Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4725/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Nəcəfov Elbrus Çingiz oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4725/21 (Açar sözlər: digər yaşayış sahəsi verilmədən mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(107)683/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 28 sentyabr 2021-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh1 (bundan sonra cavabdeh) və onun ailə üzvlərinə qarşı iddia qaldıraraq, cavabdehlərin Zaqatala şəhəri, Sülh küçəsi 11 saylı evin 56 saylı xidməti mənzilindən digər yaşayış sahəsi verilmədən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh1 və digərləri isə məhkəmədə İddiaçınə qarşı qarşılıqlı iddia verərək, Zaqatala şəhəri, Sülh küçəsi 11 saylı evin 56 saylı xidməti mənzilindən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə ( sədrlik edən, hakim T.H.Həsənov) ilk iddia təmin, qarşılıqlı iddia rədd edilərək, cavabdehlərin Zaqatala şəhəri, Sülh küçəsi 11 saylı evin 56 saylı xidməti mənzilindən digər yaşayış sahəsi verilmədən çıxarılmaları qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Zaqatala şəhəri, Sülh küçəsi 11 saylı evin 56 saylı mənzili İddiaçı xidməti mənzil fonduna aiddir. Cavabdehlər həmin mənzildən qanuni əsasları olmadan istifadə ediblər və cavabdehlərin mənzildən istifadə hüquqları əmələ gəlməyib. Bu səbəbdən də cavabdehlər digər yaşayış sahəsi verilmədən mənzildən çıxarılmalıdırlar. Ona görə də ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 100, 101, 103-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.H.Şükürov sədrlik edən, məruzəçi, A.M.Eyvazov və R.Ə.Əliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxı lması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər E.Y.Şamayev sədrlik edən, məruzəçi, V.T.Həsənov və A.Ə.Abbasov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.M.Hüseynov sədrlik edən, məruzəçi, E.Ş.Hüseynov və G.Q.Abbasov) cavabdehlərin apellyasiya şikayəti təmin edilərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə ilk iddia rədd, qarşılıqlı iddia təmin edilərək, cavabdehlərin Zaqatala şəhəri, Sülh küçəsi 11 saylı evin 56 saylı mənzilindən istifadə hüquqlarının tanınması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Zaqatala şəhəri, Sülh küçəsi, 11 saylı evin 56 saylı mənzili xidməti mənzil fonduna aid olmaqla Zaqatala rayon Hərbi Komissarlığının (sonradan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin) əməkdaşlarının istifadəsi üçün təhkim edilib. İddiaçı Mənzil Komissiyasının 04 iyul 2003-cü il tarixli, 3/1 saylı Qərarına və Zaqatala rayon İHB-nın 05 iyul 2003-cü il tarixli, 154 saylı sər əncamına əsasən həmin mənzil əvvəl 5 nəfər ailə üzvləri ilə birlikdə rayonun Hərbi Komissarlığının əməkdaşı Akif Cəbrayılovun istifadəsinə verilib. 2004-cü ilin mart ayından isə həmin mənzildə 3 nəfər ailə üzvləri ilə birlikdə cavabdeh yaşayır və istifadə edir. Cavabdeh, 02 sentyabr 2003-cü ildən 03 yanvar 2014-cu il tarixədək Zaqatala rayon Hərbi Komissarlığında və onun bazasında təsis edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsində hərbi xidmət keçib və hazırda həmin Şöbədə hərbi qeydiyyatdadır. Daha sonra cavabdeh, 2015-2016-cı illərdə “Hərbi Vətənpərvərlik və X1” MMC Zaqatala rayon filialında fəaliyyətini davam etdirib və 17 oktyabr 2016-cı il tarixdə ona hərbi xidmət dövrü ilə əlaqədar olaraq İİ dərəcəli əlillik təyin edilib. Sözügedən mənz ildən istifadəsi üçün cavabdehə müvafiq qərarın verilməməsi özü-özlüyündə cavabdehlərin həmin mənzildən istifadə etmələrinin qanunsuz olması anlamına gəlmir. Çünki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin mənasına görə cavabdehlərin mənzildən istifadə etmələrinin qeyriqanuni olmasını sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və iddiaçı, uzun müddət (təxminən 15 il) ərzində həmin mənzildə yaşayan cavabdehlərin oradan qeyriqanuni istifadə etmələrinə dair məhkəməyə heç bir sübut təqdim etməyib və bu barədə hər hansı mübahisə açmayıb. Əksinə, Zaqatala rayon Mənzil İstismar Sahəsinin 04 yanvar 2020-ci il tarixli arayışına görə 2018-ci ilin sonunadək sözügedən mənzilin kirayə haqqı məhz cavabdeh tərəfindən ödənilib və o, mənzilin kommunal xidmətlərinin abunəçisi olub. Birinci ins tansiya məhkəməsi işə baxarkən qeyd olunan hallara, o cümlədən mənzilin xidməti mənzil fonduna aid olmaqla Zaqatala rayon Hərbi Komissarlığına xidməti mənzil kimi təhkim edilməsinə, cavabdehin adıçəkilən qurumun əməkdaşı kimi qurumun rəhbərinin razılığı ilə ailə üzvləri ilə birlikdə köçüb orada yaşamasına diqqət yetirməyib. Bir sözlə cavabdehlər sözügedən mənzili özbaşına tutmayıblar və ya başqa qeyri-qanuni yolla həmin mənzili ələ keçirməyiblər. Bu baxımdan cavabdehin adına mənzilə dair vaxtında sərəncam və ya xidməti orderin verilməməsi və yaxud cavabdehin ailə üzvləri ilə birlikdə vaxtında mənzildən çıxarılmamalarına görə bilavasitə iddiaçı və cavabdehin çalışdığı qurum məsuliyyət daşıyır. Cavabdehlərin sözügedən mənzildə 15 il ərzində etirazsız və mübahisəsiz yaşamaları onların həmin m ənzildən istifadə etmələrinin qanunsuz olmasına dəlalət etmir. Belə olan halda mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 105-ci maddəsinin və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin tələblərinə əsasən, cavabdeh ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz. Qeyd olunanlar həmçinin onu ehtiva edir ki, cavabdehlərin onlara başqa yaşayış sahəsi verilənədək mübahisəli mənzildən istifadə hüquqları vardır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ilk iddia rədd, qarşılıqlı iddia təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 105-ci maddəsinin və “ Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə və yaxud qismən ləğv edilib, iş üzrə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi d axil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Zaqata Rayon İcra Hakimiyyəti, vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, üçüncü şəxslər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsi və Zaqatala Rayon Mənzil İstismar İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Həmin Məcəllənin 100-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə g örə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Həmin Məcəllənin 103-cü maddəsində göstərilir ki, xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti...tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq, xidməti yaşayış sahəsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının orderi üzrə verilir. Həmin Məcəllənin 104-cü maddəsinə görə, müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular... onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Həmin Məcəllənin 105-ci maddəsində göstərilir ki, aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub Azərbaycan Respublikasını müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ikinci hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikd ə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yer inə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələri n işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və maddi hüquq normalarının təfsirində səhvə yol verib. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Zaqatala şəhəri, Sülh küçəsi, 11 saylı evin 56 saylı mənzili xidməti mənzil fonduna aid olmaqla Zaqatala rayon Hərbi Komissarlığının (sonradan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin) əməkdaşlarının istifadəsi üçün təhkim edilib. İddiaçı Mənzil Komissiyasının 04 iyul 2003-cü il tarixli, 3/1 saylı Qərarına və Zaqatala rayon İHB-nın 05 iyul 2003-cü il tarixli, 154 saylı sərəncamına əsasən həmin mənzil 5 nəfər ailə üzvləri ilə birlikdə rayonun Hərbi Komissarlığının əməkdaşı Akif Cəbrayılovun istifadəsinə verilib. Hazırda iddiaçı, Akif Cəbrayılovun uzun illər bundan əvvəl Zaqatala Rayon Hərbi Komissarlığından işdən çıxdığını və mənzili boşaltdığını, heç bir hüquqi əsası olmadan cavabdehin xidməti mənzilə köçərək ailə üzvləri ilə birlikdə orad a yaşadığını, 05 yanvar 2014-cü il tarixdən onun Hərbi Komissarlıqdan işdən azad edilməsinə baxmayaraq mənzili boşaldıb təhvil vermədiyini göstərib, cavabdehin və ailə üzvlərinin mənzildən digər yaşayış sahəsi verilmədən çıxarılmalarını iddia edir. Cavabdehlər isə Cavabdeh1 1992-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etdiyini, 2003-cü ilin sentyabr ayından xidməti vəzifəsi ilə əlaqədar Müdafiə Nazirliyinin əmri ilə Zaqatala Rayon Hərbi Komissarlığına müavin təyin edildiyini, 2005-ci ilin mart ayında Zaqatala Rayon Hərbi Komissarının razılığı ilə ailə üzvləri ilə birlikdə xidməti mənzilə köçdüyünü, ona İddiaçı tərəfindən xidməti orderin veriləcəyinin bildirildiyini, lakin xidməti orderin verilmədiyini və son 14 il müddət ərzində ailə üzvləri ilə birlikdə həmin mənzi ldə yaşadığını, Azərbaycan Silahlı Qüvvələrində 30 il müddətində xidmət etdiyini, hərbi qulluqçu kimi vəzifələrini yerinə yetirərkən İİ qrup əlil olduğunu, oğlu Cavabdeh4 isə hərbi qulluqçu olmaqla X2 təhsil aldığını göstərib, xidməti mənzildən istifadə hüquqlarının tanınmasını iddia edirlər. Əvvəla, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 100, 104 və 105-ci maddələrinin tələbləri ilə əsaslandırmağa çalışsa da, həmin normaların təfsirində səhvə yol verib. Belə ki, qeyd olunan maddələrin mənasına görə, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçün verilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti...tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq isə xidməti yaşayış sahəsinə köçmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən order verilir. Hazırki halda, mübahisəli xidməti mənzilin cavabdehin və ailə üzvlərinin istifadəsinə verilməsinə dair İddiaçı tərəfindən hər hansı qərar qəbul edilməyib və həmin mənzilə köçmək üçün onun adına İddiaçı tərəfindən müvafiq order verilməyib. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin və ailə üzvlərinin mübahisəli xidməti mənzildən qanuni əsaslarla istifadə edib-etməmələri ilə bağlı işin hallarını kifayət qədər araşdırmadan, həmin mənzilin İddiaçı Mənzil Komissiyasının 04 iyul 2003-cü il tarixli, 3/1 saylı Qərarına və Zaqatala rayon İHB-nın 05 iyul 2003-cü i l tarixli, 154 saylı sərəncamına əsasən 5 nəfər ailə üzvləri ilə birlikdə rayonun Hərbi Komissarlığının əməkdaşı Akif Cəbrayılovun istifadəsinə verilməsini nəzərə almadan, sonuncunun həmin mənzili nə vaxt, hansı qaydada tərk etməsini, mənzili kimə təhvil verməsini, cavabdehin və ailə üzvlərinin xidməti mənzilə nə vaxt, kimin tərəfindən, hansı hüquqi əsasla köçürülmələrini lazımi qaydada araşdırmadan, zərurət yarandığı halda xidməti mənzilə aid toplanmış sənədləri məhkəməyə təqdim etməyi İddiaçınə və ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinə təklif etmədən, qanuni əsaslar olmadığı halda cavabdehi ailə üzvləri ilə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməyən şəxslər sırasına aid etmişdir. Halbuki, sözügedən Məcəllənin 104 və 105-ci maddələrinin mənasına görə, o şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər ki, onlar xidməti mənzilə qanuni əsaslarla, yəni ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin qəbul etmiş olduğu xidməti yaşayış sahəsinin verilməsi haqqında qərarı və həmin qərara əsasən verilmiş order əsasında köçüb yaşamış olsunlar. Hazırki işdə, belə əsaslar yoxdur və cavabdeh qarşılıqlı iddia ərizəsində sözügedən xidməti mənzilə ailə üzvləri ilə birlikdə 2005-ci ilin mart ayında Zaqatala Rayon Hərbi Komissarının razılığı ilə köçdüyünü və sonradan onun adına İddiaçı tərəfindən order veriləcəyini bildirsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya ins tansiyası məhkəməsinə heç bir yazılı sübut təqdim etməyib. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual normaların mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi, cavabdeh tərəfindən mübahisəl i xidməti mənzilə görə kirayə haqqının, kommunal xərclərin hansı hüquqmüəyyənedici sənədlərə əsasən, hansı hesaba ödənilməsini araşdırmadan, həmin ödəmə sənədlərinin mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün əsas sayılmamasını nəzərə almadan, onun mənzildən qanini əsaslarla istifadə etməsi nəticəsinə gəlmişdir. Əksinə iddiaçı, iddia edir ki, cavabdeh ailə üzvləri ilə birlikdə xidməti mənzildən heç bir hüquqmüəyyənedici sənədləri olmadan istifadə edirlər və mənzilin onların istifadəsinə verilməsi haqqında İddiaçı tərəfindən hər hansı qərar qəbul edilməyib. Hazırda cavabdehin mübahisəli xidməti mənzildə deyil, 55 saylı mənzildə qeydiyyatda olması da bir daha qeyd olunanları təsdiq edir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, xidməti mənzilə görə kirayə haqqının v ə kommunal xərclərin ödənilməsi, mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün əsas ola bilməz. Ona görə də cavabdehin ailə üzvləri ilə birlikdə qanuni əsas olmadan 2005-ci ilin mart ayından fasiləsiz və etirazsız olaraq mübahisəli xidməti mənzildə yaşamaları, onların digər yaşayış sahəsi verilmədən həmin mənzildən çıxarılmamaları üçün əsas hesab edilə bilməz. Qeyd olunan hallar əslində cavabdehin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməsi üçün əsas ola bilər. Belə ki, həmin maddədə göstərilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya is tefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqə li şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin e dilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(107)-683/20 21 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4725/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4725/2021
28.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver