Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4724/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) 26.12.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, ünvan 2qayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1054/2023 nömrəli, 25 iyul 2023-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 26 dekabr 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 2qayıt Şəhər bələ diyyəsinin X13 işçilərinin iştirakı ilə 1985 d saylı bağ sahəsinə baxış keçirilmiş və X3 ərizəsinə əsasən bağ sahəsinin yerində ölçülməsi, rüünvan 2a cəlb olunmaqla sənədlərin Bələdiyyə iclasına göndərilməsi qərara alınmışdır. 2. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 01 noyabr 2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli HK-1/2693 nömrəli yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 3. 17 avqust 2006-cı il tarixli akta əsasən, 1987 saylı bağ sahəsinin yerləşdiyi torpaq sahəsi baxımsızlıq üzündən bataqlığa çevrilmiş, anti-sanitariya vəziyyəti yaranmış və istifadəyə yararsız hala düşmüşdür. X11 1993-cü ilin mart ayından başlayaraq ötən illər ərzində öz vəsaiti hesabına həmin ərazinin bataqlığını qurutmuş, oranı istifadəyə yararlı hala gətirm işdir. Bütün bu illər ərzində onlar həmin bağ sahəsində başqa adam görməmişlər. ünvan 2qayıt şəhər Bələdiyyənin təklifindən sonra Bələdiyyənin hesabına pul köçürmüş və 2004-cü ildə ərazini daş hasara almış və yaşamaq üçün ev tikmişdir. Əraziyə əlavə torpaq tökdürmüş və meyvə ağacları əkmişdir. Bütün bu illər ərzində X4 başqa bağa qulluq və ya heç olmasa gəlib-gedən kənar şəxs görməmişlər.
4. X11 bağ sahəsinin alqı-satqısı üçün ünvan 2qayıt şəhər Bələdiyyəsinə 3.000.000 manat köçürmüşdür. 5. ünvan 2qayıt şəhəri, Novxanı bağ massivi, 1987 saylı 12 sot torpaq sahəsi X5 adına xx.xx.2021-cı il tarixdə qeydə alınmışdır. X12 xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə ünvan 2qayıt şəhəri, Novxanı bağ massivi, 1987 saylı 7 sot torpaq sahəsini X1. 6. ünvan 2qayıt şəhəri, Novxanı bağ massivi, 1987 saylı 5 sot torpaq sahəsi X5 adına xx.xx.2022-cı il tarixdə qeydə alınmışdır. Faqət Quliyev mübahisəli torpaq sahəsinə sərəncam verməyi və digər hüquqları xx.xx.2022-ci il tarixdə 2 il müddətinə Cavabdeh etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 20.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini işin hallarına istinad edərək əlavə olaraq onunla əsaslandırmışdır ki, şəhid ailəsi kimi ünvan 2qayıt şəhəri, Corat bağları ünvanında yerləşən 1985 d saylı bağ sahəsi ünvan 2qayıt şəhər Bələdiyyəsi tərəfindən 1993-cü ilin mart ayında o na verilmişdir. O, həmin torpaq sahəsinə görə ünvan 2qayıt şəhər Bələdiyyəsinin hesabına 3.000.000 manat ödəniş etmişdir. ünvan 2qayıt şəhər Bələdiyyəsi tərəfındən ayrılan torpaq sahəsinə görə verilmiş ödəniş qəbzi yaxın qohumu X6 adına olsa da, həmin torpaqdan təyinatı üzrə o, istifadə etmişdir. Ümumi ölçüsü 0,14 ha (14 sot) olan torpaq sahəsi daş və panellərlə hasarlanmış, orada 1 otaqlı ev tikərək yaşamışdır. Həmçinin həyəti abadlaşdırmış, ağaclar əkmiş, həyətə torpaq tökmüş, ağaclara peyin verib onlara qulluq göstərmişdir. Cavabdeh maklerdir, torpaq alqı-satqısı ilə məşğul olur. 2006-cı ildə cavabdeh yaşadığı həmin torpaq sahəsini satmış, onu küçələrə atmışdır. Bu azmış kimi həmin torpaq sahəsində tikilmiş evi sökmüş, sonra isə evdə olan əşyalarını (divan, kreslo, televizor, şifoner, servant, soyuducu, xalçalar, geyim ləvazimatları, yorğan-döşək, qabqacaq, döşəkcələr, odeyallar, çarpayı) yandırıb külə döndərmişdir. Cavabdehin qeyriqanuni hərəkətləri nəticəsində ona 20000 (iyirmi min) manatdan artıq maddi ziyan dəymişdir. O, dəfələrlə vurduğu ziyanın ödənilməsi tələbi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh vurulan ziyanın ödənilməsini təmin etməmişdir. O,məsələ ilə əlaqədar olaraq ünvan 2qayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsinə müraciət etmişdir. ünvan 2qayıt şəhər Pİ-nin 1-ci PB-nin xx.xx.2022-ci il tarixli qərarı ilə mübahisə ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin bildirir ki, cavabdeh tərəfindən evinin sökülməsini və ev əşyalarının yandırılmasını şahidlər təsdiq edə bilərlər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 9. ünvan 2qayıt Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(060)-735/2023 saylı qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ümumiyyətlə tələb etdiyi məbləğdə ona ziyan dəyməsi və sözügedən ziyanın məhz cavabdeh tərəfindən vurulmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı ərizəsində əşyaların cavabdeh tərəfindən yandırıldığını və nəticədə ona ziyan dəydiyini bildirsə də, mülki iş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 01 noyabr 2022-ci il tarixli qərarın məzmunundan görünür ki, iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instanqsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəhid ailəsi kimi ünvan 2qayıt şəhəri, Corat bağları ünvanında yerləşən 1985d saylı bağ sahəsi ünvan 2qayıt Bələdiyyəsi tərəfindən 1993-cü ilin mart ayında ona verilmişdir. 1985d saylı bağ sahəsi 0,14 ha olmuşdur. Həmin torpaq sahəsini daş və panellərlə hasarlamış, orada 1 otaqlı ev tikərək yaşamış, həyəti abadlaşdırmış, həyətə torpaq tökdürərək ağaclar əkmişdir. Cavabdeh daş ınmaz əmlakların satışı ilə məşğul olur. 2006-cı ildə cavabdeh ona məxsus torpaq sahəsini sataraq onu küçələrə atmışdır. Bundan savayı o həmin ərazidə tikilmiş evi sökmüş, evdə olan əşyalarını yandırmışdır. Qeyd edilənləri təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Həmçinin şahid kimi məhkəmə iclasında dindirilmiş X2, X7 verdiyi ifadələrdə yuxarıda qeyd edilənləri təsdiqləmişlər. Həmçinin mülki işə əşyalarının yanaraq məhv olmasını təsdiq edən fotoşəkillərdə əlavə olunmuşdur. ünvan 2qayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli aktı ilə də təsdiq olunmuşdur ki, ərazi X11 tərəfindən (1985d saylı Bağ sahəsi Ramiz Quliyevin adına rəsmiləşsə də həmin bağda şəxsən o, yaşamış və orada evi tikmiş, ağacları əkmiş, ərazini abadlaşdırmışdır) 1993-cü ilin mart ayından başlayaraq ötən illə r ərzində abadlaşdırmışdır. Həmçinin həmin bağ sahəsinə görə ünvan 2qayıt Bələdiyyəsinin hesabına 3 milyon manat pul köçürmüşdür, məhkəmə kassa mədaxil orderinə, şahid ifadələrinə hüquqi qiymət verməmişdir.
14. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X11 izahatında bildirmişdir ki, 2004-cü ildə iddiaçının maddi imkanı olmadığı üçün bələdiyyəyə ödəniş etməyə ona kömək etmişdir. Bunun əvəzində o, torpaqdan ona də pay ayırıb. Torpağı hasara almış, darvaza qoymuşlar. Orada müxtəlif ağaclar əkmişdir. Sonra Rusiya Federasiyasına getmiş, qayıdanda görmüşdür ki, ağacları çıxarıblar. Bir neçə ağac hələ də qalmaqdadır. Şahid olub ki, Cavabdeh iddiaçının evini oğlu ilə birgə sökür. Niyə sökdüyünü soruşanda bildirdi ki, ona belə göstəriş veriblər. 20000 manat ziyan iddiaçının evində olan xalçalar ın, televizorun, mebellərin məhv olmasının əvəzidir. Cavabdeh evi 2022-ci ildə yandırıb və buna görə polisə də müraciət olunmuşdur. 15. ünvan 2qayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(105)-1054/2023 saylı qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə ünvan 2qayıt Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(060)-735/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ərizəsində qeyd etdiyi halları sübuta yetirə bilməmişdir. Bu səbəbdən də iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan m addi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (vəkil X8) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə təqdim olunan sübutlara qərəzli, eyni zamanda obyektiv yanaşmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 19. kassasiya şikayətinə qarşı etiraz dail olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 21.1. Zərəri n əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 21.3.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şəra it yaratması nəzərə alınmalıdır.
23. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin tə qdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
30. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkə məsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə ba xarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, iddiaçının kassasiya şikayəti eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçı, iddia ərizəsində əşyalarının Cavabdeh tərəfindən yandırıldığını və sonuncunun təqsiri üzündən ona 20.000 manat məbləğində maddi zərər dəydiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməmişdir.
38. Həmçinin, mülki iş materialları, habelə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 01 noyabr 2022-ci il tarixli qərarın məzmunu ilə Cavabdeh təqsiri üzündən iddiaçıya 20.000 manat məbləğində maddi zərər dəyməsi öz təsdiqi tapmır.
39. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübu t etməli idi.
40. İddiaçının Cavabdeh qarşı hazırkı iddia tələbi də bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür.
41. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmal ıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə ünvan 2qayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(105)-1054/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.