Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-471/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, şahid ifadələri, tərəflərin vəsatətlərinə münasibət bildirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, kassator İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1750/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 27, mənzil 88 də yerləşən ümumi sahəsi 52.47 kv.m, yaşayış sahəsi 29.22 kv.m. olan iki otaqlı mənzil (bundan sonra – mübahisəli mənzil) xx xxxxxx 2013-cü il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən X1 adından etibarnamə əsasında çıxış edən X8 tərəfindən 20.000 manata Cavabdeh (bundan sonra – cavabdeh) satılmışdır. Həmin mənzil cavabdehin adına xx xxxx 2013-cü il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzil İddiaçı (bundan sonra – iddiaçı) ilə cavabdeh arasında bağlanmış xx xxxx 20 14-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən, sonuncu tərəfindən 25.000 manata iddiaçıya satılmış, xx xxxx 2014-cü il tarixdə onun adına qeydiyyata alınmışdır. Cavabdeh mübahisəli mənzildə rəsmi qeydiyyatdadır. «xxxx» ASC və iddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 07-4941-DİK saylı kredit müqaviləsi əsasında sonuncuya 17500 manat məbləğində kredit verimiş, həmin tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh borcluya (iddiaçıya) zamin durmuş və eyni tarixli ipoteka müqaviləsi ilə mübahisəli mənzil kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin m übahisəli mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası tərəfindən Sumqayıt şəhərində ona bir otaqlı mənzil verilmişdir. İddiaçının hazırda Rusiya Federasiyasında yaşayan dayısının problemləri olduğundan iddiaçıya məxsus həmin bir otaqlı mənzil satılaraq onun problemlərinə xərclənmişdir. Bunun əvəzi olaraq dayısı da Saray qəsəbəsindəki özünə məxsus torpaq sahəsinin satılaraq mübahisəli mənzilin alınmasını həll etmişdir. Cavabdeh iddiaçının xalası olduğundan, cavabdehə mənzildə yaşamasına və qeydiyyatda qalmasına müvəqqəti icazə vermişdir. Hazırda isə cavabdeh mübahisəli mənzildən çıxmayaraq iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Cavabdeh qarş ılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair onunla iddiaçı arasında Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında alınmış çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X7 yaşayan qardaşı Saray qəsəbəsində özünə məxsus torpaq sahəsini sataraq mübahisəli mənzili onun üçün almış, mənzil 2008-ci ildə etibarnamə əsasında alınmışdır. Mənzilin pulunu özü ödəsə də, etibarnamə bacısı X5 verilmişdir. Səbəbi isə o idi ki, əgər etibarnamə onun özünə verilsəydi, sonradan həmin mənzili öz adına keçirə bilməyəcəkdi. xx.xx.2013-cü il tarixdə o, bacısı (Aynurənin anası) ilə formal şəkildə alqı-satqı etmişdir. Aynurənin özü və anası borca düşdüklərindən ondan xahiş etmişlər ki, mənzili banka girov qoyub pul götürsünlər. Bacısı qızına ürəyi yanaraq evin banka girova qoyulmasına razılıq vermişdir. Özü heç bir yerdə işləmədiyi üçün ona kreditə pul verilməyəcəyini bildirmişlər. İddiaçı işlədiyinə görə bacısı ona təklif etmişdir ki, mənzili qızının adına keçirərək ipoteka qoyub pul götürərək, öz borclarını bağlasınlar. Bacısına güvənib buna etiraz etməmişdir. xx.xx.2014-cü il tarixdə o, bacısının qızı ilə mənzili formal olaraq alqı-satqı etmişdir. Həmin formallıq mənzilin dəyərinin 25.000 manat göstərilməsində də öz əksini tapmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, iddiaçının xalası, cavabdehin isə bacısıdır. X7 yaşay an qardaşı özünə məxsus olan torpaq sahəsini sataraq mübahisəli evi Sevilə almışdır. Aynurənin özü və anası borca düşdüklərindən Sevilə demişlər ki, evi banka girov qoyub pul götürsünlər. Sevil də evin banka girova qoyulmasına razılıq vermişdir. Lakin bankdan kredit götürüləndən sonra da iddiaçı banka olan borcunu ödəməmişdir. İddiaçının yerinə isə həmin borcun bir hissəsini Sevil, bir hissəsini isə Rusiya Federasiyasında yaşayan qardaşı ödəmişdir. X2 da ifadəsində göstərmişdir ki, X7 yaşayan qardaşı özünə məxsus olan torpaq sahəsini sataraq mübahisəli evi Sevilə alımışdır. Mübahisənin bu vəziyyətə gəlib çıxması iddiaçının borcunu bağlaması üçün bankdan pul götürməsi olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-517/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.İbrahimov) ilk iddia tələbi təmin edilmiş, cavabdehin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilmiş, onun mübahisəli mənzildən çıxarılması qət edilmiş, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi rədd olunmuşdur. İlk iddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzili müqavilə əsasında əldə etmiş, cavabdeh isə mübahisəli mənzilə dair mülkiyyət hüququnun elementlərindən olan istifadə hüququnu itirmişdir. Hazırda cavabdehin mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalmaqla yaşaması iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə mane olur. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı təl əbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir. Beləliklə, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən alınmış çıxarışın ləğvi üçün əsaslar müəyyən edilmədiyindən, qarşılıqlı iddia tələbi rədd olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.4, 178.1, 646.1, 646.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2822/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tari xli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), S.Qafari və F.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, Sumqayıt şəhər 4 saylı Notariat kontorunda iddiaçı və cavabdeh arasında bağlanmış AN-İ ******* saylı, xx xxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının adına verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarış ləğv edilmişdir. İşin apellyasiya icraatı zamanı «xxxx» MMC-nin xx xxxx 2019-cu il tarixli rəyinə əsasən müəyyən olunmuşdur ki, mübahisəli mənzilin 2014-cü il tarixə bazar dəyəri 56.000 manat, 2019-cu il ta rixə bazar dəyəri 60.000 manat təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi zamanı dindirilmiş şahid ifadələrinə, cavabdeh tərəfindən mənzilin alqı-satqısı ilə əlaqədar pulun alınması ilə bağlı hər hansı sübut və ya qəbzin olmamasına, iddiaçı ilə “xxxx” ASC-nin Sumqayıt filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit, eyni tarixli zaminlik və ipoteka müqavilələrinə, “S-Əmlak” qiymətləndirmə mərkəzinin xx.xx.2019-cu il tarixli məktubuna istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsi formal olaraq, başqa əqdi pərdələmək üçün bağlanmışdır. Belə ki, iddiaçı bankdan girov götürmək məqsədi ilə cavabdehlə alqı-satqı müqaviləsi bağlamış, lakin bunun müqabilində cavabdehə pul verilməmiş, mənzil isə iddiaçıya təhvil verilməmişdir. Bundan başqa, tərəflər arasında müqavilə bağlandıqdan sonra, xx.xx.2014-cü il tarixdə iddiaçı bankdan kredit götürmüş, cavabdeh ona zamin durmuş və mübahisəli mənzil ipoteka qoyulmuşdur. Cavabdeh iddiaçının kredit müqaviləsi əsasında Banka olan borcundan onun adından pul ödəmişdir. Cavabdeh hal-hazıradək, alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, mübahisəli mənzildə yaşayır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324.1, 324.4, 331.1, 334.1, 337.1, 337.2, 337.4, 340.2, 567-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-659/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakim lər – İ.Dəmirov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və Ə.Əhmədov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi tərəflərin birinci instansiya məhkəməsində verdikləri izahatları əsas götürərək qeyd etmişdir ki, hər iki tərəf mübahisəli mənzilin iddiaçının dayısının, cavabdehin isə qardaşının pul vəsaiti hesabına alınmasını mübahisələndirmirlər. İddiaçının nümayəndəsi qeyd etmişdir ki, mənzil iddiaçı üçün alınmışdır, çünki iddiaçı əvvəllər özünə məxsus bir otaqlı mənzili sataraq dayısının problemlərinin həll olunmasına köməklik göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin dəlili ilə əlaqədar araşdırma aparmamış, mənzilin iddiaçı, yaxud cavabdeh üçün alındığını aydınlaşdırmamış, bununla əlaqədar iddiaçının dayısının (cavabdehin qardaşının) hazırkı mübahisəyə münasibət bildirməsini tərəflərə təklif etməmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə apellyasiya qaydasında baxan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən qeyd olunmuş halları tam araşdırmadan Mülki Məcəllənin 340-cı maddəsini düzgün tətbiq etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(105)-1750/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və F.Zeynallı) cavabdehin verdiyi apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qət namə qəbul edilərək, ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, cavabdeh və iddiaçı arasında Sumqayıt şəhər 4 saylı Notariat kontorunda bağlanmış AN-İ ******* saylı, xx xxxx 2014-cü il tarixli 4-Ə № ilə Reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının adına qeydiyyata alınmış xx xxxx 2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarış ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-in 420-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq, kollegiyanın iclasında tərəflərin izahatlarına əsasən müəyyən etmişdir ki, iddiaçının dayısı, cavabdehin isə qardaşı olan X3 Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır. X14 teleqram ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək göstərmişdir ki, məhkəmə prosesində şəxsən iştirak edib ifadə vermək istəyirdi, lakin hazırkı məlum hadisələrlə əlaqədar olaraq bu mümkün deyildir. İddiaçı və X8 bacısı Cavabdeh mənzilini dələduzluq yolu ilə ələ keçirmişlər. İddiaçı iddia edir ki, guya əvəllər özünə məxsus olmuş bir otaqlı mənzilini dayısının problemlərinin həll olunması üçün satmışdır. O, bu faktı tamamilə təkzib edir. 1986-cı ildən 2018-ci ilə kimi ona maddi dəstəyi vardır və bu hallar ödəmə sistemləri ilə öz təsdiqini tapır. İddiaçının vətəndaşları aldadıb borc götürdüyü və geri qaytarmadığı barədə ayrı-ayrı şəxslər tərəfindən telefonla zəng edib məlumat verilmişdir. Mübahisəli mənzil bacısı Cavabdeh məxsusdur. Apellyasiya instansiyası məh kəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf ona təklif edilməsinə baxmayaraq əvvəllər özünə məxsus olmuş bir otaqlı mənzilin hansı ünvanda yerləşməsi, mənzilin neçə kvadratmetr sahədən ibarət olması, mənzilin nə vaxt alınması və satılması, həmin mənzilin məhz dayısının problemlərinin həll olunması üçün satılması və həmin vaxt dayısına nə qədər pul vəsaitinin verilməsi faktlarını təstiq edən, ilk iddianın təmin olunmasına dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilin alqı-satqı müqaviləsində qeyd olunan qiymətə deyil, faktiki surətdə 41.000 ABŞ dollarına alınıb satılması işin mübahisəsiz halıdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ilk iddia əsassız olub, başqa sübutlarla öz təsdiqin i tapmayıb təkzib olunduğuna görə rədd edilməli, qarşılıqlı iddia ərizəsi əsaslı olub, toplanmış sübutlarla öz təsdiqini taparaq işin faktiki hallarına uyğun olduğu üçün təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324.1, 324.4, 331.1, 334.1, 337.1, 337.2, 337.4, 340.2, 567-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalar ını pozmuş, qətnamə ilə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Kassasiya şikayətinə görə, birinci instansiya məhkəməsində ifadə verən şahidlər qohumları olmaqla ona qarşı qərəzli mövqedə olmuşlar, onlarla münasibətləri yaxşı deyil, bankdan götürdüyü kredit də özü tərəfindən ödənilmişdir. Həmin kredit məbləğini xüsusi mülkiyyətində olan mənzili ipoteka qoymaqla özü üçün götürmüşdür. Mübahisəli mənzil onun tərəfindən qanuni yolla alınmışdır, mənzilə görə ödənilmiş pulu cavabdeh bank vasitəsi ilə götürmüdür, lakin məhkəmə bununla bağlı araşdırma aparmamışdır, müqavilənin formal bağlanması ilə əlaqədar hər hansı sübut təqdim olunmadığına baxmayaraq müqaviləni formal hesab etmişdir. Beləliklə, məhkəmə tərəfindən Konstitusiyanın 13, 29, 43, Mülki Məcəllənin 148.2, 152.1, 157.1, 178.1, MPM-n in 77, 88, 217, 218-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasna baxmayaraq iş üzrə cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Cavabdeh və onun vəkili X15 ayrı-ayrılıqda məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini, bu səbəbdən iclasın təxirə salınmağını xahiş etmiş, lakin bununla bağlı hər hansı sübut təqdim etməmişl ər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayə tində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Məhkəmənin tələbi ilə şahid öz ifadəsini y azılı tərtib edə bilər (maddə 104.1, 104.2). Sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir (maddə 194.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmə k üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər (maddə 220.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki mövqeyi ondan ibarət olmuşdur ki, hər iki tərəf mübahisəli mənzilin iddiaçının dayısının, cavabdehin isə qardaşının pul vəsaiti hesabına alınmasını mübahisələndirmirlər. İddiaçının nümayəndəsi qeyd etmişdir ki, mənzil iddiaçı üçün alınmışdır, çünki iddiaçı əvvəllər özünə məxsus bir otaqlı mənzili sataraq dayısının problemlərinin həll olunmasına köməklik göstərmişdir. La kin apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin dəlili ilə əlaqədar araşdırma aparmamış, mənzilin iddiaçı, yaxud cavabdeh üçün alındığını aydınlaşdırmamış, bununla əlaqədar iddiaçının dayısının (cavabdehin qardaşının) hazırkı mübahisəyə münasibət bildirməsini tərəflərə təklif etməmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi X11 adından Rusiya Federasiyasından məhkəməyə göndərilmiş teleqram və elektron məktub əsasında belə qənaətə gəlmişdir ki, mübahisəli mənzil həmin şəxs tərəfindən məhz cavabdeh üçün alınmışdır. MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri əsas sübut növlərindən biri kimi müəyyən edilmişdir. Lakin Məcəllənin 104-cü madəsi nəzərdə tutur ki, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir, eyni zamanda məhkəmənin tələbi ilə ş ahid öz ifadəsini yazılı tərtib edə bilər. Bununla yanaşı, prosessual qanunvericiliyə əsasən hakim şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir, şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alır və iltizamı məhkəmə iclasının protokoluna əlavə edir (maddə 194.1). MPM şahid ifadələrinin konkret məhkəmə baxışından kənar məhkəmə tapşırığı (maddə 83) və sübutların təmin edilməsi qaydasında da (maddə 85-87) alınmasını mümkün hesab edir. Lakin qeyd olunan üsullarla şahid ifadələrinin alınması bununla bağlı prosessual qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun həyata keçirilməlidir. Bu baxım dan ayrı-ayrı şəxslərin hüquq və vəzifələri izah edilmədən, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə xəbərdarlıq edilmədən və bununla bağlı iltizam alınmadan məhkəməyə ünvanladıqları sadə yazılı ərizələri şahid ifadələrini əvəz edə və iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Lakin apellyasiya instansiyası məhkəməsi X11 adından Rusiya Federasiyasından məhkəməyə göndərilmiş teleqram və elektron məktubu şahid ifadəsinə bərabər mötəbər sübut kimi qiymətləndirməklə MPM-in yuxarıda istinad olunan tələblərini pozmuşdur. Bununla yanaşı, işə baxılarkən iddiaçı tərəfindən mübahisəyə Mülki Məcəllənin 354cü maddəsində müəyyən edilmiş müddətlərin (iddiaçı əizəsində həmin müddətləri iddia müddəti adlandırmışdır) tətbiqi barədə ərizə ver ilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin ərizəyə ümumiyyətlə münasibət bildirməmiş, ərizədə qaldırılan məsələ üzrə mövqeyini nə məhkəmə iclas protokollarında, nə də iş üzrə qəbul edilmiş məhkəmə aktında əks etdirməmişdir. Halbuki işin həlli ilə bağlı tərəflərin verdiyi vəsatət (ərizə) məhkəmə tərəfindən qəbul edilibsə məhkəmə həmin vəsatəti (ərizəni) tərəflərlə müzakirə edərək, onun təmin və ya rədd olunması barədə qərar qəbul etməli və bununla bağlı mövqeyini əsaslandırmalıdır. Əgər məhkəmə həmin məsələnin yekun qərar qəbul edərkən müşavirə otağında həll edilməli olduğunu hesab edirsə qətnamənin əsaslandırıcı hissəsində işdə iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilləri əsaslandırmalıdır (maddə 220). Qeyd olunanları nəzər ə alaraq Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələbləri nəzərə alınmaqla yeni məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1750/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-471/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-471/2021
08.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver