Məhkəmə qərarları › İş №2(102)-4721/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4721/2019

19.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4721/2019 19.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Şadiuyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyə Alim qızının katibliyi, İddiaçı, vəkili Rnun, Cavabdeh, onun nümayəndəsi və vəkili Pnun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.02.2019-cu il tarixli, 2(106)576/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Masallı rayon Məhkəməsinin (hakim A.Alməmmədov) 08.10.2018-ci il tarixl i, 2(050)1606/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 50000 ABŞ dolları məbləğində pulun (ödəmə günü Azərbaycan manatı məzənnəsi ilə) tutularaq İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Həsənov, İ.Əsədov, Z.Zeynalov) 28.02.2019-cu il tarixli, 2(106)-576/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Masallı rayon Məhkəməsinin 08.10.2018-ci il tarixli, 2(050)-1606/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktla rı qəbul edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 10.05.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 50000 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh başqa bir mülki iş üzrə məhkəmə iclasında avtomobili iddiaçıdan 50000 ABŞ dollarına almasını bildirdiyindən və məhkəməyə həmin pulu iddiaçıya ödəməsinə dair sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə qısa müddətə etibarnamə verməs inə və həmin müddət keçməsinə baxmayaraq iddiaçının pulunu tələb etməməsinə, həmçinin avtomobilin dəyərini cavabdehdən almasına dair iddiaçının sübut təqdim edə bilməməsinə istinad edərək iddianı rədd etmişdir. Halbuki, iddiaçının cavabdehə qısa müddətə etibarnamə verməyinə baxmayaraq, pulu həmin müddət ərzində tələb etməməsinin səbəbi avtomobili Xun xahişi ilə cavabdehə verməsi, Xun iddiaçıda olan pulundan avtomobilin dəyərini çıxmaq istəməsi ilə bağlı olmuşdur. Lakin sonradan X iddiaçıda olan pulunu ondan tələb etdikdə avtomobilin ona aidiyyətinin olmamasını bildirdiyi üçün iddiaçı faktiki olaraq avtomobilindən məhrum olmuşdur. Cavabdeh isə iddiaçının əmlakı hesabına varlanmış olur. Apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdeh arasında tapşırıq münasibətinin olması qənaətinə g əlsə də, onun öhdəliyini yerinə yetirməməsinə əhəmiyyət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etmiş olduğu sübutlara qiymət verməmiş, onları nəzərə almamasını əsaslandırmamışdır. Apellyasiya məhkəməsinin yol verdiyi pozuntulardan biri avtomobilə dair cavabdehin iddiaçıya pul verməməsini iddiaçının sübut etməməsi ilə bağlıdır. Cavabdeh başqa bir işdə verdiyi izahatında, həm də birinci instansiya məhkəməsində verdiyi izahatında avtomobili iddiaçıdan 50000 ABŞ dollarına almağa razılaşdıqlarını bildirib, avtomobilə görə iddiaçıya 50000 ABŞ dollarını pdədiyini qeyd etmiş, bu barədə hər hansı sübut təqdim etməmişdir. Qanunvericiliyin tələbinə görə, cavabdeh iddia tələbinə qarşı etirazının əsası kimi göstərdiyi xüsusatı, yəni avtomobilə görə iddiaçıya 50000 ABŞ dolları nı verməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin apellyasiya instansiyası məhkəməsi əsassız olaraq sübutetməni iddiaçının üzərinə qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehin bu xüsusat üzrə fərqli izahatlar verməsinə, yəni gah avtomobilin iddiaçıya aidiyyəti olmamaqla Xa məxsus olmasını, bu səbəbdən iddiaçıya ümumiyyətlə avtomobilə dair pul verməli olmadığını, gah da pulu iddiaçıya verdiyini bildirməsinə, yəni ziddiyyətli izahatlar verməsinə qiymət verməmiş, cavabdeh iddiaçıya pul vermişdirsə nə vaxt, harada hansı şəraitdə verməsini araşdırmamış, bununla bağlı cavabdehin sübut təqdim etməməsini nəzərə almamışdır. Halbuki, cavabdehlə iddiaçı arasında olan telefon danışıqları da təsdiq edir ki, cavabdeh avtomobilə görə iddiaçıya hər hansı məbləğdə pul ve rməmişdir. Bütün bunlar apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını göstərir. Ona görə də onlar iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.02.2019-cu il tarixli, 2(106)-576/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili R kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili P kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.02.2019-cu il tarixli, 2(106)-576/2019 nömrəli qətnaməsinin dəyişdirilməməsini xahiş etdilər. Hüquqi mə sələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktik i halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının cavabdehə qısa müddətli etibarnamə verməsi, iddiaçının cavabdehdən uzun müddət pul tələb etməməsi, həmçinin etibarnamədə cavabdehə avtomobilin özgəninkiləşdirilməsi ilə əlaqədar səlahiyyətlərin verilməsi iddiaçı tərəfindən avtomobilin pulunun qəbul edilməsini təsdiq edir. Lakin birinci instansiya məhkəməsi qanuni qüvvəyə minməyən məhkəmə qətnaməsindəki qeyd olunanlara istinad edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən pulun qəbul edilməməsi işin faktiki halları ilə sübuta yetmir. İddiaçının qısa müddətli özgəninkiləşdirmək səlah iyyəti göstərilən etibarnaməni verməsi, qısa müddətli etibarnaməni verdikdən sonra avtomobil ilə maraqlanmaması, ona qarşı iddia qaldırılaraq əmlak tələbi ilə məhkəməyə müraciət edildikdən sonra avtomobilin pulunu tələb etməsi onu qeyd etməyə əsas verir ki, onun tərəfindən avtomobilin pulunun qəbul edilməməsi işin haları ilə təsdiqlənmir. Göstərilən səbəblərdən apellyasiya kollegiyası birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ləğv edərək, iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Lakin kassasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan Masallı rayon Məhkəməsinin 2(050)-2593/2017 saylı, 16.10.2017-ci il tarixli qətnaməsindən (səh 20) görünür ki, hazırki iş üzrə cava bdeh iddiaçı X1 cavabdehlər İddiaçı və X2 qarşı pul tələbinə dair mülki iş üzrə şahid qismində dindirilmiş və o, ifadəsində “Toyota” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili 02.02.2017-ci il tarixdə etibarnamə əsasında 50000 ABŞ dollarına İddiaçı aldığını və 2 ay sonra həmin maşını 51000 ABŞ dollarına Səbuhi adlı şəxsə satdığını, avtomobili salarkən pulu İntiqama verdiyini, Qeysər adlı şəxsi tanımadığını və onunla hər hansı müqavilə bağlamadığını göstərmişdir. Həmçinin cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlamış, həmin etiraz ərizəsində də “X8” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili 50000 manat ödəməklə etibarnamə əsasında aldığını, avtomaşının bəzi hissələrini təmir etdikdən sonra satdığını göstərmişdir (səh 37). Apelyasiya instansiyası məhkəməsi isə işin faktiki hallarını tam, hərtərəfli araşdırmamış, iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, nəticədə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə qısa müddətli etibarnamə verməsi, iddiaçının cavabdehdən uzun müddət pul tələb etməməsi, həmçinin etibarnamədə cavabdehə avtomobilin özgəninkiləşdirilməsi ilə əlaqədar səlahiyyətlərin verilməsi iddiaçı tərəfindən avtomobilin pulunun qəbul edilməsini təsdiq edir. Lakin apellyasiya məhkəməsi Masallı rayon Məhkəməsinin 2(050)-2593/2017 saylı, 16.10.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş izahat və ifadələri tədqiq etmiş olsa idi, məlum olardı ki, İddiaçı qeyd olunan qətnamə üzrə iddiaçı olmuş X1 onda olan pul vəsaiti ilə X üçün digər əmlaklarla y anaşı, “X8” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili 73000 ABŞ dollarına satın aldığını, həmin avtomobili Xun bacanağı olan hazırki iş üzrə cavabdehə etibarnamə əsasında verdiyini, sonuncunun isə həmin avtomobili Xun qaynı Səbuhi Məmmədovun adına rəsmiləşdirdiyini bildirmiş, Masallı rayon Məhkəməsinin 2(050)-2593/2017 saylı, 16.10.2017-ci il tarixli qətnaməsi üzrə məhkəmə mübahisəsi zamanı da hazırki iş üzrə cavabdeh şahid qismində dindirilərkən avtomobilin Xa aidiyyətinin olmadığını, onun avtomobili hazırki iş üzrə iddiaçıdan 50000 ABŞ dollarına satın aldığını və pulu iddiaçıya verdiyini göstərmişdir. Cavabdeh avtomobilin iddiaçıya məxsus olmasını mübahisələndirməmiş, lakin avtomobilin manatla 50000 manata onun tərəfindən satıldığını, səhv olaraq avtomobilin dəyərini 50000 A BŞ dolları göstərdiyini, avtomobilin satışından isə əldə etdiyi pulu iddiaçıya ödədiyini bildirmişdir. Belə olan halda avtomobilin dəyərinin iddiaçıya ödənilməsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşməlidir. Apellyasiya kollegiyası isə cavabdehi sübutetmə yükündən azad edərək, mülahizəsi ilə iddiaçının cavabdehə qısa müddətli etibarnamə verməsini, iddiaçının cavabdehdən uzun müddət pul tələb etməməsini, həmçinin etibarnamədə cavabdehə avtomobilin özgəninkiləşdirilməsi ilə əlaqədar səlahiyyətlərin verilməsinin iddiaçı tərəfindən avtomobilin pulunun qəbul edilməsini təsdiq etməsi hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəs inə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kassasiya kollegiyası hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən ed ilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin id diaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin olaraq prosessual hüquq normalarının pozuntusu, maddi hüquq normalarının isə düzgün tətbiq edilməməsi ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, həmin dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sada lanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.02.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı; “X5rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.02.2019-cu il tarixli 2(106)-756/2019 nömrəli qətnaməsi ləğv edilsin, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar