Məhkəmə qərarları › İş №2(102)-4715/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4715/2023

19.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4715/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARI (Açar sözlər: paylı mülkiyyətdə olan fərdi yaşayış evinə köçürülmə) 19.12.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı paylı mülkiyyətdə olan evə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5248/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 19 dekabr 20 23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AR ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 78,70 kv.m olan fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı2, 1/3 hissəsi Cavabdeh, 1/3 hissəsi isə İddiaçı1 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli döngəsində yerləşən ümumi sahəsi 78,70 kv.m olan 8 nömrəli fərdi yaşayış evinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin fərdi ya şayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında İddiaçı2, İddiaçı1 və Cavabdeh məxsus olmuşdur. Verilmiş çıxarışa əsasən hər birinin payı müvafiq olaraq 1/3 hissədə müəyyən edilmişdir. Lakin cavabdeh həmin evə müxtəlif bəhanələrlə maneələr yaradaraq həmin evdən istifadə və sahiblik etmələrinə imkan verməyərək, onları həmin evə buraxmamışdır. Müxtəlif formalarda onlara hədə-qorxu gələrək, eyni zamanda onların mülkiyyət hüquqlarını tapdalayaraq mənafelərinə uyğun olmayan şəkildə onların mülkiyyət hüquqlarına qəsd etməyə davam etmişdir. Onlar öz əmlaklarından dinc və sərbəst şəkildə istifadə etmək istəm işlər.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, izahat verərək bildirmişdir ki, tərəflər arasında münaqişəli münasibət mövcud olmuşdur. Evdə naturada bölgü aparılmadan iddiaçıların köçürülməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-653/2023 nömrəli iş üzrə 7 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia təmin edilərək, iddiaçıların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri və onların mülkiyyətlərindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tə rəflər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin paylı mülkiyyətçiləri olmuşlar və onların hər birinin həmin əmlak üzərində istifadə, sahiblik etmək və sərəncam vermək hüquqları olmuşdur. Hazırda iddiaçılar cavabdeh tərəfindən yaradılan maneələr səbəbindən mübahisəli mənzildə yaşaya bilməmişlər.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların əmlak hüquqları istənilən şəxs, o cümlədən digər mülkiyyətçi Cavabdeh tərəfindən də pozulmaqdan müdafiə edilməlidir. Cavabdeh iddiaçıların mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneəçilik törədərək, onları bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Göstərilənləri nəzərə alaraq və qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə, hesab etmişdir ki, iddiaçılarının sahiblik, istifadə və mülkiyyəti üzərində sərəncam ver mək huquqları pozulduğundan həmin hüquqlar bərpa olunmalı, iddia tələbi təmin edilməlidir.

8. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddiaçılar cavabdeh ilə bərabər hüquqlu şəxslər olmuşlar və ona görə də ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli və mülkiyyətlərindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 152, 157, 213, 215, 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin ilkin iddia tələbi üzrə iddiaçılara qarşı əmlakın naturada bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi olmuş, lakin ərizə məhkəmə tərəfindən icraata qəbul edilməmişdir. İddiaçılar cavabdehin xalalarıdır. Digər xalası X1 cavabdehin iddiaçılarla münasibəti yaxşı olmuş, xalasının vəfatından sonra mübahisəli əmlaka vərəsəlik payları müəyyən edildikdən sonra aralarında gərginlik yaranmışdır. Yas mərasimi bitdikdən sonra xalaları 50.000 manat qarşılığında qəbul etdiyi bütün paydan imtina etməyi və dərhal evi boşaltmağı tələb etmişlər. Cavabdeh təklifin miras əmlakın məbləğinə qətiyyən uyğun olmadığını və onların bu məsələdə ədalətli olmadığını, 1990-cı ildən xalası ilə yaşadığını, xalasına daim qulluq etdiyini və fərdi yaşayış evində əsaslı təmir işləri apardığını, kifayət qədər pul xərclədiyini və əlavə tikililərin, əsaslı təmir işlərinin fərdi yaşayış evinin qiymətini yaxşılaşdırdığını, xalası sağlığında evi ona bağışlayacağını, lakin qəflətən vəfat etməsini əsas gətirərək təklifi qəbul etməkdən imtina etmişdir. Belə olduqda, xalaları, xalası qızı onun yaşadığı evə gələrək, evə zorla daxil olmaq istəmişlər və baş vermiş mübahisə zəminində xalaları uşaqlarının yanında onu və yoldaşını təhqir etmiş, cavabdehin yoldaşının üzünə tüpürərək onu alçaltmışlar. Baş vermiş hadisədən sonra cavabdehin övladlarında özünə qapanma, stress, qorxu və həyəcan yaranmışdır. Küçədə qalma təhlükəsi, evdəki dava və sözsöhbət onlara çox pis psixoloji zərbə vurmuş, onların ətrafdakılara, məktəb yoldaşlarına, dərslərinə münasibətini dəyişmişdir. Baş verən psixoloji pozğunluq, qorxu və aqressivlik təhsil aldıqları məktəbin psixoloqu tərəfindən uşaqlarla aparılmış danışıqlar zamanı da öz təsdiqini tapmışdır. Paylı mülkiyyətdə olan əmlakın naturada bölgüsü aparılmadan, bölgünün mümkünlüyünü və mülkiyyətə dair istifadə qaydalarını müəyyən etmədən fərdi yaşayış evinə köçürülmə tələbi təmin edilə bilməz. Bu səbəbdən tərəflərindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində “paylı mülkiyyətdə olan əmlakın naturada bölgüsü” tələbinə dair ayrıca iddia qaldırılmışdır. Mütəxəssis rəyindən görünmüşdür ki, mübahisəli fərdi yaşayış evinin ümumi sahəsi 78 kv.m təşkil etsə də, faktiki olaraq sahəsi 123 kv.m olmuşdur. Əlavə tikililər cavabdeh tərəfindən inşa edilmiş və mövcud vəziyyətdə artır ılmış sahə fərdi yaşayış evinin ayrılmaz hissəsi olmaqla mülkiyyətə dair çıxarışda qeyd edilməmişdir. Bu səbəbdən iddiaçıların mülkiyyətlərində olmayan, fərdi yaşayış evinin tərkib hissəsini təşkil edən cavabdehə məxsus sahəyə köçürülmələri əsassız olmuşdur. Paylı mülkiyyətdə olan əmlakdan istifadəyə dair ümumi razılıq olmadığı halda istifadə qaydaları məhkəmə tərəfindən müəyyən edilməlidir və belə qaydalar müəyyən edilmədən əmlakdan ümumi istifadə, tərəflər arasında münaqişələrlə nəticələnə bilər və yuxarıda qeyd edildiyi kimi, artıq tərəflər arasında bir dəfə belə bir hadisə baş vermişdir. Hazırda tərəflər arasında əmlakın bölünməsi ilə bağlı heç bir razılıq olmamış, iddiaçılar evin satılaraq paylara uyğun şəkildə bölünməsini qəbul etməmişlər və belə bir razılıq əldə olunmadığından cav abdeh tərəfindən naturada bölgü ilə bağlı digər məhkəmədə iddia qaldırılmışdır. Hər hansı bir paylı mülkiyyətçi, ümumi paylı mülkiyyətlə bağlı qanuni rejimi onunla paylı mülkiyyət halının davam etdirməsini mümkünsüz edəcək şəkildə pozmaqla nə digər paylı mülkiyyətçiləri çıxmağa vadar edə bilər, nə də ki, bu yolla digər paylı mülkiyyətçilər istəmədikləri halda onları faktiki olaraq ümumi paylı mülkiyyət halına xitam verməyə vadar edə bilər. Hazırda iddiaçıların məqsədi münaqişə yaratmaqla cavabdehi ailəsi ilə birlikdə yaşadığı evdən çıxarmaq olmuşdur. Cavabdeh 1990-cı il tarixdən ünvan 2 ünvanda yaşamış, xalası Tərlan Hüseynovanın ailəsi və uşaqları olmadığından o uşaqlıqdan xalasının himayəsinə verilmiş və xalası ilə yaşamışdır. 2008-ci ildə nikaha daxil olmuş, ev cavabdehlərin bacısı, cav abdehin digər xalası X2 mülkiyyətində olmuş və cavabdeh 2011-ci ildə həmin evə qeydiyyata düşmüş, onun nikahdan 4 övladı dünyaya gəlmiş və hazırda ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Bu müddət ərzində cavabdeh tərəfindən fərdi yaşayış evi əsaslı təmir edilmiş, müəyyən əlavə tikililər inşa edilmiş və yaxşılaşdırma işləri görülmüşdür. Anası 2019-cu ildə, xalası Tərlan Hüseynova 2021-ci il tarixdə vəfat etdikdən sonra cavabdeh vərəsə olaraq xalasından anasına düşən paya vərəsə olmuş, miras işi açılmış və xx.xx.2022-ci il tarixdə mübahisəli fərdi yaşayış evinə çıxarış almışdır. Xalasının vəfatına qədər digər xalaları ilə (hazırki iddiaçılar) yaxşı münasibətləri olmuş, xalalarının həmin fərdi yaşayış evinə heç bir iddiaları olmamış, evin cavabdehə məxsus olduğu iddiaçılarla yanaşı onları n ailə üzvləri və digər qohumlar tərəfindən qəbul edilmişdir. Bütün qeyd olunan xüsusatlar iddiaçıların hüquqdan suiistifadə etdiklərini təsdiq etmiş, hər iki cavabdehin mənzil şəraiti olmuş, hazırki fərdi yaşayış evinə köçürülmə tələbi onların yaşamağa hər hansı yerləri olmadığı ilə qətiyyən əlaqəli olmamışdır. İllərlə o evdə yaşamayan, mübahisəli evin cavabdehə məxsusluğunu qəbul edən iddiaçıların birdən-birə həmin evə köçmək, orada yaşamaq fikrinə düşməkləri hansı niyyətdə olduqlarını açıq-aşkar büruzə vermişdir. Hazırki işdə də belə bir vəziyyət (ümumi razılıq yoxdur) olduğu halda, məhkəmə istifadə qaydasını müəyyən etməli idi. İstifadə qaydasının müəyyənliyi gələcəkdə baş verə biləcək problemlərin, mülkiyyətçilər arasında yaranacaq münaqişənin qarşısını alacaqdır. Mülki hüquq subyektl ərinin faktiki sahiblik etmək imkanı və iqtidarına sahib olduqları əmlakın sərhədləri və həcmi müəyyənləşdirilməlidir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5248/2023 nömrəli mülki iş üzrə 28 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Azad İmanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır. Artıq bir inci instansiya tərəfindən qiymətləndirilmiş apellyasiya şikayətinin dəlilləri və mülkiyyətçilərin maneəsiz öz mülkiyyət hüquqlarına yiyələnməsi hüquqları qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi, habelə iş üzrə icraatın dayandırılması üçün əsas ola bilməz. Belə ki, iş üzrə icraatın dayandırılması mükiyyət, sahiblik və istifadə hüquqların əsassız məhdudlaşmasına və bir mülkiyyətçinin öz hüquqlarından sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 214, 222-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti ve rərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya b aşqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

21. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

22. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

23. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.

24. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

25. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

26. Maddə 213.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər.

27. Ma ddə 213.8. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri,bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur.

28. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

29. Maddə 214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.

30. Maddə 214.3. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmla kı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir.

31. Maddə 214.4. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

42. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, tərəflər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin paylı mülkiyyətçiləridir. Onların hər birinin həmin əmlak üzərində istifadə, sahiblik etmək və sərəncam vermək hüquqları vardır. Cavabdeh iddiaçıların mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneəçilik törədərək, onları bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Bu baxımdan iddiaçıların sahiblik, istifadə və mülkiyyəti üzərində sərəncam vermək huquqları pouzlmuşdur. İşin faktiki hallarını araşdıran məhkəmələr isə məhz həmin hüquqların həyata keçirilməsinin təmin edilməsi üçün iddia tələbini əsaslı hesab etmişlər.

43. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusi ya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə h üquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5248/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar