Məhkəmə qərarları › İş №2(102)-4718/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4718/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4718/2021 26.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maneələrin aradan qaldırılması və inşa edilmiş tikilinin qanunsuz hesab edilməklə sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X5 və cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-149/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 20 may 1999-cu il tarixli, XXX saylı bağın icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, ünvan 0.12 hektarlıq torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin 11.02.2017-ci il tarixli məktubundan görünür ki, ünvan ünvanında yerləşən XXX saylı bağ sahəsinin koordinatlarının müəyyən olunması barədə İddiaçı ərizəsinə baxılmışdır. Həmin bağ sahəsinə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və məlum olmuşdur ki, bir neçə bağ sahəsi ümumi hasar daxilində yerləşir. Azərbaycan Respu blikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.02.2018-ci il tarixli rəydən görünür ki, tərəflərin iştirakı ilə yerində baxış keçirilib torpaq sahəsinin koordinatları müəyyən edilməklə faktiki sahələri ölçülmüşdür. Ölçmə işlərinin nəticəsi kameral şəraitdə “XXX" MMC-nin arxiv və elektron bazasında araşdırılıb, ərazinin sxemi tərtib edilmişdir. Ölçülmüş ərazi 0.3794 hektar olmaqla mişar daşı ilə hasarlanıb dəmir darvaza qoyulmuşdur, içəridə iki bitişik tikili, daş hovuz və su quyusu mövcuddur, həyətdə üzüm tingləri əkilmişdir. Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən sözügedən XXX saylı bağın ərazisi qeyd olunan koordinatlar daxilində cənub hissədə yerləşdirilməklə perimetrik ölçüləri 25x48 (1200,0m2) şəklində müəyyən olunmalıdır. Mövcud tikililər iddia olunan 0.1200 hektardan kənarda yerləşir. Bakı şəhəri, ünvan yerləşən XXX nömrəli, 0.12 hektar bağ sahəsi Cavabdeh tərəfindən mişar daşı ilə hasarlanıb dəmir darvaza qoyulmuş sahəsi 0.3794 hektar olan ərazinin sərhədləri daxilində yerləşir və sərhədi müəyyən edən ortaq divar yoxdur. Həyətdə olan cavabdehə məxsus 24 kv.m. bağ evi və ona bitişik 7 kv.m tikili, 5 kv.m su hovuzu, 2 kv.m hissəsi betonlanmış su quyusu İddiaçı iddia etdiyi 0.1200 hektar torpaq sahəsinə düşmür. Mövcud olan özbaşına tikililər iddiaçının Bakı şəhəri, ünvan yerləşən XXX nömrəli, 0.12 hektar bağ sahəsindən istifadəyə məhdudiyyət yaratmır. Hazırda mübahisə predmeti olan torpaq sahəsi Dövlət mülkiyyətindədir. Azərbaycan Respublikas ı Dövlət Tarix Arxivi tərəfindən Cavabdeh ünvanlanmış 16 mart 2017-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “XXXi” fondunun sənədlərində ünvan1 bağ sahələri olan XXX kənd sakinlərinin 05 yanvar 1905-ci ilə oğlunun XXX kəndində bağ sahəsi olmuşdur. 21 iyul 2005-ci il tarixli, XXX saylı icarə müqaviləsinin surətindən görünür ki, XXX Bələdiyyəsi ilə Cavabdeh arasında 10 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Qəbzlərin surətindən görünür ki, X2 Bələdiyyəsinə torpaq vergisi ödəmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2020-ci il tarixli, 10/2037 nömrəli ekspertiza rəyindən və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28 noyabr 2020-ci il tarixli mütəxəssis r əyindən görünür ki, mübahisələndirilən ərazi Dövlət mülkiyyətindədir və XXX bələdiyyəsinin mülkiyyətinə verilməmişdir. İddiaçı iddia etdiyi mübahisəli torpaq sahəsinin (Bakı şəhəri, ünvan yerləşən, sahəsi 0,12 ha olan, XXX nömrəli bağ sahəsi) sərhədləri (bağ arxiv materiallarına əsasən naturada iddiaçıya tanıdılmışdır) perimetrik ölçüləri 25x48 (1200 m2) şəklində müəyyən edilmişdir (sxem əlavə edilib). Kürdəxanı bələdiyyəsinin 21 iyul 2005-ci il tarixli, XXX nömrəli icarə müqaviləsinə əsasən cavabdehin icarəsinə verilmiş 0,12 ha torpaq sahəsinin haradan ayrılmasını əks etdirən (mövcud qaydalara uyğun hazırlanmış) plan-ölçü, ayrıc aktı, hər hansı istinad nöqtəsindən məsafəsi göstərilməklə hazırlanmış sxemi olmadığından 21 iyul 2005-ci il tarixli, XXX nömrəli icarə müqaviləsinə əsasən ayrı lmış torpaq sahəsinin sərhədlərini yerində (həmçinin, torpaq sahələrinin üstüstə düşməsini, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin 21 iyul 2005-ci il tarixli, XXX nömrəli icarə müqaviləsinə əsasən ayrılmış torpaq sahəsinin sərhədləri daxilində yerləşməsini) müəyyən etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı manelərin aradan qaldırılması və inşa olunmuş tikilinin qanunsuz hesab edilməklə sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-1996-cı illərdə QarabağdaMurovdağda həqiqi hərbi xidmətdə olmuş və 1992-1994-cü illərdə Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. Dövlətin rəhbərliyi onun və onun kimi bütün digər veteran ların xidmətini qiymətləndirmişdir. Belə ki, müharibə veteranı olduğu üçün Bakı şəhər İcra Hakimiyyətinin Bağlar İdarəsi tərəfindən 20.05.1999-cu il tarixində XXX nömrəli müqavilə ilə ona ünvan ünvanında XXX nömrəli 0,12 hektar bağ sahəsi verilmişdir. Həmin vaxt o, qeyd edilən ünvana gedib, ilkin hasara alma (dəmir boru, məftil və s. ilə) işlərini apararkən ona özünü Cavabdeh kimi təqdim edən bir şəxs yaxınlaşaraq XXX kinoteatrında yüksək vəzifədə işləyən şəxs və Nardaranlı olduğunu və ətrafdakı sotlarla torpaq sahəsinin həmçinin ona ayrılan torpaq sahəsinin ona babasından qaldığını bildirərək onu həmin əraziyə buraxmamışdır. O həmin vaxt bununla bağlı Sabunçu rayon Polis İdarəsinə müraciət etsə də polis tərəfindən hüquqlarının qorunması ilə bağlı heç bir tədbir görülməmişdir. O, müxtəlif üsullarla öz torpağını qanunsuz sahiblikdən geri almağa çalışsa da həmin şəxsin Nardarandan olmasını biləndən sonra heç bir orqan ona köməklik etməmişdir. Bu hadisədən sonra, ruhdan düşərək xətadan-bəladan uzaq olmaq üçün bağdan əlini üzsə də, mütəmadi olaraq gedib kənardan həmin əraziyə baxmışdır. Həmin vaxtdan artıq 18 ilə yaxın vaxt keçmiş və həmin şəxs ərazini (50 sotlarla torpaq sahəsini, həmçinin ona ayrılan torpaq sahəsini) 5-6 mişar daşı hündürlükdə hasara almışdır. Nəhayət, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nardaran qəsəbəsində həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra 2017-ci ilin fevral ayından yenidən haqq etdiyi və dövlətin ona verdiyi bağ sahəsinə sahib olmaq üçün hərəkətə başlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daş ınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin əməkdaşları sputnik vasitəsilə bağ sahəsinin yerini dəqiq müəyyən etdikdən sonra, dəmir boru və torla həmin ərazini planölçmə işlərinin həyata keçirilməsi üçün çəpərləmişlər. Lakin komitənin əməkdaşları ilə 1-2 həftə sonra təkrarən bağ sahəsinə gedəndə Cavabdeh tərəfindən onun bağ sahəsi də daxil olmaqla 5-6 mişar daşı ilə hasara aldığı 50 sot ərazinin dəmir qapısını da qıfılla bağladığını, eyni zamanda 100-150 manata aldığı dəmir parçalarının və torların bir hissəsinin ərazidə olmadığını, hasarın yararsız hala düşdüyünü aşkar etmişdir. Komitənin əməkdaşları isə hasarı aşaraq, sxem-ölçmə işlərini həyata keçirməyə qorxdular. Bu barədə 23.02.2017-ci il tarixdə Sabunçu RPİ-nin XXX PB-nə ərizə ilə müraciət etsə də, Sabunçu rayon Polis İdarəsi bu dəfə də heç bir tədbir görməmişdir. Cavabdeh adlı şəxs orada izahat verərək həmin torpaq sahələrinin ona babasından qalmasını bildirmişdir. Həmin torpaq sahəsinə dair Cavabdeh əlində heç bir sənəd yoxdur. Sabunçu RPİ-nin XXX PB-nin XXX nömrəli, 05.03.2017-ci il tarixli məktubunda göstərilmişdir ki, ərizəsində qeyd olunanlar mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edilməlidir. Buna görə də, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar İdarəsi tərəfindən 20.05.1999-cu il tarixli XXX nömrəli müqavilə ilə ona verilmiş ünvanndə yerləşən XXX nömrəli 0,12 hektar (12 sot) bağ sahəsindən istifadəyə maneələrin yaradılması Cavabdeh qadağan edilməsi, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar İdarəsi tərəfindən 20.05.1999-cu il tarixli XXX nömrəli müqavilə ilə ona verilmiş ünvanndə yerləşən XXX nömrəli 0,12 hektar (12 sot) bağ sahəsindən istifadəyə qarşı yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh üzərinə qoyulması, Cavabdeh tərəfindən tikilmiş daş hasarın Bakı şəhər İcra Hakimiyyətinin Bağlar İdarəsi tərəfindən 20.05.1999-cu il tarixli XXX nömrəli müqavilə ilə ona verilmiş ünvanndə yerləşən XXX nömrəli 0,12 hektar (12 sot) bağ sahəsinin sərhədləri ilə bitişən hissəsi sökülsün və həmin hissənin sökülməsi vəzifəsi Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev, iş № 2(008)-644/2018) iddia qismən təmin olunaraq, 20.05.1999-cu il tarixli XXX nömrəli müqavilə ilə İddiaçı istifadəsinə verilmiş ünvanndə yerləşən XXX nömrəli 0,12 hekt ar (12 sot) bağ sahəsindən istifadəyə maneələrin yaradılması Cavabdeh qadağan edilməklə həmin bağ sahəsindən istifadəyə qarşı yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh üzərinə qoyulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş 194.17 manat ekspertiza tədqiqatının dəyərindən Cavabdeh tutulub dövlət büdcəsinə ödənilməsi (hesab: "xxxx" ASC-nin 1 saylı Xətai filialı, kod:200071 VOEN (bank) **********, müxbir hesab: AZ37NABZ********************, svvift: AİİBAZ2X, kadastr və yerquluşu layihə-tədqiqat Mərkəzi MMC VOEN: **********, hesab N: AZ23AİİB********************) qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı haqlı olaraq 20 may 1999-cu il tarixli, XXX saylı bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən qanuni istif adəsinə verilmiş bağ sahəsinə mülkiyyət hüququ əldə etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehin müdaxilələri səbəbindən həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə edə bilməmişdir. Lakin məhkəmə baxışı zamanı sərhədi müəyyən edən ortaq divarın müəyyən edilməməsi ilə əlaqədar Cavabdeh tərəfindən tikilmiş daş hasarın 20.05.1999-cu il tarixli XXX nömrəli müqavilə ilə ona verilmiş ünvanndə yerləşən XXX nömrəli 0,12 hektar (12 sot) bağ sahəsinin sərhədləri ilə bitişən hissəsinin sökülməsi və həmin hissənin sökülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması hissəsi əsaslı hesab edilməməişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Mə hkəməsinin Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Şamayev sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Məhərrəmova və X.Sarıyev, iş № 2(103)-3188/2019) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(008)-644/2018 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə və mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçının qanuni sahibliyində olduğundan, cavabdeh tərəfindən isə həmin sahibliyin pozulması halı məhkəmə tərəfindən müəyyən edildiyindən birinci instansiya məhkəməsi 20 may 1999-cu il tarixli XXX nömrəli müqavilə ilə İddiaçı istifadəsinə verilmiş Bakı şəhər i, ünvan yerləşən XXX nömrəli 0,12 hektar (12 sot) bağ sahəsindən istifadəyə maneələrin yaradılması Cavabdeh qadağan edilməklə, həmin bağ sahəsindən istifadəyə qarşı yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh üzərinə qoyulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov, İ.Dəmirov, iş № 2(102)5397/2019) Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 07 mart 2019-cu il tarixli, 2(103)3188/2019 saylı qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiy a instansiyası məhkəməsi hesab etmişdir ki, istərsə də kassasiya şikayətinin əsas dəlili İddiaçı mübahisəli torpaq sahəsindən bir gün də olsa istifadə etməməsi, bununla da torpaq üzərində hüquqlarını itirməsi, icarə müqaviləsinin müddətinin bitməsi, iddiaçının həmin torpaq sahəsi üzərində hər hansı hüququnun olmadığı və bununla da hazırkı iş üzrə iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması barədədir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlili üzrə heç bir araşdırma aparmamış, iddiaçının belə bir tələblə məhkəməyə müraciət etmək hüququ olub-olmamasına münasibət bildirməmiş, sadəcə qeyd etmişdir ki, cavabdehin bu halları mübahisələndirməyə subyektiv hüququ yoxdur, çünki onun özünün həmin torpaq sahəsinə hər hansı hüququ olduğu müəyyən edilməmişdir. Lak in işə baxılarkən ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Bağlar İdarəsi ilə müqavilə 20 may 1999-cu il tarixdə bağlansa da, iddiaçı bundan 18 il sonra pozulmuş hüququnun bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Onun 18 il ərzində məhkəməyə müraciət etməməsinin səbəbi işdən aydın deyil. İddiaçı torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən maneçilik törədilməsindən polis orqanına şikayət etdiyini bildirsə də, məhkəmə kollegiyası iş materiallarında bununla bağlı da hər hansı sübuta (sənədə) rast gəlmədi. İşdə olan sənədlərdən onun yalnız 2017-ci ildə polisə müraciət etdiyi görünür. İşə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçının hazırkı iş üzrə tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik o lubolmadığı aydınlaşdırılmalı və həmin hala, eləcə də iddiaçının torpaqdan istifadə etməməsinin və istinad etdiyi icarə müqaviləsinin müddətinin bitməsinin torpaq üzərində istifadə və ya icarə hüququnun xitamına səbəb olub-olmamasına torpaq qanunvericiliyinin normaları tətbiq olunmaqla qiymət verilməlidir. İşin 74-76-cı vərəqlərində olan mütəxəssis rəyindən göründüyü kimi, iddiaçının mübahisələndirdiyi 0.12 ha torpaq sahəsi Dövlət mülkiyyətindədir. Buna baxmayaraq hazırkı işin məhkəmə baxışı zamanı mülkiyyətçi, yəni torpaq üzərində nəzarəti həyata keçirən dövlət orqanı işdə iştirak etməyə cəlb edilməmiş və hazırkı məsələyə münasibəti öyrənilməmişdir. Cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, 2005-ci ildə XXX bələdiyyəsi ilə 0,12 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmış v ə cavabdeh həmin sahəyə görə vergilər ödəmişdir. Cavabdeh bu sahənin məhz iddiaçının mübahisələndirdiyi torpaq sahəsi olduğunu göstərmişdir. İşə yenidən baxılarkən həmin torpaq sahəsi ilə iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmadığı da müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Eyvazov sədrliyi və məruzəsi ilə, hakimlər Z.Şirinov və F.Talışinski, iş № 2(103)-149/2021) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(008)644/2018 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması, məhkəmə xərci Cavabdeh aid ed ilməsi, cavabdehdən aparılmış ekspertizanın dəyəri olan 100 (bir yüz) manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işdə olan sübutlarla, həmçinin mütəxəssis rəyi ilə iddiaçının irəli sürdüyü tələb hüququnun mövcudluğu müəyyən olunur. Çünki, iddiaçıya məxsus 0,12 ha torpaq sahəsi hazırki vaxtda cavabdeh tərəfindən mişar daşı ilə hasarlanıb dəmir darvaza qoyulmuş sahəsi 0,3794 ha olan ərazinin sərhədləri daxilində yerləşir. Cavabdeh isə etirazının əsası mübahi səli torpaq sahəsinin atababalarına məxsus olmasını, onlardan ona keçməsini, həmçinin həmin torpaq sahəsinin ona XXX bələdiyyəsi tərəfindən aralarında bağlanmış 21 iyul 2005-ci il tarixli, XXX saylı icarə müqaviləsi əsasında verilməsini göstərmişdir. Birinci instansiya məhkəməsi (həmçinin, əvvəlki apellyasiya instansiyası) cavabdehin etirazlarını əsassız sayaraq, sübutetmə yükünü həyata keçirə bilməməsini, həmçinin mübahisəli torpaq sahəsinin Dövlət mülkiyyətində olması səbəbindən onun XXX bələdiyyəsi tərəfindən cavabdehə icarəyə verilə bilməməsinə və s. istinad etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2020-ci il tarixli, XXX nömrəli ekspertiza rəyindən və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28 noyabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən ərazi Dövlət mülkiyyətindədir və XXX bələdiyyəsinin mülkiyyətinə verilməmişdir. Göründüyü kimi, kassasiya instansiyasının qeyd edilən göstərişi araşdırıldıqdan sonra da, cavabdehin istinad etdiyi XXX bələdiyyəsinin 21 iyul 2005-ci il tarixli, XXX nömrəli icarə müqaviləsi iddianın əsaslılığını aradan qaldırmır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İddiaçının tələb hüququ Bakı şəhər İcra Hakimiyyətinin Bağlar İdarəsi ilə bağladığı 20 may 1999-cu il tarixli, XXX saylı m üqavilədən irəli gəlir. Həmin müqavilə iddiaçıya mübahisəli torpaq sahəsi üzərində əmlak hüquqlarının yaranmasına əsas olmaqla, özlüyündə bağ sahəsinə qanuni sahiblik və ondan istifadəni ehtiva etmişdir. Eyni zamanda, işdə həmin müqavilənin etibarsızlığı ilə bağlı da hər hansı sübut mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, vətəndaşların bağ sahələrinə dair əvvəllər səlahiyyətli orqanla bağladıqları analoji müqavilələr sonradan əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olmuşdur. Bu səbəbdən də iddiaçı bağ sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncunun iddiaçıya ünvanladığı 11 fevral 2017-ci il tarixli və 01 mar t 2017-ci il tarixli məktublarından görünür ki, XXX nömrəli bağ sahəsinə dair iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Çünki, İdarənin mütəxəssisləri tərəfindən ölçü işlərinin görülməsinə şərait yaradılmamışdır. Mütəxəssis tərəfindən bağ sahəsinə texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bir neçə bağ sahəsi ümumi hasar daxilində yerləşir. Sözügedən müqavilənin müddətinin bitməsi halı isə özü-özlüyündə tərəflər arasında icarə münasibətlərinin bitməsi (müqavilənin xitam olunması və s.) anlamına gələ bilməz. Çünki, həmin dövrdə qüvvədə olmuş «İcarə haqqında» Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Müqavilənin müddətinin qurtarması özüözlüyündə müqaviləni aradan qaldırmır. Çünki, müddət qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. İşdə isə, bunun əksini təsdiq edən hər hansı sübut mövcud deyildir. Eyni zamanda, cavabdeh də bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçının mübahisəli torpaq sahəsindən uzun müddət istifadə etməməsi faktı da vəziyyəti dəyişdirmir. Yəni, iddiaçının hətta torpa q sahəsindən müəyyən müddət ərzində istifadə edə bilməməsi faktı onun torpaq sahəsi üzərində olan əmlak hüquqlarının xitamı səbəb ola bilməzdi. Cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus torpaq sahəsini (0,12 ha) zəbt etməsi və iddiaçıya həmin torpaq sahəsindən istifadəyə etdiyi maneələr hər hansı qanunihüquqi əsasa söykənməməklə, sonuncunun daşınmaz əmlak üzərində əmlak hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli 2(103)-149/2021 nömrəli qətnaməsinin və həmin qətnamə ilə bağlı olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli 2(008)-644/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçı və vəkili X1 iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən h üquq Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 15-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. «İcarə haqqında» Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. 13-cü maddəsin in 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. 15-ci maddəsinin 1-ci bəndinə əsasən icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblik dən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 65-ci maddəsinə əsasən torpaq sahəsinin planı tərtib edilməli, torpaq sahəsinin sərhədləri yerdə (naturada) müəyyən edilməlidir. 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 68-ci maddəsinə müvafiq olaraq, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 1 01.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddə sinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək sübutlara düzgün hüquqi qiymət verilmədiyini və əvvəlki kassasiya icraatı zamanı müəyyən edilmiş göstərişlərə əməl edilmədiyini qeyd etmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, təkrar apellyasiya baxışı zamanı əvvəlki kassasiya icraatında aydınlaşdırılması zəruri hesab edilmiş bütün hallar üzrə qiymətləndirmənin aparılması təmin edilmiş, müvafiq ekspertiza təyin olunaraq mübahisəli torpaq sahəsinin bələdiyyə deyil, dövlət torpaqlarına aid olması, iddiaçının məhz icarə müqavil əsi əsasında torpaq sahəsinə sahiblik və istifadə etmək hüququnun olması, müqavilənin hazırkı tələbin irəli sürməsi üçün imkan yaratması (subyektiv hüquq verməsi) və cavabdehin torpaq sahəsindən istifadəsinin qanuni əsaslardan irəli gəlməməsi müəyyən edilmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-149/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar