Məhkəmə qərarları › İş №2(102)-4723/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4723/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4723/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4723/20 (Açar sözlər: lizinq münasibətlərinin tətbiqi problemləri) 17.11.2020 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 və iddiaçının vəkili X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-597/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lizinq obyekti olan BOREX2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N *** dövlət nömrə nişanlı ekskavatorun cavabdehdən alınaraq saz vəziyyətdə İddiaçı ASC-nə qaytarılması, 450,00 (dörd yüz əlli) manat məbləğdə ödənilməmiş borcun, 1 241,00 (bir min iki yüz qırx bir) manat əldən çıxmış faydanın və 30 (otuz) manat dövlət rüsumunun -cəmi 1 721,00 (bir min yeddi yüz iyirmi bir) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 11/309 saylı operativ lizinq müqaviləsi ilə cavabdehə BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N *** dövlət nömrə nişanlı ekskavatoru lizinqə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış operativ lizinq müqaviləsinin öhdəliyi 1241 manat olmağına baxmayaraq Lizinq alan Cəmiyyətin hesabına 791 manat ödəniş etmiş, 450 manat məbləği isə ödəməmişdir. Müqavilə müddəti xx.xx.2017-ci il tarixində bitsə də, cavabdeh Cəmiyyətin mülkiyyətində olan texnikanı geri qaytarmamış və bu günədək onun istifadəsindədir. Lakin, iddiaçıya olan borc vax tında qaytarılmadığından iddiaçı dəfələrlə yaranmış borcun ödənilməsini və texnikanın geri qaytarılmasını tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən və texnikanı qaytarmaqdan yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2018-2019-cu il tarixlərində müqavilə bağlayacağı təqdirdə tarif cədvəlinə əsasən cavabdeh, Cəmiyyətin bank hesabına 1241,00 (bir min iki yüz qırx bir) manat ödəməli idi. İddiaçı Cavabdeh vermiş olduğu texnikanı başqa vətəndaşa verərək ondan gəlir əldə edə bilərdi. Lakin cavabdeh həmin texnikanı vaxtında geri qaytarmadığına görə iddiaçı texnikanı yenidən dəyərləndirə bilməmişdir. Buna görə də, iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də, Cavabdeh İddiaçı ASC-yə əldən çıxmış faydaya görə 1241 AZN ödəməlidir. Cavabdeh iddiaya etiraz edərək BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N *** dövlət nömrə nişanlı ekskvatorun ona lizinqə verilmədiyini, sözügedən müqaviləni imzalasa da, texnikanın həmişə dayısı Abidə məxsus olduğunu, dayısının həmin texnikanı satın aldığını, ödənişləri dayısı etdiyini və ona görə cavabdeh kimi məhz dayısının cəlb olunmalı olduğunu bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1777/2019 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia qismən təmin edilmiş, lizinq obyekti olan BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N *** dövlət nömrə nişanlı ekskvatorun Cavabdeh alınaraq saz vəziyyətdə İddiaçı ASC-nə qaytarılması, 450,00 (dörd yüz əlli) manat və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.442, 448.2, 465.2, 747.1, 748-1.1-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ə.Məcidov (sərlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) xx xxx 2020-ci il tarixli, 2(107)-597/2020 nömrəli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)1777/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyas iya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, texniki vəziyyət haqqında xx xxxxxx 2017-ci il tarixli, 11/309 nömrəli aktdan göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh arasında müqavilə bağlansa da BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N *** dövlət qeydiyyat nişanlı ek skavator ona təhvil verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 və iddiaçının vəkili X5 oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1. maddəsi, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xita mı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 405.1., tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 404.1., Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 747.1., Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyə n haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-11., lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2., məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə təcrübəsində Lizinq müqavilələrindən irəli gələn mübahisələrin həlli zamanı qəbul edilmiş qərarların qanuni və həm də ədalətli olmasına mane olan bir sıra problemlər mövcuddur. Həmin problemlər qeyd olunan sahəni nizama salan maddi hüquqda olan boşluqla bağlı deyil, bu daha çox lizinq münasibətlərinə girənlərin hüquqdan suiistifadələrinə bənzəyir. Məhkəmələrdə bu qəbildən olan mübahisələr ən çox lizinq müqaviləsi üzrə tərəflərdən biri, o cümlədən daha çox lizinq alanın müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə baş verən mübahisələr zamanı yaranır. Belə tələblər adətən lizinq obyektinin geri qaytarılması (əgər həmin vaxtadək əşya geri qaytarılmayıbsa), əsas lizinq ödənişinin və lizinq mükafatının tutulması ilə bağlı olur. Məhkəmə təcrübəsi göstərir ki, belə tələblər bir qayda olaraq təmin olunur. Lizinq müqaviləsi əmlak kirayə müqaviləsidir. Lizinq alan müəyyən haqq məbləğində əmlakdan müvəqqəti istifadə etmək imkanı əldə edir. Eyni zamanda qüvvədə olan qanunvericilik lizinq alana əmlakı satın almaq hüququnun verilməsini də nəzərdə tutur. Beləki, Mülki Məcəllənin 747.1. maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqa vilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Hazırkı işdə əmlakı kirayəyə verən onun mülkiyyətçisi olmasına dair heç bir sübut təqdim etməmişdir. Mülki iş materiallarında lizinq predmeti olan ekskvatorun iddiaçıya məxsus olmasını təsdiq edən heç bir sübut yoxdur. Nəzərə almaq lazımdır ki, lizinq verən özünə məxsus olan əmlakı başqasının istifadəsinə verə bilər. Bundan başqa, yuxarıda qeyd olunan maddi hüquq normasının məzmununa görə lizinq müqaviləsinin mühüm şərti lizinq alanın əmlakı satın almaq hüququnun verilməsidir. Lakin, işdə olan lizinq müqaviləsindən (mülki iş 27-28-ci səhifələr) görünür ki, həmin müqavilə cəmi bir ay müddətinə bağlanmış (müqavilənin 1.3. bəndi) və müqavilədə yuxarıda qeyd olunan şərt nəzərdə tutulmamışdır. Lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Əslində qeyd olunan normalar lizinq münasibətlərinə girən tərəflərin qarşılıqlı hüquqlarının qorunmasına və vəzifələrinin icrasına xidmət edir. Beləki, 747.1. maddədə lizinq alanın hüquqlarını qorumaq üçün ona ə mlakı satın almaq hüququnun verilməsinin müqavilənin zəruri şərti kimi daxil edilməsini nəzərdə tutursa, növbəti normada isə lizinq alanın üzərinə müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilməsini və ya belə hüquq verilməsi imkanlarını nəzərdə tutur. Əslində, həmin hüquq və vəzifələrin qanunvericiliklə təsbit olunması ona zəmanət verir ki, lizinq alan lizinq verdiyi əşyanın salamatlığına əmin olsun (lizinq obyektini almaq vəzifəsi var), lizinq alan isə əşyadan (səliqəli istifadə etdiyi və qoruyub saxladığı üçün) istifadə müddəti bitdikdən sonra onu özünün əldə etmək imkanı olmasına əmin olsun. Elə həmin normaların məzmunundan da aydın görünür ki, lizinq obyektinin satın alınması lizinq müqaviləsinin başa çatmasından sonra həyata k eçirilməlidir. Çünki lizinq münasibətlərini nizama salan heç bir normada lizinq obyektinin gələcəkdə lizinq alana satılması halı nəzərdə tutulduqda belə lizinq obyektinin həmin vaxta bazar dəyərinin ümumi lizinq ödənişlərinə daxil edilməsi nəzərdə tutulmamışdır. Bundan başqa tərəflər arasında bağlanmış müqavilədə cəmi 1241 manat ödəniş edilməsi nəzərdə tutulur. Həmin məbləğin nədən ibarət olması aydın deyil. Hansıki, lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verəni n lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Özü də həmin münasibətləri nizama salan normalarda hər bir xərc üzrə sübutların təqdim edilməsi tələb olunur. Qeyd olunan hallar (müqavilənin bir ay müddətinə bağlanması və həmin müqavilələr üzrə mühüm şərt olan bəndin müqaviləyə salınmaması, müqavilədə göstərilən məbləğin təyinatı) tərəflər arasında bağlanmış həmin müqavilənin əslində lizinq müqaviləsi olmasını istisna edir, tərəflərin başqa niyyətlə razılığa gəlməsini şərtləndirir. Beləki, mülki işin 89-91ci səhifələrində İddiaçı ASC-nin İH-nin X1 (hansıki həmin şəxs ekskvatorun ona satılmasını israr edir və bu barədə alqı-satqı müqaviləsinin surətini təqdim edir, cavabdeh də müqavilənin ona görə bağlandığını israr edir) ünvanladığı məktublar var. Həmin məktublarda iddiaçı təşkilatın rəhbəri təsdiq edir ki, mübahisə predmeti olan ekskvator lizinq predmeti olmamışdır və lizinqə verilməsi məqsədi ilə uçota alınmamışdır. Həmin texnika serviz xidməti göstərilməsi üçün Şəki RATB-yə verilmişdir. Göründüyü kimi iddiaçının səlahiyyətli şəxsi özü təsdiq edir ki, həmin texnika lizinqə verilə bilməzdi və bu məqsədlə alınmamışdır. Deməli iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin mahiyyətinin lizinq olmamasını iddiaçı təşkilatın rəhbəri özü də təsdiq edir. Ona görə işə baxan məhkəmə tərtib edilmiş formal müqaviləyə uyğun maddi hüquq normalarını tətbiq etməli idi. Müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi nəzərə al ınmalı idi. Yuxarıda qeyd olunanlar tərəflər arasında etibarlı lizinq müqaviləsinin mövcudluğunu istisna etdiyindən məhkəmə cavabdeh tərəfin irəli sürdüyü digər dəlilləri yoxlamalı (əmlakın kimə məxsus olması, ekskvatorun başqa şəxs tərəfindən satın alınıb-alınmaması) və müəyyən edilmiş hallar əsasında qətnamə çıxarmalıdır. Tərəflər arasında etibarlı lizinq müqaviləsi təsdiqini tapmırsa, və yaxud cavabdehin digər dəlilləri öz təsdiqini tapmırsa (əmlakın onun dayısına məxsus olması) onda məhkəmə əmlakın mülkiyətçiyə qaytarılmasının qanuni əsası kimi başqa maddi hüquq normalarına istinad edə bilər(məs:mülkiyətin müdafiəsi). Belə olan təqdirdə isə lizinq mükafatı ilə bağlı tələbin təmin olunması iddiası istisna olunur. Qeyd olunan dəyərləndirməni nəzərə alaraq kollegiya hesab edir ki, Apelyas iya Məhkəməsi mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən iş üzrə qətnamə ləğv edilməli və yenidən baxılması üçün qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-597/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar