Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4727/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Zərdab rayon Bıçaqçı Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4727/2022 Açar sözlər: torpaq sahəsinə istifadəyə törədilən maneənin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Zərdab rayon Bıçaqçı Bələdiyyəsinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 634/2022 nömrəli mülki iş üzrə 10 may 2022-ci il tarixli qətnaməsindən cavabde h tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kəlbəcər rayon sakini X1 xx.xx.2005-ci ildə Bıçaqçı bələdiyyəsinin ərazisindən kənd təsərrüfatı məhsullarının inkişafı məqsədi ilə 50 il müddətinə, 7.50 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin torpaq sahəsi naturada ayrılaraq ona təhvil verilmiş, Bıçaqçı bələdiyyəsi və DT və XK-nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilməklə icarəyə ayrılmış torpaq sahəsinin yer quruluşu Planı tərtib edilmişdir.
2. X3 tərəfindən Zərdab rayonu Bıçaqçı Bələdiyyəsinin sədrinə xx.xx.2016-cı il tarixdə ərizə ünvanlayaraq adına olan 7.50 ha torpaq sahəsinin oğlu İddiaçı adına keçirilməsini xahiş etmişdir.
3. Bıçaqçı Bə lədiyyəsinin xx.xx.2016-cı il tarixli 15 saylı iclasının qərarı əsasında bələdiyyə mülkiyyətində olan torpaqdan 7,50 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün 40 il müddətinə İddiaçı icarəsinə verilmişdir.
4. Zərdab rayonu Bıçaqçı bələdiyyəsinin sədri X2 tərəfindən X3 və İddiaçı xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixdə bildirişlər ünvanlayaraq sözügedən torpaq sahəsini qanunsuz, hərrac vasitəsi ilə müqavilə bağlamadan istifadə etmələri, 2-ci Qarabağ müharibəsində iştirak edən Bıçaqçı kəndindən olan onlarla gəncin torpaq sahəsinə ehtiyaclarının olması nəzərlərinə çatdırılaraq sahəni boşaltması barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Zərdab rayonu Bıçaqçı bələdiyyəsin ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarəsinə verilmiş torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, valideynləri əslən Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Zərdab rayonu ərazisində məskunlaşmışlar. Özü isə Zərdab rayonunda anadan olmuşdur. Mübahisəli torpaq sahəsinə dair icarə müqaviləsi 40 il müddətinə atasının ərizəsi əsasında onun adına keçirilmiş və bu barədə Bıçaqçı bələdiyyəsi ilə onun arasında bələdiyyənin xx.xx.2016-cı il tarixli qərarı əsasında 2016-cı il tarixdə icarə müqaviləsi bağlanmışdır. Əslində həmin müqavilə ilə artıq mövcud olan icarə hüquqları bir ailə üz vündən ailənin başqa üzvünə adına, yəni atasının adından onun adına keçirilmişdir. Bu yeni icarə müqaviləsi demək deyildir. Atası 2021-ci ilin yazında vəfat etmişdir. Ötən müddət ərzində icarə haqlarını nağd şəkildə əvvəlki bələdiyyə sədrlərinə ödənilmişdir. Əks təqdirdə bələdiyyə tərəfindən onlara qarşı icarə haqlarının ödənilməsi ilə bağlı tələb irəli sürülərdi. Lakin, heç vaxt bələdiyyə tərəfindən onlara qarşı pretenziya irəli sürülməmiş və heç bir etirazsız torpaq sahəsində icarə hüquqlarını həyata keçirmişlər. Bununla belə, bələdiyyə qəbz verərsə qalan icarə borclarını da ödəyə bilər. Hazırda sözügedən torpaq sahəsində yonca əkmişdir. Lakin, 2020-ci ilin yay aylarından başlayaraq hazırkı bələdiyyə sədri onlara qarşı tələblər irəli sürməyə başlamış, hazırda da torpaq sahəsindən çıxması nı tələb edir və onun torpaq sahəsindən istifadəsinə maneələr yaratmağa başlamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, sənədləşmədə hər hansı bir qüsur vardırsa, bunun məsuliyyətin bələdiyyə daşımalıdır. O, savadsız olduğu üçün bələdiyyənin necə sənədləşdirmə aparmasını bilməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, onun icarə hüquqları qorunmalıdır.
7. Zərdab Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 dekabr 2021-ci il tarixli, 2(035)-869/2021 nömrəli qətnaməsi ilə (hakim T.Qubadov) iddia təmin edilərək, İddiaçı icarəsinə verilmiş 7,50 ha torpaq sahəsindən istifadəsinə cavabdeh Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi tərəfindən törədilən maneənin aradan qaldırılması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, kənd təsərrüfatı məhsullarının is tehsalı üçün 50 il müddətinə iddiaçının atasının və hazırda özünün icarəsinə verilmiş Zərdab rayonu Bıçaqçı bələdiyyəsinin mülkiyyətində olan torpaqdan 7,50 ha torpaq sahəsindən iddiaçı təyinatı üzrə istifadə edir və orada yonca əkmişdir. Cavabdeh Zərdab rayonu Bıçaqçı bələdiyyəsinin hazırkı sədri X2 iddiaçıdan sözügedən torpaq sahəsindən istifadənin dayandırılması və boşaldılmasını tələb etməklə iddiaçının icarə hüquqlarını həyata keçirilməsinə maneçilik törədir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Zərdab rayonu Bıçaqçı Bələdiyyəsinin iddiaçının sözügedən torpaq sahəsi ilə bağlı icarə hüququnun həyata keçirilməsinə maneəçilik törətməsi məhkəmə iclasında sübut olunduğu üçün iddia təmin olunmalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasını n 60-cı maddəsinin 1-ci hissəsinə və 71-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1 və 399.1-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 4.0.2 və 6.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci hissəsinə, 84-cü maddəsinin 1-ci bəndinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunun 22-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
12. Cavabdeh apelyasiya şikayətini onunl a əsaslandırmışdır ki, İddiaçı maneələrin aradan qaldırılmasına dair Bıçaqçı bələdiyyəsinə qarşı iddiası araşdırılmamış və ona qarşı kim tərəfindən hansı maneələr törədildiyi müəyyən edilməmişdir.
13. İddiaçı İlə Bıçaqçı bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsi torpaqdan istifadə hüququna dair şəhadətnamə alınmadığı üçün hüquqi qüvvəsini itirmişdir, ona görə də bələdiyyə ilə özünü icarəçi adlandıran İddiaçı arasında heç bir münaqişə olmamışdır. Sadəcə olaraq, İddiaçı 2016-cı ildən sonra ötən beş il ərzində Bıçaqçı bələdiyyəsi ilə heç bir əlaqə saxlamamış və bir manat da olsa icarə haqqı ödəməmişdir. 10 hektar torpaq sahəsini özbaşına zəbt edib qanunsuz istifadə etdiyinə görə bələdiyyə tərəfindən onlara 3 dəfə rəsmi xəbərdarlıq məktubu göndərilmiş, barəsində şikayət verilən həmin tor paq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Regional İdarələrində qeydiyyatdan keçmədiyi, yer quruluşu planı hazırlanmadığı üçün, hərraca çıxarılmadığı üçün və Notarial qaydada icarə müqaviləsi təsdiq edilmədiyi üçün həmin torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə Bıçaqçı bələdiyyəsində heç bir qərar qəbul edilməmiş və Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsinə belə bir qərar göndərilməmişdir. Mübahisəli torpaq sahəsi heç vaxt hüquqi olaraq iddiaçının istifadəsində olmamışdır. Barəsində şikayət verilən məhkəmə aktı qəbul edilərkən istinad edilən qanun normasının tələbləri kobud şəkildə pozulmuşdur.
14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-634/2022 nömrəli mülki i ş üzrə 10 may 2022ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi 40 il müddətə icarə müqaviləsi əsasında onun istifadəsində olmaqla müqavilə qüvvədədədir, ləğv olunmamışdır. Bütün bunlar iddiaçının izahatı və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur.
17. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə istifadə və sahiblik hüququna malik olmaqla hazırki iddiada qoyulmuş maneənin aradan qaldırılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
19. Apellyasiya instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəyə, Mülki Məcəllənin 16.1, 139.1, 152.1, 152.5, 152.6, 157.4, 157.8, 164.1, 700.1, 700.2-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci, «Torpaq İcarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13 və 15-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə cavabdeh tərəfin dəlillərini araşdırmaqdan imtina etmişdir. Məhkəməyə təqdim edilmiş 3 bildiriş və 1 müraciətdən bəlli olur ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmiş, icarə haqqını sistematik olaraq ödəməmiş, bəhanə olaraq icarə haqqını nağd qaydada sabiq bələdiyyə sədrinə ödədiyini bildirərək, bildirişləri cavablandırmamış, icarə haqqını nağd ödədiyinə dair hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi 20 dekabr 2005-ci il tarixli, 15 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə bağlanarkən İddiaçı 9 yaşı olmuşdur, yəni bu cür əqdlərin bağlanması üçün subyekt olmamışdır. Bıçaqçı bələdiyyəsinin arxivində saxlanılan protok ollarda bələdiyyə sədrinin imzası yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı tərəfindən işə şifahi icraat qaydasında baxılması barədə ərizə daxil olmuşdur. Məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
24. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şə raiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
25. Maddə 700.1 İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
26. Maddə 700.2 İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
27. Maddə
51. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olma yan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunve riciliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. «Torpaq İcarəsi haqqında» Azərbaycan Respublikası Qanunu
28. Maddə
13. Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar.
29. Maddə
15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hall arda və qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fa ktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmələr müəyyən etmişlər ki, Kəlbəcər rayon sakini X1 xx.xx.2005-ci ildə Bıçaqçı bələdiyyəsinin ərazisindən kənd təsərrüfatı məhsullarının inkişafı məqsədi ilə 50 il müddətinə, 7.50 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin torpaq sahəsi naturada ayrılaraq ona təhvil verilmiş, Bıçaqçı bələdiyyəsi və DT və XK-nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilməklə icarəyə ayrılmış torpaq sahəsinin yer quruluşu Planı tərtib edilmişdir. X3 tərəfindən Zərdab rayonu Bıçaqçı Bələdiyyəsinin sədrinə xx.xx.2016-cı il tarixdə ərizə ünvanlayaraq adına olan 7.50 ha torpaq sahəsinin oğlu İddiaçı adına keçirilməsini xahiş etmişdir. Bıçaqçı Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 15 saylı iclasının qərarı əsasında bələdiyyə mülkiyyətində olan torpaqdan 7,50 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün 40 il müddətinə İddiaçı icarəsinə verilmişdir.
41. Əvvəla, kollegiya qeyd edir ki, hazırkı işdə İddiaçıdur. Onanla müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmışdır. İddiaçının şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1994-cü ildə doğulmuşdur. Onunla icarə müqaviləsi bağlananda 9 yaşı yox, 22 yaşı olmuşdur. İddiaçının atası ilə icarə müqaviləsi 11 il əvvəl bağlanmışdır və həmin vaxt iddiaçının 9 yaşında olması təbii haldır. İddiaçının atası ilə icarə müqaviləsi bağlananda iddiaçının icarə müqaviləsinin bağlanmasına yaş senzinə çatmaması barədə dəlil açıqaşka r əsassızdır. Çünki icarə müqaviləsi həmin vaxt onun atası ilə bağlanmışdır.
42. Bundan başqa, tərəflər arasında torpaq icarə müqaviləsi bağlanmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 11.3. maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər.
43. Həmin Qanunun 11.9. maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.
44. Göründüyü kimi tərəflər arasında etibarlı icarə müqaviləsi mövcuddur və iddiaçı həmin müqavilə üzrə hüquqlarından istifadə etməkdə haqlıdır.
45. Cavabdeh etirazla rını onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmiş, icarə haqqını mütəmadi olaraq ödəməmiş, bəhanə olaraq icarə haqqını nağd qaydada sabiq bələdiyyə sədrinə ödədiyini bildirərək, bildirişləri cavablandırmamış, icarə haqqını nağd ödədiyinə dair hər hansı sübut təqdim edə bilməmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, etirazda qeyd olunan halları idiaçı tərəf özü də təsdiq edərək (iddia ərizəsində, izahatlarında) icarə haqlarını nağd olaraq ödədiyini, uzun müddətdir ki, icarə haqqı ödəmədiyini etiraf etmişdir. Həmin halların mövcudluğu tərəflər arasında bağlanmış müqavilənin ləğv oluması üçün əsasdır. Cavabdehə izah olunur ki, qarşı tərəf icarə müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmirsə (icarə haqlarını ödəmirsə), qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq icarə müqaviləsinin vaxtından əvvəl ləğv olunması, ödənilməmiş icarə haqlarının qarşı tərəfdən tutulması, vurulmuş zərərin əvəzinin ödənilməsi və torpaq sahəsinin geri qaytarılması barədə iddia irəli sürə bilər. Belə iddia irəli sürüləcəyi təqdirdə cavabdehin etirazlarından qeyd etdiyi hallar keçərli olacaq.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Zərdab rayon Bıçaqçı Bələdiyyəsinin kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 2(107)-634/2022 nömrəli mülki iş üzrə 10 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, qəbul edildiyi andan qüvvəyə minir.