Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4712/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılması və mənzilə köçürülmə tələblərinə dair birləşdirilmiş işlər üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-434/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayan cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Həmçinin, iddiaçı cavabdehə qarşı başqa bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İşin hallarına görə, İddiaçı bacısı X10 1994-cü ildən psixonevroloji dispanserdə ruhi xəstə kimi qeydiyyatda olmuşdur. İddiaçının qardaşı X15 isə 2-ci qrup əlil olmaqla əmək qabiliyyətsiz olmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 200 0-ci il tarixli 2218 saylı sərəncamı ilə İddiaçı ruhi xəstə, 1-ci qrup əlil olan bacısı X4 qəyyumu təyin edilmişdir.
4. İddiaçının bacısı X5 Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə 600 kv.metr ölçüdə torpaq sahəsi ayrılmış, 19 avqust 2016-cı il tarixli torpaq alqı-satqısına dair notarial qaydada təsdiq olunmuş ilkin müqaviləyə əsasən, Zemfira İsmayılovaya məxsus həmin torpaq sahəsi 81.000 manata X1.
5. Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Qəsəbə küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi X2 tərəfindən 20 avqust 2016-ci il tarixdə iddiaçıya 28.000 manata satılmış, həmin fərdi yaşayış evində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsinə dair müqavilə iddiaçı ilə bağlanmış, həmin evdə elektrik enerjisindən istif adə edən abonent kimi "xxxx" ASC-də iddiaçı qeydə alınmışdır. Eyni zamanda, Əhmədli Bələdiyyəsində qeyd olunan evə görə vergi ödəyicisi kimi iddiaçı qeydə alınmışdır.
6. İddiaçı bildirir ki, cavabdeh hal-hazırda başqa ünvanda, yəni ünvan 2 olsa da, ona məxsus olan fərdi yaşayış evini zəbt edərək orada yaşayır. Ona öz evində yaşamağa icazə vermir. Cavabdehdən ona məxsus evdən çıxmasını tələb etsə də, o mənzildən çıxmaqdan imtina edir.
7. Cavabdeh bildirir ki, o mərhum əri X15 ilə 07 fevral 2016-cı ildə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra bir neçə ay birlikdə kirayə ev tutaraq yaşamışlar. Ailə qurduqları il yəni, 2016-cı ildə əri X11 Biləcəridə yerləşən ata yurdu olan ev satılaraq əldə edilən vəsait bölünmüş və ərinin payına düşən 28000 (iyirmi səkkiz min) manat məbləğində pul onlara verilmişdir. Biləcəridə yerləşən ev satılmazdan öncə isə bir müddət mərhum ərinin ata yurdunda da yaşamışdırlar. Bütün kəndin camaatı yaxın qonşular, hamı buna şahiddir ki, İddiaçı o ünvanda yaşamamışdır. Xəstə baldızı X6 da 4 il müddətində həmin evdə baxmış, müəyyən ehtiyaclarını ödəmişdir. 4 il qulluq etdikdən sonra isə İddiaçı baldızı X7 öz evlərinə aparıb və bundan bir müddət sonra baldızı İddiaçı evində dünyasını dəyişmişdir. İddiaçının özünün bir neçə mənzili, fərdi yaşayış evləri vardır. Hətta, Bakı şəhəri, 9-cu MKR, Mir Cəlal küçəsində yerləşən mənzil onun xüsusi mülkiyyətindədir, iddiaçının birgə nikah dövründə əldə etdikləri, hazırda əri Əmirov Qılmana məxsus Bakı şəhəri, 9-cu MKR, Mir Cəlal küçəsində yerləşən mənzildə 1/2 hissədə pay hüququna malikdir və həmin mənzildə də yaşay ır.
8. Məhkəmə iclasında şahid qismində çıxış edən X8 ifadəsində mübahisəli fərdi yaşayış evinin 2016-cı ildə bacısı İddiaçı tərəfindən xəstə bacıları Zemfiraya baxmaq üçün alındığını bildirmişdir.
9. Məhkəmə iclasında şahid qismində çıxış edən X13 ifadəsində baldızı İddiaçı əri, Sevilin xəstə bacısı Zemfiranın onlarda qalmasına razı olmadığına görə kənd Əhmədlidə yerləşən mübahisəli evin İddiaçı tərəfindən xəstə bacısı və qardaşının yaşaması üçün alındığını bildirmişdir.
10. Məhkəmə iclasında şahid qismində çıxış edən X16 öz izahatında bildirmişdir ki, o, İddiaçı mübahisəli mənzilə girib-çıxarkən görmüşdür. Onun cavabdehin əri ilə tanışlığı olmuşdur. İddiaçı həmin mənzildə yaşadığı ona məlum olmuşdur. Onlarla birlikdə cavabdehin ərinin xəstə bacısı da yaşamışdır.
11. Məhkəmə iclasında ş ahid qismində çıxış edən X14 öz izahatında bildirmişdir ki, o, Günayın anasıdır, iddiaçı isə onun xalası qızıdır. 6-7 ildir ki, Günay Rafiq ilə ailə qurmuşdur. Onlar əvvəl Biləcəridə yaşamışlar. Daha sonra Biləcəridəki ev satılaraq hazırkı mübahisəli ev alınmışdır. Mübahisəli evin təmiri üçün o, qızına maddi köməklik etmişdir. Sözügedən mənzilin qiyməti 28.500 manatdır.
12. Məhkəmə iclasında şahid qismində çıxış edən X9 öz izahatında bildirmişdir ki, o, İddiaçı mübahisəli mənzildə görmüşdür. Sevil həmin mənzildə yaşayır. Cavabdeh əri Rafiq Hüseynov əlil olmuşdur. Rafiq Hüseynov vəfat etmiş, o, Rafiqin yasında iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəməsindəki icraat
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2093/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddiaçının cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması tələbi dair iddiası rədd edilmişdir.
14. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Qəsəbə küçəsi, ev 15A ünvanında yerləşən fərdi yaşayış evinin heç bir hüquqi sənədi olmamış, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
15. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil dövlət reyestrində qeydiyyata alınmadığından və iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmadığından, eyni zamanda cavabdeh mübahisəli evə 2016-cı ildə köçərək orada yaşadığından, iddiaçının mərhum qardaşı ilə birgə təsərrüfat apardığından, cavabdehin özünəməxsus evi olmadığından, mübahisəli ev cavabdehin yeganə yaşayış yeri olduğundan onun iddiası təmin edilməməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 43-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) İkinci iş üzrə birinci instansiya məhkəməsindəki icraat
17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5939/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddiaçının fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası rədd edilmişdir.
18. Məhkəmə hesab etmişdir ki, mübahisəli ev iddiaçının yaşayış yeri olmadığından onun həmin evə köçürülməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 178.2, 180.1, 180.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İ ddiaçı hər iki qətnamədən apellyasiya şikayəti verərək qətnamələrin ləğv edilməsini və iddiaların tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli fərdi yaşayış evinin ona məxsus olduğunu, cavabdehin bu evə hər hansı hüququnun olmadığını nəzərə almamış, işin faktiki hallarını tam araşdırmamış, maddi hüquq normalarını pozaraq iddiaları təmin etməmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2466/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-434/22 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) a pellyasiya şikayəti təmin edilmiş, hər iki qətnamə ləğv edilərək iddia tələbləri təmin edilmişdir.
24. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olmasa da, həmin evin titul sahibidir. Onun həmin ev üzərində mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ vardır. Cavabdeh isə həmin fərdi yaşayış evi üzərində hər hansı bir hüququnun olması müəyyən edilməmişdir. İş materiallarında olan MAPS arayışından görünür ki, Cavabdeh başqa ünvanda – ünvan 4hisəli evin iddiaçıya məxsus olması onun həmin evə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir. O isə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsini və mənzil üzərində hər hansı hüququ olmayan cavabdehin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır, iddiaçının başqa yaşayış yerinin olması özünə məxsus olan evə köçürülməsi tələbini irəli sürməyə mane olmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli əmlak cavabdehin faktiki nikahda olduğu həyat yoldaşının maddi vəsaiti hesabına əldə edilmişdir. Lakin məhkəmə yanlışlığa yol verərək sadəcə şifahi mülahizələr əsasında iddiaçının iddia tələbini əsassız yerə təmin etmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi cavabdehin qeydiyyatda olduğu ünvana əsaslanmış, mübahisəli fərdi yaşayış evində qeydiyyatda olmamasından bəhs etmişdir. Qanunvericilik ya lnızca qanunda göstərilmiş mənzil və fərdi yaşayış evinə pasport qeydiyyatına alınmasını şərtləndirmişdir. Həmin siyahıda özbaşına tikililər öz əksini tapmadığından cavabdehin həmin fərdi yaşayış evinə pasport qeydiyyatına alınması mümkün deyildir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi iddiaçının da özbaşına tikilidə qeydiyyatda olmamasına hüquqi münasibət bildirməmiş, mülki işə birtərəfli mövqedən yanaşmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digə r tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
30. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
31. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər
39. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
40. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassa siya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şika yətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməli və mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
45. İşin müəyyən edilmiş halları bundan ibarətdir ki, mübahisəli ev özbaşına tikilidir. İddiaçı həmin evi 1-ci qrup əlil olan bacısı X5 baxılması üçün almışdır. Həmin ev alındıqdan sonra orada iddiaçının 2-ci qrup əlil olan qardaşı, fəaliyyəti qabiliyyəti olmayan bacısı və iddiaçının qardaşının faktiki nikah münasibətlərində olduğu cavabdeh yaşamış, iddiaçının bacısı və qardaşı vəfat etdik dən sonra cavabdeh həmin evdə yaşamağa davam etmişdir.
46. Hazırda iddiaçı mübahisəli evin onun tərəfindən alınmasına, kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin onunla bağlanmasına istinad edərək bildirir ki, mübahisəli evin mülkiyyətçisidir.
47. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı həmin evin titul sahibidir və onun həmin ev üzərində mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ vardır. Mübahisəli evin iddiaçıya məxsus olması onun həmin evə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir. O isə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək hazırkı tələbi irəli sürməkdə haqlıdır.
48. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, özbaşına tikiliyə mülkiyyə t hüququnun əldə edilməsi əsasları Mülki Məcəllənin 180.3-cü maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin iş materiallarından mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması müəyyən edilmir. Eyni zamanda, iş materiallarında həmin evin yerləşdiyi torpaq sahəsinin də həyətyanı sahə kimi ayrılmasına dair hər hansı bir sübut yoxdur. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüququ əldə etməyə gözlənti ilə hüququ olması barədə mövqeyi qanuni və əsaslı hesab edilə bilməz.
49. Bununla bərabər, məhkəmə kollegiyası iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi də zəruri hesab edir.
50. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir.
51. Evin özbaşına tikinti sayılması Konstitusiyanın qeyd olunan normasının tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. Konstitusion normanın məqsədi də insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki, insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına inşa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir.
52. Digər tərəfdən, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin 1-ci bəndinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
53. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs – həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq – Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır (McCann Birləşmiş Krallıqa qarşı, Yordanova və başqaları Bolqarıstana qarşı və s.).
54. İşin mübahisəsiz halı bundan ibarətdir ki, cavabdeh mübahisəli evdə 2016-cı ildən yaşayır. Buna görə də, Konvensiyanın 8-ci maddəsinin mənasına görə mübahisəli ev cavabdehin evi statusuna malik olmuşdur. Oxşar mövqe Avropa Məhkəməsinin S.Əhmədova Azərbaycana qarşı iş üzrə qərarında da öz əksini tapmışdır. Məhkəmə həmin qərarda qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılıdır.
55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında özbaşına tikililərlə bağlı (həmin tikililərə köçürülmə, oradan çıxarılma, həmin tikililərin sökülməsi və s.) işlərdə məhkəmələrin araşdırmalı olduğu m əsələlərin dairəsi müəyyən olunmuşdur.
56. Məhkəmə kollegiyası həmin qərarlarda ifadə olunmuş mövqeyi və cavabdehin mənzilə hörmət hüququnun qorunmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə kimi iddiaçının hazırda harada yaşaması, onun mülkiyyətində evinin olub-olmaması, yaşayış sahəsi ilə təmin olunub-olunmaması, mübahisəli evə ehtiyacının hansı zərurətdən irəli gəlməsi, o cümlədən, mübahisə predmeti olan evə hər hansı bir hüquqa, yəni subyektiv hüquqa malik olub-olmaması, həmçinin cavabdehin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanının olub-olmaması ilə bağlı halları aydınlaşdıraraq nəzərə almalıdır.
57. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya inst ansiyası məhkəməsi işə yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin hazırkı qərarında şərh edilən göstərişlərə uyğun olaraq irəli sürülən tələbə baxmalı və mübahisəni həll etməlidir. 58. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən ha llar işin materiallarına uyğun olsun.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
60. Ona görə də, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alar aq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
61. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-434/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.