Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-473/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh3 və digərlərinə qarşı iş üzrə QƏRARİ İŞ № 2(102)-473/2023 Açar sözlər:mənzildən istifadə hüququna xitam verilməsi 21 fevral 2023-cü il Bakı şəhəri 21.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2(105)-76/2022 saylı qətnaməsindən üçüncü şəxs Cavabdeh5 verdiyi kassasiya şikayəti üzrə işə 21 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İşin hallarına görə, xx.xx.1975-ci il tarixli, 12\267 saylı orderə əsasən, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin 68 saylı mənzili Sumqayıt şəhər ZDS-nin İcraiyyə Komitəsinin Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi Şöbəsi tərəfindən 5 nəfər ailə tərkibi ilə birlikdə köçüb yaşaması üçün X3 verilmişdir. xx.xx.2019-cu il tarixli 2 saylı formada arayışa, habelə mənzilə hüququ olan 18 yaşı tamam olmuş şəxslərin özəlləşdirməyə razılıq vermələri barədə ərizələrə əsasən mənzil Cavabdeh3 x adına özəlləşdirilmiş və bu barədə onun adına 20 fevral 2019-cu il tarixli Çıxarış verilmişdir. xx.xx.2013-cü il və xx.xx.2013-cu il tarixli “Vərəsəlik hüququ haqqında” Şəhadətnamələrə əsasən sözügedən mənzil X4 və Cavabdeh1 adına qeydiyyata alınmış və bu barədə onların adlarına xx.xx.2019-cu il tarixli Çıxarış verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli, X1 adına verilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr, həmin Şəhadətnamələr əsasında Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı binanın 68 saylı mənzilinə dair Reyestr Xidməti tərəfindən verilmiş 04 aprel 2019-cu il tarixli Çıxarış ləğv edilmiş, İddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi üçün ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa edilməsi, həmin mənzilə dair İddiaçı adına “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsi, X4 və Cavabdeh1 çatacaq məcburi paydan imtina etmələrinin nəzərə alınması və mənzilə dair İddiaçı adına “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsinin Sumqayıt şəhəri, 3 saylı notariat kontoruna, həmin “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı binanın 68 saylı mənzilə dair Çıxarışın verilməsinin Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, X5 və xx.xx.2003-cü il tarixdə doğulmuş Cavabdeh2 (bundan sonra cavabdehlər) Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin, 68 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişd ir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin 68 saylı mənzili mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur və həmin mənzilə görə onun adına Reyestr Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli Çıxarış verilmişdir. Cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da sözügedən ünvanda yaşamırlar. Cavabdehlərin qeydiyyatda olması iddiaçının mənzilə hüquqlarını həyata keçirməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır. Cavabdeh1 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, iddiaçının ona qarşı verdiyi iddianı qəbul etmiş və Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin 68 saylı mənzilindən qeydiyyatdan çıxmağa razı olduğunu bildirmişdir. Sumqayıt Şəhər Məh kəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin 68 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Məhkəmə Cavabdeh1 iddianı qəbul etməsini nəzərə alaraq iddianı qismən təmin etmişdir. Məhkəmə, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır. Cavabdehlər həmin mənzildə formal qeydiyyatda qalsalar da orada yaşamırlar. Cavabdeh1 məhkəməyə ərizə verərək iddianı qəbul etmişdir və mənzildən qeydiyyatdan çıxmağa razı olduğunu bildirmişdir. Digər cavabdehlərin atası X5 isə 23 mart 2018-ci il tarixdə ölmüşdür. Belə olan halda i ddianın cavabdehlərə münasibətdə təmin edilməsi üçün faktiki və hüquqi əsaslar vardır. Məhkəmə, gəldiyi nəticəni Mülki Məcəllənin 146.1, 152.1, 157.4-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qanuni nümayəndəsi Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin edilərək, cavabdehlərin Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin 68 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilmişdir. Məhkəmə, onların təqdim etdilkləri sübutları nəzərə almamaqla, digər t ərəfin dəlillərinə tənqidi yanaşmamaqla, prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmaqla, hüququn tətbiq edilməsində səhv buraxmaqla, işin müəyyən edilmiş hallarına maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Buna görə də həmin qətnamə ləğv edilməlidir. Cavabdehlərdən Cavabdeh3 2001-ci ildən, Cavabdeh2 2003-cü ildən mənzildə qeydiyyatdadırlar. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Cavabdeh2 yetkinlik yaşına çatmamışdır, Mülki Prosessual Məcəllənin 50.2-ci maddəsinə əsasən onun qanuni nümayəndəsi Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər– Ş.Abasov sədrlik edən, məruzəçi, S.Qafari və M.Rzayev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh1 Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin 68 saylı mənzilindən istifadə hüququna xitam verilmiş, iddia tələbi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi hissəsində rədd edilmişdir. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil özəlləşdirilərkən qanun pozuntusuna yol verilmişdir. Bundan sonra, artıq yetkinlik yaşına çatmış Cavabdeh3 razılığı al ınmadan, hazırki məhkəmə mübahisəsi getdiyi bir vaxtda mənzil üzərində sərəncam verilmiş və bununla da X və X mənzilə hüquqları pozulmuşdur. Tərəflər arasında hüquq münasibətləri xx.xx.2009-cu ilədək yarandığı üçün mübahisə həmin vaxtadək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Hazırda iddiaçı iddia tələbini cavabdehlərin orada yaşamaması ilə əsaslandırır. Cavabdehlər isə mərhum ataları ilə birlikdə mənzilə dair order əsasında həmin mənzildən istifadə hüququ əldə etmiş şəxslərdir. Ona görə də, cavabdehlərin müvəqqəti yaşamaması səbəbilə mənzildən istifadə hüquqlarına xitam verilməsi əsassızdır. İşin tədqiq olunan faktiki hallarından cavabdehlərin yaşayış yerini dəyişib yeni yaşayış yerinə köçməsi, başqa yaşayış sahəsi ilə təmin edilməsi müəyyən edilmir. Onla rın təzyiq altında mənzili müvəqqəti tərk etməsi yaşayış yerlərini dəyişməsi kimi qiymətləndirilməməlidir. Cavabdehlərin vəkilinin izahatından görünür ki, təmsil etdiyi şəxslərin heç birinin daimi yaşayış yeri yoxdur, uşaqların anası boşandıqdan sonra bacısıgildə yaşamışdır, uşaqlar isə ataları ilə birlikdə mübahisəli mənzildə qalmışlar. Həmin mənzildə uşaqlar, onların ataları və babaları yaşamışlar. Sonradan bibiləri uşaqları yola verməmişlər və onları qanunsuz şəkildə mənzildən çıxararaq mənzili satmışlar. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi qətnaməni əsaslandırmaq üçün yalnız Mülki Məcəllənin mülkiyyətin müdafiəsi ilə bağlı normalarına istinad etmişdir, halbuki, hazırki mübahisə cavabdhehlərin mənzildə istifadə hüquqlarının olub-olmaması ilə bağ lı yaranmışdır. Məhkəmə mübahisəli məsələyə tətbiq edilməli olan normaları tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Eləcə də, cavabdehlərin atası X5 iddiaçı məhkəməyə müraciət etdiyi vaxt artıq 23 mart 2018-ci il tarixdə ölmüşdür, lakin buna baxmayaraq məhkəmə ona aid hissədə işin icraatına xitam verilməsi məsələsini həll etməmiş və bununla da kobud prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası, Cavabdeh1 Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin 68 saylı mənzilindən istifadə hüququna xitam verilməsi hissəsində iddia tələbinə qiymət verərək qeyd etmişdir ki, Cavabdeh1 iddianı etiraf etdiyindən, işin tədqiq olunan faktiki hallarına görə onun mənzilə qeydiyyatı formal xarakter daşıyır, bu səbəbdən də ona aid hissədə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kol legiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi digər cavabdehlərin qeyd olunan mənzildən istifadə hüquqlarını itirilmiş hesab etməklə düzgün hüquqi nəyticəyə gəlməmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni xx.xx.2009-cu il tarixədən qüvvədə olmuş Mənzil Məcəlləsinin 51, 53, 54 və 60-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs Cavabdeh5 (bundan sonra üçüncü şəxs) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya insitansiyası məhkəməsinin qətnaməsinin maddi və prosesual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğv edilməsini, apellyasiya instansiya məhkəməsində müəyyən edilmi ş subutlar və hallar əsasında iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işə baxılmasının predmetini iddiaçının cavabdehlərə qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” təşkil edir. Məhkəmə kollegiyası qətnaməni “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5 və 8-ci maddələrinin tələblərinə əsaslanmaqla çıxarmışdır ki, bu hal da tətbiq edilməli olmayan maddi hüquq normalarının tətbiq edilməsi hesab edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmuş, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilmiş və bundan sonra mənzilin kommunal, məişət vəziyyəti barədə 2 saylı formada arayış verilmişdir. Mənzil özəlləşdirilmiş və üçüncü şəxs razılaşdırılmış pul məbləğini notariusun depozit hesabında satıcı İddiaçı adına açılmış hesaba köçürməklə, mənzili qanuni əsaslarla əldə etmişdir. Məhkəmə kollegiyası tərəfindən tətbiq edilməli olan maddi hüquq normalarının mənasından göründüyü kimi, üçüncü şəxs vicdanlı alıcıdır. Mənzilin üzərində heç bir məhdudiyyət və qadağa olmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, mü lki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biri də qanunvercilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvercilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. xx.xx.2009-cu il tarixədən qüvvədə olan Mənz il Məcəlləsi Həmin Məcəllənin 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə görə, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirl ər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşa dığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsində göstərilir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəs inə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kas sasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəy yən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Üçüncü şəxsin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, işin yuxarıda müəyyən edilmiş hallarına görə, 14 oktyabr 1975-ci il tarixli, 12/267 saylı orderə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon 34 saylı evin 68 saylı mənzili dövlət mənzil fondunda olmaqla Cavabdeh3 Əzizağa oğlunun icarəsində olmuş və 25 mart 2018-ci il tarixdə sonuncu ölmüşdür. Bundan sonra, mənzil Cavabdeh3 Əzizağa oğlunun adına özəlləşdirilərək, onun adına mülkiyyət hüququna dair 20 fevral 2019-cu il tarixli Çıxarış verilmişdir. Daha sonra, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən miras mənzilin qəbul edilməsi üçün ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa edilməsi, həmin mənzilə dair iddiaçının adına “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsi, habelə X4 və Cavabdeh1 çatacaq məcburi paydan imtina etmələri nəzərə alınaraq, mənzilə dair iddiaçının adına “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsinin Sumqayıt şəhəri, 3 saylı notariat kontoruna, həmin “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı binanın 68 saylı mənzilə dair Çıxarışın verilməsinin Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilməsi qət edilib. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, mübahisəli mənzilin özəllişdirilməsi; mənzilin vərəsəlik yolu ilə iddiaçının adına qeydə alınması və sonuncu tərəfindən həmin mənzilin alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxsə satılması zamanı qanun pozuntusuna yol verildiyini və bunun nəticəsində cavabdehlərin mənzilə olan istifadə hüquqlarının pozulduğunu göstərib, iddianı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə rədd edərkən gəldiyi nəticəni kifayət qədər əsaslandırmayıb. Belə ki, cavabdehlərin vək ili izahatında, cavabdehlərin daimi yaşayış yerlərinin olmadığını, onların anası Cavabdeh4 mərhum X2 boşandıqdan sonra bacısıgildə yaşadığını, cavabdehlərin isə ataları X5 ilə birlikdə mübahisəli mənzildə qaldıqlarını, həmin mənzildə cavabdehlərin ataları və babaları ilə birgə yaşadıqlarını, lakin sonradan bibilərinin cavabdehləri yola vermədiklərini və onları qanunsuz olaraq mənzildən çıxardıqlarını göstərsə də, bu barədə işdə heç bir mötəbər yazılı sübut yoxdur. Əksinə, qonşuların tərtib edib imzaladıqları və Sumqayıt şəhəri, 10 saylı Mənzil Kommunal Sahəsinin dairəvi möhürü ilə təsdiq edilmiş aktdan görünür ki, cavabdehlər uzun müddətdir ki, mübahisəli mənzildə yaşamırlar. Apellyasiya instansiyası məhkəməsi işin bu halları üzrə heç bir araşdırma apamadan, cavabdehlərin valideynlərinin n ə vaxtdan boşanmasını, boşandıqdan sonra cavabdehlərin anası Cavabdeh4 nə vaxtdan, hansı ünvana köçməsini, həmin ünvanda hansı statusla yaşamasını, nikah pozulduqdan sonra uşaqların valideynlərdən hansının yanında qalmasını, ataları X5 23 mart 2018-ci il tarixdə öldükdən sonra cavabdehlərin nəyə görə ötən müddət ərzində mənzilə köçürülmələri barədə məhkəmədə mübahisə açmamalarının səbəblərini və bu müddət ərzində onların hansı ünvanda, hansı statusla yaşamalarını və sair aydınlaşdırmadan, bibilərinin cavabdehləri yola verməmləri və onları qanunsuz şəkildə mənzildən çıxarmalarına dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, cavabdehlərin və onların anası Cavabdeh4 mübahisəli mənzildən məcburi qaydada çıxarılmaları mülki iş materialları ilə təsdiq olunmur və cavabdehlərin ötün müdd ət ərzində mənzilə köçürülmələri barədə məhkəmə qaydasında mübahisə açmamaları da iddianın açıq-aşkar əsassız olması nəticəsinə gəlməyə əsas vermir. Digər tərəfdən, işin mübahisə olunmayan hallarına görə, mübahisəli mənzil tərəflərin babası Cavabdeh3 Əzizağa oğlunun adına özəlləşdirildikdən sonra vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçib, sonuncu isə həmin mənzili alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxsə satıb və bu gün həmin mənzil sonuncunun mülkiyyətindədir. Göründüyü kimi, mübahisəli mənzilin özəllişdirilməsinə, mülkiyyət hüququ üzrə əvvəl iddiaçının, sonradan isə üçüncü şəxsin adına qeydə alınmasına əsas olmuş hüquqmüəyyənedici sənədlər qüvvədə olduğu və məhkəmə qaydasında mübahisələndirilmədiyi halda, mənzilin özəlləşdirilməsi və alqı-satqısı zamanı cavabdehlərin mənzilə olan hüquqlarının pozulduğunu göstərməklə ziddiyətli nəticəyə gəlib və iddianı cavabdehlərə münasibətdə rədd etməklə üçüncü şəxsin mənzilə olan mülkiyyət hüququnu pozub. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həm in Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Daha sonra işin mübahisə olunmayan hallarına görə, üçüncü şəxs mübahisəli mənzili iddiaçıdan dəyərini ödəməklə satın alıb və işdə, onun vicdansızlığını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirmişdir. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktların ın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə üçüncü şəxsin mübahisəli mənzilə münasibətdə vicdanlı əldə edən olub-olmadığı, cavabdehlərin həmin mənzildə ehtimal edilən istifadə hüquqlarının olmasını bilib-bilmədiyi və sair barədə heç bir araşdırma ap armadan, başqa sözlə mənzilə mülkiyyət hüququnun üçüncü şəxsə keçməsini nəzərə almadan, yalnız cavabdeh tərəfin irəli sürdüyü formal mülahizələrə əsaslanaraq iddianı onlara münasibətdə rədd etmişdir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haq qında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qisməncavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Üüçüncü şəxs Cavabdeh5 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2(105)-76/2022 saylı qətnaməsi qismən - cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-473/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-473/2023
21.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver