Məhkəmə qərarları › İş №2(102)-4727/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4727/2020

17.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4727/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və X-ə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4727/20 (Açar sözlər: kompensasiya ödənilməklə fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Rəfiyev Şahin Hamlet oğlu, cavabdeh X, digər Cavabdeh1, onun vəkili Əliyev Mehman Əlizaman oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Xna qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evinə istifadə hüququna xitam veri lməsi və evdən çıxarılma tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-883/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 ilə doğma qardaşlardır. Cavabdeh X digər cavabdehin həyat yoldaşıdır. Ağstafa rayonunun XX kəndində yerləşən ümumi sahəsi 105,4 kv.m olan 3 otaqlı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir və cavabdehlərin də həmin evə yaşayış hüquqları var. Tərəflər birlikdə yaşaya bilmədikləri üçün hazırkı mübahisə başlamış və iddiaçı kompensasiya verilməklə cavabdehlərin oradan çıxarılmasını istəyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkə məsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağstafa rayonunun XXkəndində yerləşən ümumi sahəsi 105,4 kv.m olan 3 otaqlı fərdi yaşayış evi X1na məxsus olmuş və həmin fərdi yaşayış evi onun adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. X1 xx xxxxxx 2016-cı il tarixdə həmin yaşayış evini bağışlama müqaviləsinə əsasən ona bağışlamışdır. Bundan sonra həmin əmlaka dair onun adına xx.xx.2018-ci il tarixdə Çıxarış alınmışdır. Atası həmin evi ona bağışladıqdan sonra cavabdehlər Cavabdeh1 və Xna qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərə məxsus olan Ağstafa rayonunun XXkəndində yerləşən xüsusi mülkiyyətində olan yaşayış evindən əmlakların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh1 və X məhkəmədə qarşılıqlı iddia qaldıraraq, uşaqları ilə birlikdə X3 məxsus Ağstafa rayonunun XXkəndində yerləşən fərdi yaşayış evinə yaşayış sahəsindən daimi istifadə hüququ verilməsi və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ağstafa Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(015)-2054/2017 №-li qənaməsinə əsasən X2 Cavabdeh1 və Xna qarşı «xüsusi mülkiyyətdə olan yaşayış evindən əmlakların çıxarılması» tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, Cavabdeh1 və Xnın azyaşlı övladları xx xxxxxx 2002-ci il təvəllüdlü X7 və xx xxxxxx 2003-cü il təvəllüdlü X4 ilə birlikdə X3 məxsus Ağstafa rayonunun XXkəndində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(015)-650/2019 №-li qənam əsinə əsasən X2 apellyasiya şikayəti təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(015)2054/2017 №-li qənaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən atası kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(015)-650/2019 №-li qənaməsi dəyişdirilmədən saxlanılmışdır. Ağstafa rayonunun XXkəndində yerləşən ümumi sahəsi 105,4 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin hazırkı bazar dəyəri 10.000-15.000 manat, həmin ərazidə orta təmirli üç otaqlı evlərin orta aylıq kirayə haqqı 40-50 manat təşkil edir. Təklif olunan kompensasiya ilə cavabdehlər və onların yetkinlik yaşına çatmayan uşaqları təqribən 5-6 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin oluna bilərlər, bu isə onların mübahisəli mənzildə ümumən yaşadıqları dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul oluna bilər. Digər tərəfdən cavabdehlərin mübahisəli mənzilin əldə edilməsində töhfəsi olmamış, eləcə də cavabdehlər tərəfindən fərdi yaşayış evinin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkilməmişdir. Həmçinin, Cavabdeh1 ayrıca təsərrüfat olmaqla, özü və ailə üzvləri həmin təsərrüfatda yaşayır. Bundan başqa, Abbasov X5 rayonunun XXkəndində qeydiyyatda olmasına baxmayaraq təxminən 2015-ci ilə kimi mübahisəli evdə yaşamış, hal-hazırda ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Cavabdeh1 Bakı şəhərində Neft Daşlarında xilasedici, Cavabdeh2 isə həkim işləyir, uşaqları da orada məktəbə gedirlər. Ona görə də birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Xna 1.500 manat kompensasiya ödənilməklə azyaşlı uşaqları xx.xx.2002-ci il təvəllüdlü X7 və xx.xx.2003-cü il təvəllüdlü X4 ilə birlikdə ona məxsus Ağstafa rayonunun XXkəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və əmlakları ilə birlikdə həmin mənlzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli2(015)-845/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim Z.Rəsulov) iddia təmin edilməmişdir. Məhkəmə Konstitusiyanın 43.1, Mülki Məcəllənin 228, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli ev tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdehlər qanuni qüvvəsini almış məhkəmə aktları ilə mübahisəli evdən istifadə hüquqları yaranmışdır. İddiaçının təklif etdiyi 1.500 manat kompensasiya məbləğini mülkiyyətçinin hesabına cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi üçün yetərli deyildir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər-F.Mehtiyev (sərlik edən və məruzəçi), L.Süleymanov və A.Bayramov) xx xxxxxx 2020-ci il tarixli, 2(104)-883/20 nömrəli qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli2(015)-845/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmun təşkil edir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə cavabdehə nə qədər kompensasiya verilməsi şərti ilə hüquqlarına xitam verilməsi məsələsini ətraflı araşdırmamış, onun kompensasiyanın məbləğini artırmağa razı olmasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və iddiaçının vəkili Rəfiyev Şahin Hamlet oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişlər ki, tərəflər arasında başqa bir mülki iş hazırda Gəncə Apelyasiya Məhkəməsinin icraatındadır. Həmin işdə cavabdeh iddiaçının mülkiyyət hüquqlarını mübahisələndirir və miras əmlaka payının tanınmasını tələb edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və cavabdehin vəkili Əliyev Mehman Əlizaman oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişlər ki, əslində Cavabdeh1 mir ası qəbul etmişdir və onun həmin əmlakda payı olmaqla mülkiyyətçidir. Ona görə ona kompensasiya verilməsi ilə icraata xitam verilməsi institutu tətbiq edilə bilməz. Digər işdə məhz həmin məsələ müzakirə olunur və hazırda iş Gəncə Apelyasiya Məhkəməsinin icraatındadır. Cavabdeh X Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-152.4-cü maddələrinə əsasən sa hiblik hüququ-əmlaka (əşyaya) bağlı faktiki sahibliyi həyata keçirməyi hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakda (əşyada onun faydalı təbii xassələrini hasil etmək, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır... Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təmin etməyi hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2. maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsas ən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. B azar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət vermək üçün ilk növbədə təklif olunan məbləğlə bağlı fikir bildirməyi zəruri hesab edir. İddiaçı cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi əvəzi olaraq 1500 manat təklif edir və özü də təsdiq edir ki, həmin məbləğ kifayət deyil. Çünki iddiaçı özü kassasiya şikayətində bildirir ki, kompensasiyanın məbləğinin az olmasını bildiyindən apelyasiya icraatında cavabdeh tərəfə daha artıq kompensasiya təklif etməyə razı idi. Deməli təklif olunan kompensasiyanın kifayət etməməsi ilə bağlı məhkəmələrin gəldiyi qənaət əsaslıdır. Məhkəmənin öz təşəbbüsü ilə kompensasiyanın mə bləğinin müəyyən edilməsi ilə bağlı qeyd olunur ki, əslində həmin dəlil ilk baxışdan əsaslı görünsə də, kassasiya icraatı zamanı məlum olmuşdur ki, tərəflər arasında başqa bir mülki işin olması hazırda həmin məsələ ilə bağlı yekun qərarın qəbulunu istisna edir. Beləki, tərəflər təsdiq etmişlər ki, digər işdə cavabdeh hazırkı iş üzrə iddiaçının mülkiyyət hüququnu mübahisələndirir və özünün həmin evdə vərəsəlik payının tanınmasını tələb edir. Eyni zamanda hər iki tərəf təsdiq etmişdir ki, həmin iş üzrə sonuncu dəfə kassasiya məhkəməsi qərar çıxararaq qətnaməni ləğv etməklə işi yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarmışdır. Ona görə nə qədər ki, hazırkı işdə mülkiyyət hüququna istinad etməklə iddia verən iddiaçının həmin statusu digər işdə mübahisələndirilir, qeyd olunan mə sələnin (kompensasiyanın məbləğinin) kassasiya məhkəməsində müəyyən edilməsi zərurəti aradan qalxır. Çünki mülki qanunvericiliyin müvafiq normaları (Mülki Məcəllənin 228.2) belə tələbi irəli sürməyə mülkiyyətçini (mülkün tam hüquqlu sahibini) səlahiyyətləndirmişdir. Bundan başqa, digər işdə cavabdehin miras əmlaka payı tanınacağı təqdirdə qeyd olunan normalara istinad etməklə iddia irəli sürülməsi ümumiyyətlə istisna edilir və onda mübahisə başqa əsaslarla irəli sürülməklə paylı mülkiyyətçilər arasında baş verən mübahisə fonunda hzəll edilə bilər. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəh bər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-883/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar