Məhkəmə qərarları › İş №2(102)-4733/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4733/2023

19.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4733/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi əmək mübahisələrinin həllində iddia müddətləri, əmək haqqının ödənilməsi, ləğv edilmiş müəssisəyə işə bərpa tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 Xidməti cəlb edilməklə) “işə bərpa” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-661/2023 nömrəli 28 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh direktoru Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətinə 19 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin Halları 1. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı X4 (bundan sonra – Mərkəz) kitabxanaçı vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı məbləği 250 manat müəyyən edilmişdir.

2. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsində əmək haqqı məbləği 250 manat, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində əmək haqqı məbləği 300 manat göstərilmişdir.

3. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci madəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmiş və həmin tarixdən kitabxanaçı vəzifəsindən azad edilmişdir.

4. Mərkəz xx.xx.2022-ci il tarixdən fəaliyyətini dayandırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 06.01. 2022-ci il tarixdən işə bərpa olunması və 27 sentyabr 2021-ci ildən hal-hazıradək ödənilməmiş 3900 manat əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Mərkəz arasında 27 sentyabr 2021ci ildə müddətsiz əmək müqaviləsi bağlanmış və hər ay 300 manat əmək haqqı ödənilməsi şərti ilə "Kitabxanaçı” işinə qəbul edilmişdir. 2021-ci ilin dekabr ayının 5-də işəgötürən iddiaçıya bildirmişdir ki, “kursa şagird gəlmir, sabahdan işə gəlməyin. Şagirdləri toplayıb sizə xəb ər verəcəm, ondan sonra işə gələrsiz”. Bundan sonra iddiaçı rəhbərliyin çağırışını gözləyərək evdə oturmalı olmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, işəgötürən iddiaçını xəbərdar etmədən xx.xx.2022-ci ildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamı ilə əlaqədar cavabdeh iddiaçını məlumatlandırmamışdır. Hazırki tarixədək cavabdehin iddiaçıya 13 ay üçün ödənilməmiş 3900 manat əmək haqqı borcu qalmışdır. Dəfələrlə cavabdehə müraciət etsə də, o, iddiaçını işə bərpa etməmişdir. Mediasiya prosesi zamanı cavabdeh mediasiya prosesində iştirak etməmişdir, mediasiya prosesi zamanı dövlət rüsumunu isə iddiaçı ödəmişdir.

7. Məhkəmə tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir.

8. Mərkəzin direktoru Nümayəndə1 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı məhkəmə iclasında verdiyi izahatlarında onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini 2022-ci ilin fevral ayından bildiyini, eləcə də ona işə qəbul olduğu gündən bu günədək əmək haqqı ödənilmədiyini bildirmişdir.

10. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıya əmək haqqı ödəyə bilmədiyini və bununla bağlı iddiaçını məlumatlandırdığını bildirmişdir.

11. Məhkəmə iclasında iştirak edən X8 Xidmətinin nümayəndəsi bildirmişdir ki, əmək müqaviləsinə iddiaçının ərizəsi olmadan xitam verildiyi üçün əmək qanunve riciliyinin normaları pozulmuşdur, eyni zamanda iddiaçıya əmək haqqı da ödənilməmişdir. Qeyd olunanlar əsasında əgər cavabdehin VÖEN hesabı bağlanmayıbsa, digər filialları da varsa, iddiaçı işə bərpa olunmalı və iddiaçıya məcburi işburaxma dövrü və işlədiyi dövr üçün əmək haqqı ödənilməlidir.

12. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7080/2022 nömrəli mülki iş üzrə 30 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi rədd edilmişdir.

13. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə istinad edərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixindən işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. İddiaçı özü etiraf etdiyi kimi 2022-ci ilin fevral ayında işdən azad edilməsi barədə məlumat lı olmuşdur. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Lakin iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də iddia tələbi rədd edilməlidir.

14. Birinci instansiya məhkəməsi mövqeyini AR Əmək Məcəlləsinin 7.1, 7.2, 7.2-1, 68.1, 68.2, 294.4, 296.1, 296.4, 296.5, 296.6-ci, AR Mülki Məcəlləsinin 375-ci maddələrinə, AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021ci il tarixli qərarına, “AR Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli qərarına, eləcə də AR Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə etdiyi əmək müqaviləsi bildirişində müqavilənin müddətsiz formada bağlandığı görünsə də, məhkəmə bu hala düzgün qiymət verməmiş, müqavilənin 1 illik müddətə bağlandığını qeyd etmişdir.

17. Apellyasiya şikayətinin digər dəlilinə görə, işəgötürən sözügedən əmək müqaviləsinə yanlış əsasla xitam vermişdir. Belə ki, işəgötü rən əmək müqaviləsinə xitam verilərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin a) və ya b) bəndlərinə istinad etməli olmasına baxmayaraq, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə (tərəflərdən birinin təşəbbüsü) istinad edərək müqaviləni ləğv etmişdir.

18. Apellyator şikayətində onu da qeyd etmişdir ki, o işdən azad edilməsi ilə bağlı əvvəlcədən məlumatlı olması ilə bağlı hər hansı etiraf etməmiş, məlumatı olan kimi əvvəlcə mediasiya təşkilatına, daha sonra məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə görə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 ay müddətində məhkəməyə müraciət etməlidir. Hüququnun pozulduğunun aşkar edildiyi gün dedikdə isə, əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi gün başa düşülür. Lakin, birinci instansiya məhkəməsi işdən çıxarılma əmrinin ona nə vaxt verilməsini araşdırmadan və bu hala hüquqi qiymət vermədən qanuni olmayan qətnamə qəbul etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında Mərkəzin direktoru Nümayəndə1 vəkili və nümayəndəsi Nümayəndə3 Nəcməddin oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, müəssisə hazırda fəaliyyət göstərmir. İş materiallarında olan kontrakt blankı hazır blankdır, blankı Aynurə xanım tərtib edib, Səbinə xanım imzalayıb. xx.xx.2021-ci il tarixdə iddiaçı işə gəlməyib, sadəcə müəssisə rəhbəri bu əsasla işdən çıxarmayıb. İşə gəlməmək əsası ilə işdən azad etməyib. Müəssisə rəhbəri barəsində dələduzluqla bağlı iş açılıb, iddiaçıdan aldığı pul məbləğini də qaytarıb. Barəsində başlanmış cinayət işinə xitam verilib.

20. Məhkəmə kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, işdən çıxarılmasından 2022-ci ilin fevral ayında xəbər tutmuş, bu zaman əmək haqqısını tələb etmiş, cavabdeh isə barəsində cinayət işi üzrə araşdırma getdiyi üçün iddiaçının məhkəməyə şikayət etməməsinə görə onunla razılığa gəlmək istəmiş, sonradan iddiaçı razılığa icra olunmadığı üçün məhkəməyə müraciət etmişdir. İddiaçı digər məhkəmə iclasında isə bildirmişdir ki, işdən çıxarılmasından xəbər tutduqdan sonra 2022-ci ilin mart ayında əmək kitabçasını almışdır.

21. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X8 Xidmətinin nümayəndəsi bildirmişdir ki, vətəndaşın əmək haqqının ödənilməsi barədə hər hansı sənəd yoxdur. Belə ki, tərəfə əmək haqqı ödənilməyib. Xitamın özü də vətəndaşın ərizəsi olmadan qeyriqanuni formada həyata keçirili b. Cavabdehə tənbeh tədbiri tətbiq edilməyib, çünki müraciət olunmayıb.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-661/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, iddiaçının xx.xx.2022-ci il tarixdən Mərkəzdə kitabxanaçı vəzifəsinə bərpa edilməsi, ona xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək 250 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 300 manat olmaqla ödənilməmiş əmək haqqının ödənilməsi, mediasiyaya ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilmə si qət edilmişdir.

23. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəni əsaslı sayaraq iddia müddətini keçməsi əsası ilə iddianı təmin etməməkdə haqlı olmamışdır. Belə ki, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) hansı tarixdə verilməsi müəyyən edilmir. Belə olan halda işçinin hüquqlarının pozulduğu günün 2022-ci il fevral ayı müəyyən edilməsi qanunvericiliyə ziddir.

24. Məhkəmə kollegiyası iddiaçının işdən azad edilməsinə dair xx.xx.2022-ci il tarixli əmrinə qiymət verərək qeyd etmişdir ki, əmrdə iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi qeyd edilmişdir. Lakin iş materiallar ında iddiaçı tərəfindən belə bir ərizə mövcud deyildir. Məhkəmə iclas protokolundan görünür ki, cavabdeh məhkəmədə bildirmişdir ki, müqaviləyə tərəflərin birinin təşəbbüsü ilə xitam verilib, iddiaçı ərizə yazmayıb. (i.v.45) Eyni zamanda əmrdən görünür ki, əmrin 1-ci qrafasında İddiaçı Qabil qızı, əmrin məzmununda X5 qızının işdən azad olunması, əmrin sonunda “işçi (tanış oldum)” qrafasının qarşısında X7 qeyd edilmişdir.

25. Belə olan halda, iddiaçının işdən azad olunması barədə xx.xx.2022-ci il tarixli, 30 nömrəli əmr qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən ləğv edilməli, iddiaçı həmin tarixdən işə bərpa edilməlidir.

26. Bundan başqa məhkəmə kollegiyası xx.xx.2021-ci il tarixdən iddia ərizəsinin verildiyi günədək ödənilməmiş 3900 manat əmək haqqının ödənilməsi barədə tələb ə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçiyə hər ay 250 manat məbləğində əmək haqqı ödənilir. Eyni zamanda işə əlavə edilmiş sosial arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdən iddiaçının aldığı əmək haqqı 300 manatdır. Belə olan halda iddiaçının aldığı əmək haqqı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 250 manat, xx.xx.2021-ci il tarixdən sonra isə 300 manat müəyyən edilməlidir.

27. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5, 7.1, 7.2, 7.2-1, 42.1, 43.1, 45, 68.1, 68.2, 73.1, 294.4, 296.2, 296.3, 296.4, 296.5, 296.6-cı maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-c ü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4.2, 35.1, 35.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 384.0.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassator şikayətini onunla əsaslandırmışdır ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərini n müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Belə ki, iddi a müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qanunverici göstərir ki, iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır.

30. Belə ki, cavabdeh tərəfindən işçiyə müvafiq əmrin surətinin, əmək kitabçasının, haqq-hesab sənədlərinin rəsmi qaydada verilməməsi müəyyən olunmuşdur. Lakin, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlı olmuşdur və məhkəmə iclasında bunu etiraf etmişdir. İddiaçı bunu səmimi şəkildə etiraf etdiyindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmasına zərurət yoxdur. Yəni hüququnun pozulduğu iddiaçıya məlum olmuş, o, bunu etiraf etmiş, lakin o, vaxtında məhkəməyə müraciət etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh t əşkilat xx.xx.2022-ci il tarixdə fəaliyyətini dayandırmışdır. Fəaliyyəti dayandırılmış cavabdeh təşkilata iddiaçının işə bərpası isə mümkünsüzdür.

31. Bundan əlavə iddiaçı xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə kimi ödənilməmiş əmək haqqı tələb edir. Məhkəmə burada da nəzərə almamışdır ki, cavabdeh təşkilat xx.xx.2022ci il tarixdə fəaliyyətini dayandırmışdır.

32. Kassator şikayətində bildirmişdir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına səbəb olmuşdur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındakı analoji işdə məhkəmə kollegiyası məhz cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixdə fəaliyyətini dayandırdığı günə kimi ödənilməmiş əmək haqqını tutmuşdur. Lakin hazırkı işdə isə məhkəmə fərqli mövqe tutaraq iddiaçın ın tələb etdiyi müddətdə əmək haqqını tutmuşdur.

33. Kassator şikayətini AR Mülki Məcəlləsinin 377.1-ci, AR Əmək Məcəlləsinin 68.2, 296.2, 296.3-cü, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88, 217.1, 217.3-cü maddələrinə, AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir.

35. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olmamışdır. İddiaçının bu halı məhkəmə iclasında etiraf etməsi barədə cavabdehin yazdıqlarının əsası yoxdur. Cavabdeh bu bar ədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, kassasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

37. Maddə 7.1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

38. Maddə 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə m üəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

39. Maddə 7.2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır.

40. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

41. Maddə 43.1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblər inə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

42. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

43. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

44. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

45. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

46. Mad də 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

47. Maddə 68.2. Aşağıdakı hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

48. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitd ikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

49. Maddə 294.4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

50. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

51. Maddə 296.3. Hüququnun poz ulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

52. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

53. Maddə 296.5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qan uni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

54. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarı

55. Fərdi əmək mübahisələrinin həllində iddia müddətini n tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi ha lları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

61. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;

64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır;

65. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qər ardadının ləğv edilməsi üçün əsasdır;

66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı maddi hüquq normaları düzgün tətbiq olunsa da, iddia tələbinin işə bərpa və əmək haqqının ödənilməsi dair hissələrinə münasibətdə maddi hüquq normaları düzgün tətbiq edilməmiş, eləcə də ədalət mühakiməsinin tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol ver ilmişdir.

69. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin edilməlidir.

70. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, kassator şikayətini 3 dəlilə istinad edərək əsaslandırmışdır: 1) İddiaçı fərdi əmək mübahisələrinin həll edilməsi üçün qanunverciliklə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürərək məhkəməyə müraciət etsə də, apellyasiya instansiyası məhkəməsi bu hala düzgün qiymət verməmişdir. 2) Cavabdeh müəssisənin fəaliyyətini dayandırmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının işə bərpa edilməsi, eləcə də müəssisənin fəaliyyətdə olmadığı dövr üçün ona əmək haqqı ödənilməsi ilə b ağlı qanunsuz qərar qəbul etmişdir. 3) Apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə vahid məhkəmə təcrübəsinin pozulması ilə nəticələnmişdir.

71. Məhkəmə tərkibi kassasiya şikayətinin ilk dəlilinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini əssassız sayaraq, iddia tələbini həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir.

72. Belə ki, müddətlərinin dəqiq hesablanması üçün ilk növbədə müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi gərəklidir. Qanunverici iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. (AR MM 377.1)

73. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, əmək qanunvericiliyi şəxsin hüququnun pozulduğu günün hüquqi qiymətləndirilməsi üçün əsasları konkret olaraq göstərmişdir.

74. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından işçiyə müvafiq əmrin surətinin, əmək kitabçasınin, haqq-hesab sənədlərinin rəsmi qaydada verilmədiyi görünür. Həmçinin, kassator özü də şikayətində bu halı təsdiqləmişdir.

75. Məhkəmə kollegiyası onunla bağlanmış əmək müqa viləsinə xitam verildiyini 2022-ci ilin fevral ayından bilməsi ilə bağlı iddiaçının verdiyi izahatına münasibətdə vurğulayır ki, həmin tarixin iddia müddətinin axımının başlanması anı kimi qəbul edilməsi Əmək Məcəlləsinin 296-ci maddəsinin tələbləri baxımından qanuna uyğun hesab edilə bilməz.

76. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində qeyd olunan sənədlərin işçiyə təqdim edilməsi zərurəti işəgötürənin müvafiq əmri qəbul etmə əsaslarının işçiyə aydın olması, həmin əsaslarla razılaşmadığı halda mübahisələndirmə imkanı ilə bağlıdır. Bununla da, şəxsin hüququnun pozulmasının aşkar edildiyi gün qeyd olunan sənədərin təqdim edilməsi ilə şərtləndirilməklə qanunvericilikdə imperativ olaraq göstərilmişdir.

77. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddia müddətinin tətbiqi üçün qanuni əsaslar olmadığı qənaətinə gələrək bildirir ki, şikayətin bu dəlili əsassızdır və apellyasiya instansiyası məhkəməsinin bununla bağlı qənaəti əsaslı olmuşdur.

78. Kassasiya şikayətinin 2-ci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının xx.xx.2022-ci il tarixdən işə bərpa edilməsi, ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci tarixədək 250 manat, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək 300 manat olmaqla ödənilməmiş əmək haqqının ödənilməsi qərara alınmışdır.

79. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmənin bu mövqeyi qanuni və əsaslı olmamışdır.

80. Belə ki, iş materialları ilə cavabdeh tə şkilatın 26 aprel 2022-ci il tarixdə fəaliyyətini dayandırdığı aşkar surətdə görünsə də, apellyasiya məhkəməsi bu fakta düzgün qiymət verməmiş, iddiaçının mövcud olmayan iş yerinə bərpa edilməsi, eyni zamanda müəssisəsinin faktiki olaraq işləmədiyi dövr üçün iddiaçıya əmək haqqı ödənilməsi barədə qətnamə qəbul etmişdir.

81. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçının hazırda fəaliyyət göstərməyən müəssisəyə, yəni mövcud olmayan iş yerinə işə bərpa edilməsi faktiki cəhətdən mümkünsüzdür. Məhkəmə kollegyiası nəzərə almalı idi ki, məhz apellyasiya baxışı zamanı məhkəmə müəssisənin fəaliyyətini dayandırması və 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə (**********-29005) təsərrüfat subyektinin (X4) qeydiyyatdan çıxarılmasını müəyyən etmişdir.

82. Belə old uğu təqdirdə, işə baxan məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçıya əmək haqqının ödənilməsi ilə bağlı qənaəti qismən əsaslı olmuşdur. Bir halda ki, müəssisə 26 aprel 2022-ci ildən fəaliyyətini dayandırmışdır, onun işə bərpa olunması istisna olunur və həmin tarixdən sonrakı dövr üçün əmək haqqı ödənilməsi yolverilən hesab edilmir.

83. Eləcə də, məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi əsasında ona əmək haqqı ödənilməmiş, cavabdeh müəssisə isə birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatda bu halı təsdiq etmişdir.

84. Belə olduğu halda, məhkəmə kollegiyası hesab edir ki, 27 sentyabr 2021-ci ildən 11 noyabr 2021-ci il tarixədək 250 manat, 11 noyabr 2021-ci il tarixdən 26 aprel 2022- ci il tarixədək 300 manat olmaqla, ödənilməmiş əmək haqqı iddiaçının xeyrinə tutulmalıdır.

85. Kassasiya şikayətinin son dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə vahid məhkəmə təcrübəsinin pozulması ilə nəticələnən qətnamə qəbul edilməsi halı müəyyən edilməmişdir.

86. Beləliklə, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin edilməlidir.

87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-661/2023 nömrəli iş üzrə 28 aprel 2023-cü il tarixli qətnaməsi ləğv olunsun, i ş üzrə yeni qərar çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdehndən 27 sentyabr 2021-ci ildən 11 noyabr 2021-ci il tarixədək 250 manat, 11 noyabr 2021-ci il tarixdən 26 aprel 2022-ci il tarixədək 300 manat olmaqla, ödənilməmiş əmək haqqı İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar