarixdə kassasiya şikayəti elektron kabinetə yerləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırılma aparılmadan iddiaçının şifahi mülahizələrinə əsasən müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair ərizənin xx.xx.2023-cü il tarixdə verildiyi qənaətinə gəlinmişdir, halbuki hazırkı iş üzrə təqdim edilmiş sübutlardan da göründüyü kimi cavabdeh tərəfindən 2(102)-3897/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixdə qərardad sistemə yükləndikdən dərhal sonra qeyd edilən ərizə müvafiq dövlət rüsumu ilə birlikdə elektron sistemə əlavə edilmişdir. Həmçinin qeyd edilən iş üzrə iş materialları apellyasiya instansiyası məhkəməsinə qaytarıldıqdan dərhal sonra yənixx.xx.2023-cü il tarixdə qeyd edilən ərizə dövlət rüsumu ilə birlikdə cavabdeh tərəfindən apelly asiya instansiya məhkəməsinə təqdim edilmişdir. Kassasiya şikayəti prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində təqdim edilmiş, dövlət rüsumu texniki səbəblərdən az ödənildiyi üçün geri qaytarıldıqdan dərhal sonra dövlət rüsumu ödənilərək müvafiq ərizə ilə elektron sistemə əlavə edilmişdir. Buna görə də hazırkı iş üzrə prosessual müddətin ötürülməsi apellyasiya instansiya məhkəməsi tərəfindən üzrlü hesab edilərək kassasiya şikayəti icraata qəbul edilməli və şəxsin öz hüquq və azadlıqlarının məhkəmədə müdafiə edə bilməsi əsassız məhdudlaşdırılmamalı idi. Cavabdeh tərəfindən müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizənin müvafiq qərardad qəbul edildikdən dərhal sonra dövlət rüsumu ilə birlikdə təqdim edilməsini təsdiq edən sübutun apellyasiya instansiyasına təqdim edilməsinə baxmayaraq sonuncu tərəfindən qeyd edilən hallar nəzərə alınmamış və qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Cavabdeh tərəfindən prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqlardan vicdanla istifadə edilmiş, müvafiq sənədlər məhkəməyə vaxt itirilmədən dərhal təqdim edilmiş, yol verilmiş pozuntular təxirə salınmadan aradan qaldırılmış, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilənlər nəzərə alınmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1 Məhkəmə qanunla müəyyən ed ilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədə n saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası qərardadı tam yoxlayır.
22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normaların ı düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə Ali Məhkəmə tərəfindən rüsum natamam ödənildiyindən geri qaytarılmış, bundan sonra cavabdeh qalan 125 manat rüsumu xx.xx.2023-cü il tarixdə ödəsə də, elektron sistemdən görünür ki, cavabdeh hazırkı kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəni xx.xx.2023-cü il tarixdə vermişdir. Bununla da cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi müddəti üzrlü səbəb olmadan ötürülmüşdür.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.
26. Cavabdehin istər müddətin bərpası barədə ərizəsinin, istərsə də kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, cavabdeh tərəfindən dövlət rüsumu xx.xx.2023-cü il tarixdə yenidən ödənilməklə, müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair ərizə ilə birlikdə elə həmin tarixdə kassasiya şikayəti elektron kabinetə yerləşdirilmiş, lakin apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almamışdır.
27. Məhkəmə kollegiyası cavabdehin bu dəlillərini əsaslı saymır. Belə ki, cavabdeh dövlət rüsumunun çatmayan hissəni xx.xx.2023-cü il tarixdə ödənməklə, müddətin bərpasına dair ərizə ilə birlikdə elə həmin tarixdə, yəni xx.xx.2023-cü il ta rixdə kassasiya şikayətini elektron kabinetə yerləşdirilməsini bildirsə də, elektron məhkəmə sistemindən cavabdehin kassasiya şikayətini xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirməsi təsdiqini tapmır. Elektron məhkəmə sistemindən görünür ki, cavabdeh müddətin bərpasına dair ərizə ilə birlikdə kassasiya şikayətini xx.xx.2023-cü il tarixdə həmin sistemə yerləşdirib. Beləliklə, cavabdehin yeganə dəlili təkzib edilir.
28. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, MPM-in 408.5-ci maddəsinə əsasən həmin Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Bu müddəanın mənasına görə, kassasiya şikayəti verildiyi anda onun verilməsinə dair pro sessual hərəkət bitmiş hesab olunur, onun müvafiq apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi anınadək tamlığı təmin edilməli, kassasiya şikayətinin verilməsi ilə bağlı hər hansı nöqsanlar onun verilməsi üçün nəzərə tutulmuş müddətdə aradan qaldırıla bilər.
29. Ali Məhkəmə tərəfindən kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadın qəbul edilməsi məqamında, həmin kassasiya şikayəti ilə bağlı məhkəmə icraatına yekun vurulur, həmin kassasiya şikayətinin hər hansı prosessual dəyəri sıfıra enir və bundan sonra şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
30. Hazırkı işdə kassator olan cavabdehin peşəkar vəkillə təmsil olunması onun kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etməyin qaydalarından xəbərsiz olmasını istisna ed ir.
31. Belə hallarda nəzərə alınmalıdır ki, peşəkar hüquqi yardım göstərən vəkil tərəfindən kassasiya şikayətinin tərtibi zamanı şikayətin forma və məzmun tələbinə riayət edilməməsi, vəkil orderinin əlavə edilməməsi, dövlət rüsumunun ödənilməməsi və yaxud az ödənilməsi, şikayətin imzalanmaması, şikayətin elektron qaydada verilməməsi kimi pozuntular qəbuledilməzdir və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu halların təkrar kassasiya şikayətinin verilməsi zamanı müddətin bərpasını mümkün edən üzrlü səbəb kimi qiymətləndirilməməsi düzgün olmuşdur.
32. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənləri və Mülki Prosessual Mə cəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3429/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.