Məhkəmə qərarları › İş №2(102)-471/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-471/2024

06.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-471/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: x oğlunun Cavabdeh1 Xaliq qızına və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(103)178/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 26.08.1997-ci il tarixli orderə əsasən Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, S.Hümbətov küçəsi 74 saylı ev Cavabdeh1 verilmişdir.

2. X2, X3, Cavabdeh1, X1 və X4 tərəfindən 2009-cu il tarixdə verilmiş ərizələrinə əsasən, onlar Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, S.Hümbətov küçəsi, 74 saylı evin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər.

3. Bakı şəhəri, Xətai rayonu, Sahib Hümbətov küçəsində yerləşən 74 saylı ev xx.xx.2021-ci ildə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra – iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və iddiaçı həmin ünvanda qeydiyyatdadır. 4. ünvan 1 tarixli qərari ilə Cavabdeh1 və qeyrilərinin Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı (İddiaçı 3-cü şəxs) çıxarışın etibarsız hesab ol unması barədə iddiası rədd olunmuşdur. Həmin qərar qanuni qüvvəsini almışdır.

5. Cavabdeh1 adına xx.xx.1997-ci il tarixdə Bakı şəhəri 5-ci Dairəvi küçəsi, ev 74, mənzil 2; Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Zığ yolu küçəsi ev 32, 72 saylı mənzilin 6/7 hissəsi və 16.07. 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “A” sektoru, 4 saylı bağ sahəsinin 6/7 hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı evdən məcburi şəkildə çıxarılması, ödənilmiş 21 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı ev onun xüsusi mülkiyyətindədir. Cavabdehlər anası Cavabdeh1, bacısı Cavabdeh2 heç bir razılığı və icazəsi olmadan evinə daxil olmuş, dava salaraq qanuni mülkiyyətində olan evindən istifadə hüququnu məhdudlaşdırırlar. O, cinayət etməmək üçün öz doğma evindən çıxıb kirayədə qalmağa məcbur olmuşdur. Mülkiyyət hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-332/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, hal-hazırda iddiaçı cavabdehlə rin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı evdən məcburi şəkildə çıxarılmasını tələb etsə də, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi və ya onların mənzildən çıxarılmaları üçün kompensasiya təklif etməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, cavabdehlər mübahisəli yaşayış sahəsindən istifadə hüququna malik olan şəxslər olduğu üçün onların istifadə hüquqlarına yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. Buna görə də, iddia tələbi təmin edilməməlidir.

11. Məhkəmə mövqeyinin hüquqi əsası kimi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə, Mülki Məcəllənin 228.2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 119, 217.2-ci maddələrinə, “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarı ilə qanunsuz şəkildə iddiaçını öz mülkiyyətindən didərgin salan cavabdeh şəxslərə kompensasiya ödəyəcəyi təqdirdə iddia tələbinin təmin olunacağını qeyd etmişdir. Halbuki, kompensasiya istifadə hüququ olan, yaşamağ a ayrı yeri olmayan şəxsləri mənzildən çıxararkən ödənilməlidir və bu ədalətlidir. Belə ki, kompensasiyanın verilməsində məqsəd odur ki, evdən çıxarılan şəxs mülkiyyətçinin hesabına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. İndiki halda hansı kompensasiyadan söhbət gedə bilməz. 2 il 10 aya yaxın müddətdə ailəsi ilə kirayələrdə qalan mülkiyyətçi öz mülkiyyətinə qayıtmaq üçün, həmin mülkdə yaşaması üçün üstəlik kompensasiya da ödəməlidir? Cavabdeh şəxslərin davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı var və bu səbəbdən hər hansı kompensasiya ödənişi sui-istifadə etməkdən, mülkiyyətçinin daha ağır vəziyyətə düş ürülməsindən başqa bir şey deyildir. Cavabdeh şəxslərin mülkiyyətində və istifadəsində ayrıca əmlakları var. ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 məxsusdur və o, həmin mənzildə qeydiyyatdadır. Digər Cavabdeh2 isə ünvan 3 ünvanında, “Kombinat” deyilən ərazidə yerləşən evdə qeydiyyatdadır və həmin evin vərəsəlik qaydasında bölgüsündən müvafiq paya məxsusdur. Cavabdehlərin bu gün mənzilinə və ya kompensasiyaya heç bir ehtiyacı yoxdur. Əsl həqiqət bundan ibarətdir ki, iddiaçı onların istəyi ilə, məcburən başqa şəxslə zorla nikah qurmaqdan imtina etdiyi üçün ona və ailəsinə qarşı belə haqsız, qanunazidd hərəkətlər edilir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-178/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruz əçi), Pərviz Hüseynov və Cahangir Yusifov) apellyasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia təmin olunmuş və cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı evdən məcburi şəkildə çıxarılmaları qət edilmişdir.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehlərin mülkiyyətində ayrıca yaşayış sahələri olduğu halda, cavabdehlərə mülkiyyətçinin hesabına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən kompensasiya ödənilməli olması səbəbindən iddianı rədd etməklə birinci instansiya məhkəməsinin mövqe yi hazırkı işə tətbiq edilən hüquq normalarının tələblərinə zidd olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

16. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 158.1.2, 228.2-ci maddələrinə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə, habelə Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2, 217.3, 217.4, 372.1, 372.6, 372.7-ci maddələrinə, “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassator şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən qaldırılmış iddia tələbi düzgün araşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərar verilsə də apellyasiya məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir. İddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi mənzil orderə əsasən Cavabdeh1 və ailənin digər üzvlərinin adına olmuş, mənzilin özəlləşdirilməsi ilə əlaqədar bütün ailə üzvləri razılıq vermişdir. Mənzil iddiaçının adına olsa da və onun adına özəlləşdirilsə də cavabdehlər həmin mənzilin onun adına özəlləşdirilməsinə razılıq vermişlər. Mənzil alındığı tarixdən halhazıra kimi onlar qeyd olunan mənzildə yaşamışlar və hal-hazırda da yaşamaqda davam edirlər. Mənzilə istifadə hüquqları yaranmışdır. İddiaçı onları həmin mənzildən çıxarması üçün cavabdehlərə kompensasiya ödəməlidir. Doğrudur, onların başqa yerdə istifadə hüquqları müəyyənləşdirilmiş mənzil olsa da hal-hazırda yaşadıqları mübahisəli mənzil onların mənzilin alındığı gündən istifadələrində olan mənzildir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xita mı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun mənasından da göründüyü kimi mənzildən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən müvafiq kompensasiya verilməsi ilə xitam verilməlidir. Məhkəmə qanunun tələbini nəzərə almadan cavabdehlərin mənzildən çıxarılması ilə bağlı qərar qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərba ycan Respublikasının Konstitusiyası

20. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi

21. Maddə 123.1. Mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respu blikasının Mülki Məcəlləsi

22. Maddə152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

24. Maddə152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmla k barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 158.1.2.Mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqları sayılır.

26. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı

27. Məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompens asiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 Xaliq qızı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız ona aid olan hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

39. Kassasiya instansiyası məhkəməsi ape llyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın ona münasibətdə təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

41. Belə ki, iddiaçı cavabdehlərə qarşı “mən zildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Reyestr Xidməti tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı ev onun xüsusi mülkiyyətindədir. Cavabdeh anası Cavabdeh1 heç bir razılığı və icazəsi olmadan mübahisəli evə daxil olmuş, dava salaraq qanuni mülkiyyətində olan evindən istifadə hüququnu məhdudlaşdırmışdır. Odur ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı evdən məcburi şəkildə çıxarılmasını iddia etmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, hazırda Cavabdeh1 mülkiyyətində ayrıca mənzil vardır. Belə ki, xx.xx.19 97-ci il tarixdən Bakı şəhəri 5-ci Dairəvi küçəsi, 74 saylı evin 2 saylı mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir.

43. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının digər dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhb ər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(103)-178/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 Xaliq qızının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar