Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4716/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X2, cavabdehin vəkili Hüseynov Orxan Mehdixan oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-154/2019 nömrəli qətnaməsi ilə (hakim Etibar Hümbətov) İddiaçı Cavabdeh Ağsu X4 İdarəsinə qarşı işə bərpa tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ə.Məcidov, M.Əsədli və A.Mahmudov, iş No 2(107)-206/20 saylı mülki iş) hazırkı iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-154/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh Ağsu X4 İdarəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbində göstərmişdir ki, ARDNŞ-nin Cavabdeh İB-in Ağsu X4 İdarəsində, xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək müxtəlif vəzifələrdə, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi Şamaxı Xidmət Sahəsi üzrə Təbii qazın qəbulu və satışı xid mətində xidmət rəisi vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının icrasına ciddi yanaşaraq xidmət etdiyi vəzifədə üzərinə düşən vəzifə təlimatına uyğun öhdəliklərini yerinə yetirdiyi üçün heç bir intizam tənbehi olmamışdır. xx xxx 2015-ci il tarixində Ağsu RQİİ-nin o vaxtı rəisi X tərəfindən idarənin inzibati binasına çağırılaraq bir sıra işçilərin yanında (həmin işçilərin məhkəmə prosesində iştirakını təmin edəcəkdir) işdən çıxarmaq barədə ərizə yazmağa məcbur edilmişdir. Ona qarşı olunmuş bu haqsızlığa son qoyulmasına və işə bərpa olunmağı məqsədilə Cavabdeh İB-nə dəfələrlə rəsmi qaydada müraciət etsədə şikayətinin heç bir nəticəsi olmamışdır. Bundan əlavə qanunsuz işdən çəxarılmağını məhkəmə qaydasında mübahisələndirmək üçün əm ək kitabçasını və işdən çıxarılmaq barədə əmrin surətini aidiyyəti şöbədən tələb etsədə həmin sənədlər ona təqdim edilməmiş, şifahi olaraq ona Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verildiyi bildirilmişdir. Pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edəcəyini bildirdikdə, şikayət etməməyi ona deyilərək ARDNŞ-nin X1 tərəfindən vakant yerlərə işə qəbul olunmaq üçün elan edilən vakansiyalara digər namizədlər kimi müraciət etmişdir. xx.xx.2016-cı il tarixdə Ağsu RQİİ-də Qobustan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin, xidmət rəisi vakansiyası üzrə, xx.xx.2016-cı il tarixdə Şəmkir RQİİ-də Qazın balansı və satışı şöbəsinin rəisi vakansiyası üzrə elektron qaydada müraciət etmişdir. Müraciəti əsasında sənədlərinə baxış keçirilmiş və müvafiq olaraq xx.xx.2016-cı il tarixdə və xx.xx.2016-cı il tarixdə bildiriş göndərilərək müraciətinin qəbul olunması bildirilmişdir. Müraciət etdiyi Ağsu RQİİ-də Qobustan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin, xidmət rəisi vakansiyası üzrə xx.xx.2016-cı il tarixdə, Şəmkir RQİİ-də Qazın balansı və satışı şöbəsinin rəisi vakansiyası üzrə xx.xx.2016-cı il tarixdə müsabiqənin birinci mərhələsi olan test imtahanlarına dəvət olunmuş və yüksək nəticə toplayaraq (Ağsu RQİİ-də Qobustan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin, xidmət rəisi vakansiyası üzrə 40 sualdan 31 düzgün cavab, Şəmkir RQİİ-də Qazın balansı və satışı şöbəsinin rəisi vakansiyası üzrə 40 sualdan 22 düzgün cavab, o cümlədən ixtisas üzrə 20 sualdan 11 düzgün cavab) müsabiqənin ikinci mərhələsi olan müsahibə mərhələsinə keçmişdir. Mü raciət etdiyi hər iki vakansiya üzrə müsabiqənin birinci mərhələsi olan test imtahanları mərhələsindən keçdiyi üçün xx.xx.2016-cı ildə Ağsu RQİİ-də Qobustan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin, xidmət rəisi vakansiyası üzrə, xx.xx.2016-cı il tarixdə isə Şəmkir RQİİ-də Qazın balansı və satışı şöbəsinin rəisi vakansiyası üzrə bildiriş göndərilərək, müvafiq sənədlərin təqdim olunması şərti ilə müsahibəyə dəvət olunmuşdur. Müsabiqənin müsahibə mərhələsində tələb olunan digər sənədlərlə yanaşı işlədiyi dövrə aid xidməti xasiyyətnamə təqdim olunmalı idi. Qeyd olunan sənədlərin tələb olunması vakansiyalara müraciət zamanı ona məlum olduğu üçün Ağsu X4 İdarəsinə, işlədiyi dövrə aid xidməti xasiyyətnamə verilməsi üçün müraciət etmişdir. X7 istismarı İdarəsi tərəfindən verilən xx xxx x 2016-cı il tarixli, 38 nömrəli xasiyyətnamədə həqiqətə uyğun olmayaraq işlədiyi müddət ərzində onunla bağlanmış əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının icrasına laqeyid yanaşaraq xidmət etdiyi vəzifədə üzərinə düşən vəzifə təlimatına uyğun öhdəlikləri yerinə yetirmədiyi qeyd edilmişdir. Bundan başqa qeyd olunan qeyri-obyektiv, qərəzli və böhtan xarakterli məlumatı təsdiq edən hər hansı məlumat xasiyyətnaməyə əlavə edilməmişdir. Həmin xidməti xasiyyətnamədə müsahibədə iştirakı zamanı müsahibə qrupu üzvlərinə təqdim etmişdir. xx.xx.2016-cı il tarixdə Ağsu RQİİ-də Qobustan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin, xidmət rəisi vakansiyası üzrə iştirak etdiyi müsahibədə verilən suallara düzgün cavab versədə həmin gün göndərilən bildirişdə qərəzli olaraq müsahibədə n keçmədiyi bildirilmişdir. xx.xx.2016-cı il tarixdə Şəmkir RQİİ-də Qazın balansı və satışı şöbəsinin rəisi vakansiyası üzrə iştirak etdiyi müsahibədə verilən suallara düzgün cavab versədə xx.xx.2016-cı il tarixdə göndərilən bildirişdə qərəzli olaraq müsahibədən keçmədiyi bildirilmişdir. ARDNŞ-nin X1 tərəfindən göndərilən xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il elektorn müraciət formasının məzmunundan da görünür ki, Ağsu RQİİ-nin Qobustan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin, xidmət rəisi vakansiyası üzrə və Şəmkir RQİİ-də Qazın balansı və satışı şöbəsinin rəisi vakansiyası üzrə müsahibəyə dəvət edilmişdir və məlumat üçün müsahibədə veriləcək sualların vakansiyanın tələblərinə uyğun olaraq sahə üzrə biliklərinin və işgüzar keyfiyyətlərinin yoxlanılmasına yönəldiləcəyi b ildirilmişdir. Faktiki olaraq da həmin vakansiyalar üzrə keçirilən test imtahanlarında yüksək nəticələr toplamışdır. (Ağsu RQİİ-nin Qobustan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin, xidmət rəisi vakansiyası üzrə keçirilən test imtahanında 40 sualdan 31 suala düzgün cavab (o cümlədən sahə üzrə 20 sualdan 20-nə) və Şəmkir RQİİ-də Qazın balansı və satışı şöbəsinin rəisi vakansiyası üzrə 40 sualdan 22 suala düzgün cavab ( o cümlədən sahə üzrə 20 sualdan 11-nə) Həmin sahə üzrə 8 illik iş təcrübəsidə nəzə alınaraq həmin müsahibələrdən keçməmək ehtimalının olmadığı faktı məlum olmuşdur. Qeyd olunanlardan da görünür ki, müsahibələrdən keçməməyinin səbəbi Ağsu RQİİ tərəfindən verilən xx xxxx 2016-cı il tarixli, 38 nömrəli xasiyyətnamədə, şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səvi yyədə olması barədə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatların qeyd edilməsidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, əmək kitabçasını vaxtında ona vermədikləri üçün məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. Eyni zamanda işə qəbulla bağlı müsabiqələrdə iştirak etmiş, onu qanunsuz işə qəbul etməmişlər. Bununla bağlı da iddialar vermiş, iddiaları təmin olunmamışdır. Eyni zamanda işdən çıxması ilə bağlı maddi və mənəvi ziyanla bağlı iddia irəli sürmüş və həmin tələbi də təmin olunmamışdır. Sonra hazırkı tələbi irəli sürmüşdür. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəki li X2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Hüseynov Orxan Mehdixan oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdak ı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Ağsu X4 İdarəsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx xxx 2015-ci il tarixli, 786K saylı əmri ilə İddiaçı Şamaxı rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 13-cü dərəcə xidmət rəisi vəzifəsindən AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən öz xahişi ilə azad edilmiş, AR Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi məzuniyyət günlərinə görə 6.25 təqvim günü pul əvəzi ödənilmişdir. İşdə olan “Əmək kitabçasının və onun içliyinin hərəkətinin uçotu kitabı”nın surəti ilə müəyyən edilir ki, Şamaxı rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 13-cü dərəcəli xidmət rəisi İddiaçı ******* nömrəli əmək kitabçası nı və içliyini xx xxx 2015-ci il tarixdə qəbul etməklə imzalamışdır. Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə və 296-cı maddəsinin 3-cü hissəsinə, “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1993-cü il tarixli 5 №-li qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsi isə işçinin hüququnun pozulduğu günün anlayışını açıqlayır. Qanunvericiliyə görə bu gun – işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, eləcə də əmək Müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qadada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu güngür. Qanunvericiikdə göst ərilən sənədləri aldığı andan etibarən işçi öz hüquqlarının pozulması barədə məlumat alır və həmin andan başlayaraq onun məhkəməyə müraciət etmək hüququ yaranır. “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1993-cü il tarixli 5 №-li qərarına əsasən, işdənçıxarma məsələləri üzrə işçi məhkəməyə əmrin surətinin təqdim edildiyi gündən, əmr təqdim edilmədikdə isə əmək müqaviləsinə xitam verilməsi əsaslarının qeyd olunduğu əmək kitabçasının təqdim edildiyi gündən, yaxud işçinin işdənçıxarma haqqında əmri və ya əmək kitabçasını almaqdan imtina etdiyi gündən etibarən bir ay ərzində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, t abeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici ba şqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hazırkı tələb üzrə iddia müddəti keçirildiyindən və cavabdeh iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən iddia tələbi rədd edilmişdir. İddiaçının buraxmış olduğu müddətin üzrlü hesab olunması üçün gətirdiyi dəlillər buraxılmış müddətin bərpası üçün əsas ola bilməz. Çünki iddiaçı işə bərpa barədə iddia ilə dörd ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçının özünün gətirdiyi dəlillər (Həmin idarənin digər struktur bölmələrinə işə qəbul olunmaq üçün bir neçə dəfə müsabiqələrdə iştirak etməsi) təsdiq edir ki, iddiaçı işdən azad olunması ilə bağlı məlumatlı olmuş və zəruri sənədləri vaxtın da əldə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4716/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4716/2020
22.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver