Məhkəmə qərarları › İş №2(102)-4711/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4711/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4711/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul mübahisəsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “icarə müqavilələri tələbi”nə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2339/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı "Muğanbank” Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasıda iddiaçıya məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi-111 ünvanında yerləşən qeyriyaşayış sahəsinin "xxxx" ASC-yə icarəyə verilməsi barədə 14 sentyabr 2018-ci il tarixli "İcarə Müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə görə icarə haqqı hər ay üçün vergilər də daxil olmaqla 9303 manat müəyyən edilmişdir. Müqavilədə nəzərdə tutulmuşdur ki, icarəyə götürən icarədarı iki ay əvvəl xəbərdar etməklə icarə müqaviləsini ləğv edə bilər. Eyni zamanda müqavilə şərtlərinə görə tərəflərdən hər-hansı müqavilə şərtlərini pozduqda digər tərəfə 20.000 manat kompensasiya ödəməlidir. “Muğanbank" ASC müqavilə şərtlərini pozaraq əvvəlcədən heç bir xəbərdarlıq etmədən 28 fevral 2020-ci il tarixində iddiaçını dəvət edər ək və icarədə olan əmlakı təhvil üçün hazır etdiklərini bildirmiş və sahəni müqavilədən əvvəl icarədara qaytarmışdır.. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh ASC-yə qarşı “icarə müqavilələri tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən İddiaçı xeyrinə 20000 (iyirmi min) manat məbləğində icarə haqqının, və ödənilmış 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddia tələbi belə əsaslandırılmışdır: iddiaçı "Muğanbank” Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasıda iddiaçıya məxsus olan, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin "xxxx" ASC-yə icarəyə verilməsi barədə 14 sentyabr 2018-ci il tarixli "İcarə Müqaviləsi” bağlanmışdır və həmin müqavilə Bakı şəhəri 9 saylı Notariat kontorunda rəsmiləşdirilmişdir. Sözügedən "İcarə müqaviləsinin 2.1-ci bəndinə əsasən “İcarəyə verən”bu müqavilə ilə icarəyə verilmiş əmlakı 14 sentyabr 2018-ci il tarixindən 14 sentyabr 2020-ci il tarixədək 2 (iki) il müddətinə icarəyə vermişdir. “Muğanbank" ASC müqavilə şərtlərini pozaraq əvvəlcədən heç bir xəbərdarlıq etmədən 28 fevral 2020-ci il tarixində iddiaçını dəvət edərək və icarədə olan əmlakı təhvil üçün hazır etdiklərini bildirdilər. Onlara müqavilənin şərtləri haqqında müqavilənin 2 (iki) il müddətinə bağlanması və müqavilənin ləğvi üçün 2 (iki) ay əvvəldən iddiaçını yazılı şəkildə xəbərdar etməli olduqlarını bildirsədə onlar iddiaçını fakt qarşısında qoydular və tez tələsik təhviltəslim aktı bağladılar. Növbəti aylarda isə məlum pandemiya səbəbin dən ölkədə elan olunmuş karantin rejimi ilə əlaqədar iddiaçının ailəsinin yeganə gəlir mənbəyi olan həmin obyekti icarəyə vermək mümkün olmamışdır. Belə ki, pandemiya şəraitində iqtisadiyyat durğunluq yaşamışdır, uzun müddət biznes, sahibkarlıq və iqtisadiyyatın digər sahələri zərər görmüşdür. Onun nəticəsidir ki, uzun müddət keçməsinə baxmayaraq həmin qeyriyaşayış sahəsini icarəyə vermək mümkün olmamışdır. Müqavilənin vaxtından əvvəl pozulmasına görə müqavilədə nəzərdə tutulmuş 20000 (iyirmi min) manat kompensasiyanın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən Cavabdeh ASC-yə 10 avqust 2020-ci il tarixində pretenziya məktubu göndərilməsinə baxmayaraq bank müqavilədə nəzərdə tutulanlara əhəmiyyət verməmiş, məktuba cavab yazmamışdır.

4. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(003)-3130/20 saylı 05 noyabr 2020-ci il tarixli qətnaməsi iddia tələbi təmin edilərək, Cavabdeh ASC-dən 20000 (iyirmi min) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.1, 445.2.1, 448.2, 675, 700.1, 700.2, 700.3-cü maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh ASC apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev, iş No 2(103)-2339/21 saylı mülki iş) Cavabdeh “Muğanbank" ASC tərəfindən verilm iş apellyasiya şikayəti təmin edilməmiş Bakı şəhər Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh ASC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh ASC kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzg ün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.”İcarə müqaviləsi üzrə bankın iddiaçıya heç bir borcu qalmamışdır. Bu hal tərəflər arasında tərtib edilmiş təhvil-təslim aktı ilə öz təsdiqini tapır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə. 385.1. Öhdəliyə əsa sən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə. 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə. 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

20. Maddə. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsind ə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

21. Maddə. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

22. Maddə. 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.

23. Maddə.

675. Əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

24. Maddə. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

25. Maddə. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

26. Maddə. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxla yan apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.

32. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "Muğanbank” Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasıda iddiaçıya məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi-111 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin "xxxx" ASC-yə icarəyə verilməsi barədə 14 sentyabr 2018-ci il tarixli "İcarə Müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə görə icarə haqqı hər ay üçün vergilər də daxil olmaqla 9303 manat müəyyən edilmişdir. Müqavilənin 6.2.3-cü bəndinə görə “icarəçi” bu müqaviləni iki ay əvvəlcədən yazılı xəbərdarlıq etməklə, “icarəyə verən” dən asılı olmayaraq müqaviləni bir tərəfli qaydada pozması, müqavilənin 6.2.4-cü bəndinə görə “icarəçi” müqavilənin öhdəliklərini yerin ə yetirmədiyi təqdirdə və aylıq icarə haqqını ardıcıl olaraq 3(üç) ay vaxtında ödəmədikdə “icarəyə verən” “icarəçini”nin razılığı olmadan müqaviləni vaxtından əvvəl pozub, “icarəçi”dən 20.000 manat məbləğində kompensasiya tələb edə bilməsi barədə tərəflər razılaşmışlar.” Həmin müqavilə Bakı şəhəri 9 saylı Notariat kontorunda rəsmiləşdirilmişdir. Sözügedən "İcarə müqaviləsinin 2.1-ci bəndinə əsasən “İcarəyə verən” bu müqavilə ilə icarəyə verilmiş əmlakı 14 sentyabr 2018-ci il tarixindən 14 sentyabr 2020-ci il tarixədək 2 (iki) il müddətinə icarəyə vermişdir. “Muğanbank" ASC müqavilə şərtlərini pozaraq əvvəlcədən heç bir xəbərdarlıq etmədən 28 fevral 2020-ci il tarixində iddiaçını dəvət edərək və icarədə olan əmlakı təhvil üçün hazır etdiklərini bildirmiş və icarədara qaytarmışdır.

33. Apell yasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 14 sentyabr 2018-ci il tarixli, icarə müqaviləsinin 6.2.3-cü bəndinin və 6.2.4- cü bəndlərinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Həmin müqavilənin bəndlərinə görə “icarəçi” bu müqaviləni iki ay əvvəlcədən yazılı xəbərdarlıq etməklə, “icarəyə verən”dən asılı olmayaraq müqaviləni bir tərəfli qaydada poza bilər. Habelə “icarəçi” müqavilənin öhdəliklərini yerinə yetirmədiyi təqdirdə və aylıq icarə haqqını ardıcıl olaraq 3 (üç) ay vaxtında ödəmədikdə “icarəyə verən” “icarəçini”nin razılığı olmadan müqaviləni vaxtından əvvəl pozub, “icarəçi”dən 20.000 manat məbləğində kompensasiya tələb edə bilməsi barədə razılaşmışlar.” Məhkəmə iclasında cavabdeh bankın nümayəndəsi iddiaçını əvvəlcədən yazılı xəbərdar etməsilə bağlı sübut təqdim edə bilmə mişdir. Bundan başqa, cavabdeh tərəfin məhkəmə iclasında təqdim etdiyi 28 fevral 2020- ci il tarixli təhvil təslim aktından göründüyü kimi əmlakın salamatlığına, aylıq icarə haqqlarının tam ödənilməsi və 28.02.2020-ci il tarixə borcun olmaması, giriş qapısının açarının, kommunal xərclər üzrə borcun olmaması barədə təhvil-təslim aktı tərtib etsələr də, həmin təhvil-təslim aktında icarədarın yazılı xəbərdar edilməsilə bağlı hər hansı bənd nəzərdə tutulmamışdır. Odur ki, müqavilə şərtləri cavabdeh tərəfindən pozulmuşdur.

34. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilənlər qətnamənin ləğvi üçün əsas ola bilməz. Əvvəla, hazırkı mübahisə icarə haqqının ödənilməməsi ilə bağlı deyil. İcarə haqqı ilə bağlı borcun olmadığı işin mübahisəsiz halıdır. Təhvil-təslim aktında icarə haqqı borcunun olmadığını tərəfər təsdiq etmişlər. Hazırkı mübahisə cavabdehin müqavilə şərtlərini pozaraq bu barədə yazılı xəbərdar etmədən müqaviləni birtərəfli qaydada ləğv etməklə obyekti tərk etməsidir. Belə xəbərdarlıq ona görə vacibdir ki, müqavilə tərəfi özünü hər cür zərərdən vaxtında sığortalaya bilsin, obyektə başqa müştəri tapmaq üçün iki aylıq vaxtı olsun, daha çox zərərə düşməsin və.s. Cavabdeh tərəf müqavilənin vaxtında əvvəl ləğv edilməsi barədə icarədarı yazılı xəbərdar etməsi halını sübuta yetirə bilməmişdir.

35. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 41 6, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2339/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar