Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4710/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2, Cavabdeh1, X3 qarşı, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4710/2022 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh2, Cavabdeh1, X3 qarşı “pul tələbinə dair” ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənəvi ziyan tələbinə dair” qarşılıqlı iddia ərizəsi dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2341/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh1 ilə sonuncuya məxsus 600 m² torpaq sahəsindən 300 m² hissəsini notarial qaydada almaq üçün razılaşmışdır. Sonradan məlum olmuşdur ki, torpaq sahəsi sonuncunun həyat yoldaşı X2 adına sənədləşmişdir. Belə ki, X2 adına Binəqədi rayonu, X7nin 584 saylı 02 iyul 2003-cü il tarixli qərarına əsasən 600 m² torpaq sahəsi ayrılmışdır. Torpaqların bələdiyyə sənədi ilə alqı-satqısı mümkün olmadığından Bakı şəhəri 26 saylı notariat kontorunun xüsusi notariusu X4 iştirakı ilə 29 iyun 2018-ci il tarixdə X5 tərəfindən 80 il müddətinə baş etibarnamə verilmişdir ki, ona məxsus 600 m² torpaq sahəsinin 300 m² sahəsinin gələcəkdə sənədləşməsi və digər hərəkətlərin edilməsi etibar edilir. İddiaçı həmin torpaq sahəsinin müqabilində 14 500 manat məbləğində pulu Cavabdeh1 ödəmişdir. Cavabdeh1 01 iyun 2018-ci il tarixdə Bakı şəhəri 26 saylı notariat kontorunun xüsusi notariusu X4 iştirakı ilə həmin torpaq sahəsinin özəlləşdirilməsinə və satılmasına etiraz etməməsi barədə ərizə vermişdir. Bundan sonra o, həmin torpaq sahəsində ev tikmək istəyərkən Binəqədi rayon İcra Hakimiyyətinin işçiləri həmin əraziyə gələrək torpaq sahəsinin neft şirkətinə aid olduğunu və həmin ərazidə heç bir tikinti apara bilməyəcəyini ona bildirmişlər. Bundan sonra o, Binəqədi RPİ-ə o na qarşı edilmiş dələduzluq hərəkətləri barədə şikayət etsə də, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh2, Cavabdeh1n, X3 qarşı “pul tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq üçün ödədiyi 14500 manat məbləğində pulun və həmin torpaq sahəsi üzərində çəkdiyi hasar üçün xərclədiyi 2500 manat məbləğində pulun və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 17 030 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənəvi ziyan hesabına pul tələbinə da ir” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı Cavabdeh2 vurduğu mənəvi ziyan hesabına 100 000 manat, ödənilmiş dövlət rüsumu hesabına 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İlkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək torpaq üçün ödədiyi 14 500 manat məbləğində pulun və həmin torpaq sahəsi üzərində çəkdiyi hasar üçün xərclədiyi 2 500 manat məbləğində pulun və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 17 030 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin may ayında Binəqədi rayonu ərazisində Araz və Yolçu adlı daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxslərlə tanış olmuşdur. Onlar ona Binəqədi qəsəbəsi ərazisində hansısa generala məxsus iri torpaq sahəsinin ayrı-ayrı şəxslər tərəfindən satıldığını, torpaq sahəsinin normal yerdə yerləşdiyini və münasib qiymətə olduğunu bildirmişlər. O, həmin torpaq sahəsinə baxmaq istədikdə həmin yerə yollanmışlar. Araz və Yolçu onu Cavabdeh1 ilə tanış edib bildirmişlər ki, həmin şəxs özünə məxsus 600 m² torpaq sahəsindən 300 m² hissəsini satmaq istəyir. Sonradan həmin şəxslə danışıq zamanı ona aydın olmuşdur ki, torpaq sahəsi onun həyat yoldaşı X2 adına verilmiş qərar əsasında onlara məxsusdur. Torpaq sənədlərini tələb etdik də ona aydın olmuşdur ki, X2 adına Binəqədi rayonu, X7nin 584 saylı 02 iyul 2003-cü il tarixli qərarına əsasən 600 m² torpaq sahəsi ayrılmışdır. Torpaqların bələdiyyə sənədi ilə alqı-satqısı mümkün olmadığından Bakı şəhəri 26 saylı notariat kontorunun xüsusi notariusu X4 iştirakı ilə 29 iyun 2018-ci il tarixdə X5 tərəfindən baş etibarnamə verilmişdir ki, ona məxsus 600 m² torpaq sahəsinin 300 m² sahəsinin gələcəkdə sənədləşməsi və digər hərəkətlərin edilməsi etibar edilir. Həmin etibarnamə 80 il müddətinə, yəni 29 iyun 2098-ci il tarixə kimi verilmişdir. O, həmin torpaq sahəsinin müqabilində 14 500 manat məbləğində pulu əlbəəl Cavabdeh1 ödəmişdir. Həmin vaxt onun yanında Araz, Yolçu, onu ora gətirən taksi sürücüsü və digər şahidlər olmuşdur. Cavabdeh1 01 iyun 2018-ci il tarixdə Bakı şəhə ri 26 saylı notariat kontorunun xüsusi notariusu X4 iştirakı ilə həmin torpaq sahəsinin özəlləşdirilməsinə və satılmasına etiraz etməməsi barədə ərizə vermişdir. Bundan sonra o, həmin torpağa 2 500 manat məbləğində pul xərcləyərək həmin torpaq sahəsinin sərhədlərini digər həyətyanı sahələrdən ayırmaq üçün daş hasar çəkdirmişdir. Sonradan həmin torpaq sahəsində ev tikmək istəyərkən Binəqədi rayon İcra Hakimiyyətinin içşiləri həmin əraziyə gələrək torpaq sahəsinin neft şirkətinə aid olduğunu və həmin ərazidə heç bir tikinti apara bilməyəcəyini ona bildirmişlər. Bu barədə müxtəlif yerlərə şikayət etsələr də, sonradan həmin general deyilən şəxs Cavabdeh2 adlı şəxslə görüşərək başlarına gələn hadisəni ona bildirdikdə onun torpaq alınması və tikintisi üçün xərclədiyi pulların qaytarılacağını bil dirsə də, bu günə kimi onlara heç bir pul qaytarılmamışdır. Bundan sonra Sumqayıt Gömrük Postunun rəisi vəzifəsində işlədiyini deyən Cavabdeh2 adamları ona pul qaytaracaqlarını bildirib zəng etsələr də, onu aldatmışlar. Bundan sonra o, Binəqədi RPİ-ə ona qarşı edilmiş dələduzluq hərəkətləri barədə şikayət etsə də, şikayəti ilk öncə araşdırma aparılması üçün Binəqədi RPİ-nin 43-cü PB-ə göndərilmiş və təhqiqatçı Fuad Alıyevin 18 fevral 2020-ci il tarixli 330-5370/A-3220 saylı məktubu ilə aidiyyatı üzrə Binəqədi RPİ-nin 4-cü PŞ-ə göndərilmiş və həmin şöbənin təhqiqatçısı polis kapitanı Nurlan Axundzadə 29 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. X8rşı tərəfdən heç bir izahat alınmadan necə araşdırma apararaq material üzrə necə rədd etmi şlər, ona aydın deyil.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, həmin iddianın Cavabdeh2 heç bir aidiyyatı yoxdur, mübahisəli hesab edilən torpaq sahəsini İddiaçı Cavabdeh1 satdığı iddia edilir, həmin torpaq sahəsinin və qeyd edilən torpaq sahəsinə görə alınan pulun Cavabdeh2 heç bir aidiyyatı yoxdur. İddia ərizəsində iddianın Cavabdeh2 aid olmasına dair tələbi əsaslandıran heç bir hal göstərilməmişdir. İddiaçının ərizəsi əsasında Binəqədi RPİ-nin 4-cü PŞ-də və 43 PB-də aparılmış araşdırmalar zamanı da mübahisə ilə əlaqədar toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin materiallar üzrə də Cavabdeh2 təsvir olunan mübahisəyə heç bir aidiyyatı olmadığı müəyyən olunmuşdur. Bununla bərabər qeyd edilməlidir ki, Cavabdeh2 Sumqayıt Baş Gömrük İdarəsin in rəisidir, uzun müddətdir gömrük orqanlarında qüsursuz xidmət edir, İddiaçı ona qarşı əsassız olaraq məhkəmədə iddia qaldırması Cavabdeh2 şəxsiyyətinin təhqir olunması, onun işgüzar nüfuzuna, tutduğu vəzifəyə görə gömrük orqanlarındakı mövqeyinə hörmətsizlikdir. Ona qarşı həmin əsassız iddianın qaldırılması ilə o, əsəb gərginliyi və mənəvi sarsıntı keçirir. Ona görə də hazırki qarşılıqlı iddianı qaldırmaq məcburiyyətində qalmışdır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(005)-1862/2020 nömrəli qətnaməsi ilə (hakim:V.Quliyev) hər iki iddia ərizəsi təmin edilməmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, C.Z.İsmayılova Binəqədi rayonu X7 tərəfindən ona fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 600 m² torpaq sahəsindən 300 m² olan his səsini tam qanuni əsaslarla İddiaçı vermişdir. İddiaçı tərəfindən Binəqədi rayon İcra Hakimiyyəti və ya Neft Şirkətinin əməkdaşları tərəfindən tikintiyə hər hansı maneənin törədilməsi faktı məhkəmə araşdırması zamanı təqdim edilmədiyindən məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi rədd edilməlidir.
8. Məhkəmə qarşılıqlı iddia tələbinin əsaslarını araşdıraraq belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia tələbi qaldırılarkən qarşılıqlı iddia üzrə iddaçının əsaslandığı əsaslar özlüyündə əsassızdır. Belə ki, qarşılıqlı iddia ərizəsində göstərilmiş xüsusatlar, o cümlədən İddiaçı Cavabdeh2 qarşı iddia qaldırması faktının Cavabdeh2 şəxsiyyətini təhqir etməsi, onun işgüzar nüfuzuna, tutduğu vəzifəyə görə gömrük orqanlarındakı mövqeyinə hörmətsizlik kimi qəbul edilməsi və sair iddianın qaldırılmas ı ilə Cavabdeh2 əsəb gərginliyi və mənəvi sarsıntı keçirməsinə səbəb olması öz təsdiqini tapmamışdır.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 217.4-cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4, 385.1, 442-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə smeta üzrə aparılmış hesablamalar nəticəsində Bakı şəhəri Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsinə çək ilmiş hasarın yenidən bərpası üçün yerinə yetirilməli işlərin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 771,7 manat məbləğində olduğu müəyyən edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2341/2021 nömrəli iş üzrə, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər:İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ilk iddianın rədd edilməsinə dair hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılarq, İddiaçı Cavabdeh2, Cavabdeh1 və X3 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 13271,7 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi qət edilmi şdir.
13. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış torpaq sahəsini etibarnamə ilə İddiaçı sataraq 12500 manat məbləğində pul əldə etmiş, İddiaçı hesabına əsassız varlanmışdır. Buna görə də o əldə etdiyi 12500 manat pulu İddiaçı tələbi ilə ona qaytarmalıdır.
14. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, İddiaçı, torpağın alqı-satqısına görə pulu Cavabdeh1 ödəmişdir. Buna görə də ilk iddia tələbi yalnız ona qarşı hissədə təmin olunmalıdır. İddiaçı torpağın alqı-satqısına görə Cavabdeh1 14500 manat məbləğində pul ödədiyini bildirsə də, sonuncu həmin torpağa görə İddiaçı 12500 manat məbləğində pul aldığını, qalan 2000 manat pulu İddiaçı maklerə verdiyini ehtimal etdiyini bildirmişdir. Beləliklə, İddiaçı Cavabdeh1 14500 manat məbləğində pul verməsi sübut olunmadığına görə, Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı olan pulun məbləği onun etiraf etdiyi məbləğdə, yəni 12500 manat məbləğində müəyyən edilməlidir.
15. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, smeta üzrə aparılmış hesablamalar nəticəsində Bakı şəhəri Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsinə çəkilmiş hasarın yenidən bərpası üçün yerinə yetirilməli işlərin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 771,7 manat məbləğində olduğu müəyyən edildi. Buna görə də həmin torpaq sahəsində daş hasarın inşa olunmasına çəkilmiş xərcin əvəzi kimi 771,7 manat pul Cavabdeh1 tutulub İddiaçı ödənilməlidir
16. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllə sinin 1091, 1092-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İlkin iddia üzrə Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia ərizəsinin qismən təmin edilmiş hissəsində ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassator şikayətini onunla əsaslandırmışdır ki, o tam qanuni əsaslarla İddiaçı torpaq sahəsini satmışdır.
19. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88,442, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. 20. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
22. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməl idir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
35. Apelyasiya məhkəməsi ilk iddianı qismən təmin edərkən əsassız varlanmadan irəli gələn münasibətləri nizama salan maddi hüquq normalar ını tətbiq etməkdə haqlı olmuşdur. Beləki, məhkəmələr müəyyən etmişlər ki, iddiaçı kassatordan 300 kv.m torpaq sahəsi satın almış və ona 12.500 manat pul ödəmişdir. Lakin sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsi ümumiyyətlə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi deyil və iddiaçı orada fərdi ev inşa edə bilməz. Cavabdeh tərəf torpaq sahəsinin qanuni əsaslarla onlara məxsus olması və qanuni əsaslarla iddiaçıya satılmasına istinad etsə də, bununla bağlı halları sübuta yetirə bilməmişlər.
36. Ona görə apelyasiya məhkəməsi cavabdehə verilən pul məbləğini və torpaq sahəsinin hasarlanmasına çəkilən xərcləri (ekspert rəyi əsasında) tutmaqda haqlı olmuşdur.
37. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qəra rının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Eyni zamanda həmin qərarda göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və m übahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Eyni zamanda kassatorun nəzərinə çatdırılır ki, şikayətdə irəli sürülən dəlillər əsasən işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmam alı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2341/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.