Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-472/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Təhlükəsizlik İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işçinin əmək funksiyasını yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8412/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 16.08.2016-cı il tarixdən “SOCAR”-ın Təhlükəsizlik İdarəsinə atıcı vəzifəsinə qəbul edilmişdir.
2. İşçi İddiaçı işəgötürən “SOCAR”-ın Təhlükəsizlik İdarəsinin 02.07.2020-ci il tarixli nömrəli əmri ilə töhmət, 11.09.2020-ci il tarixli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 12.11.2020-ci il tarixli nömrəli əmri ilə yenə də sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehləri verilmişdir. 3. 26.02.2021-ci il tarixdə, saat 10:00 radələrində postların yoxlanılması zamanı müəyyən edilib ki, 4 saylı postun (NBM) atıcısı olan İddiaçı nəqliyyat vasitələrini yoxlama-baxış keçirmədən əraziyə buraxmış, həmçinin obyekt işçilərinin piyadalar üçün nəzərdə tutulmuş NBM-dən deyil, nə qliyyat üçün nəzərdə tutulmuş darvazadan yoxlama-baxış keçirilmədən sərbəst şəkildə əraziyə giribçıxmalarına şərait yaratmışdır. 4. “SOCAR”-ın Təhlükəsizlik İdarəsi həmin halı əmək vəzifələrinin kobud pozuntusu kimi qiymətləndirərək 16.03.2021-ci il tarixli əmrlə İddiaçıla bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Təhlükəsizlik İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Təhlükəsizlik İdarəsinin əmək müqaviləsinə xitam verilməsi barədə 16.03.2021-ci il tarixli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi b arədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, işlədiyi müddət ərzində daima işini vicdanla və qüsursuz yerinə yetirmişdir. Ona qarşı qərəzli mövqe tutularaq 26.02.2021-ci il tarixdə postların yoxlanılması zamanı nəqliyyat vasitələrini yoxlama baxışı keçirmədən əraziyə buraxdığı əsasla onunla fərdi qaydada söhbət aparmış və izahatı alınmışdır. Lakin əslində həmin vaxt əraziyə heç bir nəqliyyat vasitələrini buraxmamış və bu barədə video görüntülər də vardır. Həmçinin, bu hal onda birinci dəfə olmaqla həmin əsasla da bağlanmış əmək müqaviləsinə xitam verilməsi tamamilə əsassızdır. Komanda rəisi ona qarşı qərəzli münasibət bəsləmiş və heç bir əsas olmadan töhmət və şiddətli töhmət verdirmişd ir. Ona görə həmin əmr tamamilə qanunsuz olmuşdur. İşdən azad olunmağı ilə bağlı əmrdə göstərilənlər düzgün deyil, qərəzlidir. Əmək funksiyasını pozmamışdır. İşdən çıxarılması Həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmamış, iclas keçirilməmiş və o da iclasda iştirak etməmişdir. Cavabdeh təşkilatla aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuş, habelə əmək müqaviləsinə həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilmişdir.
7. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, idarədə atıcısı peşəsində işləyən İddiaçı 26.02.2021-ci il tarixdə 4 saylı posta (NBM) təhkim olunmuş və saat 10:00-da nəqliyyat vasitələrinə yoxlama-baxış keçirmədən əraziyə buraxmış, həmçinin obyekt işçilərinin piyadalar üçün nəzərdə tutulmuş NBM-dən deyil, nəqliyyat üçün nəzərdə tutulmuş darvazadan yoxlama-baxış keçirmədən sərbəst şəkildə əraziyə giribçıxmalarına şərait yaratmışdır. Onun bu hərəkətləri AR ƏM-nin 70-ci maddəsinə (əmək funksiyasını yerinə yetirməmək) və eyni zamanda, AR ƏM- nin 72-ci maddəsinin “ə” bəndinə əsasən (əmək funksiyasını pozduğuna görə, əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrar əmək funksiyasını pozması kimi qiymətləndirilmiş onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq almaq üçün materiallar HİK-ə göndərilmiş və müvafiq qaydada HİK-in razılığı alındıqdan sonra onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” b əndinə əsasən xitam verilmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 27 aprel 2021-ci il tarixli, 2(011)3488/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə iddiaçının aldığı əvvəlki tənbehləri də nəzərə alaraq hesab etmişdir ki, 26.02.2021-ci il tarixdə törətdiyi əmək pozuntusuna görə onun ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi əmək qanunvericiliyinin tələblərinə uyğundur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Cəfərov (sədrlik edən və məruzəçi), X.Mərdanova və X.Sarıyev) 27 avqust 2021-ci il tarixli, 2(103)-8412/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Dövlət Şirkətinin Təhlükəsizlik İdarəsində əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, əgər işçi əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozursa, bu, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Bu, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində müəyyən edilib. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində isə qeyd olunub ki, işçi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Lakin əmək müqaviləsinin Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla ləğv edilməsi üçün 1 şərt mövcud olmalıdır. Bu şərt Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində müəyyən olunub. Həmin maddədə qeyd olunub ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İddiaçının 26.02.2021-ci il tarixdə, saat 10:00 radələrində nəqliyyat vasitələrini yoxlamabaxış keçirmədən əraziyə buraxmasının, həmçinin obyekt işçilərinin piyadalar üçün nəzərdə tutulmuş NBM-dən deyil, nəqliyyat üçün nəzərdə tutulmuş darvazadan yoxlamabaxış keçirilmədən sərbəst şəkildə əraziyə girib-çıxmalarına şərait yaratmasının 71-ci maddənin 2-ci hissəsində göstərilən nəticələrə səbəb olması müəyyən olunmur. Nəzərə alınmalıdır ki, əmək münasibətlərində işçi üçün ən ağır məhrumiyyət yaradan tədbir əmək müqaviləsinin ləğv edilməsidir: o, işini və qazancını itirir. O cümlədən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sırasında hazırkı əsas (70-ci maddənin “ç” bəndi) işçi üçün ən ağır məhrumiyyət yaradan əsasdır: o, başqa iş tapmaqda çətinlik çəkir. Ona görə də 71-ci maddənin 2-ci hissəsində göstər ilən şərt olmadan əmək müqaviləsi 70-ci maddənin “ç” bəndi ilə ləğv edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Təhlükəsizlik İdarəsi kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halıdır ki, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində və vəzifə təlimatında işçi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, 26.02.2021-ci ildə saat 10.00 radələrində nəqliyyat vasitələrini yoxlama-baxış keçirmədən əraziyə buraxmasının, həmçinin obyekt işçilərinin piyadalar üçün nəzərdə tutulmuş NBM-dən deyil, nəqliyyat üçün nəzərdə tutulmuş darvazadan yoxlama-baxış keçirilmədən sərbəst şəkildə əraziyə girib-çıxmasına şərait yaratmışdır. İşçinin əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, iş yerində əmək və icra intizamının normal ahəngini pozması sübuta yetirilsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu hala qiymət verilməmiş, işəgötürənə ziyan dəyməsi müəyyən olunmadığı üçün iddia tələbi təmin edilmişdir. Halbuki, apellyasiya instansiyası nəzərə almamışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin "işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları" başlıqlı 70-ci maddəsinin "ç" bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şə kildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qanunvericiliyin tələblərindən göründüyü kimi işçinin mühafizəsinə təhkim olunmuş post üzrə xidmət zamanı əsaslı səbəb olmadan nəqliyyat vasitələrini yoxlama-baxış keçirmədən əraz iyə buraxması, həmçinin obyekt işçilərinin piyadalar üçün nəzərdə tutulmuş NBM-dən deyil, nəqliyyat üçün nəzərdə tutulmuş darvazadan yoxlama-baxış keçirilmədən sərbəst şəkildə əraziyə girib-çıxmalarına şərait yaratması əmək və icra intizamının normal ahəngini pozması onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsasdır. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol açmışdır. Bundan başqa, işçi fəaliyyəti zamanı yol verdiyi nöqsanlara görə, mühafizəsinə təhkim olunduğu post üzrə xidmət zamanı əsaslı səbəb olmadan post marşurtundan və xidmət qra fikindən yayınmaqla və yatmaqla onunla bağlanmış əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə 12.11.2020-ci ildə "sonuncu xəbərdarlıqla şiddətli töhmət", 02.07.2020-ci ildə "töhmət" intizam tənbehlərindən nəticə çıxarmamış, 26.02.2021-ci ildə saat 10.00 radələrində nəqliyyat vasitələrini yoxlama-baxış keçirmədən əraziyə buraxmasının, həmçinin obyekt işçilərinin piyadalar üçün nəzərdə tutulmuş NBM-dən deyil, nəqliyyat üçün nəzərdə tutulmuş darvazadan yoxlama-baxış keçirilmədən sərbəst şəkildə əraziyə girib-çıxmasına şərait yaradaraq, iş yerində əmək və icra intizamının normal ahəngini pozmuşdur. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi iddia tələbini təmin edərkən, işçi İddiaçı barəsində intizam tədbiri görülməsinə baxmayaraq, təkrar olaraq eyni xarakter li nöqsana yol verərək əmək funksiyalarını kobud şəkildə pozmasını nəzərə almamışdır. Qətnamədə gəlinən yuxarıda qeyd edilən nəticə işə səthi yanaşmadan xəbər verir. Ya da ola bilsin məhkəmə kollegiyası hesab etmişdir ki, öz vəzifə funksiyalarını lazımi qaydada yerinə yetirməyən və mühafizəsinə təhkim olunmuş post üzrə işin ahəngini pozan, etməli olduğu halda, nəqliyyat vasitələrini yoxlama-baxış keçirmədən sərbəst şəkildə əraziyə girib-çıxmalarına şərait yaradan, daha əvvəl post marşurtundan və xidməti qrafikindən yayınmaqla və yatmaqla əmək funksiyalarını yerinə yetirməyən iddiaçıdan soruşulmalıymış ki, işçi, hansı cəzanı istəyirsə, müəssisə də həmin cəzanı versin, İddiaçı da könlündən keçən cəzalandırmanı seçməliymiş. Çünki, burada üçüncü məntiq ortaya qoymaq mümkün deyil. Hər halda məh kəmə ikinci qeyd ediləni də nəzərdə tutmaz. Ona görə də hesab edilir ki, yalnız işin faktiki hallarının araşdırılmaması və iş materiallarının öyrənilməməsi nəticəsində belə bir əsaslandırma ortaya qoyulmuşdur. İddiaçı 26.02.2021-ci ildə saat 10.00 radələrində nəqliyyat vasitələrini yoxlama-baxış keçirmədən əraziyə buraxmasının, həmçinin obyekt işçilərinin piyadalar üçün nəzərdə tutulmuş NBM-dən deyil, nəqliyyat üçün nəzərdə tutulmuş darvazadan yoxlama-baxış keçirilmədən sərbəst şəkildə əraziyə girib-çıxmasına şərait yaradaraq, iş yerində əmək və icra intizamının normal ahəngini pozması, eləcə də, onun işlədiyi dövrdə xidmətdən yayınmasına görə Tİ-nin 02.07.2020-ci il tarixli əmri ilə Töhmət” və 19.09.2020-ci il tarixli əmrlə “sonuncu xəbərdarlıqla şiddəti töhmət”, postu tərk etdiyinə görə Tİ-nin 12.11.2020-ci il tarixli əmrlə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehləri verilməsinə əhəmiyyət verməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçının vəkili kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, iddiaçının 26.02.2021-ci il tarixdə, saat 10:00 radələrində nəqliyyat vasitələrini yoxlama-baxış keçirmədən əraziyə buraxmasının, həmçinin obyekt işçilərinin piyadalar üçün nəzərdə tutulmuş NBM-dən deyil, nəqliyyat üçün nəzərdə tutulmuş darvazadan yoxlama-baxış keçirilmədən sərbəst şəkildə əraziyə girib-çıxmalarına şərait yaratmasının 71-ci maddənin 2-ci hissəsində göstərilən nəticələrə səbəb olması müəyyən olunmur. Nəzərə alınmalıdır ki, əmək münasibətlərində işçi üçün ən ağır məhrumiyyət yaradan tədbir əmək müqaviləsinin ləğv edilməsidir. O, işini və qazancını itirir. Ona görə də, 71-ci maddəsinin 2-ci hissəsində göstərilən şərt olmadan əmək müqaviləsi 70-ci maddənin “ç” bəndi ilə ləğv edilə bilməz. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
16. Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, y axud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
17. Maddə 71, hissə
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
18. Maddə 72, bənd ə). Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbeh indən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Hazırkı işdə İddiaçı da ha əvvəl üç dəfə (üçüncüsü 12.11.2020-ci ildə) intizam tənbehinin verilməsi, habelə 26.02.2020-ci ildə iddiaçının yenidən əmək pozuntusu törətməsi işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir (§ 2-3).
25. Cavabdeh, sonuncu pozuntunu Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirmişdir. Bu səbəbdən həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq iddiaçı ilə olan əmək müqaviləsini ləğv etmişdir (§ 4).
26. Apellyasiya məhkəməsi bu barədə əmri qanunsuz hesab edərkən mövqeyini belə əsaslandırmışdır ki, əmək müqaviləsinin Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla ləğv edilməsi üçün həmin Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsindəki şərt müəyyən edilməlidir. Bu şər t isə işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsidir. İddiaçının 26.02.2021-ci il tarixdə törətdiyi əməlin həmin nəticələrə səbəb olması müəyyən olunmur (§ 11).
27. Kollegiya bu mövqe ilə razılaşmır, ona görə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1) əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmə; 2) 72-ci maddədə sadalanan əmək vəzifələrini kobud şəkildə pozma (§ 16).
28. Bu əsaslar arasındakı fərq əmə k müqaviləsi bağalayan tərəflər arasında mövcud olmalı etimad (güvən) əlaqəsinin zədələnməsi və ya ümumiyyətlə aradan qalxması ilə izah olunur. Belə ki, əmək müqaviləsi bağlanmaqla tərəflər arasında qarşılıqlı etimad münasibəti qurulur. Qayda olaraq, tərəflər sadəcə müqavilənin bağlandığı anda deyil, gələcəkdə də yerinə yetirilməli olan işlərin görüləcəyinə, müəyyən davranışların davam edəcəyinə güvənərək əmək münasibətinə girirlər. Bu səbəbdən əmək müqaviləsinin tərəfləri qarşılıqlı olaraq etimad şəraitində öz öhdəliklərini davam etdirməyə məcburdurlar.
29. İşçinin əmək funksiyasını, vəzifə borcunu hər hansı formada yerinə yetirməməsi, sözügedən etimad münasibətini tamamilə aradan qaldırmasa belə, onu zədələyir və əmək müqaviləsinin ləğvi üçün bir zəmin yaradır. Bu kimi hallar çoxsaylı və müxtəlif ola biləcəyi üçün qanunverici onları konkret siyahı üzrə sadalamamış, ƏM-nin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv olunmasının bir əsası kimi göstərmişdir. Bununla belə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, işəgötürən, əmək münasibətlərini davam etdirməməkdə müvafiq səbəblərə görə haqlı olsun. Bu cür səbəblər (şərtlər) ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan - işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsidir (§ 1 7).
30. Normanın məzmunundan da görünür ki, həmin şərtlər ƏM-nin 70-ci maddəsinin “ç” bəndində sadalanan hər iki əsasın deyil, məhz “əmək funksiyası, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməməsinin” nəticəsi kimi qeyd edilmişdir. Başqa sözlə, qanunverici bu məsələdə fərqləndirmə apararaq, sözügedən şərtləri “əmək vəzifələrinin kobud pozulması” halları üçün nəzərdə tutmamışdır.
31. Çünki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən ikinci əsas (əmək vəzifələrinin kobud pozulması) o hallarla bağlıdır ki, işçinin əxlaqa və ya dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərdə mövcudluğu zəruri olan etimad (güvən) tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır.
32. Əmək müqaviləsinin ləğvinin ayrı və müstəqil əsası olan bu hallar ƏM-nin 72-ci maddəsində sadalamışdır. Onlardan biri də “ə” bəndində nəzərdə tutulan, işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasıdır (§ 18).
33. Beləliklə, sözügedən iki əsasın bir-birindən mahiyyət etibarilə fərqli olması, bu əsaslara dair norma və müddəaların qanunverici tərəfindən də müvafiq fərqləndirmə aparılmaqla nəzərdə tutulması belə qənaətə gəlməyə əsas verir ki, onlara münasibətdə eyni yanaşma sərgilənməsi, yəni ƏM-nin 72-ci maddəsində açıqlanan hallara da 71-ci maddənin 2-ci hissəsinin tətbiqi doğru deyil.
34. Əks yanaşma, b u əsasların fərləndirilməsini (o cümlədən əmək vəzifələrinin kobud pozulması hallarının ayrıca olaraq ƏM-nin 72-ci maddəsində sadalanmasnı) mənasız edərdi.
35. Odur ki, işçi, ƏM-nin 72-ci maddəsində nəzərdə tutulan kobud pozuntulardan birini törətdikdə işəgötürüən, əmək müqaviləsini 70-ci maddənin “ç” bəndinə əsasən ləğv edə bilər. Bu zaman o, 71-ci maddənin 2-ci hissəsindəki şərtləri sübut etməyə borclu deyil, məhkəmə də həmin xüsusatları araşdırmağa haqlı deyil.
36. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
37. Kollegiya onu da qeyd edir ki, hətta şərti olaraq, ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsi hazırkı işə tətbiq edilməli olsa belə, işin müəyyən edilmiş faktiki halları (iddiaçının daha əvvəl üç dəfə intizam məsuliyyətinə cəlb edilməsi, onlardan son ikisinin sonuncu xəbərdarlıqla şiddətli töhmətlər olması, altı ay tamam olmamış dördüncü əmək pozuntusunun törədilməsi) baxımından məhkəmənin hansı səbəbdən iş yerində işin və icra intizamının normal ahənginin pozulmaması nəticəsinə gəlməsi əsaslandırılmamışdır.
38. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Kollegiya bu qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8412/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.