Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4731/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər X, X, X və "xxxx" Firması) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Ekspert rəyləri arasındakı ziddiyyətin səbəblərinin araşdırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil1, Cavabdeh2 vəkili Vəkil2 iştirkı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-193/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 18 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər X, X, X və "xxxx" Firması) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan X qəsəbəsinin şimal-qərb hissəsində (xxx küçəsi) yerləşən Dərman Bitkilərinin tədarükü və istehsalı zavodunun qanuni istifadəsindəki 10.000 kv.metr torpaq sahəsinin ayrıcı cizgisində göstərilən BQ ("xxxx" firması ilə) sərhədi boyunca təqribən 2000 kv.metr sahəsində cavabdehlər tərəfindən tikinti işlərinin aparılmasının qanunsuz hesab edilməsi, göstərilən ünvanda cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tiki lilərin onların hesabına sökülməsi, özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinin qeyd-şərtsiz ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin ayrılması haqqında” 904 nömrəli 29.06.1994-cü il tarixli sərəncamı ilə X X qəsəbəsinin şimal-qərb hissəsində “Dərman bitkilərinin tədarükü və istehsalı” üçün zavod layihələşdirilməsinə və tikintisinə 10.000 kv.metr torpaq sahəsi ayrılmışdır. 25 avqust 1994-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən Xv qəsəbəsinin şimal qərb hissəsində Dərman bitkilərinin tədarük və istehsal zavodu tikintisi üçün torpaq sahə si ayrılmasına dair 9373 nömrəli inşaat pasportu təsdiq edilmişdir. 18.04.2002-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırma Bürosu tərəfindən X qəsəbəsinin şimal-qərb hissəsi, xxx küçəsində yerləşən X məxsus qeyri-yayış sahəsinə dair texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda torpaq sahəsinin ölçüsü 10.000 kv.m və ümumi tikinti altı sahənin 1619,1 kv.m təşkil etməsi göstərilmişdir. 22.05.2002-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən Dərman Bitkilərinin tədarük və istehsalı zavodunun X mülkiyyətində olması barədə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin Bakı şəhər İcra Hakimiyyə ti Başçısının 29.05.2004-cü il tarixli 115 nömrəli sərəncamı ilə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 23.02.2004-cü il tarixli 5/23 saylı razılıq məktubu nəzərə alınaraq, X qəsəbəsi, xxx küçəsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0,15 ha torpaq sahəsi icarə əsasında Cavabdeh1 istifadəsinə verilmiş, 06.09.2004-cü il tarixli 11463 saylı inşaat pasportu əsasında 16.09.2004-cü il tarixdə onunla 0370 saylı icarə müqaviləsi bağlanmışdır. 06.12.2004-cü il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində həmin 0,15 ha (1500 kv.m) ölçüdə olan torpaq sahəsində inşa edilməsi nəzərdə tutulan məişət evinin eskiz layihəsi razılaşdırılmışdır. 22.12.2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İ cra Hakimiyyəti Başçısının 29.05.2004-cü il tarixli 115 nömrəli sərəncamı və 16.09.2004-cü il tarixdə onunla 0370 saylı icarə müqaviləsi ilə Cavabdeh1 məişət evinin tikintisi üçün 49 illik müvəqqəti istifadəyə ayrılan 1590 kv.m torpaq sahəsi ilə bağlı kadastr planı tərtib edilmişdir. ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.06.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin 28.02.2017-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləş dirilməsi Departamentinin “mülkiyyət hüququ haqqında” 22.05.2002-ci il tarixli şəhadətnaməsinə əsasən İddiaçının mülkiyyətində olan X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən olunmuşdur. Faktiki daş hasarla olan istifadə vəziyyəti iş materialına əlavə edilmiş “mülkiyyət hüququ haqqında” 22.05.2002-ci il tarixli şəhadətnamə verilərkən hazırlanmış texniki pasporta və Cavabdeh1 (qeyri-yaşayış sahəsi üçün istifadəsinə sahəsi 0,38 ha) verilmiş şəhadətnaməyə uyğundur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçının mülkiyyətində olan X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10000 kv.m torpaq sahəsində müdaxilə olunmamışdır.
4. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 18.10.2017-ci il tarixli ekspert rəyi ilə Azə rbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifovun tərtib etdiyi mütəxəssis rəyində, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “mülkiyyət hüququ haqqında” 22.05.2002-ci il tarixli şəhadətnaməsinə əsasən İddiaçının mülkiyyətində olan X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları 1:1500 miqyasda araşdırılaraq, Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə olunmadığı göstərilmişdir. Lakin rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikası "xxxx" MMC-nin tərtib etdiyi a rayışı və baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq, iş materiallarında olan İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən 22.05.2002-ci il tarixdə verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçının mülkiyyətində olan Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilərək, həmin torpaq sahəsinin 0.1 ha hissəsinə müdaxilə edilməsi, yəni İddiaçının ayrıc aktında qeyd edilmiş torpaq sahəsinin 0.03 hektarında “X” şadlıq sarayının inşa edilməsi, 0.02 hektarında qeyri-yaşayış sahəsinə və şadlıq evinə gediş-gəliş üçün yolun salınması, 0.03 hektarında şadlıq sarayının arxa tərəfindəki qeyri-yaşayış binasının inşa edilməsi, 0.02 hektarının isə boş torpaq sah əsi olduğu müəyyən edilmişdir.
5. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 dekabr 2020-ci il tarixli ekspert rəyi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən 22.05.2002-ci il tarixdə verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçının mülkiyyətində olan X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 m2 torpaq sahəsinin və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 29.05.2004-ci il tarixli 115 nömrəli sərəncamına əsasən məişət evinin lahiləşdirilməsi və tikinti üçün icarə əsasında Cavabdeh1 istifadəsinə verilmiş X qəsəbəsi, Y.X küçəsində yerləşən torpaq sahəsinə dair tərtib olunmuş kadastr plan ilə torpaq sahəsinin faktiki vəziyyəti müqayisə olduğu zaman, Cavabdeh1 kadastr planı üzrə ayrılan 1500 m2 torpaq sahəsindən artıq torpaq sahələrinin olduğuna görə, faktiki istifadə olunan torpaq sahələrinin ayrıc aktında və kadastrda göstərilən cizgilərə uğun gəlmədiyi müəyyən edilmişdir. X faktiki istifadəsində olan ərazi üzrə (ayrıc aktında olan sahələr daxil olmaqla) müvafiq ölçü işləri aparılan zaman, torpaq sahəsinin təqribən 1,14 ha olduğu müəyyən edilmişdir. Cavabdeh1 faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzrə müvafiq ölçü işləri aparılan zaman, torpaq sahəsinin təqribən 3860m2 olduğu müəyyən edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi (ayrıc aktında göstərilən torpaq sahəsi) nəzərə alınaraq mülkiyyətində olan X qəsəbəsinin şimalqərb hissəsində yerləşən 10.000 m2 torpaq sahəsi təqribən 25,0 m2 az olduğu müəyyən edilir. Qeyd olunur ki, h əmin 25,0 m2 torpaq sahəsi texniki pasport üzrə «D» literli tikilinin arxasında yerləşən «Ülvi» şadlıq evinin yol hissəsində yerləşən boş torpaq sahəsi ilə üstüstə düşür. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi (kadastr məlumatlarına əsasən) icarə əsasında onun istifadəsinə verilmiş x qəsəbəsi, xx küçəsində yerləşən torpaq sahəsi üzrə müvafiq ölçü işləri aparılan zaman torpaq sahəsinin faktiki olaraq 3860m2 təşkil etdiyini nəzərə alaraq kadastr üzrə 1500 m2 olan torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.06.2016-cı il tarixində tərtib olunmuş texniki pasportun məlumatları ilə faktiki vəziyyətin uyğun olduğu müəyyən edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahələri mülki iş materialında olan ayrıc aktı ilə müqayisə aparıldığı zamanı torpaq sahəsinin faktiki olaraq (ayrıc aktında) göstərilən sahədən təqribən 1412,0 m2 çox olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, ayrıc aktında göstərilən torpaq sahəsinin hüdudları daxilində hündür mərtəbəli yaşayış evlərinin bir hissəsinin yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.06.2016-cı il tarixdə tərtib olunmuş texniki pasportun məlumatları ilə faktiki vəziyyəti torpaq sahələrinin plan və ölçülərdə (cizgilərdə) əks olunmuş sərhədlərdən kənara çıxmalar (birindən digərinə və ya digər qonşu sahələrə müdaxilənin) olmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, İddiaçının ayrıc aktı ilə ayrılmış torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahələri mülki iş materialında olan ayrıc aktının məlumatlarında göstərilən sahələr ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.06.2016-cı il tarixində tərtib olunmuş texniki pasportun məlumatlarında göstərilən boş torpaq sahəsi ilə təqribən 25,0 m2 sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11 06.2016-cı il tarixdə veril miş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3024,2 m2-dən ibarət qeyri-yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti başçısının 29.05.2004-cü il tarixli 115 nömrəli sərəncamına əsasən onun istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində inşa olunduğu müəyyən edilmişdir. 6. “X3” MMC-nin 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdiriləməsi Departamenti tərəfindən 22.05.2002-ci il tarixdə verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçının mülkiyyətində olan X qəsəbəsinin şimalqərb hissəsində yerləşən 10.000 kv.metr torpaq sahəsinin sərhədləri və ölçüləri (cizgiləri) müəyyən edilərkən məlum oldu ki, ittifaqın faktiki istifadəsində 9000 kv.metr yəni sənəd üzrə ona ayrılmış torpaq sahəsindən 1000 kv.metr az torpaq sahəsi vardır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.05.2004-cü il tarixli 115 nömrəli sərəncamına əsasən məişət evinin layihələşdirilməsi və tikintisi üçün icarə əsasında Cavabdeh1 istifadəsinə verilmiş X qəsəbəsi, xxx küçəsində yerləşən 0,15 ha torpaq sahəsinin sərhədləri və ölçüləri (cizgiləri) müəyyən edilərkən isə məlum oldu ki, onun istifadəsində faktiki olaraq 0,386 ha (3860 kv.metr) yəni 0,236 ha (2360 kv.metr) artıq torpaq sahəsi vardır. İddiaçının faktiki istifadəsində 9000 kv.metr, Cavabdeh1 faktiki istifadələrində 3860 (0,386 ha) torpaq sahələrinin olduğu müəyyən edildi. X faktiki istifadəsində olan torpaq sahəsinin 9000 kv.metri rəsmi sənəd üzrə onun mülki yyətində olan X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 kv.metr torpaq sahəsinin hüdudlarındadır. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsindən artıq ərazilərdən istifadə etdiyi üçün 2360 kv.metri rəsmi sənəd üzrə icarə əsasında onun istifadəsinə verilmiş X, xxx küçəsində yerləşən 0,15 ha torpaq sahəsinin hüdudlarından kənardadır. İddiaçı ona ayrılmış torpaq sahəsinin hüdudlarından kənara çıxmalar müəyyən edilməmişdir. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi rəsmi sənədlər üzrə onun adına olan torpaq sahəsinin planı və ölçüsündə (cizgilərdə) əks olunmuş sərhədlərdən 2360 kv.metr ölçüdə kənara çıxmışdır. Bu kənara çıxmış torpaq sahəsinin 1000 kv.metri İddiaçına ayrılmış torpaq sahəsinə, yerdə qalan torpaqlar isə ətrafdakı Dövlət mülkiyyətinə aid ərazilərə düşür. İddiaçının ərazisinə Cavabdeh1 tərəfindən müdaxilə olunmuş 1000 kv.metrlik ərazinin 500 kv.metri Şadlıq evinə və yanından keçən yola, 300 kv.metri anbara və yanından keçən yola, 200 kv.metri isə anbarın arxa hissəsindəki sahəyə düşür. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.06.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.05.2004-cü il tarixli 115 nömrəli sərəncamına əsasən onun istifadəsinə verilmiş torpaq sahəsində inşa edilsə də, İddiaçına məxsus 300 kv.m. torpaq sahəsinə müdaxilə olunmuşdur
7. İddiaçı bildirir ki, Bakı şəhər İcra Hakim iyyəti Başçısının “Torpaq sahəsinin ayrılması haqqında” 904 nömrəli, 29.06.1994-cü il tarixli sərəncamı ilə X X qəsəbəsinin şimal-qərb hissəsində “Dərman bitkilərinin tədarükü və istehsalı” üçün zavod layihələşdirilməsinə və tikintisinə 10 000 kv.m. torpaq sahəsi ayrılmış, torpaq sahəsinin qonşu sərhədləri ayrıc cizgisində göstərilməklə ümumilikdə yerquruluşu müəyyən edilmiş, “Dərman bitkilərinin tədarükü və istehsalı zavodu” üzərində X mülkiyyət hüquqları Dövlət Reyestrində qeydə alınmış və Dövlət Əmlakının Özəlləşdirilməsi Departementi tərəfindən 22.05.2002-ci il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin dövrdə İttifaqın qanuni istifadəsində olan 10.000 kv.m. torpaq sahəsinin ayrıc çizgisində göstərilən BQ ("xxxx" firması ilə) sərhəd boyunca yerləşən təqribən 200 0 kv.m. sahəsi məcburi köçkün statusu almış şəxslər tərəfindən zəbt edildiyi və orada müvəqqəti olaraq yaşadıqları üçün, həmin BQ sərhədi boyunca 2000 kv.m. torpaq sahəsi xaricdə qalmaq şərti ilə daş hasara alınmışdır. İttifaqın mülkiyyətində olan əmlakının yerləşdiyi torpaq sahələrində keçirilmiş monitorinq zamanı müəyyən olunmuşdur ki, İttifaqın əmlakının yerləşdiyi torpaq sahəsi ilə həmsərhəd olan - ayrıc çizgisində göstərilən BQ ("xxxx" firması ilə) sərhədi boyunca sahədə İttifaqın qanuni istifadəsində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmiş və qanunsuz tikinti işlərinin inşasına başlanılmışdır. Belə ki, İttifaqın rəhbərinin səhhətində yaranmış ciddi problemlərlə əlaqədar uzun müddətli müalicə aldığı dövrdə, İttifaqın fəaliyyətinin müvəqqəti dayandırılmasından sui-istifa də edərək, qanunsuz və özbaşına inşa etdikləri obyektin sökülməsi və ya onlar tərəfindən mənimsənilmiş torpaq sahəsinin hazırda bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsi tələbi ilə müraciət etdikdə, həmin şəxslər tikinti işlərini dayandırmamışlar. İttifaqın qanuni istifadəsində olan torpaq sahəsi bir qrup şəxslər tərəfindən ələ keçirildiyinə görə və qeyd olunan ərazinin təqribən 20 sot hissəsində qanunsuz tikinti işləri davam etdiyi üçün cavabdehin hərəkətlərinə hüquqi qiymət verilməlidir.
8. Cavabdeh2 bildirir ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqiqətə uyğun olmayan, yalan məlumatlardır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.06.2016-cı ild ə verilmiş dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, 3024.2 kv. metrdən ibarət qeyri-yaşayış binası Cavabdeh1 xüsusi mülkiyyətindədir. Qeyd olunan çıxarışla birgə daşınmaz əmlakın parametrlərini əks etdirən texniki pasport da verilmişdir. Həmin texniki pasportdan göründüyü kimi qeyri-yaşayış sahəsi istifadədə olan torpaq sahəsi 0.15201 ha təşkil edir. Həmin sahə həm qeyri-yaşayış binasının tikintialtı sahəsi, həm də həyətyanı sahəsidir. Bundan əlavə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 115 saylı, 29.05.2004-cü il tarixli sərəncamı mövcuddur. Həmin sərəncamın 25-ci bəndinə əsasən Cavabdeh1 X qəsəbəsi, xxx küçəsində məişət evinin layihələşdirilməsi və tikintiisi üçün 0,15 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın 25-ci bəndinə əsasən X ( keçmiş X) küçəsi 2595 -ci məhəllədə "xxxx" firmasına müvəqqədi avtodayanacağın təşkili üçün 0.79 ha torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər İcra hakimiyyəti başçısının 06.05.1993-cü il tarixli 818 saylı sərəncamının birinci bəndi ləğv edilmişdir. Cavabdehlər tərəfindən tikinti işləri Bakı şəhər İcra Hakimiyyəti Başçısının 115 saylı, 29.05.2004-cü il tarixli Sərəncamı ilə qanuni istifadələrinə ayrılmış, eyni zamanda daşınmaz əmlakın Texniki Pasportunda qeyri-yaşayış binasının həyətyanı sahəsi kimi göstərilmiş sahədə aparılır və həmin sahənin iddiaçıya heç bir aidiyyatı yoxdur. İddiaçı iddia tələbinin əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tikintiyə mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq 22.05.2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə təqdim etsə də, Cavab deh1 da həmin əraziyə mülkiyyət hüququnu təsdiq edən çıxarışı mövcuddur. Lakin hər iki sənəd hər hansı bir formada məhkəmə mübahisəsinin predmeti deyildir. Cavabdehin tikinti apardığı sahənin məhz iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
9. Cavabdeh1, üçüncü şəxslər X, X, Xi və "xxxx" Firması heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(008)222/2017 nömrəli qətnaməsi ilə (hakim V.İ.Həsənov) İddiaçının Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, qanuni isti fadəsində olan torpaq sahəsindəki qanunsuz tikililərin sökülməsi, özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin qeyd-şərtsiz təhvil verilməsi” tələblərinə dair iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın İddiaçından alınaraq müvafiq hesaba köçürülməsi qət olunmuşdur.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş materiallarında olan ekspert rəyi ilə mütəxəsis rəyi arasında olan ziddiyyət ekspert rəyi ilə aradan qaldırılmamış əksinə, yeni ziddiyyətlərlə dolu olan ekspert rəyi qoyulan birinci suala cavab vermədən və iş üzrə daha əhmiyyətli olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən verilən mütəxəsis rəyində is tifadə olunun Torpaq sahəsinin Kadastr və Yerquruluşu layihə- Tədqiqat Mərkəzinin arxiv və elektron bazasında olan ortofoto və xəritə materiallarına deyil, daha dəqiq olmayan “Google yer” proqrammin görüntülərindən istifadə edilmiş, miqyasın nə üçün dəyişdirilməsi düzgün izah edilməmişdir. Belə ki, məhkəmə-tikinti texniki ekspertizasının 18 oktyabr 2017-ci il tarixli rəyində ekspert göstərmişdir ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin konkret olaraq istinad (başlanğıc) və tərpənməz nöqtəsinin hansı tərəfdən nəzərə alınması göstərilməmiş, eləcə də, rəyə əlavə edilmiş sxem 1:1500 miqyasda tərtib edilmişdir. Halbuki, iş materiallarındakı ayrıc cizgisinin miqyası 1:2000 nəzərdə tutulmuşdur.
12. Məhkəmə qeyd et mişdir ki, iş materiallarındakı ayrıc cizgisinin miqyası 1:1500 nəzərdə tutulmuş, iş materiallarındakı ayrıc aktında tikililərin cizgisinin miqyası 1:2000 nəzərdə tutulmuşdur. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin rəyə əlavə edilmiş sxemi düzgün olaraq 1:1500 miqyasda tərtib edilmişdir.
13. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş 28.02.2017-ci il tarixli mütəxəssis rəyində 1-ci suala cavab olaraq, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən 22.05.2002-ci il tarixdə verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsa sən X mülkiyyətində olan X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10 000 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları 1:1500 miqyasda müəyyən olunmuş, faktiki daş hasarla olan istifadə vəziyyəti iş materialına əlavə edilmiş mülkiyyət hüququ haqqında” 22 may 2002-ci il tarixli şəhadətnamə verilərkən hazırlanmış texniki pasporta və Cavabdeh1 qeyri-yaşayış sahəsi üçün istifadəsində hazırda 0.38 hektar torpaq sahəsinin olması və bu torpaq sahəsinin verilmiş şəhadətnaməyə uyğun olması göstərilsə də, iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının 18 oktyabr 2017-ci il tarixli 14235 nömrəli rəyi ilə bu məsələyə toxunulmamışdır.
14. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab etmişdir ki, mötəbər sübut kimi iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri D övlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş 28.02.2017-ci il tarixli mütəxəssis rəyi əsas götürülməlidir.
15. Göründüyü kimi iddiaçı əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətinin cavabdeh tərəfindən məhdudlaşdırılmasma, həmçinin cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə və onun barəsində sərəncam vermək səlahiyyətinin həyata keçirilməsinə mane olan cavabdehin hərəkətlərini təsdiq edən halların mövcudluğun sübut edə bilmir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1, 216-220-ci, 227, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı ape llyasiya şikayəti vermişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1478/2019 nömrəli iş üzrə 12 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Mərdanova və F.Babayev) İddiaçının apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-222/2017 saylı iş üzrə 14 dekabr 2017ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatın irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş olduğu müəyyən edilməmişdir.
20. Bundan başqa apellyasiya baxışı zamanı müvafiq rəylər arasındakı ziddiyyəti aradan qaldırmaq üçün əlavə məhkəmə-texniki ekspertizası təyin olunmuş, lakin iddiaçının hərəkətsizliyi (təşəbbüs göstərməməsi) səbəbindən onun keçirilməsi mümkün olmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5699/2019 nömrəli iş üzrə 19 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov-sədrlik edən və məruzəçi, A.İsgəndərov və Ə. Əhmədov) İddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)-1478/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
23. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hansı tərəfin təqsirli hərəkətləri nəticəsində ekspertizanın aparılmasından imtina olunmasının səbəblərini araşdırmadan, bu səbəblərin aradan qaldırılmasının mümkünlüyünü müzakirə etmədən xüsusi bilik tələb olunan məsələyə öz formal mülahizəsi əsasında birtərəfli hüquqi qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olurs a (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
24. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 nümayəndəsi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində iddia tələbinin dəlillərinin əsassız olması ilə əlaqədar göstərmişdir ki, “iddiaçı tikintiyə mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq 22.05.2 002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə təqdim etsə də, cavabdehin də həmin əraziyə mülkiyyət hüququnu təsdiq edən çıxarışı mövcuddur. Lakin hər iki sənəd hər hansı bir formada məhkəmə mübahisəsinin predmeti deyildir.” (i/v 172-173,293).
25. Bununla əlaqədar işə yenidən apellyasiya qaydasında baxılarkən nəzərə alınmalıdır ki, torpaq sahəsinə (daşınmaz əmlaka) mülkiyyət hüququnun əldə edilməsi üzrə əqdlər “mücərrəd” əqdlərə aid olmayıb,”hüquqi əsası olan” əqdlərə aiddir. Buna görə iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə sonradan hüquqi əsas olmadan həmin torpaq sahəsinin bir hissəsinə başqa şəxsin adına qeydiyyatı təsdiq edən çıxarış verilməsi həmin hissədə özözlüyündə etibarsız olduğundan onun məhkəmə qaydasında mübahisələndirilməsinə zərurət yoxdur. Belə ki, AzərbaycanRespublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Buna görə işə yenidən baxılarkən iddiaçının iddia tələbinə Mülki Məcəllənin 157-ci və digər maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-193/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov-sədrlik edən və məruzəçi, C.Yusifov və V.Baxışova) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)222/2017 saylı mülki iş üzrə qəbul etdiyi 14 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçı X məxsus olan X qəsəbəsi, xxx küçəsində yerləşən 10.000 kv.metr torpaq sahəsindən Cavabdeh1 tərəfindən zəbt olunmuş 472 kv.metr torpaq sahəsinin Cavabdeh1 tərəfindən boşaldılaraq iddiaçı X təhvil verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
27. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci ekspert rəyi ilə ikinci ekspert rəyi arasında qismən ziddiyyət, həmçinin ikinci ekspert rəyi ilə ikinci mütəxəssis rəyi arasında və sonuncu ilə birinci mütəxəssis rəyi arasında ziddiyyətlər mövcuddur. Həmçinin ekspertlərin və mütəxəssislərin tədqiqat üsulları da fərqli olmuşdur. Belə ki, iş materiallarında olan Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş və X verilmiş ayrıc cizgisinə əsasən müəyyən olunur ki, ayrıc göstəricilər i kimi “AB”, “BV”, “VQ”, “QD”, “DA” xətləri qeyd olunmuşdur. Mübahisəli əraziyə keçirilən yerində müayinə zamanı isə müəyyən edildi ki, yalnız hasarın dönmə nöqtəsi olan “B” nöqtəsi əsas götütülməklə iddiaçıya məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən etmək mümkündür. Hər iki tərəfin nümayəndələri də etiraf etdi ki, mübahisəli ərazidə tərpənməz nöqtə məhz ayrıc aktında qeyd olunan “B” nöqtəsidir. Digər nöqtələr bu və ya digər qaydada dəyişikliyə məruz qalmış və yaxud ümumiyyətlə mövcud deyil. Lakin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli 1730 saylı ekspert rəyinin təsviri hissəsinə əsasən müəyyən olunur ki, ekspert tədqiqat zamanı başlanğıc nöqtə kimi ayrıc cizgisində göstərilən “B” nöqtəsini deyil, “A” nöqtəsinin götürmüşdür. Həmin nöqtəni isə müb ahisəli torpaq sahəsindən aralıda yerləşən körpünün sütununu götürmüşdür. Yerində müayinə zamanı ekspert X bildirmişdir ki, o, istinad nöqtəsi kimi mübahisəli torpaq sahəsindən aralıda yerləşən körpünün sütununu götürmüş və həmin yerdən mübahisəli torpaq sahəsinin ayrıc aktında qeyd olunan “A” nöqtəsinə kimi məsafəni hesablamış, daha sonra ayrıc aktında qeyd olunan məsafələri qeyd etməklə digər nöqtələri müəyyən etmiş və mövcud nəticəyə gəlmişdir. Lakin ekspert körpünün sütunundan “A” nöqtəsinə kimi məsafənin nə qədər olması ilə bağlı sədrlik edənin sualına cavab verə bilməmişdir. Eyni zamanda başlanğıc nöqtə kimi nə üçün mövcud və tərpənməz olan “B” nöqtəsini deyil, faktiki mövcud olmayan və müəyyən edilməsi üçün mübahisəli torpaq sahəsindən aralıda yerləşən körpünün sütununa əsasən hes ablanmalı olan “A” nöqtəsinin götürməsi ilə bağlı sədrlik edənin sualına cavab olaraq ekspert X bildirdi ki, hava şəraiti ilə əlaqədar “B” nöqtəsi olan ərazi palçıqlı olduğuna görə başlanğıc nöqtəsi kimi “A” nöqtəsini müəyyən etmişdir. Həmçinin ekspert X tərəfindən verilmiş rəyə əlavə olunan ortofoto görüntülərindən görünür ki, onun qeyd etdiyi “B” nöqtəsi həmin ərazidə yerləşən bir mərtəbəli tikilinin faktiki üzərində (sərhədində) yerləşir. Yerində müayinə zamanı isə müəyyən olundu ki, həmin tikili “B” nöqtəsindən 10 metr aralıda yerləşir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, ekspert EX tərəfindən gəlinən nəticə və verdiyi rəyə əlavə edilmiş “Google Yer” proqramından çıxardığı ortofoto görüntülərdə qeyd olunan məlumatlar Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq e dilmiş və X verilmiş ayrıc cizgisində qeyd olunan ayrıc göstəricilərinə uyğun deyil. Bu baxımdan kollegiya hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli 1730 saylı ekspert rəyi həmin hissələrdə, yəni iddiaçıya məxsus torpaq sahəsinin yerində dəqiq koordinatlarının müəyyən edilməsi və həmin torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi hissəsində iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz.
28. Eyni zamanda məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi X tərtib etdiyi mütəxəssis rəyinə də təngidi yan aşır və hesab edir ki, həmin rəy bütövlükdə mötəbər sübut qismində qəbul edilə bilməz.
29. Belə ki, həmin rəydə tədqiqat prosesi dəqiq və aydın, yəni mütəxəssisin əsas götürdüyü istinad nöqtələri və ona uyğun ümumi ərazinin sərhədlərinin müəyyən edilməsi prosesi təfsir olunmamışdır. Həmçinin rəydə Cavabdeh1 istifadəsinə 0,38 ha torpaq sahəsinin verilməsi barədə şəhadətnaməyə istinad olunmuşdur. Lakin belə şəhadətnamə ümumiyyətlə mövcud deyil və Cavabdeh1 istifadəsinə 0,38 ha deyil, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.05.2004-cü il tarixli 115 nömrəli sərəncamı ilə məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0,15 ha torpaq sahəsi verilmiş və bunun əsasında 1590 kv.m torpaq sahəsi ilə bağlı kadastr planı tərtib edilmişdir. Cavabdehin adına 11.06.2016-cı il tarixdə verilmiş RX se riyalı ******* nömrəli çıxarışda isə istifadədə olan torpaq sahəsinin ölçüsü 0,09186 ha göstərilmişdir. Bundan başqa mütəxəssis tərəfindən torpaq sahəsinin faktiki vəziyyəti və texniki pasporta əsasən tədqiqat aparılmışdır. Halbuki texniki pasport hüquq müəyyənedici sənəd deyil və iddiaçıya məxsus torpaq sahəsinin koordinatları və dəqiq yeri yalnız Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş və X verilmiş ayrıc cizgisinin göstəricilərinə əsasən müəyyən edilə bilər. Lakin mütəxəssis rəyində həmin ayrıc cizgisinə istinad olunmamışdır. Cavabdehlə sərhəddə olan hasarın faktiki vəziyyəti isə iddia ərizəsində izah olunmuşdur ("xxxx" firması ilə sərhəd boyunca yerləşən təqribən 2000 kv.metr sahəsi məcburi köçkün statusu almış şəxslər tərəfindən zəbt edildiyi və orada müvəqqəti ol araq yaşadıqları üçün həmin 2000 kv.metr torpaq sahəsi xaricdə qalmaq şərti ilə daş hasar inşa edilmişdir).
30. Bunun əksinə, iş üzrə verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 18.10.2017-ci il tarixli 14235 nömrəli ekspert rəyinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi X tərtib etdiyi mütəxəssis rəyinə əsasən deyil, ekspertin baxış zamanı əldə olunmuş məlumatlara əsasən gəldiyi nəticə və X1 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyi verilərkən, tədqiqat prosesi məhz ayrıc cizgisində qeyd olunan “B” nöqtəsi başlanğıc tərpənməz nöqtə kimi qəbul olunmaqla ortofoto görüntüləri üzərinə köçürülməklə həyata keçirmişdir.
31. Ona görə də kollegiya hesab edir ki, həmin ekspert və mütəxəssi s rəyləri iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir.
32. Məhkəmə Ekspertizası Mərkəzinin 18.10.2017-ci il tarixli 14235 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçının mülkiyyətində olan X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilərək, həmin torpaq sahəsinin 0.1 ha hissəsinə müdaxilə edilməsi, yəni İddiaçının ayrıc aktında qeyd edilmiş torpaq sahəsinin 0.03 hektarında X şadlıq sarayının inşa edilməsi, 0.02 hektarında qeyri-yaşayış sahəsinə və şadlıq evinə gediş-gəliş üçün yolun salınması, 0.03 hektarında şadlıq sarayının arxa tərəfindəki qeyri-yaşayış binasının inşa edilməsi, 0.02 hektarının isə boş torpaq sahəsi olduğu müəyyən edilmişdir.
33. X1 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyində n isə daha dəqiq müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus tikilinin 549 kv.m. (208 kv.m + 341 kv.m = 549) sahəsi, o cümlədən 472 kv.m yola düşən sahə iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşür.
34. Həmçinin nəzərə alınır ki, Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,15 ha (1500 kv.m) deyil, 3860 kv.m təşkil edir.
35. Beləliklə, müəyyən olunur ki, iddiaçıya məxsus torpaq sahəsinin cəmi 1021 kv.m hissəsi Cavabdeh1 tərəfindən zəbt edilib, həmin sahənin 549 kv.m hissəsində həmin cavabdehə məxsus qeyri-yaşayış sahəsi yerləşir, 472 kv.m hissəsindən isə yol kimi istifadə olunur.
36. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsi və Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Cavabdeh1 tərəfindən zəbt olunmuş və onun qanunsuz sahibliyində olan 472 kv.m olan torpaq sahəsinin boşaldılaraq ona təhvil verməsini tələb etməkdə haqlıdır.
37. Bununla yanaşı kollegiya hesab edir ki, qalan hissədə iddia təmin edilə bilməz.
38. Belə ki, Cavabdeh1 tərəfindən inşa olunmuş tikili (şadlıq sarayı) onun mülkiyyətindədir və həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyinə görə Mülki Məcəllənin 180.4-cü maddəsinin mənasında özbaşına tikili hesab edilə bilməz.
39. Eyni zamanda həmin tikiliyə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat inzibati qaydada mübahisələndirilməyib və bu məsələyə hüquqi qiymət verilməsi hazırki məhkəmənin səlahiyyətinə aid deyil.
40. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən inşa edilən və hazırda onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (şadlıq sarayının) 549 kv.m hissəsinin qanunsuz olaraq iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi müəyyən edilsə də, hazırki işdə həmin tikilinin sökülməsi iddiası təmin edilə bilməz.
41. Eyni zamanda kollegiya izah edir ki, qeyd olunan nəticə iddiaçı tərəfindən cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməsi və həmin iddia təmin olunduğu təqdirdə yeni əsasla hazırki iddianın irəli sürməsinin qarşısını almır.
42. İddia tələbləri digər Cavabdeh2 münasibətdə isə təmin edilə bilməz. Çünki iş materiallarında həmin cavabdehin adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir və onun tərəfindən mübahisəli sahənin zəbt olunması müəyyən olunmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahat ları a) Kassasiya şikayətinin dəlilləri
43. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin X4 aid təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin X4 aid təmin edilməyən hissəsində işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.
45. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi i şin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. İddiaçı Cavabdeh2 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, Cavabdeh2 kassasiya şikayətinin təmin edilməməsini, iddiaçının kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin X4 aid təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
48. İddiaçının vəkili izahat verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin X4 aid təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunm asını xahiş etdi.
49. Cavabdeh2 vəkili izahat verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.
50. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
51. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
52. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
53. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap elyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində Cavabdeh2 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir.
56. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
57. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. (maddə 102.2)
58. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
59. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
60. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi ha lların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
61. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (maddə 385.1.4)
62. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
63. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
65. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya insansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun ə saslandırılmamışdır. (58-59)
66. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin 28.02.2017-ci il tarixli mütəxəssis rəyi ilə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 18.10.2017-ci il tarixli ekspert rəyi arasında ziddiyyət olduğundan iş üzrə əlavə-komisyon məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 dekabr 2020-ci il tarixli 1730 saylı ekspert rəyi verilmişdir.
67. Həmin rəydə göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən 22.05.2002-ci il tarixdə verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçının mülkiy yətində olan X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 m2 torpaq sahəsinin və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 29.05.2004-ci il tarixli 115 nömrəli sərəncamına əsasən məişət evinin lahiləşdirilməsi və tikinti üçün icarə əsasında Cavabdeh1 istifadəsinə verilmiş X qəsəbəsi, xxx küçəsində yerləşən torpaq sahəsinə dair tərtib olunmuş kadastr plan ilə torpaq sahəsinin faktiki vəziyyəti müqayisə olduğu zaman, Cavabdeh1 kadastr planı üzrə ayrılan 1500 m2 torpaq sahəsindən artıq torpaq sahələrinin olduğuna görə, faktiki istifadə olunan torpaq sahələrinin ayrıc aktında və kadastrda göstərilən cizgilərə uğun gəlmədiyi müəyyən edilmişdir. X faktiki istifadəsində olan ərazi üzrə (ayrıc aktında olan sahələr daxil olmaqla) müvafiq ölçü işləri aparılan zaman, torpaq sahəsinin təqribən 1,14 ha olduğu müəyyən edilmişdir. Cavabdeh1 faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzrə müvafiq ölçü işləri aparılan zaman, torpaq sahəsinin təqribən 3860m2 olduğu müəyyən edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi (ayrıc aktında göstərilən torpaq sahəsi) nəzərə alınaraq mülkiyyətində olan X qəsəbəsinin şimalqərb hissəsində yerləşən 10.000 m2 torpaq sahəsi təqribən 25,0 m2 az olduğu müəyyən edilir. Qeyd olunur ki, həmin 25,0 m2 torpaq sahəsi texniki pasport üzrə «D» literli tikilinin arxasında yerləşən X şadlıq evinin yol hissəsində yerləşən boş torpaq sahəsi ilə üstüstə düşür. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi (kadastr məlumatlarına əsasən) icarə əsasında onun istifadəsinə verilmiş X qəsəbəsi, xxx küçəsində yerləşən torpa q sahəsi üzrə müvafiq ölçü işləri aparılan zaman torpaq sahəsinin faktiki olaraq 3860m2 təşkil etdiyini nəzərə alaraq kadastr üzrə 1500 m2 olan torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.06.2016-cı il tarixində tərtib olunmuş texniki pasportun məlumatları ilə faktiki vəziyyətin uyğun olduğu müəyyən edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahələri mülki iş materialında olan ayrıc aktı ilə müqayisə aparıldığı zamanı torpaq sahəsinin faktiki olaraq (ayrıc aktında) göstərilən sahədən təqribən 1412,0 m2 çox olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, ayrıc aktında göstərilən torpaq sahəsinin hüdudları daxil ində hündür mərtəbəli yaşayış evlərinin bir hissəsinin yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.06.2016-cı il tarixdə tərtib olunmuş texniki pasportun məlumatları ilə faktiki vəziyyəti torpaq sahələrinin plan və ölçülərdə (cizgilərdə) əks olunmuş sərhədlərdən kənara çıxmalar (birindən digərinə və ya digər qonşu sahələrə müdaxilənin) olmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, İddiaçının ayrıc aktı ilə ayrılmış torpaq sahəsi ilə faktiki stifadəsində olan torpaq sahələri mülki iş materialında olan ayrıc aktının məlumatlarında göstərilən sahələr ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahələri Az ərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.06.2016-cı il tarixində tərtib olunmuş texniki pasportun məlumatlarında göstərilən boş torpaq sahəsi ilə təqribən 25,0 m2 sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11 06.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3024,2 m2-dən ibarət qeyri-yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti başçısının 29.05.2004-cü il tarixli 115 nömrəli sərəncamına əsasən onun istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində inşa olunduğu müəyyən edilmişd ir.
68. Bununla bağlı apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli 1730 saylı ekspert rəyi iddiaçıya məxsus torpaq sahəsinin yerində dəqiq koordinatlarının müəyyən edilməsi və həmin torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi hissəsində iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz.
69. Apelyasiya instansiyası məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, hər iki tərəfin nümayəndələri mübahisəli ərazidə tərpənməz nöqtənin məhz ayrıc aktında qeyd olunan “B” nöqtəsi olmasını etiraf etsələr də Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli 1730 saylı ekspert rəyinin təsviri hissəsinə əsasən müəyyən olunur ki, ekspert tədqiqat zamanı başlanğıc nöqtə kimi ayrıc cizgisində göstərilən “B” nöqtəsini deyil, “A” nöqtəsinin götürmüşdür. Həmin nöqtəni isə mübahisəli torpaq sahəsindən aralıda yerləşən körpünün sütununu götürmüşdür.
70. Bndan başqa ekspert körpünün sütunundan “A” nöqtəsinə kimi məsafənin nə qədər olması ilə bağlı sədrlik edənin sualına cavab verə bilməmişdir.
71. Eyni zamanda başlanğıc nöqtə kimi nə üçün mövcud və tərpənməz olan “B” nöqtəsini deyil, faktiki mövcud olmayan və müəyyən edilməsi üçün mübahisəli torpaq sahəsindən aralıda yerləşən körpünün sütununa əsasən hesablanmalı olan “A” nöqtəsinin götürməsi ilə bağlı sədrlik edənin sualına cavab olaraq ekspert X bildirdi ki, hava şəraiti ilə əlaqədar “B” nöqtəsi olan ərazi palçıqlı olduğuna görə başlanğıc nöqtəsi kimi “A” nöqtəsin i müəyyən etmişdir.
72. Həmçinin ekspert X tərəfindən verilmiş rəyə əlavə olunan ortofoto görüntülərindən görünür ki, onun qeyd etdiyi “B” nöqtəsi həmin ərazidə yerləşən bir mərtəbəli tikilinin faktiki üzərində (sərhədində) yerləşir. Yerində müayinə zamanı isə müəyyən olundu ki, həmin tikili “B” nöqtəsindən 10 metr aralıda yerləşir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, ekspert X tərəfindən gəlinən nəticə və verdiyi rəyə əlavə edilmiş “Google Yer” proqramından çıxardığı ortofoto görüntülərdə qeyd olunan məlumatlar Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş və X verilmiş ayrıc cizgisində qeyd olunan ayrıc göstəricilərinə uyğun deyil.
73. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi 28.02.2017-ci il tarixli mütəxəssis rəyi ilə Məhkəmə Ekspertizası Mərkəzi t ərəfindən 18.10.2017-ci il tarixli ekspert rəyi arasındakı ziddiyyəti aradan qaldırmaq üçün əlavə komission ekspertiza təyin etsə də, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 dekabr 2020-ci il tarixli 1730 saylı ekspert rəyini mötəbər sübut kimi qəbul etməmişdir.
74. Həmçinin apelyasiya instansiyası məhkəməsi xüsusi bilik tələb edən suallara öz mülahizəi əsasında cavab verərək Məhkəmə Ekspertizası Mərkəzinin 18.10.2017-ci il tarixli ekspert rəyini və X1 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyini əsas götürməklə qəbul etdiyi qətnaməni əsaslandırmışdır.
75. Halbuki, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün təkrar komisyon məhkəmə tikinti-texniki ekspertizası təyin etməli və həmin ekspertizanın nəticəsi olan rəyi digər sübutlarla bir likdə qiymətləndirərək mübahisəyə hüquqi qiymət verməli idi. (57)
76. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
77. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
78. Qətnamənin qalan hissələrinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
79. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-193/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin. İş həmin hissədə yenid ən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.