Məhkəmə qərarları › İş №2(102)-4730/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4730/2020

24.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4730/2020 24.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-1315/2020 nömrəli qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Z.Hünmətov) xx.xx.2019-cu il tarixli, 2(044)-3249/2019 nömrəli qətnaməsi ilə iddiaçı X3 cavabdeh X1 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Mamedov, A.Bayramov, Ə.Abdullayev) xx.xx.2020-ci il tarixli, 2(104)-1315/2020 nömrəli qətnaməsi ilə iddiaçı X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-3249/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı X7 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı X7 cavabdeh X1 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına köçürülməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş e tmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı X7 və vəkili X9 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçının apelyasiya şikayətində ünvan 1 ünvanda yerləşən öz vəsaiti hesabına tikdiyi 278 kv.m sahəyə köçürülmə tələbini apelyasiya məhkəməsi araşdırmadan 83.6 kv.m sahənin cavabdehə aid olduğunu qeyd etmişdir. Cavabdeh ilə iddiaçı xx.xx.2001-ci ildə nikaha daxil olmuş, xx.xx.2018-ci ildə cavabdehin anası qeyd olunan ünvandakı 83.6 kv.m sahəsi olan mə nzili cavabdehə bağışlamış və cavabdehin adına çıxarış verilmişdir. Bundan sonra iddiaçı öz vəsaiti hesabına həmin mənzildə tikililər aparmış və əlavə olaraq 278 kv.m tikili tikmişdir. xx.xx.2018-ci il tarixli çıxarışda iddiaçı tərəfindən tikilən mülk yeni çıxarışda öz əksini tapmışdır. İddiaçının cavabdehin bağışlama yolu ilə əldə etdiyi 83.6 kv.m sahəyə iddiası yoxdur. Lakin onun tərəfindən inşa edilmiş 278 kv.m sahəyə hüququ çatır. Belə ki, həmin tikili onun vəsaiti hesabına tikilmiş və həmin 278 kv.m sahə birgə nikah dövründə inşa edilmişdir. Yəni 278 kv.m sahə birgə nikah dövründə iddiaçının vəsaiti hesabına artırılmış və bu da Ailə Məcəlləsinin 35-ci maddəsində aydın qeyd edilir. Qeyd olunanlara əsasən onlar Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-1315/2020 saylı qətnaməsinin ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı X7, vəkili X9 oğlu və 3-cü şəxs “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh X2 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini göstərib, kasasiya şikayətinin rədd edilməsini, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-1315/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiqini yoxlayır. İddianın rədd edilməsi barədə birinci instnasiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisəli ev 2 saylı notariat kontorunun xx xxxxxx 2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin anasının mülkiyyətində olmuş, tərəflər xx xxxx 2001-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş, 2007-ci ildə cavabdehin anasının mülkiyyətində olan E saylı fərdi yaşayış evinə köçərək orada yaşamışlar. Gəncə “ASAN xidmət”mərkəzində notariat kontorunun xx xxxxxx 2018-ci il tarixli 4Ə139 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hal-hazırda ünvanı Sadıq Rəhimov küçəsi 45 olan bu əmlak Cavabdeh bağ ışlanmışdır və ona 83,6 kv. metr ümumi tikinti sahəsi olan bur fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Gəncə şəhəri İcra hakimiyyəti Memarlıq və şəhərsalma idarəsi bu əmlaka dair xx.xx.2018-ci il tarixli 27 saylı razışlaşdırılmış eskiz layihə vermişdir. Cavabdeh 361,6 kv. metr ümumi tikinti sahəsi olan bu fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Apelyasiya kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan mübahisədir. Göründüyü kimi, iddiaçı mübahisəli evə 2007-ci ildə köçərkən həmin ev cavabdehin anasının mülkiyyətində olmuşdur. Həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsin in 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə isə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsin ə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli Qərarına görə Mülki Məcəllənin 228.5-ci maddəsində əks olunmuş “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq, mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. İddiaçı isə 2007-ci ildə cavabdehin anasına məxsus olan evə köçüb yaşayarkən həmin evdən istifadə hüquqları ilə bağlı notarial qaydada hər hansı razılıq əldə etməmişdir. Həmin yaşayış evinə istifadə hüquqlarının yarandığını təsdiq edən mülkiyyətçi ilə bağlanan yazılı razılaşma yoxdur. Bu baxımdan iddiaçının həmin dövrdə mübahisəli fərdi yaşayış evi ilə bağlı istifadə hüququ yaranmamışdır. Əgər iddiaçı X4 evində yaşadığı həmin illərdə, yəni mənzilin cavabdehin mülkiyyətinə keçənə qədər olan dövr ərzində təmir-tikintiyə dair hər hansı vəsait sərf etmişsə və sonradan artırılmış tikililərin onun vəsaiti hesabına inşa edilməsini iddia edirsə o bununla bağlı tələblə məhkəməyə müraciət etmək hüququna malikdir. İşin hallarından göründüyü kimi tərəflər birgə nikah münasibətlərində olduqları müddətdə onların yaşadığı X4 mülkiyyətində olan ünvan 1 ev xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi ilə X6 tərəfindən Cavabdeh bağışlanmışdır. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kred it idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd olunan qanunvericlik normalarının məzmunundan da görünür ki, nikah müddətində ərarvadın əldə etdikləri əmlak üzərində, əmlakın kimi adına olmasından asılı olmayaraq, onların ümumi birgə mülkiyyəti yaranır. Hazırki işdə isə belə hal yoxdur. Ailə Məcə lləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, x xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Göründüyü kimi mənzilin mülkiyyətç isi dəyişsə də, yaşayış sahəsinin mülkiyyət forması dəyişməmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya kollegiyası maddi hüquq normalarının tələblərinə riayət etməklə iddiaçının mübahisəli mənzilə hüququnun olmamasını, onun həmin mənzilə köçürülməsinin hüquqi əsasının olmamasını düzgün olaraq müəyyən etmişdir. Hazırki halda da kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərə findən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində n maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkə məsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)1315/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar