Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4709/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əmrin ləğv edilməsi, işə bərpa olunma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasına qarşı əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-751/2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 19 sentyabr 1992-ci il tarixli 127 nömrəli Əmri ilə, İddiaçı poliklinikanın şöbəsinin prosedur otağına tibb bacısı, xx.xx.1993-cü il tarixdə həmin poliklinikanın şöbəsinin baş tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir.
2. Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 24 aprel 2021-ci il tarixli 107-K nömrəli Əmri ilə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə 18 gün pulun əvəzinin ödənilməsi əmr edilmişdir. Əmrə əsas kimi İddiaçı izahatı və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Bakı şəhəri 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad edilməsi barədə 24 aprel 2021-ci il tarixli 107-K nömrəli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, uzun müddətdir ki, o, işdən azad olunarkən lazımi araşdırmalar aparılmamışdır. İşəgötürən Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmalıdır. Lakin bu hallarla əlaqədar heç bir əsaslandırma aparılmamış, əsassız olaraq əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilmişdir.
5. Məhkəmə iclasında cavabdeh X4 vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, vaksinlərin havaya püskürdülməsi məsələsi əməliyyat axtarış tərəfindən araşdırma aparılan zaman müəyyən edilmişdir. Xəstəxanaya gizli kameralar quraşdırılmış və h əmin sübutlar istintaqa təqdim edilmişdir. İddiaçının yol vermiş xətasına dair etiraf ərizəsi də vardır o ərizə araşdırmaya təqdim olunmuşdur. İzahatın əsli cinayət işindədir. İddiaçı vaksini kənara töküb, pasport vermişdir. İddiaçı cinayət işində şahid qismində ifadə vermişdir. Onun barəsində məhkəməyə ittiham verilməmişdir. İddianın heç bir əsası yoxdur və rədd edilməlidir. İddiaçı işində kobud pozuntuya verdiyi üçün işdən Əmək Məcəlləsinin “ç” bəndinə əsasən azad olunmuşdur. Bununla bağlı həmkarlar ittifaqının nümayəndəsinin iştirakı ilə iclas keçirilmiş, iddiaçının işində yol verdiyi kobud pozuntulara görə onun işdən azad edilməsi qərara alınmışdır.
6. Məhkəmə iclasında iddiaçı verdiyi izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə COVİD-19 virusuna görə peyvəndlə bağlı iş yerind ə xoşagəlməz hadisələr baş vermiş, korrupsiyanın əməkdaşları demişlər ki, peyvəndlə bağlı saxta sənəd verilmişdir. O vaksinasiyaların xarab olmamasına nəzarət edir, birbaşa vaksinasiya etmir. Gün ərzində vaksinasiya ilə bağlı akt tərtib olunur ki, orda da onun adı olmur. Həmin gün bir nəfər ona bankla bağlı pul verməli idi. Həmin adam borcunu ona qaytarmış, ona 100 manat vermişdir. Prokurorluğun Korrupsiya İdarəsində ondan şahid qismində ifadə almışlar. Orada vəziyyət elə gərgin olmuşdur ki, nə yazmasını xatırlamır. İstintaq yekunlaşmış, hazırda iş Bakı şəhər Nizami Rayon Məhkəməsindədir. Ona qarşı ittiham irəli sürülməmişdir. Lalə xanım ona korrupsiyada yazdığı ifadəni burda da yazmasını təklif etmiş, yazmayacağı halda onu işdən çıxaracağını bildirmişdir. Ona görə də izahatında vətəndaş a peyvənd vurmamasını, buna görə ona 50 manat hörmət etmələrini qeyd etmişdir. İzahatı baş həkimin təsiri altında yazmışdır. Həmçinin o bildirmişdir ki, onun barəsində tənbeh verilmədiyi, hökm və ya inzibati xəta tətbiq edilmədiyi halda onu əsassız olaraq “ç” bəndi ilə işdən çıxarmış həmkarlar ittifaqının nümayəndəsinin iştirakı ilə keçirilmiş iclasına çağrılmamış, həmkarlar ittifaqının nümayəndəsinin çağırılmasına dair təqdimat verilməmişdir. Protokolda işdən çıxarma əmri də baş həkim tərəfindən imzalanmışdır. Əmrdə əsas kimi Şaripovanın ərizəsi qeyd edilmişdir.
7. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanası üzrə tibb şurasının xx.xx.2021-ci il tarixli 1 nömrəli protokolundan çıxarışa əsasən, poliklinikanın baş tibb bacısı İddiaçı qey diyyatçı vəzifəsində işləyən Kərimova Səadətin gətirdiyi tanışını 50 manat pul müqabilində vaksin vurulmadan vurulmuş kimi göstərilmişdir. Bu barədə İddiaçı və Gülnarə Qasımova yazılı izahat vermişlər.
8. Məhkəməyə təqdim edilmiş İddiaçı xx.xx.2021-ci il tarixli izahatında qeyd etmişdir ki, təxminən bir həftə öncə qeydiyyatçı Kərimova Səadət ona xahişlə yaxınlaşaraq demişdir ki, onun qohumunun allergiyası var, təzyiqlidir, trombları var və vaksin vurulmasından qorxur. İşdən məcbur göndərmişlər. Xahiş etmişdir ki, yola vermək lazımdır. Portaldan keçib. Ona yaxınlaşaraq xahiş etmişdir ki, ona vaksin vurulmasın, buna görə ona 50 manat hörmət etmişlər. Ona COVİD-19 vaksini vurulmamışdır.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(007)2456/2021 saylı qətnaməsi ilə ( hakim Həqiqət Əhmədova) iddia tələbi rədd edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bunu iddiaçı öz etiraf ərizəsində də təsdiq etmişdir. Sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının nümayəndəsi, xəstəxananın qəbul etdiyi əmrlərin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 7.2, 11.1, 70-ci maddəsinin “ç” bəndinə, 71.2-ci maddələrinə, Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətində göstərilmişdir ki, izahat baş həkimin təsiri altında onu aldadaraq və hədə-qorxu altında yazılmışdır. Cavabdeh istinad etdiyi hallara dair sübut təqdim etməmişdir.
14. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vəkil sorğusuna cavab məktubunda göstərilmişdir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü, X3 həmin Məcəllənin 32.4, 308.1 və 32.4, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair istintaqı aparılmış və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilən ********* nömrəli cinayət işi üzrə şahid qismində X2 əməlində cinayət tərkibi olmadığından 23 avqust 2021-ci il tarixli qərar ilə barəsində cinayət işinin başlanması rədd edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-751/2022 nömrəli iş üzrə 24 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçı ilə bağ lanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməsi qanun pozuntusu kimi qiymətləndirilə bilməz.
17. İddiaçı izahatı hədə-qorxu və baş həkimin təsiri altında yazdığını bildirsə də, bu hallar müəyyən edilməmişdir. İddiaçının şəxsə vaksin vurulmadan vurulmuş kimi qeydiyyat aparması işəgötürənin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin dispozisiya şərtlərini yaradır.
18. İddiaçının barəsində cinayət işinin başlanılmasının rədd edilməsi onun işdən azad edilməsi barədə əmrin qanunsuz olması və hazırki iddianın təmin edilməli olması qənaətinə gəlməyə əsas verən hal deyildir. Apelyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Resp ublikası Əmək Məcəlləsinin 10, 70ci maddəsinin “ç” bəndi, 71.2, 71.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
23. Maddə
70. Bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
24. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötür ənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıd ır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir.
35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxa rıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-751/2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.