Məhkəmə qərarları › İş №2(102)-4717/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4717/2022

30.08.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4717/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 53 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cava bdeh2, Cavabdeh3, Bakı şəhəri 53 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3609/2022 nömrəli, 1 iyul 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə X24 24 aprel 2007-ci il tarixdə nikaha daxil olmuşlar.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlə t Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* №-li Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələskər Ələkbərov küçəsi, 565-ci məhəllədə yerləşən 5 nömrəli evin 4 nömrəli mənzili İddiaçı adına 11 yanvar 2011-ci il tarixdə qeydiyyatdan keçmişdir. 3. "xxxx" ASC tərəfindən verilmiş 5 aprel 2018-ci il tarixli xəzinə mədaxil orderinə əsasən Cavabdeh2 tərəfindən 60000 manat notariusun depozit hesabına mədaxil edilmişdir. 4. ünvan 2torunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 6 aprel 2018-ci il tarixli ərizəsinə əsasən X1 Qafar Əli oğluna məxsus ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etməmişdir. 5. ünvan 2torunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, İddiaçı ilə Cavabdeh2 (müqaviləni etibarnamə əsasında nümayəndəsi Cavabdeh3 imzalamışdır) arasında 6 aprel 2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili 60000 (altmış min) manata Cavabdeh2 satmışdır. 6. "xxxx" MMC-nin 29 iyul 2021-ci il tarixli hesabatına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 125000 manat, likvid dəyəri 120000 manat təşkil etmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-398/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qərarı ilə 7 iyun 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, fərdi sahibkarlıqla məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan təqsirləndirilən şəxs Cavabdeh1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması qərara alınmışdır.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 27 sentyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı zərəçəkmiş şəxs qismində tanınmışdır.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2659/2019 nömrəli iş üzrə 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və X13 (yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,7 kv.m olan 2 otaqlı mənzildən çıxarılmaları qət edilmişdir. Qətnamə 1 fevral 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

10. Yasamal RPİ-nin 27-ci PB-də Cavabdeh2 tərəfindən verilmiş izahata əsasən “... evin satışı barədə ta nışı Murad məlumat vermiş, evin yeri və qiyməti sərfəli olduğundan Murada etibarnamə verərək evi almışdır. Ev almamışdan qabaq həmin evdə olmamışdır”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 53 saylı Notariat Ofisinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xisməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 nümayəndəsi Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş ünvan 4 ünvanında yerləşən mənzilə dair xx.xx.2 018-ci il tarixli, 40-318 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 4 ünvanında yerləşən mənzilə dair Cavabdeh2 adına verilmiş Seriya № ******* saylı, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini və X7, Cavabdeh3 və Cavabdeh1 əməllərində AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkib əlamətləri olduğu üçün AR MPM-in 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməsi və bu bar ədə Azərbaycan Respublikasının Baş Prokuroruna məlumat verilməsini xahiş etmişdir.

12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 onun bibisi oğludur və onunla münasibətləri çox yaxın olmuşdur. 2018-ci ildə bibisi oğlu Cavabdeh1 ona müraciət edərək borcu olduğunu, borcunu qaytarmadığı üçün borclu olduğu şəxslər tərəfindən sıxışdırıldığını bildirərək, borclu olduğu şəxslərə borcunun müqabilində girov kimi hər hansı bir daşınmaz əmlak qoymalı olduğunu ona bildirmiş və ondan kömək istəmişdir. Cavanşir ondan xahiş etmişdir ki, ünvan 4 ünvanında yerləşən evini həmin şəxslərə notarial müqavilə əsasında girov qoysun və ona 2-3 ay möhlət qazandırsın. O, Fəxrəddinlə razılaşmış və evini onun borcuna görə girov qoyacağını söz vermi şdir. xx.xx.2018-ci il tarixdə o, Bakı şəhəri 53 saylı Notarial Ofisinə getmişdir. O, Cavabdeh1 kimə borclu olduğunu bilməmişdir. Cavabdeh1 ona bildirmişdir ki, bu girov müqaviləsi müvəqqətidir, heç kimə onun evi lazım deyil, sadəcə olaraq qısa müddətdə pul tapıb borcunu ödəyəcək və onun evini girovdan azad edəcək. xx.xx.2018-ci il tarixdə notariat ofisində əvvəllər tanımadığı Fəxrəddinin borclu olduğu adam Cavabdeh2 nümayəndəsi kimi Cavabdeh3 görmüşdür. O, özü şəxsən Cavabdeh2 tanımamış və onun adını Cavabdeh1 öyrənmişdir. Fəxrəddin ona bildirmişdir ki, onun borclu olduğu adam Cavabdeh2dur. Girov müqaviləsi Cavabdeh2 ilə bağlanmalıdır. Cavabdeh3 notariat ofisində ona bildirmişdir ki, o Cavabdeh2 nümayəndəsidir və müqavilə bağlanmasında o Farizin adından iştirak edəcəkdir. O, notariusda gi rov müqaviləsi bağlamağa razılaşdığını və müqaviləyə qol çəkməyə hazır olduğunu demişdir. Lakin notariat kontorunda məlum olmuşdur ki, Cavabdeh2 nümayəndəsi Cavabdeh3 alqı-satqı müqaviləsinin bağlanmasını tələb etmişdir. Bu halda o, dərhal alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmişdir. Bu zaman Fəxrəddin ondan xahiş etmişdir ki, alqı-satqı formal olaraq bağlanır, evi onun əlindən heç kim ala bilməz və qısa müddətə Cavabdeh2 olan borcunu verib müqaviləni ləğv etdirəcək. Həmin gün Cavabdeh2 ilə onun arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Ona məxsus evin dəyəri 60.000 manat yazılmış və o, müqaviləyə qol çəksə də, alqı-satqıya görə ona bir manat da pul çatmamışdır. Alqı-satqı müqaviləsinə görə ödənilmiş 60.000 manat pulu Cavabdeh2 nümayəndəsi götürmuş və onlar sağollaşıb ayrılmışla r. O, qarşı tərəfdən evə görə heç bir ödəniş tələb etməmiş və ona heç bir ödəniş edilməmişdir. O, Cavabdeh2 və onun nümayəndəsi Cavabdeh3 heç vaxt tanımamış və heç vaxt həmin şəxslərlə evinin satılması ilə bağlı danışıq aparmamış və həmin şəxslərə evini satmamışdır. Cavabdeh2 və Cavabdeh3 adlı şəxslərlə onunla arasında heç vaxt telefon danışığı olmamış, o, həmin şəxslərin telefonlarını da bilməmişdir. Bu hadisədən bir müddət sonra Cavabdeh1 ilə əlaqə saxlayaraq pulu nə vaxt ödəyəcəyini və evinə görə bağlanmış alqı-satqı müqaviləsini nə vaxt ləğv edəcəyini soruşmuşdur. Ona demişdir ki, həmin şəxslərin pulunun böyük qismini ödəyib və ondan narahat olmamağını, alqı-satqının formal olduğunu və tezliklə bu məsələni həll edəcəyini, həmin şəxslərin onun evində gözləri olmadığını bildirmiş, o da C avabdeh1 inanmışdır. Sonralar Cavabdeh1 ilə əlaqə saxladıqda o, eyni bəhanələrlə onu aldatmağa və yola verməyə başlamışdır. Bundan sonra isə telefonlarını söndürməyə və ondan qaçmağa başlamışdır. Alqı-satqıdan təxminən 1 il sonra Cavabdeh2 ona və həyat yoldaşı X16 qarşı evdən çıxarılmağı ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. O, dərhal Cavabdeh1 ilə görüşüb Bakı şəhər Yasamal Rayon Məhkəməsinə Cavabdeh2 ona qarşı mənzildən çıxarılma ilə bağlı iddia ərizəsi ilə müraciət etdiyini bildirmişdir. Cavabdeh1 ona narahat olmamağı və məhkəmə məsələsini ona həvalə etməyini və Cavabdeh2 pulunu ödəyəcəyini və məhkəmə işini həll edəcəyini bildirmişdir. Onun deməsinə görə Fəxrəddinin qaynanası X8 rəfiqəsi olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasını n üzvü X10 etibarnamə vermişdir ki, onu məhkəmələrdə təmsil etsin. X17 ona bildirdi ki, heç bir məhkəmə prosessinə gəlməsin və bütün məsələləri o özü həll edəcək. Qeyd etmişdir ki, o, heç vaxt X10 vəkil kimi ona xidmət göstərməsi üçün pul ödəməmiş və onun məhkəmədə onu hansı qaydada təmsil etməsindən yazdığı etiraz, vəsatət, apellyasiya və kassasiya şikayətindən, verdiyi iddia ərizələrinin məzmunundan məlumatı olmamışdır. Belə ki, X10 zəng edərəkən onun telefonlarına cavab vermir, cavab verdikdə isə ona bildirmişdir ki, heç bir məsələyə qarışmasın. O, özü Fəxrəddinlə danışıb həll edəcək. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh2 iddia ərizəsi təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. O, mülki iş üzrə məhkəmə baxışı davam edərkən heç bir qətnaməni oxumamış, son radan mülki işlə bağlı qətnamələrə baxarkən məlum olmuşdur ki, Sima Yaqubova 1-ci instansiya məhkəməsində çıxışında, apellyasiya və kassasiya şikayətlərində alqı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını bildirsə də Cavabdeh1 özünün yox guya Fəxrəddinin anası, bibisi X2 Cavabdeh2 30.000 manat pulu faizə götürdüyünü qeyd etmişdir. X35 qeyd etdiklərinin bir qismi həqiqətə uyğun olmamışdır. Belə ki, həqiqətən də ona məxsus ev digər bir əqdi Cavabdeh2 ilə Cavabdeh1 arasında olan borc məsələsinin pərdələmək məqsədi ilə bağlanmış əqd olmuşdur. Əslində ilə Cavabdeh1 onu aldadaraq öz borcuna görə ona məxsus evi Cavabdeh2 adına alqı-satqı edilməsinə razı salmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestei Xidməti tərəfindən ünvan 4 ünvanında yerləşən mənzilə dair Cavabdeh2 adına Seriya № ******* saylı, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reysterindən çıxarış verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirlməsi barədə hesabatda ünvan 4 ünvanında yerləşən mənzilin bazar dəyəri və likvid dəyəri qeyd edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirlməsi barədə hesabatdan aydın olmuşdur ki, alqı-satqı müqaviləsi zamanı mənzilin dəyəri 2 dəfə azaldılmışdır və bu bir daha alqı-satqı müqaviləsinin etibarsızlığını sübut edən hallardan biri olmuşdur. Mənzilin bazar dəyəri 120000 manat olsa da, alqısatqı müqaviləsindən əqdin dəyəri 60000 manat qeyd olu nub və bu fakt müqavilənin formal olaraq bağlandığını təsdiqləmişdir. O və xüsusilə həyat yoldaşı bu müqaviləni imzalamağa tərəddüd etsələr, Cavabdeh1 pis vəziyyətdə olduğunu və onun həmişə maddi imkanın yaxşı olduğunu, onun tezliklə borcunu ödəyəcəyinə və alqı-satqı müqaviləsinin formal olduğuna və tezliklə müqavilənin Fəxrəddin tərəfindən ləğv ediləcəyinə inandıqları üçün müqaviləyə qol çəkmiş və həyat yoldaşı evin satılmasına razılıq vermişdir. Həmçinin Cavabdeh1 Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində başqa dələduzluq cinayətləri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona t əkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə barəsində cinayət işi başlanmış və barəsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-398/2021 saylı qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov tərəfindən təsdiq edildikdən sonra baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və hal-hazırda hakim Faiq Qəniyevin icraatındadır. Qeyd edir ki, Cavabdeh1 həbs edildiyi xx.xx.2021-ci il tarixə qədər o, aldadılğını anlamamış və elə zənn etmişdir ki, Cavabdeh1 gec-tez Cavabdeh2 ilə arasındakı problemi həll edəcək və onun evi ilə bağlı Cavabdeh2la bağlanmış alqı-satqı müqaviləsi ləğv ediləcək. Lakin Cavabdeh1 həbs edi ldikdən sonra o, bibisi X11 və qaynanası X18 ilə əlaqə saxlamışdır. X11 və X18 həmişə ona demişlər ki, problemin nə olduğunu bilirlər və Cavabdeh2 olan Fəxrəddinin borcunu ödəyib mənzil məsələsini həll edəcəklər. Cavabdeh1 həbs edildikdən sonra X11 və X18 bir də onları narahat etməməyini demişlər. Bundan sonra o, aldadıldığını başa düşmüş və hüquqmühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə etibarından sui- istifadə edilərək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ələ keçirilməsi və ona 120.000 manat dəyərində maddi ziyan vurulması epizodu üzrə Cavabdeh1 və Cavabdeh2 barələrində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmasını xahiş etmişdir. Belə ki, onun ərizəsi aidiyyəti üzrə araşdırma aparılması üçün Yasamal RPİ-nin 27- ci polis bölməsinə göndərilmiş və ərizəsi əsasında 27-ci PB-də araşdırma aparılmış, onun, X13, X22, X3, X4, X19, X20, X23, X15, X9, X21, X2, Cavabdeh2, Cavabdeh3 izahatları alınmışdır. Toplanmış materialdan görünmüşdür ki, Cavabdeh2 və Cavabdeh3 onu tanımamış, heç vaxt onunla əlaqələri olmamış və heç vaxt ünvan 4 ünvanında yerləşən mənzilə baxmamışlar. Cavabdeh2 öz izahatında mənzilə Cavabdeh3 baxdığını bildirsə də, sonuncu ümumiyyətlə bu barədə məlumatı olmadığını izahatında bildirmişdir. X13, X22, X3, X5, X19, X20, X23, X15, X9, X32 izahatlarında isə Bakı şəhər 53 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinin əslində Cavabdeh1 Cavabdeh2 olan borca görə bağlandığı və əslində müqavilə bağlanarkən İddiaçı aldadıldığı qeyd edilmişdir. X11 isə izahatında onun oğlu Cavaşirov Fəxrə ddinin günahı olmadığını bütün günahların Cavabdeh2 və əlaltılarında olmasını qeyd etmişdir. Onun ərizəsi əsasında Yasamal RPİnin 27-ci polis bölməsində toplanmış material Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, ordan da AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə göndərilmişdir. Əldə etdiyi şifahi məlumata əsasən, bibisi oğlu Cavabdeh1 Cavabdeh2 aralarında ona məlum olmayan səbəblərdən qaynaqlanan borc-pul münasibəti olmuşdur. Qeyd olunan hallardan da göründüyü kimi, Cavabdeh1 və Cavabdeh2 əvvəldən əlbir hərəkət edərək onu aldatmış, ona məxsus əmlakı ələ keçirdərək 120.000 manat maddi ziyan vurmuşlar. Bundan başqa 2018-ci ildə də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkki l Cinayətkarlıqla Mübarizə İdarəsində də Cavabdeh1 barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış, həmin cinayət işinin ibtidai istintaqı halhazırda davam etdirilir. İş materillarına əlavə etdiyi Yasamal RPİ-nin 27-ci PB-də şikayət ərizəsi əsasında toplanmış materialda olan şahidlərin izahatlarından görünür ki, Cavabdeh2 ilə aralarında Bakı şəhər 53 saylı notariat ofisində bağlanmış alqı-satqı müqavilələri digər əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqdir və bağlandığı andan etibarsızdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 dələduzluq yolu ilə onu aldadaraq mülkiyyətində olan mənzili dələduzluq yolu ilə ələ keçirmiş və ona 125.000 manat dəyərində maddi ziyan vurmuşdur. Bu səbədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsində göstərilmiş şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər müddəasının tətbiq edilməsi zərurəti yaranmışdır. Məhkəməyə təqdim edilmiş audio yazılardan və video görüntülərdən Cavabdeh2 ilə onun arasında AN-İ № ******* saylı, 4Ə-318 reyestr nömrəli 6 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsinin Cavabdeh1 borcuna görə bağlanması və ona həmin alqısatqıya görə pul çatmadığı və onun Cavabdeh1 tərəfindən aldadıldığı aydın olmuşdur.

13. Cavabdeh3 iddia ərizəsinə etiraz edərək etirazında bildirmişdir ki, hazırkı iddia ərizəsi heç bir sübuta söykənmir. Belə ki, işdə olan notariat işindən də göründüyü kimi Cavabdeh2 mübahisə predmeti olan mənzili tam qanuna uyğun alqı-satqı edərək öz adına reyestrdən çıxarış almış və hal-hazırda onun mülkiyyətindədir. Cavabdeh2 həmin evi İddiaçı xx.xx.2018-ci il tarixdə almış və 10 aprel 2018-ci il tarixdə çıxarış əldə etmişdir. İşdə olan qətnamələrdəndə göründüyü kimi iddiaçı və ailə üzvləri sonradan evi təhvil vermədiyindən iddia təmin olunmuş və həmin tələb üzrə icra şöbəsi tərəfindən iş icra olunaraq göstərilən mənzil Cavabdeh2 təhvil verilmişdir. İddiaçı onlara qarşı 2019-cu il tarixdə indi olduğu kimi ünvan 4 saylı ünvanda yerləşən mənzilə dair xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv olunması barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin heç bir məhkəmə iclaslarına gəlmədiklərdindən iş baxılmamış saxlanılmışdır. Üzərindən 2 ildən artıq müddət keçdikdən sonra İddiaçı yenidən həmin iddia tələbi ilə məhkəməyə müraciət etmə si iddianın qanunsuz və əsassız olduğunu, sadəcə olaraq tərəfləri incitmək və bezdirmək məqsədi daşıdığını göstərmişdir. Göründüyü kimi İddiaçı verdiyi iddia boş ifadələrdən ibarət olmuşdur. Özünün hansısa şəxsi problemlərinə görə Cavabdeh2 satdığı evdən çıxmaq istəmir və belə əsassız iddialar verməklə məhkəmənin və tərəflərin vaxtını almışdır. İddiaçı iddia tələbinin işi uzatmaq məqsədi daşıması onunla sübuta yetirilir ki, alqı-satqıdan 3 ildən çox müddət keçməsinə baxmayaraq o bu barədə heç bir iddia qaldırmamış, lakin Cavabdeh2 evdən çıxarılma tələbi qoyduqdan sonra bu alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbi ilə müddəti ötürülməklə məhkəməyə müraciət etmişdir. İşdə olan notariat işindən də göründüyü kimi İddiaçı heç bir maneə olmadan müqaviləni imzalamış, alqı-sa tqı müqaviləsində fotoşəkillə bu təsdiq olunmuşdur. İddiaçının həyat yoldaşı (arvadı) Nuranə Babayeva ərizə verərək mənzilin satılmasına etirazının olmadığını da bildirmişdir. Notariat işindən də göründüyü kimi alqısatqı müqaviləsi tam qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Etibarsızlıqla bağlı heç bir əsas olmamışdır.

14. Məhkəmə iclasında ifadə vermiş şahid X25 bildirmişdir ki, evin Cavabdeh1 satılması barədə məhkəmə qətnaməsi əsasında evdən çıxarılarkən məlumatı olmuşdur. Belə ki, həmin vaxta qədər bu müqavilənin formaq olaraq bağlandığına inanmışdır. Bundan əlavə müqavilədə alıcı kimi göstərilmiş Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 heç vaxt gəlib evə baxmamış, evlə maraqlanmamışlar. Bu da onu və əri İddiaçı müqavilənin formallığına inandırmışdır. 1

5. Məhkəmə iclasında ifadə vermiş şahid X33 bildirmişdir ki, X6 bibisidir. Nurəngizin əri Qafar ona məxsus olan və yaşadıqları evi bibisi oğlu Cavabdeh1 borcuna görə girova qoymağa razılaşmışdır. Daha sonra alqı-satqı müqaviləsi bağlanarkən Qafar müqaviləni bağlamaqdan imtina etsə də, Fəxrəddin onu inandırmışdır ki, müqavilə formal xarakter daşıyır. Qısa müddətdə borcunu ödəyib müqaviləni ləğv elətdirəcək.

16. Məhkəmə iclasında ifadə vermiş şahid X36 bildirmişdir ki, iddiaçı onun kürəkənidir. Belə ki, Qafarın bibisi oğlu Fəxrəddin Qafara müraciət edərək borcu olduğunu və borclu olduğu şəxslər tərəfindən sıxışdırıldığını bildirmişdir. Bu səbəbdən xahiş etmişdir ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili girov qoyaraq ona borcunu ödəməsi üçün bir neçə aylıq vaxt qazandırsın. N otariusda girov müqaviləsi əvəzinə alqısatqı müqaviləsi bağlanarkən Qafar ilk başda etiraz etmiş, lakin Fəxrəddin onu müqavilənin formallığına inandıra bilmişdir.

17. Məhkəmə iclasında ifadə vermiş şahid X12 bildirmişdir ki, iddiaçı onun kürəkənidir. Belə ki, Qafar, bibisi oğlu Fəxrəddinin borcuna görə evini girova qoymağa razı olmuş, Fəxrəddin onu qısa müddətdə borcunu ödəyib evi girovdan çıxaracağına inandırmışdır. Daha sonra notariusda girov müqaviləsi əvəzinə alqı-satqı müqaviləsi bağlanarkən Qafar ilk başda etiraz etmiş, lakin Fəxrəddin onu müqavilənin formallığına inandıra bilmişdir. Heç kimin onun evini əlindən almaq niyyəti olmadığını demiş, borcunu ödəyən kimi alqı-satqı müqaviləsinin ləğv ediləcəyini demişdir.

18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci i nstansiya məhkəməsi) 2(005)-208/2022 nömrəli iş üzrə 7 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilmişdir.

19. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alqı-satqı müqaviləsi bağlanarkən, onu bağlayan tərəflər arasında alqı-satqı müqaviləsinin predmetini təşkil edən əmlak müəyyən olmalı, həmçinin əmlakın dəyəri müqavilədə göstərilməlidir. Hazırda etibarsızlığı mübahisələndirilən müqavilə üzrə isə məhkəmə qeyd etmişdir ki, İddiaçı ilə alıcı Cavabdeh2, həmçinin onun adından müqaviləni imzalayan Cavabdeh3 arasında əvvəlcədən tanışlıq olmamış, müqavilə imzalandığı gün İddiaçı Cavabdeh3 yalnız bir dəfə görmüş, onlar arasında mənzilə dair hər-hansı müzakirə olmamışdır. Eyni zamanda müqavilə bağlanmazdan əvvəl alıcı və ya onun nümayəndəs i tərəfindən mənzilə real olaraq baxılmamış, onun şəraiti və digər halları ilə maraqlanılmamışdır. Qeyd edilən hal məhkəmə iclasında dinlənilmiş şahid ifadələri, həmçinin Cavabdeh2 Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-də verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. O vermiş olduğu izahatda - evi almazdan əvvəl həmin evdə olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, alıcı tərəfindən müqavilə bağlanmazdan əvvəl evə real olaraq baxılmaması, alıcının əldə edəcəyi mənzillə maraqlanmaması özlüyündə müqavilənin formal olaraq bağlandığı qənaətinə gəlməyə imkan vermişdir.

20. Məhkəmə qeyd etmişdir ki, müqavilə bağlanarkən alqı-satqı müqaviləsində əmlakın dəyəri 60000 manat göstərilmişdir. Mülki iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatı ilə isə mənzilin bazar dəyəri 125000 manat, likvid dəyəri 120000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 3 il ərzində əmlakın bazar dəyərində 2 dəfəyə qədər böyük fərqin yaranması ağlabatan olmamış və əmlakın dəyərinin müqavilədə 2 dəfəyə qədər aşağı göstərilməsi alqı-satqı müqaviləsinin formallığını sübuta yetirən hallardan biri kimi qiymətləndirilmişdir.

21. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsini bağlamış olsa da, müqavilənin formal xarakter daşımadığını, məhkəmə qətnaməsinin icrası zamanı, yəni evdən çıxarılarkən bilmişdir. İddiaçı və ailə üzvlərinin ünvan 6 ünvanında yerləşən mənzildən çıxarılması tələbi üzrə sonuncu məhkəmə iclası xx.xx.2021-ci il tarixdə keçirilmiş, iddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, 1 illik iddia müddətini ötürməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair əsassızdır.

22. Məhkəmə eyni zamanda, iddiaçının mülki iş üzrə cinayətin əlamətləri aşkara çıxarıldığından xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə vəsatətinə dair qeyd etmişdir ki, cavabdehlərin əməlində cinayətin əlamətlərinin olub-olmaması hazırda davam edən cinayət işi üzrə araşdırıldığından həmin vəsatət təmin edilməməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 404.1, 567-ci maddələrinə, “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublika sının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2015-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bund an sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3609/2022 nömrəli mülki iş üzrə 1 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Həmid Həmidov) cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

27. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2659/2019 saylı, xx.xx.2019-cuil tarixli qətnaməsi əsasında baxılmış “mənzildən çıxarılma” tələbinə dair iddia hazırki iddia ərizəsi ilə mübahisələndirilən əqdə əsaslanan iddia olmuşdur. tərəflər arasında daha əvvəl hazırda mübahisələ ndirilən əqdə əsaslanan mübahisəyə dair (mənzildən çıxarılma) qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, iddiaçının həmin əqdin etibarsızlığına dair iddia qaldırması əsassızdır.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına və “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadına istinad edərək əsas landırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq kassator bildirmişdir ki, məhkəmə qətnaməsində “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı qərardad ına əsaslanmışdır. Tərəflər arasında olmuş mənzildən çıxarılma tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2659/2019 saylı, xx.xx.2019-cuil tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12454/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi və Ali Məhkəmənin 2(102)- 281/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı bu iş üzrə hal-hazırda baxılan mülki işlə eyni predmetə aid mübahisə sayıla bilməz və həmin işdə əqdin etibarsızlığına dair mübahisəyə baxılmamışdır. Ona görə də, məhkəmənin AR MPM-in 261.0.2-ci maddəsinə əsaslanaraq mülki iş üzrə icraata xitam verməsi qanunsuz və əsassız olmuşdur.

31. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.2, 4, 13, 261.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı et irazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə o lunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Apellyasiya instansiya məhkəməsi MPM-in 261.0.2-ci maddəsinə əsasən hazırkı iş üzrə icraata xitam verərkən qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2659/2019 saylı, 16 iyul 2019-cu il tarixli qətnaməsi əsasında baxılmış “mənzildən çıxarılma ” tələbinə dair iddia hazırki iddia ərizəsi ilə mübahisələndirilən əqdə əsaslanan iddia olmuşdur. Tərəflər arasında daha əvvəl hazırda mübahisələndirilən əqdə əsaslanan mübahisəyə dair (mənzildən çıxarılma) qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, iddiaçının həmin əqdin etibarsızlığına dair iddia qaldırması əsassızdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd olunan əsasla iş üzrə icraata xitam verilməsi barədə gəldiyi qənaət prosessual hüquq normlarının tələblələrinə uyğun olmamaqla aşağıdakılara əsasən qanuni və əsaslı sayıla bilməz.

43. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə Cavabdeh2 (nümayəndəsi Cavabdeh3) arasında notarial qaydada xx.xx.2018-ci il ta rixli, 40-318 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir.

44. Bundan sonra, Cavabdeh2 İddiaçı və onun arvadına qarşı iddia qaldıraraq, mülkiyyət hüququ ilə ona məxsus həmin mənzildən çıxarılmalarını tələb etmiş, cavabdehlər iddiaya dair yazılı etiraz və ya izahat təqdim etməmişlər. Bu iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2659/2019 nömrəli, 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş və qətnamə qanuni qüvvəsini almışdır.

45. Qətnamədə qeyd olunmuşdur ki, Cavabdeh2 mübahisəli mənzili İddiaçı satın almışdır və mənzil hazırda onun mülkiyyətindədir. Lakin İddiaçı onun qanuni mülkiyyətində olan mənzildən çıxmamış, bununla da qanunla qorunan m ülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.4-cü maddələrinə istindala əsaslandırmışdır.

46. Hazırkı iddia tələbi isə mübahisəli mənzilə dair tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş reyestr çıxarışının ləğvi barədədir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadında qeyd olunmuşdur ki,...əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlu m olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər.

48. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan norm alarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı (bənd 5455).

49. Göründüyü kimi, tərəflər arasında mənzildən çıxarılma barədə ilk məhkəmə mübahisəsi əqdə əsaslanan iddiadan deyil, əşya – mülkiyyət hüququna əsaslanan iddiadan irəli gəlmiş və işə baxmış məhkəmələr mübahisəni hüquqi həlli ilə bağlı mülki qanunvericiliyin mülkiyyət hüququ və onun müdafiəsi bağlı normlarına istinad etmişlər. Həmin iş üzrə cavabdehlər Cavabdeh2 mübahisəli mənzil üzərində mülkiyyət hüququna dair hər hansı etiraz etmədiklərindən məhkəmənin həmin hüququn əsaslandığı qeydin əsasında duran əqdin (xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi) etibarlılığını yoxlamaq vəzifəsi yaranm amışdır.

50. Odur ki, qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardad ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3609/2022 nömrəli, 1 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar